bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

Ermənistan necə boşalır

AzLogos AzLogos
., Sərbəst
18 Mart 2021
[/vc_column][vc_column width="1/2"]
C92002d732c900600a6a4bd8d0d26134

Foto: newsarmenia.am

[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

Rusiyanın “Аргументы и Факты” qəzetinin əməkdaşı Georgiy Zotov İrəvanda olub və yerli sakinlərlə keçmiş SSRİ və ermənilərin bugünkü vəziyyəti haqqında söhbət edib, müqayisələr aparıb. Propaqanda və beyin yumanın parlaq nümunəsi olan bu materialı AzLogos oxucuları üçün tərcümə etdik.

IT şirkətinin əməkdaşı Riçi Qrigoryan, peşəkar jurnalist olan həyat yoldaşı ilə birlikdə İrəvandan Moskvaya köçməyə hazırlaşır. “Ermənistanı çox sevirəm, amma burada nə özüm, nə də uşaqlarım üçün gələcək görmürəm” kədərlə deyir. “Hətta sizin pulla 100 min rubldan çox maaş alan tanışlarım da respublikanı tərk etməyə hazırlaşırlar. Bu, çox populyar əhval-ruhiyyədir.”

e1762e7b2f3106f0fc8ad3d4501f4ed4Ehtimal olunur ki, 1991-ci ildən bəri bu ölkədən təxminən 1 milyon erməni köçüb (bəziləri hətta bu rəqəmin bir milyon yarım olduğunu deyir) – yəni ümumi əhalinin üçdə bir hissəsi. “Qardaşım ABŞ-da mağaza işlədir, başqa bir qardaşım da Rusiyada bar açıb” iş adamı Armen Martirosyan gülərək deyir. “Uşaqlar Moskvada oxuyur, qaynatam isə Fransada yaşayır.”

“Bəs, Ermənistanda kim qalıb?” – maraqlanıram.

“Babam. Sərt adamdır, qaynatamla da danışmır ”.

“Niyə?”

“Çünki onu Fransaya aparmayıb…”

Yenidənqurmadan sonra Ermənistan Sovet İttifaqından ayrılmaq üçün çox canfəşanlıq göstərdi, SSRİ-nin saxlanmasına dair referendumda isə iştirakdan qəti imtina etdi: 1991-ci il sentyabrın 21-də ermənilərin 99,51%-i respublikanın müstəqilliyinə səs verdi. Bəs, keçən 30 il ərzində nələr baş verdi? Fikirlər müxtəlifdir, baxmayaraq ki, bir məsələdə hər kəs həmrəydir: müstəqil həyat, əvvəl təsəvvür edildiyi kimi “şirin-şəkər” olmadı.

Borca meyid

87 yaşlı Zartar Tumanyan, mənzildəki əldəqayırma dəmir sobanı atmaqdan imtina edərək, bütün qohumları ilə dalaşıb. Tədbirli nənə “Başımıza nə gələcəyini bilmirik” deyir. “Çox lazımlı şeydir, məni ölməyə qoymadı. Doxsanlarda parklardan ağac budaqları yığırdım ki, donmayım” nənə əsə-əsə xatırlayır. “Odun çox bahalı idi. Donurduq. Bəxtimizdən qış da sərt keçirdi. Qonşum bütün kitabxanasını sobada yandırmışdı, baxmayaraq ki, qırx il toplamışdı o kitabları… Bağışlayın, göz yaşlarımı silməliyəm.”

Azərbaycanla müharibə nəticəsində Ermənistan Türkiyə tərəfindən blokadaya salındı – elektrik stansiyaları mazutsuz, qazsız qaldı, ərzaq təchizatı kəsildi, benzin yoxa çıxdı. 1992-ci ilin noyabrından sonra evlərə elektrik enerjisi gündə 1 saat (!) verilirdi. Şamlar dəhşətli dərəcədə bahalaşmışdı, ermənilər bazarlarda qədim kerosin lampaları satırdılar. Bina sakinləri pul atışıb benzinlə işləyən generatorlar alırdılar, hökumət binalarından oğurluq xətlər çəkirdilər. Ancaq evdə kimsə ölsə, həmin evə işıq verilirdi. Belə zarafat gəzirdi ki, evdə işığın yanmağını istəyən, gərək qonşudan borca meyid götürsün.

“Yumorun hesabına həyatda qala bildik” deyə, iş adamı Vladimir Mirzoyan gülümsəyir. “Ermənilər qorxu filmində yaşayırdılar, amma onun içinə bir az yumor əlavə eləmişdik.”

32 il vaqonda

Gümrüdən (SSRİ dövründə – Leninakan) İrəvanın mərkəzinə gələrək, hökumət binalarının qarşısında piket keçirən bir qrup qəzəbli qadınla rastlaşıram: onlar hökumətdən heç olmasa mənzillə təmin olunmağı tələb edirlər. Leninakan və Kirovakanı praktiki olaraq məhv etmiş 7 dekabr 1988-ci ilin dəhşətli zəlzələsindən 32 il ötür: təbii fəlakət zamanı 25.000 adam ölmüşdü. Sovet İttifaqı zəlzələdən sonra bütün respublikalardan fəhlə göndərmiş və üç il ərzində, sürətləndirilmiş rejimlə on min mənzil tikilib istifadəyə verilmişdi. SSRİ-nin dağılmasından sonra tikinti də dayandı, artıq vahid dövlət yox idi. İndi isə, təsəvvür edin – Leninakanda evlərini itirənlərdən 5000 nəfər hələ də (!) şifer və faner parçalarından düzəldilmiş (və Bombeyin məşhur gecəqondularını xatırladan) “müvəqqəti daxmalarda”, əvvəllər inşaatçıların qaldıqları kiçik qoşqularda yaşayır.

3c788e61bf2914d0fea7735fa907459f“Hökumət deyir pulumuz yoxdur” Astine Saribegyan qəzəblə deyir. “Hər cür cəfəngiyata pul tapırlar, amma insanları axurlardan çıxarıb normal mənzillə təmin etməyə pulları yoxdur. Ermənistanın bütün prezidentləri, baş nazirləri dövründə eyni zibil, eyni sözlər. Tüpürmək istəyirəm!”

Respublikada hər addımda rusca danışırlar: ünvan soruşduğun yoldan keçənlər, kafedə ofisiantlar, bazarda satıcılar. Gənc nəsil dili pis bilsə də, yenə də birtəhər danışır. 1993-cü ildə Ermənistanın millətçi prezidenti Levon Ter-Petrosyanın göstərişi ilə rus məktəbləri bağlanmış, ümumi təhsil sırf erməni dilinə keçirilmişdi. 22 yaşlı tələbə Tiqran Mardanyan, “Uşaqlıqda, valideynlərimin təkidi ilə evdə rus dilini öyrəndim” deyir. “Bizi bundan məhrum etmək axmaqlıq idi, çünki Ermənistan kiçik bir dövlətdir. Gürcüstana, Rusiyaya, Ukraynaya uçsam, orada necə ünsiyyət qurmalıyam? Yalnız rus dili sayəsində ermənilər indi Rusiyada yaxşı iş tapa bilərlər. İnstitutu bitirəndən sonra mən də çıxıb gedəcəm”.

Erməni dilinə ehtiyacım yoxdur

İndi vəziyyət dəyişib – Ermənistanda uşaqlar rus dilini orta məktəbin ikinci sinifindən başlayaraq, ingilis dilindən də əvvəl öyrənirlər. Yerevanda rus dilində yazılmış elanlar elə də nadir hadisə deyil, amma əksər hallarda ermənicə və ingiliscədir. Rusca yazıları oxumağa adam qalmayıb – 1989-cu ildə Ermənistanda 51.500 rus var idi, indi isə 11.900 nəfər qalıb. Çoxu zəlzələdən sonra Rusiyaya köçdü, əslində bunun adı iqtisadi və məişət problemlərindən qaçış idi. İrəvan bazarında, rus kəndlərinin sakinləri – xristian azlıq olan Molokanlar – öz məhsullarını satırlar.

Öz istehsalı olan turşularını düzdüyü piştaxtanın arxasından ucalan Stepanida Tixonova “Heç kim mənə təzyiq göstərməyib” deyir. “Erməni dilini bilmirəm, buna ehtiyacım da yoxdur, burada hər kəs rusca danışır”.

Hitlerin nökərinə heykəl

b54e50dc4a045069a19a79afa236729fMillətçilər 9 May Zəfər Bayramını əvvəl ləğv eləmişdilər. Lakin bu qərar, erməni cəmiyyətində elə böyük qəzəb yaratdı ki, tətil geri qaytarmalı oldular: Böyük Vətən müharibəsi illərində 300 min erməni ölüb, respublikanın 84 sakini isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, Yerevanda mənim üçün olduqca xoşagəlməz bir yer də var – Qaregin Njdenin bürüncdən abidəsi (“Rusiyapərəst”prezident Serj Sarkisyanın hakimiyyəti dövründə, 2016-cı ildə quraşdırılmışdır). Bu adam Hitlerə sədaqətlə xidmət edib, Wehrmachtın erməni legionunu yaradıb, Sovet hərbi əsirlərini faşist Almaniyası tərəfində, sovetlərə qarşı döyüşməyə təşviq edib. 1944-cü ildə Njde Bolqarıstanda Qırmızı Ordu tərəfindən həbs edilib və 1955-ci ildə məşhur “Vladimir Sentralı”nda ölüb. Abidəyə çiçək gətirən 69 yaşlı təqaüdçü Aşot Bağdasaryan “Ermənistanı canından çox sevirdi” deyərək, abidəyə haqq qazandırmağa çalışır. “Qaregin həyatını qurban verib Ermənistan üçün, sadəcə səhv tərəfi seçib.”

“Axı, Hitlerə pərəstiş edirdi”, onun sözünü kəsirəm. “Bilirsiniz, Ataman Krasnov, yaxud General Vlasov da, ola bilsin Rusiyanı çox sevirdilər. Ancaq milyonların qatili ilə qucaqlaşdıqdan sonra, bu sevginin heç bir əhəmiyyəti yoxdur.”

Bununla belə, unutmaq olmaz ki, Ermənistanda Böyük Vətən müharibəsinə adi beş yüz memorial mükəmməl qaydada saxlanılır, onlara qayğı göstərilir. “Ölümsüz Alay” aksiyası da bizdə 9 mayda mütəmadi olaraq keçirilir!” – iqtisadçı Hamlet Hakobyan qürurla bildirir. “Ötən il atamla mən babamın portretini daşıyaraq yürüşə çıxmışdıq.”

Rus şokoladı istəyirəm!

Yerevandakı bir supermarketdə, beş yaşındakı bir qız barmağını rəfə doğru uzadıb mızıldayır, ayaqlarını yerə döyür. “Nə istəyir?” həmkarımdan soruşuram. “Rus şokoladı tələb edir” deyə, həmkarım gülür. “Başqa heç nə istəmir, ancaq rus şokoladı”.

Həqiqətən də Rusiya istehsalı çoxlu məhsul var burada – şirniyyat, şirələr, konservlər. Ümumiyyətlə, Rusiya Federasiyası Ermənistana 1 milyard 600 milyon dollar həcmində məhsul satır. Ölkənin sənayesi Sovet İttifaqı ilə birlikdə darmadağın olub, müəssisələrin 80%-i məhv edilib. Təkcə, ölkənin əsas məhsulu olan konyak sağ qala bilib (konyak fabriki çar dövründə, tacir Şustov tərəfindən inşa edilib). Həmçinin, bir vaxtlar SSRİ-də şöhrəti dillərdə gəzən ayaqqabı sexləri. “Rusiyaya şaftalı, üzüm, ərik də göndəririk” deyə fermer Sergey Ovannisyan izah edir. “Ancaq çətindir – Türkiyə və Azərbaycanla sərhədlər bağlıdır, yeganə yol Gürcüstan ərazisindən keçir, amma Gürcüstan da sizinlə düz gəlmədi, MDB-dən çıxdı. Malları çatdırana qədər xarab olur, ya da qızıl qiymətinə bahalaşır.” Bu səbəbdən, Rusiya Federasiyası Ermənistandan 800 milyon dollar dəyərində məhsul idxal edir: satdığından iki dəfə az. Statistikaya görə, bu məhsulların əksəriyyəti “qida”dır – səmimi qəlbdən inanıram ki, bunun çoxu konyakdır. Konyaka kim yox deyər?

Otuz il əvvəl Ermənistanın Sovet İttifaqından çıxmaq üçün bu qədər həvəsli olduğuna inanmaq çətindir. Yerli sakinlərin yaddaşında SSRİ, süd çaylarının axdığı, bolluğun olduğu gözəl və qayğısız həyat kimi qalıb. Erməni gənclər də mövzu haqqında fikir bildirirlər: 17 yaşlı oğlan mənimlə söhbətdə SSRİ-ni tərifləyir. “Axı sən SSRİ-də yaşamamısan” deyirəm. “Olsun, valideynlərimdən eşitmişəm.” “İdeologiya, kommunistlər – hamısının canı cəhənnəmə!” – İrəvanın Respublika Meydanındakı (keçmiş Lenin Meydanı) həmsöhbətim əl-qolunu hərəkət etdirərək deyir. “Amma ölkənin özü həqiqətən gözəl idi. Təəssüf ki, bunu gec başa düşdük”.

Cavabında heç nə demirəm, susuram.

Mətn və fotolar: Georgiy Zotov

АиФ

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör