Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Firudin Allahverdinin “”Türkmənçay” və “Gülüstan” müqaviləsi tariximizdə müsbət hadisədir” iddiasına cavab

Saleh Mehdizadə Saleh Mehdizadə
., Mövqe
23 May 2021

Tarix sadəcə tarixi faktların əzbərlənməsi və sadalanması deyil. Tarix həm də bu faktlara şərh vermək səriştəsidir. Tarixin bu funksiyası onun həm də millət quruculuğunda önəmini şərtləndirir. Tarixi faktların bəlli bir məqsədlə şərh edilməsi və siyasi xalqın tarixi hekayəsinin yaradılması, həmin xalqın özünü dərki, dünyadakı mövqeyi, bu günü və gələcəyi ilə bağlı planları və iddialarına təsir göstərir.

Firudin Allahverdinin Türkmənçay və Gülüstan müqavilələri ilə bağlı verdiyi tarixi şərh də yuxarıda deyilənlərin məntiqi davamıdır. Firudin bəy Sovet zamanında azərbaycanlılara təlqin edilmiş tarixi hekayəni fundamental olaraq inkar edir, ancaq öz tarixi şərhində də xətaya yol verir. Bu xətanın əsas səbəbi zənnimcə tarixi faktların Firudin bəyin nəzdində dəqiq bilinməməsidir.

Öncəliklə onu deyim ki, tarixə şərh verərkən bu olmasaydı belə olardı kimi ifadələr xətalı olsa da siyasi hekayə yaradılarkən bu metodoloji xətaya müraciət etməmək mümkün olmaya bilər. Onun üçün Firudin bəyin özünün çox güman bilərəkdən düşdüyü bu xətaya mən də düşmək məcburiyətində qalacağam. Nəticədə nə Firudin bəy, nə də mən peşəkar tarixçilər deyilik və tarixin şərhində obyektib olmaq kimi bir məsuliyətimiz də yoxdur. Biz daha çox bu günümüzün tarixi şərhini veririk, ancaq bu şərhin də gerçəklikdən uzaq olmaması çox vacibdir. Azərbaycanın bu gününün dəqiq anlaşılması üçünsə, düşünürəm ki, Firudin bəyin mövqeyi təkcə xətalı olmaqla qalmayıb həm də zərərlidir.

Buna baxmayayaq, bildirməliyəm ki, Firudin bəyin şərhində doğruluq məqamları da var. Milli dövlət anlayışının Yaxın Şərqə və Azərbaycana Rusiya və dolayı yolla Avropadan gəlməsi doğrudur. Ancaq Yaxın Şərqdə yaşayan türkmanların kimlik anlayışının olmaması və türkmanların özlərinə heç bir ad verməyib, özünü fərqli bir qövm kimi dərk etməməsi isə başdan-başa bir cəfəngiyyatdır. Əslində, müqavilənin adını götürdüyü Türkmənçay sözünün özü belə bu iddianın doğru olmadığına bir dəlildir. Türkmanlar öz doğma dillərində Türkmənçay toponimini yaradacaq qədər ən azından öz kimliklərindən xəbərdar imişlər. İcazə verin bu məsələdə Firudin bəyin xətalı olduğunu mənbələrlə sübut edim.

1. “Məsələn, 1149-cu/1736-cı ildə osmanlı sədrəzəminə ünvanlanan məktubda Nadir, İran taxtını “ulu türkman elinin [millətinin] irsi mülkü (mawrusi-yi il-i jalil-i turkman) adlandırır…”

Tucker, “Religion and politics in the era of Nadir Shah…”, səh. 166

2. Şah İsmayıl haqqında məqaləsində Minorski çox maraqlı bir məqamı qeyd edir: kürdlərin “Əhli-Haqq” adlı dini təriqətdəki ilahilərin birində şahın adı türkcə çəkilir – “Xətai də natiq oldı, Türkistanın piri oldı”. Üstəlik, alimin qeyd etdiyi kimi, burada “Türkistan” deyilərkən məhz Azərbaycan nəzərdə tutulur:

“Şah İsmayılın poeziyasına marağım ilk dəfə 36 il bundan öncə, Əhli-Haqqdan olan dostlarımdan birindən onların ilahilərində adı keçən Xətainin məhz Səfəvi sülaləsinin banisi olduğunu öyrənəndə yaranıb: Xətai də natiq oldı, Türkistanın piri oldı, yəni, mənə verilən izaha görə, (“İlahi), (Azərbaycan) türklərinin piri olan Xətainin simasında danışmağa başladı”)”.

Minorsky, “The Poetry of Shah Ismail I”, səh. 1006a

3. Şah İsmayılın yazdığı şeirlərdə türklərlə bağlı hissələr:

“Sen ey Türk-i peri peyker, ecaib sün-i Yezdan’san. Görenden berlü ruh-sarun, sözüm, Allahu ekberdir.”

“Ey Hatai! Şol Huten Türki saçınun şemmesi, Nafe-yi sehraya saldı belki müşk-ü enberi!?”

“Bes ğazeb ile Türk-i tennaz , Hışm etdi sana be işve vü naz.

Kıldı, gelüben, ıraktan avaz, Bend etti sebanı Türk-i tennaz.”

“Çün yetdi seba o yar qatına Ol Türk-i vefa-güzar qatına.”

Siyahını uzatmaq mümkündür. Qızılbaşların türkcə məktublarından tutmuş, farslara və qeyri-türklərə qarşı ikrah dolu mövqelərinə qədər saysız-hesabsız mənbələr mövcuddur.

4. Qacar ordusundakı türklər və farslar haqqında:

“Qeyd etmək olar ki, türkün mənəvi dayanıqlığı, sədaqəti, cəsurluğu və möhkəm bədən quruluşu atalar məsəlinə çevrilib və tarix onu göstərir ki, ondan gözəl əsgər alına bilər.

Bir əsgər kimi farsı heç öz ölkəsində heç kim vecə almır və o yalnız kəndlərdə polis kimi və türk tayfalarının zəhləsi getdiyi mahallarda qulluq etmək üçün yararlı ola bilər.”

“Military Report on Persia” (1912), səh. 221

Türkmanların özləri, başqa oturaq xalqlardan fərqli olduqları haqda çox aydın fikirləri var idi. Qızılbaşların (Səfəvi, Əvşar, Qacar) hakimiyyəti dönəmində dövlətin bütün yüksək mövqelərində, vilayətlərin rəhbərliyinə, ordunun yüksək rütbəli hərbçilərindən tutmuş sıravi əsgərinə qədər üstünlük türklərə verilərdi. Hətta Şah Abbasın yeniçəri sistemindən ilhamlanaraq yaratdığı qulamlara qədər türk olmayanın orduda iştirakı belə qadağan idi. Türk olmayan qızılbaşlığa qəbul edilməz və onların qızılbaş papaqları taxmalarına icazə verilməzdi. İstisna olaraq qismən talışların qızılbaşlığa qəbul edildiyi bilinir. Yəni tükmanların öz kimliklərini anlamaması səfsətədən başqa bir şey deyildir.

Mən də Firudin bəy kimi, Sovet tarix hekayəsini qəbul etmirəm, Azərbaycanın sanki İran və Rusiya arasında parçalanması fikri tarixin məqsədli şəkildə Sovetlər tərəfindən təhrif edilməsidir, çünki Sovet Azərbaycanı tarixçiliyi azərbaycanlıları möcüzəvi şəkildə Qafqaz Albanları və Midiyalıların törəmələri kimi təqdim edirdi. Bir-biri ilə heç bir əlaqəsi olmayan qafqazdilli və irandilli bu iki xalqın birləşib necə türkdilli azərbaycanlıları yaratdığını isə heç kəs izah etmək istəmirdi. Xalqımızın kimliyinə qarşı bu hücum o qədər təsirli olmuşdur ki, bu gün də Azərbaycan tarixçilərinin tarixi Azərbaycan ərazisində mövcud olmuş hər bir dövlətin, xalqın türkləşdirmə cəhdi həmin dövrün travmalarıdır. Təbii ki, ermənilərin də tariximizə hücumu öz rolunu oynamışdır.

Bundan əlavə Güney Azərbaycanda qalmış türklərin öz siyasi kimliklərini gec anlaması fikri də doğru deyildir. Onlar hər zaman özlərini İranın gerçək sahibləri olaraq görmüşlər. Pişəvərinin, Xiyabaninin başlatdığı hərəkatlar əslində Güney Azərbaycanlıların kifayət qədər milli şüura sahibi olduğunu sübut etmirmi?

Muasir Azərbaycan tarixçiliyi də çox təəssüf ki, hələ də Azərbaycanın Rusiya və İran tərəfindən parçalandığı tezisini qəbul edir. Halbuki, gerçəkdə baş verən budur ki, Azərbaycan türklərinin dövləti olan Qacarlarla Rusiya arasındakı savaşda Qafqaz torpaqları itirilmişdir. İranın özündə belə, bunu etiraf edən insanlar var.

O ki, qaldı Türkmənçay və Gülüstan müqaviləsinin Azərbaycan türklərinin siyasi millət olaraq formalaşmasında müsbət rolu məsələsinə, mən bu rolun mövcudluğunu inkar etmirəm, ancaq bu müqavilələrin müsbət bir hal olduğunu da qəbul edə bilmərəm. Məsələ ondadır ki, Yaxın Şərqdə avropasayağı milliləşmə baş verdiyi zamanda Azərbaycan türklərinin öz dövlətləri olmamışdır. 1925-ci ildə dağılan Qacar dövləti milliləşmə siyasəti aparma imkanı əldə edə bilmədi. Əvəzində hakimiyyəti ələ keçirən Pəhləvi ailəsi İranda fars kimiyi üzərində yeni bir milli kimlik formalaşdırdı. Azərbaycan türklərinin Azəri adlandırılması, onların söyköklərinə hücum və türk kimliklərindən uzaqlaşdırma cəhdləri də Pəhləvi dönəmində başlamış və indiki molla rejimində də davam etdirilməkdədir.

Yazının əvvəlində dediyim metodoloji xətaya bilərəkdən sığınmaq məcburiyətindəyəm: Əgər Qacarlar Qafqazı itirməsə və devrilməsə idi, İranda milli kimlik türklük əsasında qurulacaqdı. Qacarların ümumilikdə Qızılbaşların qurduqları dövlətin tam bir türk dövləti olması ilə bağlı da bəzi mənbələrə nəzər sala bilərik.

5. İran tarixinin qanunu budur ki, midiyalılar, farslar və parfiyalılar, yəni İraq və Azərbaycanın, Farsın və Xorasanın sakinləri ardıcıllıqla ölkədəki hakimiyyətə iddia ediblər. Bu gün şəksiz birincilik keçmiş Midiyaya məxsusdur. Bu, krallığın ən çox əhalisi olan və ən varlı bölgəsidir; iranlı əhalidən daha güclü olan TÜRK əhalisi milli enerjinin ən yaxşı mənbəyidir; dünən doğulan islahatlar ideyası əsas gücünü buradan alır. Bundan əlavə, onun etnik tərkibinin mürəkkəbliyi və coğrafi mövqeyinin təhlükəsi, Rusiya və Türkiyə ilə həmsərhəd olması onun idarəçiliyini lap incə məsələyə döndərir. Təbriz vəliəhd üçün ən uyğun məkan və dövlət idarəçiliyi üzrə ən faydalı məktəbə dönüb…”

Aubin, “La Perse d’aujourd’hui…” (1908), səh. 30-31

6. Özlərini tat və ya tacik adlandıran əsl farslar, bütün millətlərin, könüllü və ya zorla İslamı qəbul edən ərəblərin, zərdüştilərin və yəhudilərin törəmələridir.

Elatlar [bu söz müəllif tərəfindən orijinalda işlədilib] və ya köçəri tayfalar, imperiyanın hərbi gücünü və əhalinin ən əhəmiyyətli hissəsini təşkil edirlər; kor-koranə itaət etdikləri başçıları imperiyanın irsi zadəgan sinfinidir; onlar əsasən türk mənşəlidirlər, türk dilində danışır və öz skif əcdadlarının adət-ənənələrini qoruyub saxlayırlar…”

Shoberl, “Persia…”, səh. 19

7. “Səfəvi İranı ilə əlaqələr, dövrün türk dili üzrə araşdırmaları üçün mühüm rol oynayırdı. Əhalisi etnik cəhətdən müxtəlif millətlərdən ibarət olan imperiyanın hökmdarları, dilçilik nöqteyi nəzərindən, bir türk sülaləsi idi. Türk dilinin Azərbaycan forması XVIII əsrdə də saray və orduda işlədilirdi. Vəziyyətə yaxşı bələd olan səyyahlar, türk dilinin saraydan digər yuxarı təbəqələrə yayıldığını və nüfuzlu bir şəxs üçün türk dilini bilməməyin, demək olar ki, rüsvayçılıq hesab edildiyini yazırdılar. İranın müxtəlif bölgələrində türk dilinin istifadəsini nəzərdən keçirən Adam Oleari qeyd edir ki, “Türk dilində xüsusən İsfahandakı kral sarayında həvəslə danışılır və onlardan farsca bir kəlmə belə eşitmək müşkül məsələdir.”

Johanson, “Turkic Studies in the Swedish Empire 1632–1718”, səh. 35-36

Yazının çox uzanmaması üçün mənbələri məhdud sayda təqdim etmək istərdim.

Nəticə

İddia edilidiyi kimi, Türkmənçay və Gülüstan müqavilələri Azərbaycan tarixinə müsbət təsir göstərən müqavilələr deyildir. Bu müqavilələri Azərbaycan türklərinin dövlətçiliyinin dağıdılmasının başlanğıcı da hesab etmək olar. Əlbətdə Quzey Azərbaycanda qərbsayağı milliləşməyə təsiri olsa da, ümumilikdə götürdükdə, Qafqaz mülkünün itirilməsinə, İrəvan, Göyçə, Zəngəzurun erməniləşdirilməsinə, Borçalının və Dərbəndin həmişəlik Azərbaycan dövlətinin tərkibindən çıxmasına, az qala Qarabağın itirilməsinə və ən nəhayət Azərbaycan türklərinin Orta Asiyadan gəldikləri ilk gündən bəri tarixlərində ilk dəfə başqa bir dövlətin müstəmləkəsinə çevrilməsinə səbəb oldu. Rusiya ilə savaşlarda məğlub olan Qacarlar sonra daha da zəifləyəcək və ən nəhayətində Qacar dövləti də tarix səhnəsindən silinəcəkdi. İyirminci əsr Azərbaycan türklərinin dövlətsiz qaldığı tək əsr olmaqdan əlavə onların bütöv halda qərbsayağı millətləşmə fürsətinin də itirildiyi əsrdir. Əgər tariximizə indi təqdim etdiyim nöqteyi-nəzərdən yanaşsaq, onda biz özümüzü böyük imperiyalar arasında ilişib qalmış və hansısa iki dövlətin müharibəsinin nəticəsində, tarixin bəxş etidiyi təsadüfi şans sayəsində siyasi millət ola bilmiş kiçik bir xalq kimi yox, bölgəyə uzun əsrlər hökm etmiş imperial bir xalq olaraq baxacağıq. Bu da bizim özümüzü anlamağımızda və gələcəyimizə münasibətdə köklü dəyişikliyə səbəb olacaq. Azərbaycan xalqının özünə güvənməsi çox vacibdir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022

Redaktorun seçimi

Bizim olmayan Maqomayev

Teymur Hacıyev: “Azərbaycanda operator tapa bilmirəm”

Propaqandanızı yesinlər

Asqırmaqla öskürməyin əşəddu-fərqi

Herbert Wells: İbtidai düşüncə (sonu)

Azərbaycan multikultural ölkədirmi?

Kamran Ağabalayev: “Azərbaycanda kinonun olması vacib deyil”

Liberalların çirkin siması

Çox əxlaqlı millətin söyüş arsenalına dair

Vüqarın landşaft və arxitekturası

İxrac: 25 il əvvəl

Laçın yoluna biz nəzarət edirik

Ruandanın iqtisadi uğuru

Vaginal təbəddülatlar və içimizdəki Tükəzban

Rədd olsun papaq!

Ukrayna dərsləri

Homoseksuallıq və homofobiya. Made in Europa

Qismət. Yaşamaq bir ağac kimi…

Kinoprokatsız kino

Allahsız kosmos

Bərpa işləri neçəyə başa gələcək: Cocuq Mərcanlı nümunəsi

AzLogos-dan çürüklərin ələnməsi

Kadokava Mədəniyyət Muzeyi

Üç əsərin prizmasından ölkəmiz haqda

Elçin Əlibəyli milli Solovyov qismində

Ölüm çox yaxındır

Nemanzadənin od vurduğu pirin kəraməti

Bilmədiyini bilməyənlər

“Toy serialının” barıt qoxusu

MSK sərgüzəştlərim

Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel