bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Eşşəkliyin adı brutallıq olanda

T. A. T. A.
., Mövqe
08 Fevral 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
1
Paylaş

Bu yaxınlarda, Bakı küçələrinin birində həyat yoldaşını bıçaqlayan Dağlıq Qarabağ azərbaycanlıları icmasının sabiq sədri Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun təcavüzdən öncə yoldaşı ilə etdiyi telefon söhbətinin yazısını dinlədim. İstintaqın işinə təsir göstərmək fikrim yoxdur, heç kəsi də istintaq sonlanmadan birmənalı şəkildə ittiham etməyəcəm. Qoy bununla aidiyyatlı orqanlar məşğul olsun.

Sadəcə, Ceyhun Bəhmənovun həmin səs yazısındaki danışıq tərzi, nitqinin “məntiqi” mənə çox tanış gəldi. Düşünürəm ki, bir çoxumuz Ceyhun Bəhmənovu şəxsən tanımasaq da, təmsil etdiyi təfəkkür daşıyıcılarını tanıyırıq.

Məktəb illərim, birinci sinifdən başlayaraq, sonuncu sinfə qədər, yoldaşlarımla elan olunmamış müharibə şəraitində keçib. Zaman-zaman şiddəti azalan, gah da artan, bəzən açıq qarşıdurmalara çevrilən münaqişələrin bəzən səbəbkarı özüm olurdum. İndi o münasibətlərə ad qoymalı olsam, onları ətalətlə cərəyan edən qarşılıqlı ikrah adlandırardım.

Təkrarçılıq olmasın, – yuxarıda etiraf etdiyim kimi,- səbəb çox zaman özüm olurdum. Daha doğrusu, müasir gənc azərbaycanlıların “oğlanlıq” adlandırdığı, oğlanların əksəriyyətinə xas olan yüngül, yaxud ağır xuliqanlığı prinsipcə rədd etməyim münaqiəşələri labüd edirdi.

Qaçan sinif yoldaşıma nə üçün badalaq vurub yerə yıxmalı, boş yerlər qala-qala harasa yığılıb tünlük yaratmalı, kimisə mütləq itələməli, incitməli, sonra da hır-hır hırıldamalı, kiminsə məktəb çantasını pəncərədən vıyıldatmalı olduğumu erkən uşaqlıq yaşlarımdan anlamırdım. Başqasını alçaltmadan yüksəlməyin başqa yollarının olduğuna əmin idim.

Dərs oxumağın bu oğlanların nəzərində nə üçün ayıb sayıldığını, dərsdən geri qalmaqla öz gözlərində niyə ucaldıqlarını başa düşmürdüm. Məktəbin, dərsin aydın davranış qaydaları ola-ola, onları mütləq pozmaq istəyinin, müəllim ilə çəkişməyin, ona qarşı kobudluq etməyin mənası mənə çatmırdı.

Arxa partalarda “anarxiya” ilə məşğul olub, “ən asosial atmosfer”i yaratmaq üzrə obiri siniflərlə bəhsə girənlərin öz və başqalarının gözündə nə münasibətlə yüksəldiyini anlamağa çalışırdım, yenə anlamırdım.

Bunlar uşaqlıq illərimin düşüncələri idi. Amma biz böyüyürdük, böyüdükcə də bu təbəqəyə olan suallarım evolyusiya edirdi. “Niyə 13-14 yaşına çatan oğlan mütləq kobud, tərbiyəsiz, səliqəsiz, natəmiz olmalıdır? Yeniyetmə oğlanlar mütləq söyüş söyməli, bir-birinə qarşı aqressiya göstərməli, qızlara iyrənc sözlərlə sataşmalıdır? Hər söhbət dava ilə, yerdə tozun və tərin içində güləşməklə sonlanmalıdır?”

Axı mənim aləmimdə bütün bunlar ayıb, tərbiyədən və mədəniyyətdən uzaq davranışlar idi. Belələrinin rusca adı da artıq mənə məlum idi: “быдло”. Özü də bıdloların arasında kasıbı da, varlısı da, şəhərin mərkəzində yaşayanı, rayondan gələni də, rusdilli olanı və olmayanı da vardı.

Mənə açıq deyilmişdi ki, sənin qəbul edə bilmədiyin, “tərbiyəsizlik” və “mədəniyyətsizlik”, adlandırdığın şeylər “əsl kişi davranışı”dır. Nəhayət mən də boynuma aldım ki, “əsl kişi davranışı”na qadir olmayan uğursuzun biriyəm.

Universitetə addım atdığım ilk gün əmin idim ki, məktəbdə görməyə vərdiş etdiyim bir sürü “başkəsən qaqaş”la qarşılaşacam. Gəl indi bunlarla dil tap, təmiz dilxor olmuşdum. Əslində isə, hadisənin üstündən 24 il keçdiyi halda hələ unutmadığım, əməlli-başlı təəccübümə səbəb olmuş bir təcrübə yaşamışdım – birinci kursun, birinci dərs günü qrupumuzun “sinifkom”u, Samir adlı tələbə məni bu sözlərlə qarşılamışdı:  “Adın T-dır? Şad oldum, mənim də adım Samirdir. T., onsuz da yuxarı qalxırsan, xahiş edirəm bizim jurnalı da aparardın otağa, zəhmət deyilsə. Bir siqaret çəkib gəlirəm.”

Pillələri ağzı açıq vəziyyətdə qalxırdım. Yoxsa stereotiplərin qurbanı olmuşam indiyədək? Yaşıdlarım, həmcinslərimdə ünsiyyət, məişət mədəniyyəti də var imiş. Bu mənim üçün o qədər fövqəltəbii bir hadisə idi ki, bu günə kimi unuda bilmirəm. Əlbəttə, sonrakı illərdə neçə-neçə mədəni, özünün və sözünün yerini bilən, davranışı ilə başqalarına əziyyət verməyən gənclər də tanıdım, onların arasından özümə yaxın, əziz dostlar qazandım. Lakin eyforiya tez buxarlanıb yox oldu, həyat məni reallığa qaytardı – Azərbaycan kişiləri arasında mədəni, özünün və sözünün yerini bilən, davranışı ilə başqalarına əziyyət verməyənlər istisnadır, qayda deyil. Belə kişilər Azərbaycanda yad element kimi görünürlər. Biz, əzab çəkirik. Biz, yəni hər kəs – qadınlar, uşaqlar, heyvanlar, təbiət və mənim kimi yad ünsürlər.

Artıq 5-ci onilliyimə qədəm basmışam, hələ də mənə çatmır ki, uşaqlıq olsun, yeniyetməlik olsun, gənclik olsun, yetkinlik olsun – niyə azərbaycanlı ərkəyin bütün yaş dövrlərində özünü “kişi” kimi dərki sivil qaydaları pozmaqla, mədəniyyətsizliklə və təəssüf ki, son zamanlar adına brutallıq deyilən banal eşşəkliklə sıx əlaqəlidir? Kişi mütləq təkəbbürlü, qəddar, aqressiv, dildən natəmiz olmalıdır? Kiminsə hüququna, azadlığına təcavüz etmədən, məhdudlaşdırmadan, kimisə alçaltmadan, qorxutmadan kişi olmaq olmur?

Bir də bu kişilərin müsəlman həyat tərzinə keçənləri var. Dəyişən o olur ki, ailədə zalımlıq, fiziki-mənəvi zorakılıq, cəmiyyət içində mədəniyyətsizlik, tərbiyəsizlik din-iman imtiyazı və rahatlığı ilə edilir. Artıq o, sıradan bir eşşək deyil, özü kimi düşünməyənin, inanmayanın yaşamaq hüququnu tanımayan potensial qatildir.

Hər şey ailədən gəlir. Məhz azərbaycanlı ailədə oğlanlar bu cür qəddar və tərbiyəsiz böyüdülür. Başqasının haqqına, azadlığına hörmət Azərbaycan valideyni tərəfindən uşağa öyrədilmir. Bunlar heç bizim insanın mövzuları deyil. Əsas odur oğlan elə böyüsün ki, sabah məhlədə maşın saxlamaq üstündə, ya da qısqanclıq zəminində adam bıçaqlaya bilsin. Mübaliğə etməyəcəm, əlbəttə övladının türməyə düşməsini heç kim arzulamaz, amma insafən, məgər “qoluzorlu”, “adam yortan”, “qulağısınıq“, “nervinni” oğlu ilə fəxr edən ata-anaların sayı azdır Azərbaycanda?

Əzilən, öldürülən, şikəst edilən azərbaycanlı qadınların acı taleyinə dair beynimdə dolaşan qorxunc fikirlərimi paylaşdım, səsli düşündüm. Nə yaxşı ki, AzLogos “nervinni” bıdloya sıfır tolerantlıq göstərir. Heç olmasa burada onlara yer yoxdur.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör