Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Futbol sadəcə futbol deyil

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
20 Avqust 2019

Hər qalibiyyətin bir hekayəsi, hər zəfərin gizli və ya aşkar bir qəhrəmanı olur. Bu dəfə “Mançester Yunayted”in zəfərindən danışacağıq.

“Qırmızı şeytanlar”ın 2007/08 mövsümündə Çempionlar Liqasının finalında “Çelsi”yə qalib gələrək, ən güclü olmasının tarixçəsi ilə tanış olun.

Tarix: 21 may, 2008-ci il.

Yer: Moskva, “Lujniki” stadionu.

Çempionlar Liqası, final matçı.

“Çelsi” “Mançester Yunayted”lə qarşılaşır. Əsas və əlavə vaxt 1:1 hesablı bərabərliklə başa çatır. Oyunsonrası penalti seriyasında isə sevinən “manukunianlar” olur. Ancaq bu, o qədər asan olmur.

Hekayəni oxuyaq…

Çikaqo universitetində magistr təhsili alan İqnasio Palasio 1995-ci ildən başlayaraq penalti vuruşlarının qeydiyyatını aparmağa başlayıb və bu araşdırmasını da 2003-cü ildə çap etdirir. İqanasionun belə bir araşdırma apardığını bilən bir dostu onu o dönəm “Çelsi”nin baş məşqçisi olan Avraam Qrantla tanış edir. Daha sonra isə Palasio Qranta final oyununun penaltilərə qədər uzana biləcəyi ehtimalına qarşı detallı bir raport təqdim edir. Bu raportda xüsusilə vurğulanan bir neçə önəmli nöqtə var.

1. “Mançester Yunayted”in qapıçısı Van der Sar zərbəni vuran oyunçunun təbii istiqamətinə meyillənir. Yəni zərbəni sağ ayaqlı oyunçu vurursa, sola, sol ayaqlı oyunçu vurursa, sağa tərəf yıxılır.

2. Van der Sar yerdən 1 – 1.5 metr hündürlükdə gedən zərbələri qaytarmağı daha yaxşı bacarır.

3. Kristiano Ronaldo topa yaxınlaşarkən dayanırsa, 85% ehtimalla qapıçının sağına tərəf zərbə vurur. Ancaq Ronaldo qapıçının yerindən tərpənməsi üçün son ana qədər gözləyir və ona görə qərarını dəyişdirə bilər. Qapıçının əvvəlcədən hərəkət etdiyi bütün məqamlarda Ronaldo zərbəni qola çevirə bilib.

4. İlk zərbəni vuran komandanın qazanma şansı 60%-dir.

Qayıdaq oyuna. Matç 1:1 hesabı ilə bitir, ilk penalti zərbəsini vuracaq komanda “Mançester Yunayted”di.

Tevez və Ballak ilk zərbələri dəqiq yerinə yetirir.

Növbə Ronaldodadır. Portuqaliyalı topa yaxınlaşarkən bir az dayanır, Peter Çexə baxır, ancaq Çex “dərsini yaxşı oxuyub”, yerindən bir millimetr də tərpənmir və öz “sağ”ına yıxılaraq qola icazə vermir.

Bu arada “Çelsi”li oyunçular “dərs”ə uyğun olaraq topu bütün hallarda öz “sağ”larına yerdən və ya havadan yollayaraq qolu vururlar. Buna uymayan tək oyunçu isə solaxay Eşli Koul olur. O, komanda yoldaşları kimi qaydalara uymur və öz təbii küncünə, sağ tərəfə qüvvətli zərbə endirir. Van der Sar bu zərbənin yönünü bilir, ancaq zərbə qüvvətli olduğu üçün qola mane ola bilmir.

İşin ən maraqlı tərəfi isə odur ki, Koulun plana uymaması penaltini qola çevirməsinə rəğmən dolayısı ilə məğlubiyyətə səbəb olur.

Artıq son penaltilər vurulacaq… Terri topa yaxınlaşır, qaydaya uyğun olaraq öz sağına zərbə endirir, qapıçı əks istiqamətə meyillənir… ancaq dirək qola icazə vermir. Artıq penlati vuruşlarında bərabərlik var.

Daha sonra Anderson, Kalu və Giqqzdən dəqiq zərbələri gəlir və hesab 5:6 olur. “Çelsi”nin 7-ci penalticisi Anelka olduqca gərgin və həyəcanlıdır.

Ancaq hadisələrin gedişatında mançesterlilərin məşqçi heyəti “Çelsi”nin zərbələrinin xüsusi bir sistemlə vurulduğunun fərqinə varır.

Görünüşə görə bütün vuruşlar sağa tərəf edilib. Əslində sistem bu deyil. Ancaq solaxay Eşlinin qaydanı pozması bütün zərbələrin sağa getməsinə səbəb olub. Dolayısı ilə mançesterlilər nəzəri olaraq yanlış olsa da, praktik olaraq düzgün nəticəyə gəliblər…

…və sağ ayaqlı Anelka topa yaxınlaşır. Vuracağı istiqamət bəllidi – özünə görə sağ tərəfə, ya yerlə, ya da göylə vuracaq. Ancaq Van der Sar zərbə vurmağa hazırlaşan fransıza sağ tərəfi (qapıçının solu) göstərir – yəni bura vuracağını bilirəm. Təşvişə düşən Anleka “dəri kürə”ni özünün soluna və tam da 1 – 1.5 metr hündürlüklə yollayır… və “buummmm”, Van der Sar zərbəni qaytarır.

Bununla da “Mançester Yunayted” Çempionlar Liqasının qalibi olur.

Yazıda Simon Kuperin “Futbol sadəcə futbol deyil” kitabından istifadə olunub. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

WhatsApp Image 2020-03-07 at 09.48.51
.

Supermen Rəşad

07 Mart 2020
WhatsApp Image 2020-03-04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

04 Mart 2020
colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

18 Fevral 2020
e7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

11 Fevral 2020
83350049_2870743812946702_6999656597706244096_n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

28 Yanvar 2020
Kobe-Bryant
.

Mamba out…

27 Yanvar 2020

Redaktorun seçimi

Nərmin Şahmarzadə cavab verir

Vegetarianlığı bəşəriyyət üçün “məhvedici” adlandırdılar

Yuvadan uçmalı, ya uçmamalı?

Uşaqlıq zədəsi haqqında

Qarın müstəvisində dava

Oğru “demokratlar”

Aydınlanma tariximizin sui-qəsdləri

Empatiya. Necə yaranır və nə üçün lazımdır?

Çox əxlaqlı millətin söyüş arsenalına dair

Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

Bizdə niyə modern sənət yoxdur?

Adrenalin

Firudin Allahverdi: “Dövlətin incəsənətə müdaxiləsi ironik nəticə verir”

Feministlər qoltuğunun altını qırxmır?

Zaman-məkanın qırılması

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

Qocalmaq sənəti

Olmayan iş otağı

Kasıb yazıçı

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

“Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır…”

Arıqlamaq üçün roman

M. F. Axundzadə: “John Stuart Mill – Azadlıq haqqında”

AzLogos müsabiqənin nəticələrini açıqlayır

“Xristian həmrəyliyi” mövcuddurmu?

Aydınlanma yollarında

Koronavirus günlərinin kinosu

“Oğurlanan” Qərbin qaytarılması

Atıb qaçanlardan olmamaq

Yalan demə, heç kim ölmək istəmir…

Futbol sadəcə futbol deyil

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
20 Avqust 2019

Hər qalibiyyətin bir hekayəsi, hər zəfərin gizli və ya aşkar bir qəhrəmanı olur. Bu dəfə “Mançester Yunayted”in zəfərindən danışacağıq.

“Qırmızı şeytanlar”ın 2007/08 mövsümündə Çempionlar Liqasının finalında “Çelsi”yə qalib gələrək, ən güclü olmasının tarixçəsi ilə tanış olun.

Tarix: 21 may, 2008-ci il.

Yer: Moskva, “Lujniki” stadionu.

Çempionlar Liqası, final matçı.

“Çelsi” “Mançester Yunayted”lə qarşılaşır. Əsas və əlavə vaxt 1:1 hesablı bərabərliklə başa çatır. Oyunsonrası penalti seriyasında isə sevinən “manukunianlar” olur. Ancaq bu, o qədər asan olmur.

Hekayəni oxuyaq…

Çikaqo universitetində magistr təhsili alan İqnasio Palasio 1995-ci ildən başlayaraq penalti vuruşlarının qeydiyyatını aparmağa başlayıb və bu araşdırmasını da 2003-cü ildə çap etdirir. İqanasionun belə bir araşdırma apardığını bilən bir dostu onu o dönəm “Çelsi”nin baş məşqçisi olan Avraam Qrantla tanış edir. Daha sonra isə Palasio Qranta final oyununun penaltilərə qədər uzana biləcəyi ehtimalına qarşı detallı bir raport təqdim edir. Bu raportda xüsusilə vurğulanan bir neçə önəmli nöqtə var.

1. “Mançester Yunayted”in qapıçısı Van der Sar zərbəni vuran oyunçunun təbii istiqamətinə meyillənir. Yəni zərbəni sağ ayaqlı oyunçu vurursa, sola, sol ayaqlı oyunçu vurursa, sağa tərəf yıxılır.

2. Van der Sar yerdən 1 – 1.5 metr hündürlükdə gedən zərbələri qaytarmağı daha yaxşı bacarır.

3. Kristiano Ronaldo topa yaxınlaşarkən dayanırsa, 85% ehtimalla qapıçının sağına tərəf zərbə vurur. Ancaq Ronaldo qapıçının yerindən tərpənməsi üçün son ana qədər gözləyir və ona görə qərarını dəyişdirə bilər. Qapıçının əvvəlcədən hərəkət etdiyi bütün məqamlarda Ronaldo zərbəni qola çevirə bilib.

4. İlk zərbəni vuran komandanın qazanma şansı 60%-dir.

Qayıdaq oyuna. Matç 1:1 hesabı ilə bitir, ilk penalti zərbəsini vuracaq komanda “Mançester Yunayted”di.

Tevez və Ballak ilk zərbələri dəqiq yerinə yetirir.

Növbə Ronaldodadır. Portuqaliyalı topa yaxınlaşarkən bir az dayanır, Peter Çexə baxır, ancaq Çex “dərsini yaxşı oxuyub”, yerindən bir millimetr də tərpənmir və öz “sağ”ına yıxılaraq qola icazə vermir.

Bu arada “Çelsi”li oyunçular “dərs”ə uyğun olaraq topu bütün hallarda öz “sağ”larına yerdən və ya havadan yollayaraq qolu vururlar. Buna uymayan tək oyunçu isə solaxay Eşli Koul olur. O, komanda yoldaşları kimi qaydalara uymur və öz təbii küncünə, sağ tərəfə qüvvətli zərbə endirir. Van der Sar bu zərbənin yönünü bilir, ancaq zərbə qüvvətli olduğu üçün qola mane ola bilmir.

İşin ən maraqlı tərəfi isə odur ki, Koulun plana uymaması penaltini qola çevirməsinə rəğmən dolayısı ilə məğlubiyyətə səbəb olur.

Artıq son penaltilər vurulacaq… Terri topa yaxınlaşır, qaydaya uyğun olaraq öz sağına zərbə endirir, qapıçı əks istiqamətə meyillənir… ancaq dirək qola icazə vermir. Artıq penlati vuruşlarında bərabərlik var.

Daha sonra Anderson, Kalu və Giqqzdən dəqiq zərbələri gəlir və hesab 5:6 olur. “Çelsi”nin 7-ci penalticisi Anelka olduqca gərgin və həyəcanlıdır.

Ancaq hadisələrin gedişatında mançesterlilərin məşqçi heyəti “Çelsi”nin zərbələrinin xüsusi bir sistemlə vurulduğunun fərqinə varır.

Görünüşə görə bütün vuruşlar sağa tərəf edilib. Əslində sistem bu deyil. Ancaq solaxay Eşlinin qaydanı pozması bütün zərbələrin sağa getməsinə səbəb olub. Dolayısı ilə mançesterlilər nəzəri olaraq yanlış olsa da, praktik olaraq düzgün nəticəyə gəliblər…

…və sağ ayaqlı Anelka topa yaxınlaşır. Vuracağı istiqamət bəllidi – özünə görə sağ tərəfə, ya yerlə, ya da göylə vuracaq. Ancaq Van der Sar zərbə vurmağa hazırlaşan fransıza sağ tərəfi (qapıçının solu) göstərir – yəni bura vuracağını bilirəm. Təşvişə düşən Anleka “dəri kürə”ni özünün soluna və tam da 1 – 1.5 metr hündürlüklə yollayır… və “buummmm”, Van der Sar zərbəni qaytarır.

Bununla da “Mançester Yunayted” Çempionlar Liqasının qalibi olur.

Yazıda Simon Kuperin “Futbol sadəcə futbol deyil” kitabından istifadə olunub. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

WhatsApp Image 2020-03-07 at 09.48.51
.

Supermen Rəşad

07 Mart 2020
WhatsApp Image 2020-03-04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

04 Mart 2020
colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

18 Fevral 2020
e7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

11 Fevral 2020
83350049_2870743812946702_6999656597706244096_n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

28 Yanvar 2020
Kobe-Bryant
.

Mamba out…

27 Yanvar 2020
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel