Azlogos
  • Kimlər var
  • Bizi tanı

Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə Varlıların kasıblara öyrətdikləri Seymur Baycan Tiflisdə - Üstadın doğum gününə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ermənini axıra qədər qovmaq

AzLogos AzLogos
., Vətən müharibəsi
11 Noyabr 2020

Növbəti beş il ərzində Qarabağda “sülhməramlı” qismində “rus çəkməsi”nin varlığından narazı olanlar, gəlin, dürüstcəsinə bəzi suallara cavab verək.

Niyə bütün bu 30 il ərzində Azərbaycan işğal olunmuş torpaqlarını azad edə bilmirdi?

Biz elə 2020-ci ildə bu qədər güclü və cəsarətli olduq?

Yox, beş il, on il əvvəl də beləydik.

Biz 2016-cı ilin aprelində də beləydik.

Türkiyə 2016-cı ildə də bizim tərəfimizdə idi. Onun F16-larının da bizə çatması üçün həmişə cəmi bircə saat kifayət eləyirdi.

Biz həmişə ermənilərdən üç dəfə çox olmuşuq (bütün dünyadakı azərbaycanlıları nəzərə alsaq, hətta 10 dəfə çox).

Bizim hərbi büdcəmiz həmişə 3 dəfə böyük olub.

Sadəcə hamı bilirdi ki, Rusiya Ermənistanın arxasındadır. 2016-cı ildə məhz buna görə dayanmağa məcbur olmuşduq.

Onda niyə torpaqlarımızı məhz indi azad etməyi bacardıq?

Çünki ölkəmizin rəhbərliyi Rusiya ilə neytrallıq barədə razılığa gələ bilmişdi.

Özü də səbəbsiz yerə yox. Çünki Ermənistan bütün sərhədləri aşmışdı, Şuşada yallı getməyə, “Rədd olsun Rusiya” qışqırmağa başlamışdı.

Düzdür, bu, bədəlsiz olmadı.

Amma Rusiya neytrallığını qorumasaydı, indi bayrağımız Şuşada dalğalanmazdı.

Siz, doğrudan, fikirləşirdiniz ki, sülhməramlı güclər gəlməyəcək? Ya da onlar təkcə türk qoşunlarından ibarət olacaq?

Sülhməramlı qoşunlar zəruridir. Niyə?

Çünki erməni mənşəli Azərbaycan vətəndaşlarının öz evlərində yaşamaq, Azərbaycan pasportu daşımaq və Azərbaycan valyutasından istifadə etmək hüququ var.

Bütün beynəlxalq qanunlar onların Azərbaycanda yaşamaq hüquqlarının təminatıdır. Biz də öz torpaqlarımızı həmin qanunlara istinadən qaytara bilmişik.

Prezident lap əvvəldən bu barədə danışırdı.

İndi isə özünüzü düşmənlə üz-üzə təsəvvür eləyin. Bax, bu dəqiqə qarşınızda qısa müddət əvvəl müharibə apardığınız xalqın nümayəndəsi dayanıb. Gəncənin, Bərdənin mülki əhalisinin üzərinə raketlər atan xalqın nümayəndəsi.

Bax, həmin bu davalar olmasın deyə sülhməramlı güclərə ehtiyac var. Hər kəs reallığı dərk edənə qədər. Qaçqınlar evlərinə qayıdana qədər. İnsanlar işğalsız, müharibəsiz yaşamağı öyrənənə qədər.

Bir də ona görə ki, əks halda sərhəddə daima təxribatlar olacaq və biz yenə sübut eləməyə çalışacağıq ki, raketi başımıza özümüz atmamışıq.

Bir də ona görə ki, işğalçılar çıxanda bütün əraziləri minalayacaqlar və həmin beş il ərzində biz o torpaqlarda rahat addım ata bilməyəcəyik.

Niyə rus sülhməramlıları bizə qarşı keçən əsrin 90-cı illərindəki işğalçılar kimi davranmayacaqlar?

Çünki Azərbaycan artıq keçən əsrin 90-cı illərindəki ölkə deyil. İndi bizimlə dostluq eləmək daha sərfəlidir.

Hazırkı Ermənistan Rusiyanın nəyinə lazımdır? İndiki zamanda Gümrüdəki uzaq radiuslu ballistik raketlər bazası ilə qarın doyurmaq mümkün deyil.

Bu müharibədə Rusiya da, Türkiyə də – bizim müttəfiqlərimizdir.

Erməni KİV-lərini oxumayanlar üçün: onlar hələ də müharibəni davam etdirmək istəyirlər. Və məhz rus sülhməramlıları erməni hərbi qüvvəllərinin torpağımızdan çıxarılmıasının qarantı olacaq.

Bu isə o deməkdir ki, əsgərlərimiz Kəlbəcər və Laçını azad edərkən həlak olmayacaqlar.

Bəli, onlar həyatlarını qurban verməyə, yenə də döyüşməyə hazırdırlar.

Amma biz onları qoruya bilərik.

Bizim səbrimiz yüzlərlə azərbaycanlı kişinin həyatına bərabərdir.

O ki qaldı “onları axıra qədər qovmaq lazım idi” deyənlərə… onlara Şuşanın azad edilməsi ilə bağlı bu sətirləri oxumağı təkidlə tövsiyə edirəm: “Onlar (azərbaycanlı döyüşçülər) çiskin yağışın altında yaş qayalara atılıb yuxarı dırmaşırdılar, biz isə onlara pulemyotlardan atəş açırdıq. Onlar qayanın dibinə yıxılırdılar, dallarınca başqaları dırmaşırdı, onları da qırırdıq. Onların ardınca cansız yatan yoldaşlarının cəsədləri üzərindən yeni döyüşçülər gəlirdilər və yenə yuxarı dırmaşırdılar”.

Axıra qədər qovmaq istəyirsiniz? Gedin, yoldaşlarınızın cəsədləri üzərindən, pulemyot atəşi altında o islaq qayalara özünüz dırmaşın. Öz övladlarınızı, öz ərlərinizi göndərin…

Biz düz 30 il bu günü gözləmişik. Gəlin, onu dəyərsizləşdirməyək.

Adik Rnd

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021

Redaktorun seçimi

Əhməd Həmdi Tanpınar. Bizdə roman jurnalistikanın bir şöbəsidir.

Qədim yunanlar və romalılar mükəmməl insanları necə yetişdirirdilər

“Korreksiya sinfi” filmi barədə

600 ildə dəyişən interyer

Nüvə silahının casus tarixçəsi

Bir qapıya vurulan qollar

Chernobyl: Still Life in the Zone – Rəna Əfəndi təqdim edir

Azər Ağalarov: “Uşaqlarım azərbaycan əsilli almanlardır”

Virusun gündəliyi: pul yoxsa sağlamlıq?

Neqativdən uzaq tənqid necə olur?!

Qafqazlı qadın – ər evinin köləsi

Ənənə ilə yeniliyin toqquşması

33 yaşlı amerikalı Antarktidanı təkbaşına qət edib

Seymur Baycandan incilər

Təyyarə qaçırmaq üçün min bir səbəb

Düşünməyin ağrıları

Mehdi Hüseynin ölümü

İnsanı kiborqa çevirəcək texnologiya

Qaranlıqdakı işıqlardan: Mirzə Muxtar

Prof. Fuad Zərbiyevin Cambridge mühazirəsi

Misteriyalar

Koronavirus əleyhinə vaksin

Müasir dövrün Aqorası – alış-veriş mərkəzləri

Azərbaycanlı alimə 5.3 milyon euro

Sürrealizm azərbaycanlıların həyat tərzi kimi

Yayı olmayan il

Zeynəbin pulunu verin!

Landşaft memarlığı? O nədir?

Seks intizarı haqqında

Müqayisəli kütlə haqda kiçik esse

Ermənini axıra qədər qovmaq

AzLogos AzLogos
., Vətən müharibəsi
11 Noyabr 2020

Növbəti beş il ərzində Qarabağda “sülhməramlı” qismində “rus çəkməsi”nin varlığından narazı olanlar, gəlin, dürüstcəsinə bəzi suallara cavab verək.

Niyə bütün bu 30 il ərzində Azərbaycan işğal olunmuş torpaqlarını azad edə bilmirdi?

Biz elə 2020-ci ildə bu qədər güclü və cəsarətli olduq?

Yox, beş il, on il əvvəl də beləydik.

Biz 2016-cı ilin aprelində də beləydik.

Türkiyə 2016-cı ildə də bizim tərəfimizdə idi. Onun F16-larının da bizə çatması üçün həmişə cəmi bircə saat kifayət eləyirdi.

Biz həmişə ermənilərdən üç dəfə çox olmuşuq (bütün dünyadakı azərbaycanlıları nəzərə alsaq, hətta 10 dəfə çox).

Bizim hərbi büdcəmiz həmişə 3 dəfə böyük olub.

Sadəcə hamı bilirdi ki, Rusiya Ermənistanın arxasındadır. 2016-cı ildə məhz buna görə dayanmağa məcbur olmuşduq.

Onda niyə torpaqlarımızı məhz indi azad etməyi bacardıq?

Çünki ölkəmizin rəhbərliyi Rusiya ilə neytrallıq barədə razılığa gələ bilmişdi.

Özü də səbəbsiz yerə yox. Çünki Ermənistan bütün sərhədləri aşmışdı, Şuşada yallı getməyə, “Rədd olsun Rusiya” qışqırmağa başlamışdı.

Düzdür, bu, bədəlsiz olmadı.

Amma Rusiya neytrallığını qorumasaydı, indi bayrağımız Şuşada dalğalanmazdı.

Siz, doğrudan, fikirləşirdiniz ki, sülhməramlı güclər gəlməyəcək? Ya da onlar təkcə türk qoşunlarından ibarət olacaq?

Sülhməramlı qoşunlar zəruridir. Niyə?

Çünki erməni mənşəli Azərbaycan vətəndaşlarının öz evlərində yaşamaq, Azərbaycan pasportu daşımaq və Azərbaycan valyutasından istifadə etmək hüququ var.

Bütün beynəlxalq qanunlar onların Azərbaycanda yaşamaq hüquqlarının təminatıdır. Biz də öz torpaqlarımızı həmin qanunlara istinadən qaytara bilmişik.

Prezident lap əvvəldən bu barədə danışırdı.

İndi isə özünüzü düşmənlə üz-üzə təsəvvür eləyin. Bax, bu dəqiqə qarşınızda qısa müddət əvvəl müharibə apardığınız xalqın nümayəndəsi dayanıb. Gəncənin, Bərdənin mülki əhalisinin üzərinə raketlər atan xalqın nümayəndəsi.

Bax, həmin bu davalar olmasın deyə sülhməramlı güclərə ehtiyac var. Hər kəs reallığı dərk edənə qədər. Qaçqınlar evlərinə qayıdana qədər. İnsanlar işğalsız, müharibəsiz yaşamağı öyrənənə qədər.

Bir də ona görə ki, əks halda sərhəddə daima təxribatlar olacaq və biz yenə sübut eləməyə çalışacağıq ki, raketi başımıza özümüz atmamışıq.

Bir də ona görə ki, işğalçılar çıxanda bütün əraziləri minalayacaqlar və həmin beş il ərzində biz o torpaqlarda rahat addım ata bilməyəcəyik.

Niyə rus sülhməramlıları bizə qarşı keçən əsrin 90-cı illərindəki işğalçılar kimi davranmayacaqlar?

Çünki Azərbaycan artıq keçən əsrin 90-cı illərindəki ölkə deyil. İndi bizimlə dostluq eləmək daha sərfəlidir.

Hazırkı Ermənistan Rusiyanın nəyinə lazımdır? İndiki zamanda Gümrüdəki uzaq radiuslu ballistik raketlər bazası ilə qarın doyurmaq mümkün deyil.

Bu müharibədə Rusiya da, Türkiyə də – bizim müttəfiqlərimizdir.

Erməni KİV-lərini oxumayanlar üçün: onlar hələ də müharibəni davam etdirmək istəyirlər. Və məhz rus sülhməramlıları erməni hərbi qüvvəllərinin torpağımızdan çıxarılmıasının qarantı olacaq.

Bu isə o deməkdir ki, əsgərlərimiz Kəlbəcər və Laçını azad edərkən həlak olmayacaqlar.

Bəli, onlar həyatlarını qurban verməyə, yenə də döyüşməyə hazırdırlar.

Amma biz onları qoruya bilərik.

Bizim səbrimiz yüzlərlə azərbaycanlı kişinin həyatına bərabərdir.

O ki qaldı “onları axıra qədər qovmaq lazım idi” deyənlərə… onlara Şuşanın azad edilməsi ilə bağlı bu sətirləri oxumağı təkidlə tövsiyə edirəm: “Onlar (azərbaycanlı döyüşçülər) çiskin yağışın altında yaş qayalara atılıb yuxarı dırmaşırdılar, biz isə onlara pulemyotlardan atəş açırdıq. Onlar qayanın dibinə yıxılırdılar, dallarınca başqaları dırmaşırdı, onları da qırırdıq. Onların ardınca cansız yatan yoldaşlarının cəsədləri üzərindən yeni döyüşçülər gəlirdilər və yenə yuxarı dırmaşırdılar”.

Axıra qədər qovmaq istəyirsiniz? Gedin, yoldaşlarınızın cəsədləri üzərindən, pulemyot atəşi altında o islaq qayalara özünüz dırmaşın. Öz övladlarınızı, öz ərlərinizi göndərin…

Biz düz 30 il bu günü gözləmişik. Gəlin, onu dəyərsizləşdirməyək.

Adik Rnd

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel