Azlogos
  • Kimlər var
  • Bizi tanı

Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese Nəriman Nərimanov - 151 Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ermənilər kimdir?

AzLogos AzLogos
., Kültür
30 Yanvar 2020

Qonşularımızı tanıyırıqmı? Əlbəttə yox. «Onsuz da yanımızda, böyrümüzdə, çox yaxınımızdadırlar, onlar haqqında hər şeyi bilirik» deyə düşünürük. Bildiklərimiz isə əksər hallarda, ya da elə hər zaman onlara olan – mənfi ya da müsbət – münasibətimiz üzərində qurulmuş stereotiplərdən ibarət olur: «Erməni xaindir, pisdir, oğrudur», «gürcü bizi sevmir, bizi gözü götürmür» və s. Bunlar aydındır, necə deyərlər işin dadı-duzu, dəcəlliyi, folklorudur. Bəs azərbaycanlı dünyaya açılanda, məsələn xarici bir ölkədə hansısa auditoriyada qonşularımızın tarixi haqqında tamam fərqli şeylər eşitdiyi zaman keçirdiyi şok hissi ilə necə bacarır? Ya da şok keçirməlidirmi ümumiyyətlə?

«Dayanın, elə deyil!» qışqırmaq istəyirik, «nə Bizansı, nə Osmanlısı, nə Urartusu, biz və yalnız biz bu xain erməniləri yaxşı tanıyırıq, onların keçmişi haqda fikir bildirə bilərik. Sussun bütün dünya akdemiyaları və tarix institutları. Bütün dünya bizi dinləsin – ermənilər qaraçıdır, Qafqaza sonradan gəliblər…» və bu səpkidə özümüz danışıb, özümüz eşitdiyimiz gülməli mifologemlərimiz. Elə ona görə də dünya bizi ciddiyə almır.

Beləliklə, ermənilərdən başlayaq, növbəti yazıda isə gürcülərə keçərik. Erməni etnosu necə yaranıb? Ermənistanla Bizansın əlaqələri necə inkişaf edirdi? Erməni mədəni ənənələrində rahiblik və döyüş komponentləri necə uzlaşırdı? Bu və bu kimi suallara cavabları gəlin Rusiya Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunun baş elmi əməkdaşı, Prinston Perspektivli Araşdırmalar İnstitunun tarixi araşdırmalar məktəbinin üzvü, Tarix elmləri namizədi Aleksey Muravyovdan dinləyək.

ERMƏNİLƏR

Erməni mədəniyyəti xristian Şərqinin Qafqazdakı üç böyük mədəniyyətindən – erməni, gürcü və qafqaz-alban (müasir Azərbaycan və Dağlıq Qarabağ ərazisi) – biridir. Gürcü və erməni mədəniyyəti günümüzə qədər çatıb, qafqaz-alban mədəniyyəti isə yalnız mədəniyyət tarixinə aid abidələrdə – əlyazmalarda, tarixçilərin, o cümlədən erməni tarixçilərinin əsərlərində və qeydlərində qalıb.

Ermənilər iki axının sintezi nəticəsində yaranmış etnosdur: onlardan biri – avtoxton qafqaz, yəni urartu etnosu, ikincisi isə “muşkilər” və ya Het dövlətinin süqutundan sonra Kiçik Asiyanın mərkəzindən müasir Ermənistanın ərazisinə köçmüş hind-avropa mühacirləridir. Bu iki axının qarışması nəticəsində erməni xristianlığının tarixi ilə əhəmiyyətli bağlılığı olan unikal, özünəməxsus, rəngarəng etnik mənzərə meydana çıxıb. Çünki ermənilər hind-avropa dilində danışırlar. Yunan, rus, alman, fransız və s. dillərlə qohumluğu olan erməni dili həm substrat urartu dili, həm də digər dillərdən – aramey, fars və s.- götürülən sözlər sayəsində son dərəcə zəngindir.

Ermənilər özlərini – “ayk” (cəm halında) adlandırırlar. Ermənistanın müasir adı – Hayastan – məhz, bu addan yaranıb.

Xristianlıq Ermənistana bizim eranın başlanğıcında gəlib. 301-317-ci illər arasında yunandilli və suriyadilli xristianlığın təsirləri Ermənistanda duyulmağa başlayır və Maarifpərvər Qriqorinin (ermənicə Lusavoriç) sayəsində Arşaki knyazlığı hakimlərinin xristianlığı qəbul etməsinə gətirib çıxarır. Bütün bunlar ölkənin xristianlaşdırılması ilə nəticələnir. Bu istiqamətdə göstərilən səyləri Ermənistanın iki böyük maarifçisi – Sahak Partev və Mesrop Maştots istiqamətləndirirdi. Erməni əlifbasının yaradılması da, məhz, M.Maştotsun adı ilə bağlıdır. Sözügedən əlifba gürcü və qafqaz-alban mədəniyyətlərinin əlifbaları ilə əlaqəlidir və xristian Şərqinin digər əlifbalarına bənzəmir. Ki, bu da alimlərə böyük problemlər yaradır. Hər üç yazı sisteminin Mesrop Maştots tərəfindən kəşf olunması fikri (erməni tarixşünaslığı, bizə, məhz, belə düşünməyi təklif edir) bəzi alimlərdə şübhə doğurur. Hər halda biz hazırda bu problemi həll edə bilmərik.

Erməni mədəniyyəti sonrakı dövrlərdə digər mədəniyyətlərlə, o cümlədən Bizansla mürəkkəb münasibətlər şəraitində inkişaf edir. Onun Bizansdan dini prinsiplərə görə ayrılması V əsrdə baş verir və VI-VII əsrlərdə tamamilə rəsmiləşir. Ermənistan pravoslavlığın monofizist adlandırılan qeyri-xalkidon versiyasını qəbul edir. İş ondadır ki, bizanslı ilahiyyatçılar İsa Məsihdə iki təbiətin – ilahi və insani – olduğunu düşünürdülər. Suriya və erməni ilahiyyatçıları isə hesab edirdilər ki, İsa Məsihin bir ipostasda birləşmiş vahid mürrəkkəb təbiəti var. Bu fikir ayrılığı ucbatından, Xalkidon kilsəsini qəbul etməyən xristianları Bizansda “μόνη φύσις» (moni fisis) – “vahid təbiət” ifadəsi ilə xarakterizə edirdilər. Amma bu, heç vaxt erməni kilsəsi və erməni pravoslavlığının ilkin adı olmayıb.

Erməni xristianlığının maraqlı tərəfləri çoxdur. Birincisi, o, arxaik xristian rəvayətlərindən əksəriyyətini qoruyub saxlayıb. Bu, xristian Şərqində əksər mədəniyyətlərin ortaq tipoloji cəhətidir – onlar öz milli ənənələrində keçmişi qoruyurlar. İkincisi, erməni ənənəsi son dərəcə zəngin, maraqlı ədəbiyyatın yaranmasına səbəb olub. Bu silsilədən tarixçi Movses Xorenatsinin, məşhur şair Narekli Qriqorun, filosof Yeznik Koxbatsinin və dünya ədəbiyyatının zirvəsi sayılan dahiyanə əsərlər yaratmış digər yazıçı və şairlərin adlarını çəkmək olar.

Erməni mədəniyyətinin ikinci vacib qolu unikal erməni əlyazmalarıdır. Xüsusən də, miniatür sənətində əksər erməni rəssamları keyfiyyətinə görə fantastik sayıla biləcək, hətta Bizans örnəklərini belə ötüb keçən miniatürlü əlyazmalar yaradıblar.

Təbii ki, erməni ibadətxana inşaatı ənənəsini unutmaq olmaz. Belə ki, erməni məbəd memarlığı öz sahəsində unikal sayılır – söhbət tipik erməni kilsəsi adıyla tanınan təbilli kilsələrdən gedir. Bu kilsələr tarixi-memarlıq baxımından maraqlı struktura malikdir və dahiyanə memarlıq örnəkləri kimi mütəxəssislər və alimlər tərəfindən öyrənilir.

Nəhayət, erməni mədəniyyəti rahiblik və döyüş komponentlərinin uzlaşması baxımından da maraqlıdır. Ermənilər uzun müddət farslara, ərəblərə, türklərə qarşı mübarizə aparıblar – burda qəhrəmanlar və cəngavərlərdən bəhs edən məşhur Mamikonyanlar saqasını xatırlaya bilərik.

Bu mədəniyyətlərarası və etniklərarası mürəkkəb tarixin son mərhələsi isə 1915-ci il hadisələridir. XX əsrin əvvəllərində Rusiya imperiyasının havadarlığı sayəsində Ermənistan öz dövlət sərhədlərini formalaşdırır və hazırda monoetnik dövlət çərçivəsində inkişaf edir.

Erməni mədəniyyətinin əhəmiyyətli edən məqamlardan biri də ermənilərin bir hissəsinin tarixən Yaxın Şərqin ərazisində – Suriya, Livan və Misirdə məskunlaşmış olmasıdır. Bu, qismən də olsa, XII-XIII əsrlərdə Xaç Yürüşləri zamanı Şərqdə səlibçilərin öz dövlətlərini qurması prosesində ermənilərin aktiv iştirakının nəticəsi idi. Hətta Rubenidlərin Erməni Kilikiya knyazlığı da vardı və müsəlmanların – məmlüklər, Əmir Teymur, monqollar və digərləri – hücumlarına qədər Yaxın Şərqdə mövcudluğunu qorumuşdu. Buna görə də, müasir erməni dilində iki dialekt var: Ermənistanda istifadə olunan şərq dialekti və Livanda, Suriyada istifadə olunan qərb dialekti.

Ermənilər müasir Yaxın Şərqin – Livan, Suriya və qismən İordaniyanın mədəni palitrasında da kifayət qədər əhəmiyyətli rol oynayırlar. 1950-ci illərdə həyata keçirilən repartasiya dalğasında ermənilərin əksəriyyəti Misiri tərk edib.

Erməni mədəniyyətinin tədqiqində hansı problemlər var?

Hər şeydən əvvəl mənbələr – bir çox məsələlərlə bağlı kifayət qədər mənbə yoxdur. Bura, əsasən, erməni mədəniyyətinin Yaxşın Şərqin digər mədəniyyətləri, o cümlədən Suriya mədəniyyəti ilə əlaqələrinə dair mənbələr aiddir. Biz suriyalıların V-VII əsrlərdə erməni kilsə siyasətində aktiv iştirak etdiklərini bilirik, ancaq bu iştirakın miqyası və ermənilərin Bizansı yox, məhz, Yaxın Şərq-Suriya ənənəsini seçməsində suriyalıların rolu kifayət qədər öyrənilməyib. Odur ki, hazırda bununla bağlı çoxlu müzakirələr aparılır.

İkinci problem, Aleksandr Petroviç Kajdanın da haqqında kitab yazdığı mühüm bir tarixlə – ermənilərin Bizans imperiyasının idarəetməsində iştirakı ilə bağlıdır.

Bizansın hakim sinfinin tərkibində ermənilər çoxluq təşkil edirdilər: sparapetlərin və kuropalatların əksəriyyəti ermənilərdən ibarət idi.

Erməni mədəniyyətinin digər Yaxın Şərq mədəniyyətləri ilə əlaqəsində vacib məqamlardan biri də, erməni-efiopiya xəttidir: erməni mədəniyyəti hansısa şəkildə efiopiya mədəniyyətinə təsir edib, elmdə bu problemə həsr olunmuş silsilə məqalələr var.

Və son olaraq adını çəkməli olduğumuz daha bir məqam –itirilənlərin, hər şeydən əvvəl 1915-ci il hadisələri və XX əsrin əvvəllərində baş verən digər dramatik, mürəkkəb hadisələr nəticəsində yoxa çıxmış əlyazma və incəsənət predmetlərinin bərpasıdır. Hazırda bu istiqamətdə doldurulması gərəkən boşluqlar var.

Erməni dili və erməni mədəniyyəti bir çox Qərbi Avropa və Amerika ölkələrində öyrənilir. Təkcə orda erməni diasporası olduğuna görə yox, həm də ona görə ki, bu, xristian Şərqinin və ümumiyyətlə, Yaxın Şərq tarixinin vacib hissəsidir. Bu baxımdan, erməni mədəniyyətini xristian Yaxın Şərqində açar mədəniyyətlərdən biri adlandırmaq olar. O, XX əsrin əvvəllərində Rusiya şərqşünaslığında da vacib sahələrdən biri sayılıb. Bu istiqamətdə çalışan mütəxəssislər arasında Rusiya ermənişünaslığının dünya elmində ön sıraları tutmasından ötrü böyük səylər göstərmiş Nikolay Yakovleviç Marrın adını çəkmək olar.

Postnauka.ru

Gürcülər kimdir?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021

Redaktorun seçimi

“Şanxay-Bakı” – cəmiyyətə güzgü kimi

İmam Həsənov: “Nəbadə bizi pis görsünlər”

Gələcək əvvəlki kimi bizimdir: avtonomizm və post-kapitalizm

Facebook-dan gedin və xoşbəxt olun

Azərbaycanlılar və heyvanlar

“Kitablar- ölülərlə ünsiyyətdə olmaq üsuludur”

Bəlğəmə həsrət küçələr

Zülfiyyə Qurbanova: “Bizim cəmiyyətdə qadının ən böyük düşməni elə qadındı”

Pafos barədə

Oxu vərdişlərimizi niyə dəyişməliyik?

Millət və bəşəriyyət

Əcdadımızın bugünki vəziyyəti

Üç əsərin prizmasından ölkəmiz haqda

Pislər qələbə çalmaq üzrədir. Onları kim dayandıracaq?

Üzeyir bəyin qapatdığı “xalqın ikinci gözü”

Tesla Avropada fabrik qurur

Kişi alimlərin özünüreklam məharəti

Əsir qadınlar diyarı

Pir bizimdir, kəramətinə bələdik

190 manatın fəlsəfəsi

Testosteron – kişilərin dünyası

Şimal qütbünün kəşfi

Laçının işğalı (1992)

Ağ və qaranın 50 çaları

Gündüz Ağayev. Postmüharibə

Azərbaycanlıları dəyişdirmək mümkündürmü?

Müsəlman İspaniyası: Avropada islam sivilizasiyası

Vətəndaş olmadan vətənpərvər olmaq

Vüqarın landşaft və arxitekturası

Homoseksuallıq seçimdir yoxsa xəstəlik?

Ermənilər kimdir?

AzLogos AzLogos
., Kültür
30 Yanvar 2020

Qonşularımızı tanıyırıqmı? Əlbəttə yox. «Onsuz da yanımızda, böyrümüzdə, çox yaxınımızdadırlar, onlar haqqında hər şeyi bilirik» deyə düşünürük. Bildiklərimiz isə əksər hallarda, ya da elə hər zaman onlara olan – mənfi ya da müsbət – münasibətimiz üzərində qurulmuş stereotiplərdən ibarət olur: «Erməni xaindir, pisdir, oğrudur», «gürcü bizi sevmir, bizi gözü götürmür» və s. Bunlar aydındır, necə deyərlər işin dadı-duzu, dəcəlliyi, folklorudur. Bəs azərbaycanlı dünyaya açılanda, məsələn xarici bir ölkədə hansısa auditoriyada qonşularımızın tarixi haqqında tamam fərqli şeylər eşitdiyi zaman keçirdiyi şok hissi ilə necə bacarır? Ya da şok keçirməlidirmi ümumiyyətlə?

«Dayanın, elə deyil!» qışqırmaq istəyirik, «nə Bizansı, nə Osmanlısı, nə Urartusu, biz və yalnız biz bu xain erməniləri yaxşı tanıyırıq, onların keçmişi haqda fikir bildirə bilərik. Sussun bütün dünya akdemiyaları və tarix institutları. Bütün dünya bizi dinləsin – ermənilər qaraçıdır, Qafqaza sonradan gəliblər…» və bu səpkidə özümüz danışıb, özümüz eşitdiyimiz gülməli mifologemlərimiz. Elə ona görə də dünya bizi ciddiyə almır.

Beləliklə, ermənilərdən başlayaq, növbəti yazıda isə gürcülərə keçərik. Erməni etnosu necə yaranıb? Ermənistanla Bizansın əlaqələri necə inkişaf edirdi? Erməni mədəni ənənələrində rahiblik və döyüş komponentləri necə uzlaşırdı? Bu və bu kimi suallara cavabları gəlin Rusiya Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunun baş elmi əməkdaşı, Prinston Perspektivli Araşdırmalar İnstitunun tarixi araşdırmalar məktəbinin üzvü, Tarix elmləri namizədi Aleksey Muravyovdan dinləyək.

ERMƏNİLƏR

Erməni mədəniyyəti xristian Şərqinin Qafqazdakı üç böyük mədəniyyətindən – erməni, gürcü və qafqaz-alban (müasir Azərbaycan və Dağlıq Qarabağ ərazisi) – biridir. Gürcü və erməni mədəniyyəti günümüzə qədər çatıb, qafqaz-alban mədəniyyəti isə yalnız mədəniyyət tarixinə aid abidələrdə – əlyazmalarda, tarixçilərin, o cümlədən erməni tarixçilərinin əsərlərində və qeydlərində qalıb.

Ermənilər iki axının sintezi nəticəsində yaranmış etnosdur: onlardan biri – avtoxton qafqaz, yəni urartu etnosu, ikincisi isə “muşkilər” və ya Het dövlətinin süqutundan sonra Kiçik Asiyanın mərkəzindən müasir Ermənistanın ərazisinə köçmüş hind-avropa mühacirləridir. Bu iki axının qarışması nəticəsində erməni xristianlığının tarixi ilə əhəmiyyətli bağlılığı olan unikal, özünəməxsus, rəngarəng etnik mənzərə meydana çıxıb. Çünki ermənilər hind-avropa dilində danışırlar. Yunan, rus, alman, fransız və s. dillərlə qohumluğu olan erməni dili həm substrat urartu dili, həm də digər dillərdən – aramey, fars və s.- götürülən sözlər sayəsində son dərəcə zəngindir.

Ermənilər özlərini – “ayk” (cəm halında) adlandırırlar. Ermənistanın müasir adı – Hayastan – məhz, bu addan yaranıb.

Xristianlıq Ermənistana bizim eranın başlanğıcında gəlib. 301-317-ci illər arasında yunandilli və suriyadilli xristianlığın təsirləri Ermənistanda duyulmağa başlayır və Maarifpərvər Qriqorinin (ermənicə Lusavoriç) sayəsində Arşaki knyazlığı hakimlərinin xristianlığı qəbul etməsinə gətirib çıxarır. Bütün bunlar ölkənin xristianlaşdırılması ilə nəticələnir. Bu istiqamətdə göstərilən səyləri Ermənistanın iki böyük maarifçisi – Sahak Partev və Mesrop Maştots istiqamətləndirirdi. Erməni əlifbasının yaradılması da, məhz, M.Maştotsun adı ilə bağlıdır. Sözügedən əlifba gürcü və qafqaz-alban mədəniyyətlərinin əlifbaları ilə əlaqəlidir və xristian Şərqinin digər əlifbalarına bənzəmir. Ki, bu da alimlərə böyük problemlər yaradır. Hər üç yazı sisteminin Mesrop Maştots tərəfindən kəşf olunması fikri (erməni tarixşünaslığı, bizə, məhz, belə düşünməyi təklif edir) bəzi alimlərdə şübhə doğurur. Hər halda biz hazırda bu problemi həll edə bilmərik.

Erməni mədəniyyəti sonrakı dövrlərdə digər mədəniyyətlərlə, o cümlədən Bizansla mürəkkəb münasibətlər şəraitində inkişaf edir. Onun Bizansdan dini prinsiplərə görə ayrılması V əsrdə baş verir və VI-VII əsrlərdə tamamilə rəsmiləşir. Ermənistan pravoslavlığın monofizist adlandırılan qeyri-xalkidon versiyasını qəbul edir. İş ondadır ki, bizanslı ilahiyyatçılar İsa Məsihdə iki təbiətin – ilahi və insani – olduğunu düşünürdülər. Suriya və erməni ilahiyyatçıları isə hesab edirdilər ki, İsa Məsihin bir ipostasda birləşmiş vahid mürrəkkəb təbiəti var. Bu fikir ayrılığı ucbatından, Xalkidon kilsəsini qəbul etməyən xristianları Bizansda “μόνη φύσις» (moni fisis) – “vahid təbiət” ifadəsi ilə xarakterizə edirdilər. Amma bu, heç vaxt erməni kilsəsi və erməni pravoslavlığının ilkin adı olmayıb.

Erməni xristianlığının maraqlı tərəfləri çoxdur. Birincisi, o, arxaik xristian rəvayətlərindən əksəriyyətini qoruyub saxlayıb. Bu, xristian Şərqində əksər mədəniyyətlərin ortaq tipoloji cəhətidir – onlar öz milli ənənələrində keçmişi qoruyurlar. İkincisi, erməni ənənəsi son dərəcə zəngin, maraqlı ədəbiyyatın yaranmasına səbəb olub. Bu silsilədən tarixçi Movses Xorenatsinin, məşhur şair Narekli Qriqorun, filosof Yeznik Koxbatsinin və dünya ədəbiyyatının zirvəsi sayılan dahiyanə əsərlər yaratmış digər yazıçı və şairlərin adlarını çəkmək olar.

Erməni mədəniyyətinin ikinci vacib qolu unikal erməni əlyazmalarıdır. Xüsusən də, miniatür sənətində əksər erməni rəssamları keyfiyyətinə görə fantastik sayıla biləcək, hətta Bizans örnəklərini belə ötüb keçən miniatürlü əlyazmalar yaradıblar.

Təbii ki, erməni ibadətxana inşaatı ənənəsini unutmaq olmaz. Belə ki, erməni məbəd memarlığı öz sahəsində unikal sayılır – söhbət tipik erməni kilsəsi adıyla tanınan təbilli kilsələrdən gedir. Bu kilsələr tarixi-memarlıq baxımından maraqlı struktura malikdir və dahiyanə memarlıq örnəkləri kimi mütəxəssislər və alimlər tərəfindən öyrənilir.

Nəhayət, erməni mədəniyyəti rahiblik və döyüş komponentlərinin uzlaşması baxımından da maraqlıdır. Ermənilər uzun müddət farslara, ərəblərə, türklərə qarşı mübarizə aparıblar – burda qəhrəmanlar və cəngavərlərdən bəhs edən məşhur Mamikonyanlar saqasını xatırlaya bilərik.

Bu mədəniyyətlərarası və etniklərarası mürəkkəb tarixin son mərhələsi isə 1915-ci il hadisələridir. XX əsrin əvvəllərində Rusiya imperiyasının havadarlığı sayəsində Ermənistan öz dövlət sərhədlərini formalaşdırır və hazırda monoetnik dövlət çərçivəsində inkişaf edir.

Erməni mədəniyyətinin əhəmiyyətli edən məqamlardan biri də ermənilərin bir hissəsinin tarixən Yaxın Şərqin ərazisində – Suriya, Livan və Misirdə məskunlaşmış olmasıdır. Bu, qismən də olsa, XII-XIII əsrlərdə Xaç Yürüşləri zamanı Şərqdə səlibçilərin öz dövlətlərini qurması prosesində ermənilərin aktiv iştirakının nəticəsi idi. Hətta Rubenidlərin Erməni Kilikiya knyazlığı da vardı və müsəlmanların – məmlüklər, Əmir Teymur, monqollar və digərləri – hücumlarına qədər Yaxın Şərqdə mövcudluğunu qorumuşdu. Buna görə də, müasir erməni dilində iki dialekt var: Ermənistanda istifadə olunan şərq dialekti və Livanda, Suriyada istifadə olunan qərb dialekti.

Ermənilər müasir Yaxın Şərqin – Livan, Suriya və qismən İordaniyanın mədəni palitrasında da kifayət qədər əhəmiyyətli rol oynayırlar. 1950-ci illərdə həyata keçirilən repartasiya dalğasında ermənilərin əksəriyyəti Misiri tərk edib.

Erməni mədəniyyətinin tədqiqində hansı problemlər var?

Hər şeydən əvvəl mənbələr – bir çox məsələlərlə bağlı kifayət qədər mənbə yoxdur. Bura, əsasən, erməni mədəniyyətinin Yaxşın Şərqin digər mədəniyyətləri, o cümlədən Suriya mədəniyyəti ilə əlaqələrinə dair mənbələr aiddir. Biz suriyalıların V-VII əsrlərdə erməni kilsə siyasətində aktiv iştirak etdiklərini bilirik, ancaq bu iştirakın miqyası və ermənilərin Bizansı yox, məhz, Yaxın Şərq-Suriya ənənəsini seçməsində suriyalıların rolu kifayət qədər öyrənilməyib. Odur ki, hazırda bununla bağlı çoxlu müzakirələr aparılır.

İkinci problem, Aleksandr Petroviç Kajdanın da haqqında kitab yazdığı mühüm bir tarixlə – ermənilərin Bizans imperiyasının idarəetməsində iştirakı ilə bağlıdır.

Bizansın hakim sinfinin tərkibində ermənilər çoxluq təşkil edirdilər: sparapetlərin və kuropalatların əksəriyyəti ermənilərdən ibarət idi.

Erməni mədəniyyətinin digər Yaxın Şərq mədəniyyətləri ilə əlaqəsində vacib məqamlardan biri də, erməni-efiopiya xəttidir: erməni mədəniyyəti hansısa şəkildə efiopiya mədəniyyətinə təsir edib, elmdə bu problemə həsr olunmuş silsilə məqalələr var.

Və son olaraq adını çəkməli olduğumuz daha bir məqam –itirilənlərin, hər şeydən əvvəl 1915-ci il hadisələri və XX əsrin əvvəllərində baş verən digər dramatik, mürəkkəb hadisələr nəticəsində yoxa çıxmış əlyazma və incəsənət predmetlərinin bərpasıdır. Hazırda bu istiqamətdə doldurulması gərəkən boşluqlar var.

Erməni dili və erməni mədəniyyəti bir çox Qərbi Avropa və Amerika ölkələrində öyrənilir. Təkcə orda erməni diasporası olduğuna görə yox, həm də ona görə ki, bu, xristian Şərqinin və ümumiyyətlə, Yaxın Şərq tarixinin vacib hissəsidir. Bu baxımdan, erməni mədəniyyətini xristian Yaxın Şərqində açar mədəniyyətlərdən biri adlandırmaq olar. O, XX əsrin əvvəllərində Rusiya şərqşünaslığında da vacib sahələrdən biri sayılıb. Bu istiqamətdə çalışan mütəxəssislər arasında Rusiya ermənişünaslığının dünya elmində ön sıraları tutmasından ötrü böyük səylər göstərmiş Nikolay Yakovleviç Marrın adını çəkmək olar.

Postnauka.ru

Gürcülər kimdir?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel