Azlogos
  • Kimlər var
  • Bizi tanı

Klassikin payızı Azərbaycan kinosunda Hummer debütü Qorxaqlığın adı akademizm qoyulanda Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Diplomlu cəhalət

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
31 Mart 2020

Bir müddət əvvələ qədər paradoks hesab etdiyim məsələlərdən biri elm adamlarının müxtəlif məsələlərə bəzən çox cahilcə yanaşmaları idi. Yəni bir adamın həm ali təhsilli, həm də cahil olması çox təəccüblü gəlirdi. Bu paradoksu özüm üçün açdıqca təəccübüm də keçdi. İndi təhlilimi sizlərlə bölüşmək istəyirəm.

İlk olaraq qeyd edim ki, ali təhsilli olmaq hansısa təhsil müəssisəsindən məzun olmaq, diplom almaq demək deyil. Pedaqogikanın özünün təhsil anlayışı var, yəni şəxs hansısa bilikləri universitetə getmədən, özü də öyrənə bilər və ali təhsil qazanmış olar. Bəs niyə keyfiyyətindən, bizə öyrədilənlərdən məmnun olmadığımız halda universitetlərdə oxumağa davam edirik? Niyə valideynlərin çoxu özləri universitetdə düz-əməlli təhsil almadıqları halda övladlarının həmin universitetlərdə təhsil alması üçün dəridən-qabıqdan çıxır?

Yəqin ki, “bilik gücdür”, yaxud N.Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” ifadələrini eşitmisiniz. İndiki halda ali təhsil müəssisələrinə qəbul olmaq təhsilə vurğunluğumuzdan, öz biliklərimizi artırmaq eşqimizdən deyil, güclənməkdən ötürüdür. Toplumdakı şəxslər bilik qazanmasa da, başqalarına qazandığını saxta formada da olsa göstərən kağız parçalarını-diplomları güc vasitəsi kimi görürlər. “Oxumuş övlad/yeznə/gəlin” hamısı güc simvoludur. Əgər həqiqi oxumuş deyilsə, o güc yox həqiqi silaha oxşayan oyuncaqdır. Əgər həqiqi oxumuşdursa, daha betər, çatana yetəcək, çatmayana daş atacaq. Bu səbəbdən də insanlar o daşlara qarşı öz diplomlarını qalxan kimi işlədirlər. Həmçinin “mən iki universitet bitirmişəm/qırmızı diplomla bitirmişəm/sənin yaşın qədər oxumuşam” və s. kimi ifadələri də eşitmisiniz. Bu ifadələrin hamısı qorxunun göstəricisidir: üstümə gəlmə, məndə də silah var.

Oxumuş adamın cahilliyi, oxumamış adamın cahilliyindən betərdir, məncə. Çünki oxumuş adamların çoxu düşünən yox, əzbərləyənlərdir. A. Şopenhauer “Oxumaq, Yazmaq və Yaşamaq Haqqında” kitabında yazır ki:

“Biz oxuyarkən başqa biri bizim əvəzimizə düşünür: biz sadəcə onun zehni fəaliyyətini izləməklə kifayətlənirik. Necə ki yazmağı öyrənəndə yazı lövhəsi müəllim tərəfindən xətlənir və biz o xətlərin izindən gedirik, eləcə də oxuyarkən belədir; düşünmək işinin böyük hissəsi bizim üçün artıq bitir.”

Oxumuş adamların çoxu Şopenhauerin bənzətməsindəki kimi müəllimin izləri ilə getdikləri üçün siz onlara yeni, alternativ yoldan bəhs etsəniz, çox zaman ilk reaksiyaları sizi rədd etmək olacaq. Bir az da dirəşsəniz, sizə silahlarını (diplom, kitab) göstərəcəklər. Silah göstərmək təbiidir, çünki adamlar müəllimlərinin izini buraxıb özləri düşünməyi seçməyiblər, bəlkə də seçə bilməyiblər. Axı davamlı “arxada qalsan, yubansan azarsan” ifadələrini eşidirik. İllərlə sinifdə qalan, iki alan şagirdlərin dahiliyi də bununla bağlıdır hər halda.

Uşağının Eynşteyn qədər dahi olmasını istəyən, lakin ən xırda uğursuzluğunda onu cəzalandıran, bilik səviyyəsi 3-4-lük olduğu halda müəllimlərə yalvararaq 5 yazdıran, yüksək qiymət alsın deyə illərlə repetitor yanına göndərən valideynlərin çoxluq təşkil etdiyi mühitlərdə bu qədər oxumuş cahili necə qınamaq olar?! Axı onların çoxuna oxumuş cahil olmaqdan başqa seçim tanınmayıb. Oxumaq onlara cahillikdən qurtulmaq üçün yox güc sahibi olmaq, əzilməmək, əksinə oyan-buyan edən olsa, əzmək üçün öyrədilib.

Ona görə də güc-bəla əzbərləyərək əxz etdikləri həqiqətlərdən asan imtina edə bilmirlər, bilməzlər də. Təqdim olunan yeni fikirə, “əlini mənə bəsədərəcik” təklifinə qarşı həzmsizliyin səbəbi də məhz budur: birdən öz yolumdan çıxıb azsam, necə olacaq?

Yaxşı sualdır, necə olacaq? Cavabı tapmaq üçün azmaq lazımdır. İnsan yolu tapacağından qorxmadıqca azmaqdan da qorxmayacaq. Çox azan insan daha çox yol tanıyan insandır. “Ən qısa yol bildiyin yoldur”. Niyə hər zaman ən qısa yolu seçək ki? Hər zamanmı tələsirik? Hara gedirik? Hara və niyə getdiyimizi özümüzdən soruşmuşuq, yoxsa bu sualı da bizim yerimizə cavablandırıblar?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021

Redaktorun seçimi

Azlogos-da Çe Gevara davası. Günel Mövlud Ələkbər Əliyevə qarşı

Qara ölüm: şəhərlərin qənimi

Ovsun

Koronavirus günlərinin kinosu

Azərbaycanlıları dəyişdirmək mümkündürmü?

Təhlükəsizlik – Apostrof təqdim edir

Haut Königsbourg qalası – Abbas Atilay təqdim edir

Diasporanın gücü

Gənc yazar damğası

Azərbaycanlıların şəxsi məlumatları

Qara dəlik

Əcaib, soyuq, nəhəng – Rusiya

Şah İsmayıl Xətainin tarixi missiyası

Erməni və gürcülərin xristianlaşması

Azərbaycan kinosunda Hummer debütü

Teymur Hacıyev: “Azərbaycanda operator tapa bilmirəm”

İlqar İbrahimoğlu: “Şəxsiyyətə pərəstiş inkişafa aparmır”

Bakirə intiharlar

Tuta bilmədiyim iki adam

Sovet dövründə çəkilmişlər haqqında

Ölümünüzdən illər sonra yenidən dirilmək istərdinizmi?

Sokratların Mamed oğulları

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

İşlətdiyimiz sözlərin anlamı

Niyə bu qədər iyrəncik?

Səhra evi – daşların harmoniyası

Təyyarə qaçırmaq üçün min bir səbəb

Koronavirusun faydaları

Məhrumiyyətlər haqda gecə düşüncələri

Endirim vermək haqqında 5 qayda

Diplomlu cəhalət

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
31 Mart 2020

Bir müddət əvvələ qədər paradoks hesab etdiyim məsələlərdən biri elm adamlarının müxtəlif məsələlərə bəzən çox cahilcə yanaşmaları idi. Yəni bir adamın həm ali təhsilli, həm də cahil olması çox təəccüblü gəlirdi. Bu paradoksu özüm üçün açdıqca təəccübüm də keçdi. İndi təhlilimi sizlərlə bölüşmək istəyirəm.

İlk olaraq qeyd edim ki, ali təhsilli olmaq hansısa təhsil müəssisəsindən məzun olmaq, diplom almaq demək deyil. Pedaqogikanın özünün təhsil anlayışı var, yəni şəxs hansısa bilikləri universitetə getmədən, özü də öyrənə bilər və ali təhsil qazanmış olar. Bəs niyə keyfiyyətindən, bizə öyrədilənlərdən məmnun olmadığımız halda universitetlərdə oxumağa davam edirik? Niyə valideynlərin çoxu özləri universitetdə düz-əməlli təhsil almadıqları halda övladlarının həmin universitetlərdə təhsil alması üçün dəridən-qabıqdan çıxır?

Yəqin ki, “bilik gücdür”, yaxud N.Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” ifadələrini eşitmisiniz. İndiki halda ali təhsil müəssisələrinə qəbul olmaq təhsilə vurğunluğumuzdan, öz biliklərimizi artırmaq eşqimizdən deyil, güclənməkdən ötürüdür. Toplumdakı şəxslər bilik qazanmasa da, başqalarına qazandığını saxta formada da olsa göstərən kağız parçalarını-diplomları güc vasitəsi kimi görürlər. “Oxumuş övlad/yeznə/gəlin” hamısı güc simvoludur. Əgər həqiqi oxumuş deyilsə, o güc yox həqiqi silaha oxşayan oyuncaqdır. Əgər həqiqi oxumuşdursa, daha betər, çatana yetəcək, çatmayana daş atacaq. Bu səbəbdən də insanlar o daşlara qarşı öz diplomlarını qalxan kimi işlədirlər. Həmçinin “mən iki universitet bitirmişəm/qırmızı diplomla bitirmişəm/sənin yaşın qədər oxumuşam” və s. kimi ifadələri də eşitmisiniz. Bu ifadələrin hamısı qorxunun göstəricisidir: üstümə gəlmə, məndə də silah var.

Oxumuş adamın cahilliyi, oxumamış adamın cahilliyindən betərdir, məncə. Çünki oxumuş adamların çoxu düşünən yox, əzbərləyənlərdir. A. Şopenhauer “Oxumaq, Yazmaq və Yaşamaq Haqqında” kitabında yazır ki:

“Biz oxuyarkən başqa biri bizim əvəzimizə düşünür: biz sadəcə onun zehni fəaliyyətini izləməklə kifayətlənirik. Necə ki yazmağı öyrənəndə yazı lövhəsi müəllim tərəfindən xətlənir və biz o xətlərin izindən gedirik, eləcə də oxuyarkən belədir; düşünmək işinin böyük hissəsi bizim üçün artıq bitir.”

Oxumuş adamların çoxu Şopenhauerin bənzətməsindəki kimi müəllimin izləri ilə getdikləri üçün siz onlara yeni, alternativ yoldan bəhs etsəniz, çox zaman ilk reaksiyaları sizi rədd etmək olacaq. Bir az da dirəşsəniz, sizə silahlarını (diplom, kitab) göstərəcəklər. Silah göstərmək təbiidir, çünki adamlar müəllimlərinin izini buraxıb özləri düşünməyi seçməyiblər, bəlkə də seçə bilməyiblər. Axı davamlı “arxada qalsan, yubansan azarsan” ifadələrini eşidirik. İllərlə sinifdə qalan, iki alan şagirdlərin dahiliyi də bununla bağlıdır hər halda.

Uşağının Eynşteyn qədər dahi olmasını istəyən, lakin ən xırda uğursuzluğunda onu cəzalandıran, bilik səviyyəsi 3-4-lük olduğu halda müəllimlərə yalvararaq 5 yazdıran, yüksək qiymət alsın deyə illərlə repetitor yanına göndərən valideynlərin çoxluq təşkil etdiyi mühitlərdə bu qədər oxumuş cahili necə qınamaq olar?! Axı onların çoxuna oxumuş cahil olmaqdan başqa seçim tanınmayıb. Oxumaq onlara cahillikdən qurtulmaq üçün yox güc sahibi olmaq, əzilməmək, əksinə oyan-buyan edən olsa, əzmək üçün öyrədilib.

Ona görə də güc-bəla əzbərləyərək əxz etdikləri həqiqətlərdən asan imtina edə bilmirlər, bilməzlər də. Təqdim olunan yeni fikirə, “əlini mənə bəsədərəcik” təklifinə qarşı həzmsizliyin səbəbi də məhz budur: birdən öz yolumdan çıxıb azsam, necə olacaq?

Yaxşı sualdır, necə olacaq? Cavabı tapmaq üçün azmaq lazımdır. İnsan yolu tapacağından qorxmadıqca azmaqdan da qorxmayacaq. Çox azan insan daha çox yol tanıyan insandır. “Ən qısa yol bildiyin yoldur”. Niyə hər zaman ən qısa yolu seçək ki? Hər zamanmı tələsirik? Hara gedirik? Hara və niyə getdiyimizi özümüzdən soruşmuşuq, yoxsa bu sualı da bizim yerimizə cavablandırıblar?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel