Azlogos
  • Kimlər var
  • Bizi tanı

Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Abbas Atilay – Futbolsuz ölkənin final macərası

Abbas Atilay Abbas Atilay
., Foto-qrafika
03 İyun 2019

UEFA Çempionlar liqasını izləyən birinə, UEFA «Europa League» kifayət qədər maraqsız görünür. Ehtimal edirəm ki, Avropa liqasına çox güman, futbolsevərlərin uzaqbaşə 3-də 1-i baxır. Əsas futbol hadisəsi Çempionlar liqasıdır.  

Uzun illər Avropa liqası oyunlarını izləməyən mən, bir neçə gün əvvəl baş tutmuş finalı izlədim. Çünki oyun Bakıda, bizim paytaxtda keçirilirdi. Bakının tanıdılması, turizmin inkişafı üçün bu cür cəhdlər yaxşıdır. Bəs Bakının turist qəbul etməsi, qonaqların razı qalması üçün kifayət qədər imkan (geniş mənada imkandan danışıram) varmı? Bu haqda heç nə demək istəmirəm, «gedib xaricdən danışır» yazacaqlar. İstənilən halda belə tədirlərin bizdə keçirilməsi, bir azərbaycanlı olaraq mənim üçün xoşdur.

Bir futbol həvəskarı olaraq, «milli hissiyatımı» da bir kənara qoyub, çox səmimi deməliyəm ki, bu cür cempionatların finalı üçün Bakı Olimpiya Stadionu uğursuz seçim idi. Ümumiyyətlə, axırıncı dəfə final oyunu harada Olimpiya stadionunda keçirilib? Olimpiya stadionlarında keçirilən oyunlarda necə deyərlər emosiya, həyacan olmur. Oyunçunu «qaza gətirən» tərəfdardır, tərəfdar isə Olimpiya stadionlarında oyunçudan 25-30 metr aralıda əyləşir. 12-ci futbolçu olan tərəfdar oyundan kənarda qalır. Bunu sözsüz ki, «Europa League»-in Bakıdakı finalında gördünüz. Sizi bilmirəm, mənim üçün bu final olduqca maraqsız idi və demək olar ki, sonda Arsenalın qoca qurd qapıçısı Petr Cech-in göz yaşından savayı, yadımda heç nə qalmadı.

Abbas Atilay - Futbolsuz ölkənin final macərasıFinalı mənim üçün, bəlkə də Azərbaycan üçün uğursuz edən səbəblərdən biri də Arsenalın mərkəz oyunçusu, Henrikh Mkhitaryan oldu. «Nationalism» ağır bir xəstəlikdir, yaxa qurtarmaq bəzən mümkünsüz olur.

Yəqin siz də razılaşarsınız ki, doğma şəhərində yad komandalara tamaşa etmək, yad şəhərlərdə doğma komandanın uğuruna sevinmək qədər gözəl deyil. Mənim üçün Azərbaycan futbol komandalarının çempionatlarda uğurlu oyunu, böyük çempionatların final oyununun ölkəmizdə keçirilməsindən daha gözəl və Azərbaycanın tanıdılması üçün daha effektivdir. Amma nədənsə həmişə böyük daşı qaldırmağa can atırıq. Bu tədbirlərə böyük pullar xərcləməkdənsə, həmin futbolu uşaq futbol məktəblərinə yönəltsək 5-10 ilə daha böyük uğurların şahidi olarıq. Amma təəssüf, heç kim üçün bu, maraqlı deyil.

***

Uşaq futbol məktəbləri bizim yaşadığımız İsveçrədə necə olur, bunu sizə öz oğlanlarımın timsalında təsvir edəcəyəm. Bir ölkədə futbol necə inkişaf edir, görəcəksiniz. Braziliyadan oyunçu gətirib “milliləşdirməklə” futbol inkişaf etməz.

İlk öncə onu deyim ki, İsveçrədə futbol meydançalarından çox, heç nə yoxdur. «Google Earth» proqramında İsveçrənin hər hansı şəhəri və ya qəsəbəsini izləyin, saysız-hesabsız futbol meydançası görəcəksiniz. Bu meydançalar idarə olunur, amma pulsuzdur.

Abbas Atilay - Futbolsuz ölkənin final macərasıƏn əsas sərvət isə, futbol məktəbləridir. Adam mat qalır bu sistemə. Hər şəhərin deyil, qəsəbənin deyil, hətta kəndin belə futbol məktəbi var. Bizim yaşadığımız şəhərdə məhəlləmizin futbol komandası var. Oğlanlarım Kərim (7 yaş) və Erkin (5 yaş) ilkin yoxlanışdan sonra bu məhəllə futbol məktəbinə götürüldülər. İlk öncə kiçik oğlum Erkin, 16 həmyaşıdı arasından seçilən 4 uşaqdan biri oldu. “Solaxay” olması hər halda onun avantajı idi.  Yeddi yaşlılar üçünsə rəqabət daha ağır oldu. Altı məşqçinin birgə izlədiyi yoxlanış məşqində üç yer üçün, 24 uşaq mübarizə aparırdı. Ümidimiz az idi, amma Kərimin seçilən üç uşaqdan biri olduğunu, axşam komanda rəsmilərindən aldığımız e-mail ilə öyrəndik. Əlbəttə, buna çox sevindik.

İndi onlar həftənin iki günü, axşamlar iki professional məşqçinin nəzarəti altında, 15-16 nəfərlik komanda ilə məşq edirlər. Ayda iki dəfə həftəsonları isə şəhərlərarası turnirlərə qatılır, məşqlərdə öyrəndiklərini yoldaşlıq oyunlarında göstərirlər. Havalar yağışlı və ya soyuq olduqda məşqlər təxirə salınmır, uşaqlar idman zalında məşq edir.

Abbas Atilay - Futbolsuz ölkənin final macərasıBöyük komandaların futbol məktəbləri ödənişlidir. Amma bu ödəniş bildiyimiz formada olmur. Futbol komandası, bütün yaş kateqoriyaları üçün, “Sponsorenlauf” (sponsorluq üçün qaçış) tədbiri keçirir. Hər bir uşağın valideyninə beş forma verilir. Valideyn bu beş sənəddə, sponsorluq edəcək insanların adını və yaşayış ünvanını yazır. Futbol məktəbinin şagirdi stadionda qaçır və valideyn uşağın stadionda qaçdığı hər dövrə üçün bir məbləğ yazır. Misal üçün mən, inanırdım ki, stadion kiçik olsa da Kərim ən çox beş dövrə qaçar. Ona görə onun qaçacağı hər dövrə üçün 2 İsveçrə frankı (2 dollar) qeyd etmişdim. Bu məbləğ həmin 5 sponsora göndərilir. O, isə mənim gümanımın tam əksi, stadionu 22 dövrə qaçdı. Beləliklə mən Kərim üçün yaxın dostlarımdan seçdiyim beş sponsorun hər birini 44 frank xərcə saldım. Ümumilikdə isə Kərimin adından futbol komandamızın hesabına 220 frank ödənildi. Ödəmək imkanı olmayan heç nə ödəmir, çünki imkanı olan bir başqa valideyn hər dövrə üçün daha yüksək məbləğ yazmaqla, bəlkə də üzünü görmədiyi uşaqların illik ödənişini, onsuz da öz üstünə götürəcək.

Beləliklə, uşaqlar şəhər komandalarında ciddi məşqlərdən sonra, yavaş-yavaş ələnirlər. Ən yaxşılar dərhal FC Basel, FC Young Boys, FC Zürich və başqa lider komandaların hədəfinə çevirilir. Nəticədə, bir vaxtlar məhəllədə futbol oynayan uşaqlar dünya ulduzu olurlar, ölkə futbolu isə inkişaf edir.

Təsadüfi deyil ki, sonuncu UEFA Cempionlar Liqasının finalında oynayan iki futbolçu, FC Basel məktəbinin yetirməsidir. Onlardan biri, finalda ilk qolun müəllifi oldu.

Yalnız futbol deyil, həyatda bütün sahələrdə belədir – mütəxəssis istəyirsənsə, uşaqlar üçün o sahənin effektiv mexanizmini hazırlamalısan. Azərbaycanlıların “Allahdan buyruq, ağzıma quyruq”u ilə olmur bu işlər.

 

1 - 15
- +
IMG_7402
IMG_7399
IMG-20190402-WA0016
IMG_7413_1
IMG-20190522-WA0012
IMG-20190602-WA0005
IMG-20190512-WA0009
IMG-20190504-WA0007a
IMG-20190522-WA0011
IMG_7411
IMG_7410
IMG_7398
IMG_7260
IMG_7261
IMG_7268

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Redaktorun seçimi

“Saçlarımı kəsdirməyə bərbərin evinə getdim”

Milli kimlik anlayışının formalaşmasında kədər məfhumunun rolu

Tənqid

“Bakirə intiharlar” və identiklik sorağında

Büdcəmiz gələn ilə nə vəd edir?

Zorakılıq yurdu

Azərbaycan gömrüyü hibridlərə qarşı

Müqayisəli kütlə haqda kiçik esse

Əkrəm Əylislinin “Daş yuxular”ının yozumu

XXI əsrdə 37-ci il rüzgarları

Hardasan, ay Zorro?

Mitinqlər Tiflisə necə təsir edib?

Şimali Koreyanın rasional xarici siyasəti

Mandat Erkin Qədirlinin nəyinə lazım idi?

Alzheimer – beyinin taleyi

Abşeron mayakı – 160

Qəhvə və parkinqi nə birləşdirir?

Futbol sadəcə futbol deyil

“Alma”-nı yenə oxumaq olacaq

Ağdərə əməliyyatı

Trans-Xəzər qaz kəməri

Courage in the Congo – Rəna Əfəndi təqdim edir

1988-ci ildə Dağlıq Qarabağın iqtisadi əlaqələri

Böyük suallara qısa cavablar

100 ilik işğal. Mif. Şarikov kompleksi

“Ağıllı və layiqli” olmağın resepti

Bir daha Çernobıl, yenə HBO

Çoxlu Faust

Avropadan niyə inciyirik?

İslahat hekayəsi

Abbas Atilay – Futbolsuz ölkənin final macərası

Abbas Atilay Abbas Atilay
., Foto-qrafika
03 İyun 2019

UEFA Çempionlar liqasını izləyən birinə, UEFA «Europa League» kifayət qədər maraqsız görünür. Ehtimal edirəm ki, Avropa liqasına çox güman, futbolsevərlərin uzaqbaşə 3-də 1-i baxır. Əsas futbol hadisəsi Çempionlar liqasıdır.  

Uzun illər Avropa liqası oyunlarını izləməyən mən, bir neçə gün əvvəl baş tutmuş finalı izlədim. Çünki oyun Bakıda, bizim paytaxtda keçirilirdi. Bakının tanıdılması, turizmin inkişafı üçün bu cür cəhdlər yaxşıdır. Bəs Bakının turist qəbul etməsi, qonaqların razı qalması üçün kifayət qədər imkan (geniş mənada imkandan danışıram) varmı? Bu haqda heç nə demək istəmirəm, «gedib xaricdən danışır» yazacaqlar. İstənilən halda belə tədirlərin bizdə keçirilməsi, bir azərbaycanlı olaraq mənim üçün xoşdur.

Bir futbol həvəskarı olaraq, «milli hissiyatımı» da bir kənara qoyub, çox səmimi deməliyəm ki, bu cür cempionatların finalı üçün Bakı Olimpiya Stadionu uğursuz seçim idi. Ümumiyyətlə, axırıncı dəfə final oyunu harada Olimpiya stadionunda keçirilib? Olimpiya stadionlarında keçirilən oyunlarda necə deyərlər emosiya, həyacan olmur. Oyunçunu «qaza gətirən» tərəfdardır, tərəfdar isə Olimpiya stadionlarında oyunçudan 25-30 metr aralıda əyləşir. 12-ci futbolçu olan tərəfdar oyundan kənarda qalır. Bunu sözsüz ki, «Europa League»-in Bakıdakı finalında gördünüz. Sizi bilmirəm, mənim üçün bu final olduqca maraqsız idi və demək olar ki, sonda Arsenalın qoca qurd qapıçısı Petr Cech-in göz yaşından savayı, yadımda heç nə qalmadı.

Abbas Atilay - Futbolsuz ölkənin final macərasıFinalı mənim üçün, bəlkə də Azərbaycan üçün uğursuz edən səbəblərdən biri də Arsenalın mərkəz oyunçusu, Henrikh Mkhitaryan oldu. «Nationalism» ağır bir xəstəlikdir, yaxa qurtarmaq bəzən mümkünsüz olur.

Yəqin siz də razılaşarsınız ki, doğma şəhərində yad komandalara tamaşa etmək, yad şəhərlərdə doğma komandanın uğuruna sevinmək qədər gözəl deyil. Mənim üçün Azərbaycan futbol komandalarının çempionatlarda uğurlu oyunu, böyük çempionatların final oyununun ölkəmizdə keçirilməsindən daha gözəl və Azərbaycanın tanıdılması üçün daha effektivdir. Amma nədənsə həmişə böyük daşı qaldırmağa can atırıq. Bu tədbirlərə böyük pullar xərcləməkdənsə, həmin futbolu uşaq futbol məktəblərinə yönəltsək 5-10 ilə daha böyük uğurların şahidi olarıq. Amma təəssüf, heç kim üçün bu, maraqlı deyil.

***

Uşaq futbol məktəbləri bizim yaşadığımız İsveçrədə necə olur, bunu sizə öz oğlanlarımın timsalında təsvir edəcəyəm. Bir ölkədə futbol necə inkişaf edir, görəcəksiniz. Braziliyadan oyunçu gətirib “milliləşdirməklə” futbol inkişaf etməz.

İlk öncə onu deyim ki, İsveçrədə futbol meydançalarından çox, heç nə yoxdur. «Google Earth» proqramında İsveçrənin hər hansı şəhəri və ya qəsəbəsini izləyin, saysız-hesabsız futbol meydançası görəcəksiniz. Bu meydançalar idarə olunur, amma pulsuzdur.

Abbas Atilay - Futbolsuz ölkənin final macərasıƏn əsas sərvət isə, futbol məktəbləridir. Adam mat qalır bu sistemə. Hər şəhərin deyil, qəsəbənin deyil, hətta kəndin belə futbol məktəbi var. Bizim yaşadığımız şəhərdə məhəlləmizin futbol komandası var. Oğlanlarım Kərim (7 yaş) və Erkin (5 yaş) ilkin yoxlanışdan sonra bu məhəllə futbol məktəbinə götürüldülər. İlk öncə kiçik oğlum Erkin, 16 həmyaşıdı arasından seçilən 4 uşaqdan biri oldu. “Solaxay” olması hər halda onun avantajı idi.  Yeddi yaşlılar üçünsə rəqabət daha ağır oldu. Altı məşqçinin birgə izlədiyi yoxlanış məşqində üç yer üçün, 24 uşaq mübarizə aparırdı. Ümidimiz az idi, amma Kərimin seçilən üç uşaqdan biri olduğunu, axşam komanda rəsmilərindən aldığımız e-mail ilə öyrəndik. Əlbəttə, buna çox sevindik.

İndi onlar həftənin iki günü, axşamlar iki professional məşqçinin nəzarəti altında, 15-16 nəfərlik komanda ilə məşq edirlər. Ayda iki dəfə həftəsonları isə şəhərlərarası turnirlərə qatılır, məşqlərdə öyrəndiklərini yoldaşlıq oyunlarında göstərirlər. Havalar yağışlı və ya soyuq olduqda məşqlər təxirə salınmır, uşaqlar idman zalında məşq edir.

Abbas Atilay - Futbolsuz ölkənin final macərasıBöyük komandaların futbol məktəbləri ödənişlidir. Amma bu ödəniş bildiyimiz formada olmur. Futbol komandası, bütün yaş kateqoriyaları üçün, “Sponsorenlauf” (sponsorluq üçün qaçış) tədbiri keçirir. Hər bir uşağın valideyninə beş forma verilir. Valideyn bu beş sənəddə, sponsorluq edəcək insanların adını və yaşayış ünvanını yazır. Futbol məktəbinin şagirdi stadionda qaçır və valideyn uşağın stadionda qaçdığı hər dövrə üçün bir məbləğ yazır. Misal üçün mən, inanırdım ki, stadion kiçik olsa da Kərim ən çox beş dövrə qaçar. Ona görə onun qaçacağı hər dövrə üçün 2 İsveçrə frankı (2 dollar) qeyd etmişdim. Bu məbləğ həmin 5 sponsora göndərilir. O, isə mənim gümanımın tam əksi, stadionu 22 dövrə qaçdı. Beləliklə mən Kərim üçün yaxın dostlarımdan seçdiyim beş sponsorun hər birini 44 frank xərcə saldım. Ümumilikdə isə Kərimin adından futbol komandamızın hesabına 220 frank ödənildi. Ödəmək imkanı olmayan heç nə ödəmir, çünki imkanı olan bir başqa valideyn hər dövrə üçün daha yüksək məbləğ yazmaqla, bəlkə də üzünü görmədiyi uşaqların illik ödənişini, onsuz da öz üstünə götürəcək.

Beləliklə, uşaqlar şəhər komandalarında ciddi məşqlərdən sonra, yavaş-yavaş ələnirlər. Ən yaxşılar dərhal FC Basel, FC Young Boys, FC Zürich və başqa lider komandaların hədəfinə çevirilir. Nəticədə, bir vaxtlar məhəllədə futbol oynayan uşaqlar dünya ulduzu olurlar, ölkə futbolu isə inkişaf edir.

Təsadüfi deyil ki, sonuncu UEFA Cempionlar Liqasının finalında oynayan iki futbolçu, FC Basel məktəbinin yetirməsidir. Onlardan biri, finalda ilk qolun müəllifi oldu.

Yalnız futbol deyil, həyatda bütün sahələrdə belədir – mütəxəssis istəyirsənsə, uşaqlar üçün o sahənin effektiv mexanizmini hazırlamalısan. Azərbaycanlıların “Allahdan buyruq, ağzıma quyruq”u ilə olmur bu işlər.

 

1 - 15
- +
IMG_7402
IMG_7399
IMG-20190402-WA0016
IMG_7413_1
IMG-20190522-WA0012
IMG-20190602-WA0005
IMG-20190512-WA0009
IMG-20190504-WA0007a
IMG-20190522-WA0011
IMG_7411
IMG_7410
IMG_7398
IMG_7260
IMG_7261
IMG_7268
Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel