bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Eyzəbər ə, beyzəbər bə – “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var!”

Ilahə Ucaruh Ilahə Ucaruh
., Sərbəst
17 İyul 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Rajm verse firjhd
Paylaş

“Bizlər yeniləşsək belə daim, 

Bir əskiklik az-çox bizə hakim.”

Hüseyn Cavidin “Azər” pyesindən.

İnsanlar iki kateqoriyaya —

kitab oxuyanlara və kitab oxuyanları dinləyənlərə ayrılır.

Nədir o əksiklik bizlərdə? Salome Zurabişvili xanımın — Gürcüstan Respublikası prezidentinin “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var” deməsi nə deməkdir?

Keçmiş SSRİ-də elmi-tədqiqat sahəsində çalışmış alimlərin milli mənsubiyyətinə dair internetdə bir statistikaya rast gəlmişdim. Əqli işlərdə çalışanların ən yüksək faizini, hər yerdə, hər zaman olduğu kimi, yəhudilər təşkil edirdi. Onlardan sonra siyahıda ermənilər, sonra ruslar və gürcülər gəlirdi. Azərbaycanlılar 11-ci ya da 14-cü yerdə idilər. Sovetlərdən də çox-çox əvvəllər sultanların, şahların vəzirləri, həkimləri, hakimləri, xəzinədarları çoxbilmiş, bic saydığımız bu qeyri-müsəlmanlar idi. Daha savadlı, intellektual olduqlarına görə. Onları bizlərdən daha savadlı, daha intellektual edən nə idi?

İş belə gətirib — qədim zamanlardan üzü bu yana bütün İsrail oğulları “tanrını tanımaq” borclarını Tövratı öyrənməklə yerinə yetirməlidirlər. Tövratın mətnlərini də mütləq öz gözləri ilə oxumalıdırlar. Yüz illərdir davam edən bu dini qayda, yəhudi xalqının başdan-başa savadlanmasına təkan verdi. Yəhudilər öz müqəddəs kitablarını oxumağa başlayanda, indi çiçəklənən bəzi xalqlar hələ heyvan dərisinə bürünüb, əllərində daş balta gəzdirirdilər. Peyğəmbər məktəbləri deyilən qədim yəhudi universitetləri müəllim və şagirdlərlə dolu idi. Sayları ilə dillərə düşən 124 min peyğəmbər məhz oxumuş musaoğulları idilər. Bu 124000 rəqəmini bəziləri sonsuzluğa gedən həndəsi proqressiyaya bir işarə, simvol sayır. İndi də, müasir elmin, tərəqqinin ən yüksək səviyyəsinə qalxmış İsrail dövlətində “peyğəmbər” anlamında olan “rabi” sözü “ziyalı”, “alim”, “sayqın” sözünə bərabərdir.

Eramızın təxminən IV-V əsrlərində İncilin gürcü və erməni dillərinə tərcümə edilməsinin, bu xalqların kütləvi savadlanmasında və dünya mədəniyyətinə qaynayıb-qarışmasında danılmaz böyük rolu oldu. Bu böyük rol — insanlarda oxuma vərdişinin, mütaliəyə ehtiyacın yaradılmasında idi. O zamanlar kitab ilə təmas — müqəddəs hadisə, nadir görüş, bir zinət əşyasından dəyərli idi. (Haydegerin bir fikri var: “Müqəddəs kitab — kitabın müqəddəsliyi anlamına gəlir”.) Hərflərin əvvəlcə sözlərə, sözlərin obrazlara, obrazların isə bütöv səhnələrə, hadisələrə çevrilməsi oxucunun, daha doğrusu — oxucu beyninin aktiv iştirakını tələb edir. Mətni qavrama insan beynində müəyyən psixi, əqli gərginlik yaradır. Bu şəkildə davam etdikdə, beyin neyronlarının aktivliyi və artması nəticəsində intellektual imkanlar da çoxalır. İdman bədən əzələlərini gücləndirdiyi, böyütdüyü kimi, müntəzəm gərgin əqli iş də beyin neyronlarının arasında yeni əlaqələr yaradaraq, intellekti artırır. Həyat boyu qazanılan müxtəlif təcrübələr nəsildən nəsilə sadəcə şəxsi nümunə, öyüd-nəsihətlə deyil, genetik yolla da ötürülür.

Bu qonşu xalqlar əsrlər boyu daha güclü dövlətlərdən çox vaxt siyasi asılı olduqlarına görə, hakim xalqların dillərini də öyrənməyə məcbur qalırdılar. Nəticədə, savadları hesabına daha yaxşı vəzifələrə, daha zəngin yaşamağa nail olurdular. Övladları da bəlli səbəblərdən dolayı əsgərlikdən azad olduqlarına görə, özlərinin maddi, əqli, mədəni inkişafı ilə məşğul olur, xarici dillər öyrənir, çeşidli sənət və elmlərə yiyələnirdilər.

Azərbaycan türkləri isə atlarını çaparaq gah o sultanın, gah bu şahın arxasınca düşür, gah o dinin, gah bu mənsəbin uğrunda passionar enerjilərini avamca tükədirdilər. Yadlar yanını yerə qoyub yazıb-oxumaq öyrənəndə, bizimkilər “ox atıb qılınc oynadırdılar”. Doğma əlifbasını Altaylarda ağır böyük daşlara tapşırıb, yollarda genetik gübrətək səpələnə-səpələnə, dəliqanlı başlarını dünyanı fəth etməklə qatırdılar. Bu üzdən Asif Ata türkün günahını qılıncla çox oynamasında görürdü. “Avropa, türkün qılıncının gücünü tanıyır, idrakının gücünü hələ tanımır”, – deyirdi. Yad dildə yazıldığına görə anlamadığımız, oxuya bilmədiyimiz kitaba kor-koranə tapınıb, tapındırılıb, aldadıldıq, oynadıldıq kitablarını öz ana dillərində oxuyanlar tərəfindən. Adı bizim oldu, dadı onların…

Təqribən 2000-1500 il bundan qabaq kilsələrinin, sinaqoqların nəzdindəki məktəblərdə, evlərdə oxunulan, oxutdurulan o dini kitablar sayəsində sonralar qalaq-qalaq yeni kitablar yazıldı, yaradıldı. Biz öz keçmişimizi ərəb, erməni, gürcü, fars və s. dillərdə yazılmış o kitablardan öyrənmədikmi?

Bizlərdə isə mədrəsələrdə ərəb dilini anlamayan uşaqlara mollalar tərəfindən döyülə-döyülə, kor-koranə Quran əzbərlətdirildi. Məcburi əzbərçilik düşünməkdən, yaradıcılıqdan, şəxsi təşəbbüskarlıqdan, daxili inkişafdan çox-çox uzaqdır. Çar Rusiyası dövründə M.F.Axundovun təşəbbüsü ilə Gürcüstanın Qori və Tiflis məktəblərinə Qafqaz tatarlarının övladlarını da qəbul etdilər. Sovetlər qurulandan azərbaycanlılar kütləvi şəkildə dünyəvi məktəblərə göndərildi. Xalqımızın ana dilində oxuma-yazma tarixinin cəmi 100-150 yaşı var. Bir əsrdə yüzlərlə, minlərlə parlaq şəxsiyyətlərimiz yetişdi. Gör, məsələn, 500 – 700 ildə neçə və necə dəyərli insanlar yetişə bilərdi! Əfsuslar, hər yüksək təhsilli adam xalqının ziyalısı olmur, çox dil bilən də mütləq istedadlı, dahi olmur. Bununla belə, savadın, çoxdilliliyin insan ağlına, təfəkkürünə müsbət təsirləri danılmazdır. Maraqlıdır, yurdumuzun sayseçmə, qürurverici tarixi şəxsiyyətlərindən neçəsi sadəcə bir ana dilini bilir?

Qonşularımızdan çox-çox gec başladılan maariflənmə, intellektuallaşma, mədəniləşmə işlərimiz hər sahədə yarım-yamalaq vəziyyətdədir. Bir yandan — tədris ocaqlarında rüşvətxorluğun tüğyan etməsi faktları… Digər yandan — uşaq hüquqlarının yetərincə qorunmaması, valideyn və müəllimlər tərəfindən zorakılığa məruz qalmaları. Azərbaycanın hər iki tayında bir çox məktəblərdə şagirdlər müəllimlər tərəfindən döyülür, söyülür. İnsan əməllərinin, duyğularının genlərdə kodlaşdırıldığını və sonrakı nəsillərə ötürüldüyü elmi şəkildə sübut edilir. Əsrlər boyu davam edən fiziki, psixi təzyiqlər, dərin travmaların xalqın genetikasına, davranışına hopması acınacaqlı bir faktdır. Uşaq ikən qüruru, haqqı tapdalanmış insandan böyüyəndə necə vətəndaş olacaq? Müasir sivil ölkələrdə bir azyaşlının nadincliyi, təhsildə geriləməsi, ipə-sapa yatmaması və s. tərbiyəsizlik əlaməti yox — təhlilə, fizioloji, nevroloji və ya psixoloji yardıma, müalicəyə ehtiyac əlaməti sayılır. Mütəxəssislər təkcə narahat uşaqlarla deyil, onların ailə üzvləri, yaxın çevrələri ilə də çoxşaxəli iş aparır. 

Bizdə hələ çox sahədə əskiklik var, çox…

Hüseyn Cavid haqlı deyildimi? Gürcüstanın birinci ledisi haqlı deyilmi?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör