Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Online bahis sektöründe global ölçekte tanınan bettilt her geçen gün büyüyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan bettilt güvenin simgesidir.

Online bahis dünyasında güvenin ve hızın sembolü bettilt olmaya devam ediyor.

Klasik masa oyunlarından slotlara kadar bettilt çeşitliliği sunuluyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan paribahis güvenin simgesidir.

Kumarhane heyecanını seven kullanıcılar bettilt ile keyif buluyor.

Slot oyunlarında bahis miktarı, kazanç potansiyelini doğrudan etkiler; bettilt iletişim numarası oyunculara bu konuda rehberlik eder.

Curacao Gaming Authority 2024 raporunda, lisanslı platformların kullanıcı memnuniyet oranı %92 olarak ölçülmüştür ve bettilt kimin bu standardı yakalamaktadır.

OECD verilerine göre online bahis kullanıcılarının %70’i futbol üzerine bahis yapıyor ve bahsegel giriş güncel futbol kategorisinde en yüksek oranları sunuyor.

2025 yılında yeni sürümüyle bahsegel piyasaya çıkıyor.

Bahis dünyasında modern ve hızlı altyapısıyla öne çıkan bahsegel kullanıcılarına fark yaratır.

Basketbol maçlarına özel oranlar paribahis kısmında sunuluyor.

Avrupa’daki kullanıcıların %39’u haftada en az iki kez bahis oynar; bu istatistik bahsegel bonus kullanıcılarında daha yüksektir.

Adres değişikliklerinde sorun yaşamamak için her zaman Madridbet kontrol edilmeli.

Online oyun dünyasında kaliteyi temsil eden bettilt giriş güvenilirliğiyle öne çıkar.

Engellemelere rağmen erişim sağlamak için bahsegel kullanılıyor.

Bahis sektöründeki denetimler sıklaşsa da kullanıcı ilgisi azalmamaktadır, bettilt deneme bonusu popülerliğini korur.

Bahis sektöründe köklü bir isim olan paribahis her yıl büyümesini sürdürüyor.

Adres doğrulaması yapmak için paribahis kullanmak şart.

Bahis yaparken heyecanı doruklarda yaşamak isteyenler için paribahis mükemmeldir.

Her bütçeye uygun bahis seçenekleri ve bonus fırsatlarıyla öne çıkan paribahis giriş yap, kazancı herkes için erişilebilir hale getiriyor.

Bahisçilerin finansal güvenliğini sağlayan bahsegel sistemi öne çıkıyor.

Statista verilerine göre, canlı casino oyunları 2024 yılında online casino gelirlerinin %35’ini oluşturmuştur; bu oran her yıl artmaktadır ve bettilt girş bu alanda aktif şekilde büyümektedir.

Online eğlenceyi güvenle yaşamak isteyenler için Madridbet mükemmel bir platformdur.

Lisanslı yapısı ile güven veren bettilt kullanıcıların tercihi oluyor.

Finansal işlemler için bahsegel sistemleri büyük önem taşıyor.

Dijital eğlenceye yönelen bahisçiler bettilt sitelerini seçiyor.

Promosyonlardan yararlanmak isteyenler bettilt giriş sayfasını sık sık ziyaret ediyor.

Türkiye’de slot turnuvaları artan ödüllerle daha rekabetçi hale gelmiştir; bettilt giirş bu etkinliklere ev sahipliği yapar.

Spor tutkunları için yüksek oranlar paribahis giriş kategorisinde bulunuyor.

Adres güncellemeleri sayesinde bettilt üzerinden kesintisiz erişim sağlanıyor.

Türkiye’de 18 yaş altındaki kişilerin bahis oynaması yasaktır ve bettilt para çekme bu kuralı katı şekilde uygular.

Mobil kullanıcılar için optimize edilmiş paribahis hızlı yüklenme süreleri sunar.

OECD’ye göre online bahis sitelerinin %90’ı düzenli denetimden geçerken, bettilt giril her yıl bağımsız testlerden geçmektedir.

Kazancını artırmak isteyen oyuncular bettilt fırsatlarını değerlendiriyor.

Bahis sektöründe güvenliği ön planda tutan bahsegel anlayışı önem kazanıyor.

Kullanıcı güvenliğini ön planda tutan bahsegel verilerinizi şifreli sistemle korur.

Kumarhane oyunlarının heyecanını yaşayan kullanıcılar bahsegel ile vakit geçiriyor.

Online bahis dünyasında güvenli işlem garantisi sunan bahsegel öncü markadır.

Kampanya severler için hazırlanan paribahis seçenekleri cazip hale geliyor.

Profesyonel krupiyeler sayesinde bahsegel indir apk canlı rulet oyunlarında gerçek casino atmosferi yaşatır.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında bahsegel güncel giriş fırsatları dikkat çekiyor.

OECD’ye göre, Avrupa’daki bahis kullanıcılarının %26’sı kadınlardan oluşur ve Paribahis güncel link kadın oyunculara özel fırsatlar sunar.

Her gün yeni kampanyalarla kazanç şansını artıran Paribahis sektörde fark yaratıyor.

Online kumar oynayan kullanıcıların %60’ı hızlı ödeme sistemlerini tercih ederken, Bahsegel giriş güncel anında çekim özelliğiyle bu beklentiyi karşılıyor.

Online platformlarda sorunsuz performansıyla öne çıkan Bettilt giriş kullanıcılarını memnun eder.

Oyuncular hızlı oturum açmak için Bahsegel giriş bağlantısına tıklıyor.

Cep telefonundan işlem yapmak isteyenler Bahsegel çözümünü kullanıyor.

Avrupa’da bahis oynayan kullanıcıların %52’si kazançlarını yeniden yatırmayı tercih ediyor; bu oran bahsegel giril kullanıcılarında %61’dir.

Bahis severler, 2025 yılı için planlanan yenilikleri bettilt versiyonunda bekliyor.

Anında işlem yapmak isteyenler için paribahis versiyonu hız kazandırıyor.

Curacao lisanslı sitelerin kullanıcı güvenlik oranı bağımsız laboratuvar testlerinde %99.2 olarak ölçülmüş olup, bettilt yeni giriş bu denetimlerden başarıyla geçmiştir.

Yeni üyeler, hızlı oturum açmak için paribahis güncel giriş adresini kullanıyor.

2025 yılında piyasaya çıkacak olan bahsegel versiyonu yeni kampanyalarla geliyor.

Türkiye’de yasa dışı bahisle mücadele kapsamında özel operasyon birimleri kurulmuş, rokubet para çekme bu süreci yakından izlemektedir.

Canlı rulet masalarında hem yeni başlayanlar hem deneyimli oyuncular için farklı kategoriler bulunur; bu çeşitlilik Rokubet canlı destek nerede üzerinde sağlanmıştır.

Adres değişikliklerine karşı hazırlanan Bahsegel bağlantıları kesintisiz erişim sunuyor.

Her spor dalında en iyi oranlara sahip madridbet oyuncuların tercihidir.

Her oyuncunun güvenini artıran bettilt sistemleri ön planda.

Statista’nın 2025 tahminlerine göre global online bahis kullanıcı sayısı 2,2 milyarı aşacak ve bu kullanıcıların %80’i mobil cihazlardan işlem yapacak; bu oran Bahsegel kimin’te zaten gerçekleşmiş durumda.

Mobil cihazlardan kolay kullanım için bahsegel uygulaması tasarlandı.

Türkiye’de yasa dışı bahisle mücadele kapsamında özel operasyon birimleri kurulmuş, bahsegel para çekme bu süreci yakından izlemektedir.

Bahis kullanıcılarının %59’u canlı oyunlarda bonus tekliflerinden yararlanmaktadır; bu promosyonlar paribahis kayıp bonusu’te düzenli olarak güncellenir.

Türkiye’deki oyuncular arasında popülerliğini artıran paribahis giriş güvenilir yapısıyla öne çıkıyor.

Her slot oyununun kendine özgü bonus sistemi vardır; bettilt.giriş bu çeşitliliği özenle listeler.

Adres güncellemeleri düzenli takip edilerek bahis siteleri üzerinden güvenli bağlantı kuruluyor.

Adresi değişen platforma erişim sağlamak için Bahesegel kritik bir role sahip.

Paribahis

Türkiye’deki bahisçilerin güvenini kazanan bettilt giriş hizmet kalitesiyle fark yaratıyor.

Yeni yatırımlar sonrası verilen Bahsegel güncel giriş ödülleri kullanıcıları memnun ediyor.

Bahis dünyasında fark yaratan bonus politikalarıyla öne çıkan Bahsegel guncel, kullanıcılarına daha fazla kazanma fırsatı sunar.

Her oyuncu, güncel kampanyalardan yararlanmak için Rokubet üzerinden siteye ulaşmalıdır.

Global veri analizleri, online bahis sitelerinde kullanıcı memnuniyetini belirleyen en önemli faktörün ödeme hızı olduğunu göstermektedir ve Bahsegel guncel giris bu alanda ortalamanın üzerindedir.

Dijital eğlenceye yönelen bahisçiler Bahsegel sitelerini seçiyor.

Slot makineleri tamamen şansa dayalıdır, ancak oyun seçimi Bahsegel giirş önerileriyle daha bilinçli yapılabilir.

Avrupa bahis pazarının %62’si futbol odaklıdır ve bu oran bedava bahis veren siteler kullanıcı profiline doğrudan yansımaktadır.

Her zaman kullanıcı memnuniyetini ön planda tutan Bettilt profesyonel destek sağlar.

Yepyeni özellikleriyle bahsegel güncel versiyonu heyecan veriyor.

Adres engellerini aşmak için en güvenilir yol bahsegel bağlantısıdır.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında bahsegel güncel giriş fırsatları dikkat çekiyor.

Casino oyunlarındaki çeşitliliğiyle dikkat çeken bahsegel eğlencenin merkezindedir.

Bahis dünyasında profesyonel yaklaşımıyla tanınan bettilt sadık kullanıcılar kazanıyor.

Derek Volkot. Antillər: Epik yaddaşın fraqmentləri

AzLogos AzLogos
Kültür
19 Mart 2020
Oxuma vaxtı:32 dəqiqəyə oxunur
Derekwalcottcover
Paylaş

Derek Volkot (1930-2017) şair, esseist, dramaturq. 1992-ci ildə “Multikultural öhdəliyin nəticəsi kimi ortaya çıxan tarixi baxışla möhkəmlənmiş parlaq poetik yaradıcılığa görə” Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.

Nobel nitqi

7 dekabr, 1992

Felisitidəki (bu, Trinidadda, Keroninin kənarındakı yaşayış məntəqəsidir) geniş mərkəzi düzənlikdə indinin özündə də şəkər plantasiyaları var. Bu plantasiyalarda müqavilə əsasında keçmiş məhkumların (qamış kəsənlərin) əməyindən istifadə olunur. Odur ki, Felisitinin bütün əhalisi Şərqi Hindistan miqrantlarından ibarətdir. Amerikalı dostlarımı Felisitiyə apardığım gün də yolda qarşımıza ancaq hindlilər çıxırdı, ümid edirəm ki, sizi bunun çox dinamik və gözəl mənzərə olduğuna inandıracağam. Çünki həmin bazar günü hind eposu “Ramayana”nın motivləri əsasında hazırlanmış epik tamaşa Ramlilaya həsr olunmuşdu. Tamaşa başlamaq üzrəydi və yerli sakinlərdən ibarət kostyumlu ifaçılar rəngbərəng bayraqlarla bəzənmiş, yanacaqdoldurma stansiyasını xatırladan tarlaya yığışırdılar. Qırmızılı-qaralı köynəklər geymiş yaraşıqlı hind oğlanlar hədəfi nişan almadan günəşli səmaya ox atırdılar. Üfüqdə mavi dağlar, əlvan otlar, hava qaralanadək özünə bütün rəngləri hopduran buludlar…

Felisiti! Bu anqlo-sakson ad epik yaddaşa necə də uyğun gəlir! Tarlanın kənarındakı çardağın altında yekə qəfəslərə bənzəyən iri bambuk armaturlar görünürdü. Bu, nəhəng bir heykəlin bədən üzvləri idi – baldırı, ya da çanağı. Tamaşanın sonunda tonqala atılacaq tanrı heykəli. Bu qamış karkasa baxanda ağlıma mühüm bir müqayisə gəldi. Ozimandinin yıxılmış heykəli və tənəzzülə uğramış imperiyası barədə (səhranın ortasındakı əzəmətli qalıq) Şellinin yazdığı sonet.

Təbilçalanlar çardaq altında ocaq qaladılar və dəri daha sıx dartılsın deyə alətlərini atəşə yaxın tutdular. Zəfəran rəngli alov dilləri, əlvan otlar, tanrının yanmağa məhkum əldəqayırma gövdəsi – bunlar səhrada, qüdrətli imperiyanın dinclik tapdığı yerdə baş vermirdi; bu, həmişəyaşıl mövsümün bir hissəsi, bir ritualı idi və məhsulun yandırılması kimi hər il təkrarlanırdı: qurbanın verilməsi təkrar idi, məhvedilmə alov vasitəsilə yenilənmək mənasına gəlirdi.

Budur, tanrılar tarlaya daxil oldular. Bizim hind musiqisi kimi qəbul etməyə alışdığımız səslər açıq platformadan yayılırdı, elə ordan da epik təhkiyə səslənməli idi. Kostyumlu aktyorlar bir yandan tarlaya axışırdılar. Bunlar şahzadələr və tanrılardır – deyə səthi təxmində bulundum. Dərhal səhv etdiyimi anladım. Mən bizim Afrika və Asiya diasporamızı ələ verən tipik jesti (çiyin çəkməyi) sözə çevirdim. Mən heç vaxt görülməmiş Ramlila barədə tez-tez düşünürdüm, hə, bir də ki, mən bu teatrı, açıq tarlanı, döyüşçüləri, şahzadələri və tanrıları təsvir edən kənd uşaqlarını da heç vaxt görməmişdim. Mən eposun süjetini, qəhrəmanın kim olduğunu, onun kimlərə qarşı döyüşdüyünü bilmirdim. Bununla belə, mən “Odisseya”nı ingilis teatrı üçün uyğunlaşdıranda əmin idim ki, tamaşaçılar bu asiya epos qəhrəmanının başına gələnlərdən xəbərdardırlar. Trinidadda isə heç kim Rama, Kali, Şiva, Vişna barədə mənim bildiyimdən çox bilmirdi. Əlbəttə, hindlilərdən başqa. Əslində, bu da Trinidadda zərbi-məsələ çevrilib: “Hindlilərdən başqa heç kim.”

Mərkəzi düzənliyin kənarında plato kimi bir şey var idi, qamış dənizinin ortasında bir bərə. Orada “Ramayana”nın motivləri əsasında zəif tamaşa göstərilməli idi. Lakin bu, mənim yazıçı bucağımdan belədir. Bu, düzgün deyil. Felisitidəki Ramlila mənim üçün tamaşa idi, əslində, bu, onların inancı idi.

Fikrinizi belə bir özünüdərk anına cəmləşdirin: qrimli və kostyumlu aktyorlar səhnəyə çıxmazdan qabaq güzgüdə öz əkslərinə baxıb başlarını yelləyirlər və inanırlar ki, indi əsl olan “o” xəyali zonaya keçəcəklər. İndi epos ifaçılarının halını xarakterizə edəndə nə demək istədiyimi anlayırsınız. Ancaq onlar aktyor deyildilər. Onlar seçilmişdilər, yaxud doqquz gün davam edən və hər gün günəşin qürubundan iki saat əvvəl ifa olunan sakral tamaşadakı rollarını özləri seçmişdilər. Onlar həvəskar-aktyor yox, inanclı insanlar idi. Teatr leksikonunda onları təyin etmək üçün müvafiq söz yoxdur. Onların rola girməmişdən qabaq özlərini kökləməyə ehtiyacları yoxdur. Onların hərəkətləri axşam səmasını yarıb keçən bambuk oxlar qədər şən və təbii ola bilər. Onlar ifa etdiklərinə inanırdılar, mətnin ilhamına, Hindistanın seçilmişliyinə inandırdılar, mən isə yazıçı vərdişimə əsasən döyüşçü-oğlanların xoşbəxt simalarında və ya kənd şahzadələrinin heraldik profillərində bir növ elegiyalar və ya çatışmazlıqlar, hətta idiotik mimikriya axtarırdım. Mən şadlığa olan şübhə və inamsızlığımla həmin günü ləkələmişdim. Mən Tarixin vizual əks-sədasını prosesə daxil edərək hadisəni təhrif etdim: qamış tarlaları, müqaviləli işçilər, dağılmış ordular barədə xatirələr, qəsrlər, fillərin səsi – lakin bu zaman ətrafımda bunların tam əksi baş verirdi: coşğulu sevinc, oğlanların fərəhli səsləri, şirniyyatlar, yeni-yeni kostyumlu aktyorlar; itki yox, inamın sevinci.

Felisiti adının özü hər şeyə məna verirdi.

Asiyanı buna gətirib çıxarın: minarələrin kiçik ağ nidaları, yaxud şəkər qamışı tarlalarının ortasındakı məscidlərin daş gümbəzləri – bax, onda bu cür ayinlərdə parodiya, hətta degenerasiya əlamətləri görənlərin avto-ironiyasını, çaşqınlığını başa düşəcəksiniz. Qrammatiklər yerli dialektlərə, böyük şəhərlər əyalətlərə, imperiyalar öz müstəmləkələrinə necə münasibət bəsləyirlərsə, Puristlər də bu cür mərasimlərə elə yanaşırlar. Mərkəzlə birləşmək üçün nəql edən yaddaş, tanrının bambuk baldırları kimi, öz bədənini xatırlayan kəsilmiş üzv. Qısası Vest-Hində ümumi baxış qeyri-qanuni, əsassız və qərəzlidir. “Burada (Freydin sözlərini dəyişdirsək) sözün əsl mənasında insanlar yoxdur”. İnsanlar yoxdur. Əsl insanların fraqmentləri, sədaları maraqsız və natamam bir şeydir. Həmin tamaşa dialekt, əsas dilin şaxəsi, onun qısa lüğəti idi; lakin əsla mütləq dəyərli miqyasın pozulması və alçaldılması deyildi. Burada, Trinidadda kəşf etdim ki, dünyanın ən böyük eposlarından biri nəyin bahasına olur-olsun mədəni dəyəri qorumaq üçün yox, Keroni düzənliyinin qamış krujevasını əyən külək kimi itaətsiz inamla səhnələşdirilir. Tamaşa “Keroni Svemp” qışqırıqları ilə bitməmişdən əvvəl biz getməli idik və yolda, axşamın şəfəqində evlərinə uçan al qırmızı qaraleyləklərlə qarşılaşdıq. İzdiham Ramlilanın ifaçıları qədər harmonik və təbii idi, qırmızı bayraqlar oxatan oğlanların al geyimləri kimi əlvan idi; bütün bunlar adanın üstünü örtərək onu çiçəkləyən ağaca və ya solmaz çiçək dəstəsinə bənzədirdi. Burada tarixi kədərin heç bir əhəmiyyəti yox idi. Bu iki tamaşa, Ramlila və oxdan çıxmış yaya bənzəyən alqırmızı qaraleylək dəstəsi birmənalı olaraq minnətdarlıq hissi təlqin edirdi. Karib adalarında gözlə görülən möcüzə adi bir şeydir. O, landşaftın təbiətində var, gözəllik qarşısında tarixi kədər heçə çevrilir. Artıq biz keçmişi qalın xətlə əhatələyən bu uzun iniltilərin canında can kimiyik. Mən özüm üçün Felisitinin qaraleyləklərini və al geyimli oxçularını kəşf edərək qabağa düşmüşdüm.

Tarixi kədər təbii landşaftlar üzərində yox, xarabalıqlar üzərində yüksəlir. Üstəlik Antillərdə kədərin təntənəsi üçün xarabalıq demək olar ki, yoxdur, ancaq plantatorların tənəzzülə uğramış mülkləri və dağılmış qalalar var. Port-of-Speyn üzərindəki mavi təpələrə, kənd yoluna, evlərə, oxçulara, tanrı-aktyorlara və onların xidmətçilərinə baxanda, musiqini eşidəndə Felisiti barədə çox kədərli bir film çəkmək istədim. Mən Hindistanın tükədilmiş ruhunu günümüzə qaytarmaq istəyirdim. Lakin niyə söhbət itirilmişin qaytarılmasından getməlidir? Niyə hazırda mövcud olanı bayram etməyək? Niyə Hindistan tükənib? Axı bu məskənlərdən heç biri onu elə tanımayıb və niyə davamı gəlməməlidir, niyə sevinc Felisiti adında və Mərkəzi düzənliyin digər toponimlərində əbədiləşdirilməməlidir: Kouva, Şaquanes, Çarli-Villic? Həzzin pəncərələrini taybatay açmağa mənə nə mane olur? Mən bütün trinidadlılar kimi ekstaza cəlb olunmuşdum, ekstaz dalğası meqafonlardan yayılan təbil səsi kimi üstümə axırdı. Mənim Hüseyn ehsanına, müsəlman eposundakı məbədlərin güzgülərinə və papye-maşesinə, çin əjdahasının rəqsinə, burdakı küçələrin birində yerləşən yəhudi sinaqoqunun ayinlərinə haqqım var idi. Mən Trinidadın bütün dillərini və dialektlərini özümə sığdıra bilsəydim, ola biləcəyim yazıçının cəmi səkkizdə biri olardım. Vazanı sındırın, qırıntıları yığıb əvvəlki formanı bərpa etməyə çalışan Sevgi, vazanın salamat günlərindəki simmetriyasının varlığını qəbul edəndən daha güclü olacaq. Parçaları bir-birinə bağlayan yapışqan orijinal formanı təsdiqləyir. Məhz bu cür Sevgi bərpaçının bəyaz çapıqlar bəxş etdiyi Afrikalı və Asiyalı fraqmentlərimizi, ailə dəyərlərini yenidən bir yerə yığır. Qırıntıların yığılması Antillərin qayğısı və ağrısıdır. Qırıntılar uyğunlaşdırılmayıbsa, pis yerləşdirilibsə, orijinaldan, yaxud əcdadlarımızın bizə xətərsiz qoruyub saxladığı ikonalardan və müqəddəs qablardan daha çox ağrı-acı daşıyır. Antillərin mədəniyyəti bizim hissələrə parçalanmış tariximizin restavrasiyasıdır, ilkin qitədən qopmuş parçaların sinoniminə çevrilmiş lüğətimizin qırıqları bizim arxipelaqımızdır. Bax bu, poeziya yaratmaq prosesidir – yaratmaq isə həmişə şəkil dəyişdirmək, qırıq-qırıq yaddaş, tanrının bambuk gövdəsi və hətta həmin tanrının ocağa atılma ayinidir; tanrı bambuk gövdələrindən və qamış saplaqlarından yığılaraq hər cizgisini bərpa edirdi, bu vaxt Felisitinin aktyorları öz müqəddəs əks-sədalarını yayırdılar. Poeziya mükəmməllik təridir, lakin o, heykəlin alnına düşən yağış damlaları kimi təzə olmalıdır, beləcə, onunla təbiiliyin və mərmərin yaxınlığı həyata keçirilir; o, zamanları – keçmişi və indini qovuşdurur, burada keçmiş heykəl, indi isə keçmişin alnındakı yağış damlalarıdır. Onda basdırılmış ulu dil və individual lüğət var, odur ki, bu proses həm qazıntı, həm də özünü ifadədir. Ton olaraq istənilən fərdi səs dialektdən başqa bir şey deyil. O, şəxsi vurğularını, şəxsi lüğətini, melodikasını formalaşdırır və bu üsulla özünü imperiya dili, Ozimandiya dili ideyasından, ictimai kitabxanalardan, akademik lüğətlərdən, tənqid və mühakimə edən qanundan, yeparxiyalardan, universitetlərdən, siyasi doqmalardan, müəssisə leksikonlarından qoruyur. Poeziya qitədən ayrılmış adadır. Mənim arxipelaqımın dialektləri mənə heykəlin alnındakı yağış damlaları kimi təzə gəlir, bu klassik mərmərin qırışlarından sıxılıb çıxarılmış tər yox, təravətləndirici ünsürlərin kondensasiyasıdır – yağışın və duzun. 

Qədim dildən qoparılmış, qula çevrilmiş və müqavilələrlə əl-qolu bağlanmış tayfa qrupları Asiya və Afrikadan bəzi şeyləri mənimsəyərək, lakin ilk növbədə irsən keçən və məskənləri Felisiti, yaxud Şuazel kimi adlar daşıdığı müddətcə, köləliyə və əsarətə təslim olmayan təbii qan ritminə qulaq verərək, qədim epik lüğət üzərində özlərinə məxsus ovsunlu variasiyalar yaradırlar. İlkin Dil, elə bil, okeanı keçməyə çalışan duman kimi uzun məsafə qət etməkdən yorularaq simasızlaşır, lakin bu addəyişmə, yeni metaforalar tapmaq prosesi şairin hər iş gününün səhərində cəlb olunduğu proseslə tam eynilik təşkil edir. Şair Robinzon kimi öz iş inventarını yaradır, lazım olduqda lüğət ehtiyatını əlvan tapıntılarla zənginləşdirir, hətta öz adını da dəyişir. Hər şeyini itirmiş insan tamamilə təbii və özlüyündə heyrətamiz olan qüvvəyə – öz şüuruna etibar edir. Antil təcrübəsinin əsası budur, gəmi qəzasından qalan söküntüyə yaxın natamamlıq, bu sədalar, böyük tayfa lüğətinin qalıqları və qırıntıları, bu detallı şəkildə yadda qalan adətlər, üstəlik, bütün bunlar dekadent yox, güclüdür. Onlar Orta Yolu, Mədrəsədən Felisitinin şəkər qamışı tarlalarına ilk müqaviləli hindliləri çatdıran “Fetl-Rosek” gəmisini və ilk məhkum olunmuş kromvelçiləri, səfərad yəhudilərini, çinli baqqalları və velosipedlə paltar satan liviyalı taciri görüblər. Burada, tipik vest-hind şəhəri olan Port-of-Speyndə onlar tarixin məcmusuna çevriliblər. Trollopun dediyi kimi, “qeyri-insanlar”a. Ticari lövhələrin və küçələrin şəhərkənarı Babili, qanların qarışığı, poliqlot, səmalara yaxın anti-tarixi maya. Yeni Dünyada bu cür şəhərin mövcudluğu yazıçı üçün Cənnətə bərabərdir. Hamımız bilirik ki, mədəniyyət böyük şəhərlər tərəfindən yaradılıb. İkinci səhəri evdə açıram – təlaşlı şəfəq intizarı yuxumu qaçırır. Saat beşdə hələ qaranlıqdır, pərdələri açmağın mənası yoxdur, sonra qəfil parlayan işıqda kolonial üslubda kral palmaları ilə əhatələnmiş polis bölməsinin krem rəngli divarları, qəhvəyi damı, bir az arxada yaşıl köpüyə bənzəyən ağac dəstələri və hündür palmaların pırpız pipikləri; yuvasında gizlənmiş göyərçin, yağışdan ləkələnmiş müasir üslublu blok, səhərlər maşınsız olan bölmənin giriş yolu. Bütün bunlar arzuolunan dincliyi yaradır. Mən varlığımda dərindən kök salan bu şəhərciyə hər gələndə mənəvi sakitlik tapıram. Güllər də, dağlar da dincliklə doludur, onlara sevgi əvvəlcədən bəllidir. Bircə erkən dövr memarlığı adamı çaşdırır. Amerikan cazibəsindən sonra səyahətçi adətən nəyisə itirdiyini hiss edir, itirdiklərini yada salmaq yanğısı duyur. Yağış ləkəsi içində beton tikililər… Bunlar hələ də davam edən bütbərəstlik qalıqlarıdır: şəhər barmaq ucları üstə dayanmağa, siluetini amerikan üslubunda dəyişməyə, profilini Kolumbiya və De-Moynla eyni şablonda formalaşdırmağa çalışır. Gücün apologiyası, yumşaq dekor, icraçıların, katibə xanımların kimin toxunma jaketinin daha gözəl olduğu barədə mübahisələr etməyinə səbəb olan kondisionerlər: müəssisələr nə qədər soyuqdursa, jaket bir o qədər prestijlidir – başqa iqlimin imitasiyası. Soyuq dəbi və vəhşi soyuq istəyi.

Qışları boz, hərbi rəngdə keçən ciddi şəhərlərdə günlər sanki boğaza qədər düymələnmiş şinellərin içində keçir, istənilən bina bütün pəncərələrdə işıqlar yanan kazarmalara oxşayır və qar başlayanda hər kəsin ruhu on doqquzuncu əsrin rus romanlarına köçür, çünki bu, qış ədəbiyyatıdır.  

Beləliklə, Karib ölkələrinə gələnlər həyatlarını poçt açıqcaları seriyası zənn etməlidirlər. Biz bu və ya digər iqlim anlayışını ədəbiyyatdan silmişik. Turistlər üçün günəşin parıldaması çox ciddi şey kimi gəlir. Günəş dərinlik bəxş edir, çalarları çoxaldır – ədəbiyyatda olduğu kimi, həyatda da. Tropiklərin sonsuz yayında isə yalnız yoxsulluq və poeziya (antilcə yoxsulluq – “povetry”-dir, “poetry” sözünə bir V əlavə etməklə yaranır – həm varlığın, həm də təxəyyülün şərti kimi) dərin olmaq qabiliyyəti əldə edirlər. Adaların poeziyası, musiqiləri kimi, birmənalı şəkildə ekstatik olduğu qədər sevinclə də zəngindir. Sevincə əsaslanan mədəniyyəti bir qayda olaraq boş hesab edirlər. Təəssüf ki, Vest-Hind özünü sataraq bəsitliyin sevincini, parlaq boşluğu təşviq edir, nəinki qışda, hətta ilin dörd mövsümündə mədəniyyətin yaydığı ciddiyətdən yan keçən yerə çevrilir. Elədirsə, burada sözün əsl mənasında xalq necə ola bilər? Onlar nə ilin yarpaqlarla vidalaşdığı, nə budaqların bəyaz tüklərlə örtüldüyü, nə böyük şəhərlərin duman içində itib batdığı, nə insanların kamin-soba yanında fikrə daldığı mövsümlər barədə nəsə bilirlər. Onların coğrafiyası, musiqiləri kimi, yalnız üst və alt hüdudlardan ibarətdir: isti və nəmişlik, günəş və yağış, işıq və kölgə, gün və gecə. Bu, şeirlərdə ancaq ikihecalı ölçüləri saxlamaq kimidir. Buna əsaslanaraq belə nəticəyə gəlmək çox cazibəli görünür: bu xalqlar incə ziddiyyətliliyi, imaginativ mürəkkəbliyi dərk etməyə qadir deyillər. Qoy belə olsun. Əlimizdən bir şey gəlmir – axı bizi ciddi qəbul etmirlər. Bizim hər kəs tərəfindən qəbul edilmiş mənada şəhərlərimiz yoxdur, heç kim onların olmasını da istəmir. Antillər müxtəlif sahələrdə öz proporsiyalarını, öz qərarlarını diqtə edirlər. Məsələn, deyək ki, onların nəsri onları sevməyənlərin nəsrindən geri qalmır, odur ki, indi təkcə Sent-Ceyms yox, həmçinin Naypol tərəfindən yenidən yaradılmış küçələr və həyətlər var, onların cizgiləri onun cümlələri qədər lakonik və inandırıcıdır; biz sadəcə Qunapunanın səs-küyünü və fitini eşitmirik, onlar C.L.R.-in sərhədləri dağıtmağa can atan personajlarının prototiplərinin mahiyyətidir; sadəcə Keroni düzənliyində Felisiti məskəni mövcud deyil, bu, Selvona ölkəsidir.

Beləcə, bütün adaları gözdən keçirmək olar. Dominikanda əsasən Cina Risin onun barədə yazdıqları gözə dəyir. Erkən Sezerin Martinikası haqqında, Sen-Jon Persin Qvadelupası haqqında da eyni şeyi demək olar, hərçənd, indi orada nə tıxacdan dəbilqə, nə də qatırlar var. Ədəbiyyatın (üç imperiya dilində, fransızca, ingiliscə və ispanca) heç də ürkək, xam olmayan mədəniyyətin ən yüksək zirvəsində, qönçələrin düyünlədiyini və adaları tədricən ard-arda açdığını, xamlıq və ürkəklik epitetlərinin bəyaz, ağır ləçəkli frangipaniyalara aid edilməməsini izləmək necə zövq və üstünlükdür. Bu lovğa çağırış deyil, sadəcə təbii təntənənin konstatasiyasıdır: çiçəklənməsi nəzərdə tutulan şey, çiçəklənəcək.

Qızmar küçəli, pəncərələri sarmaşıqlı, hər tərəfində palma yetişən Port-of-Speyn günortasında bürc pəncərəsindən görünən dumanlı dağ Voanı və ya Herberti (“Palma kölgəsindəki həmin şəhər…”) yada salır, yaxud Kastri kənd kilsəsində “Qızıl Qüds” ifa edən camaata qulaq asanda Hammondun orqanını xatırlayırsan. Belə səhralıqda boşalma cizgiləri sezmək çətin olardı. Məhz bu sakit dözümlülük antil həyatına genişlik bəxş edir, sirr bundadır ki, bu həyata lazımsız suallar verməyə, onu lazımsız şeylərlə yoldan çıxarmağa ehtiyac yoxdur, heç onun da yoldan çıxmağa təbii meyli yoxdur. Səyyah bunu letargiya və apatiya kimi oxuya bilər.

Belə deyirlər: bura yeni kitablar gəlmir, burda teatrlar, muzeylər yoxdur, burda heç bir məşğuliyyət tapmazsan. Lakin kitablar olmadığına görə insanlar fikrə gedir, fikirlər isə qeydlərə, qeyd olmadıqda isə rəvayəti təşkil edən şifahi təhkiyəyə çevrilir; ritmin qələbəsinə, anım mərasiminə gətirib çıxaran yaddaş nizamlanması belə baş verir. Bu və ya digər şeylərin olmaması yaxşılıqla nəticələnə bilər, əslində, qəlibləşmiş adilik axınından yeganə xilas yolu yalnız yaxşılıqdadır, bir halda ki, indi kitablar yaradıcılıqdan daha çox yenidən işləmədir.

Böyük şəhərlərin mədəniyyəti yaratması həqiqəti ilə heç kim mübahisə etmir. Lakin indi mahiyyətcə bizim əlimizdə şaxələnmiş bazar-şəhərlər var. Elədirsə, ideal böyük vest-hind şəhərinin proporsiyaları necədir? O, kənd təsərrüfatı ilə məşğul olan şəhərətrafı və parklar halqası ilə əhatələnib, ən yaxşısı isə bir tərəfə geniş düzənlik uzansın. Əlbəttə, bir də ki, buludlara sancılan dağlar və mavi dəniz. Təmiz səmadakı göyərçinlərin uçuşu uşaq kitablarındakı əlifbanı xatırlatsın və əlamətlərə inamın yaşadığı qədim zamanları yada salsın. Hə bir də ki: böyük şəhərin düz mərkəzində atlar olmalıdır. Bəli, ötən əsrin sonundan bəri burada görə bilmədiyimiz atlar. Onda onlar təkbaşına ikiyerli faytonu daşıyır, ya da dördü bir yerdə silindrli cənabların ekipajını aparırdılar. İndiki zamanda, soyuq dağlardan gələn duman damların üstünə yayılanda, Savanna adlı kral parkının çəmənliyində qaçarkən torpaqdan qopan dırnaqların taqqıltılı elegik əks-sədası olmadan yaşayan atlar. Kaş hər mövsüm böyük yarışlar keçirilərdi ki, şəhər sakinləri bu on doqquzuncu əsrin nümayəndələrinin sürətini və qrasiyasını zövqlə hayqıraraq alqışlayardılar. Doklarda tüstü olmayaydı və saysız mexanizmlərin gurultusu qulaq batırmayaydı. Hələ burdakı irq müxtəlifliliyi necə maraqlı olardı! Asiya, Aralıq dənizi, Avropa, Afrika burada təmsil olunardı. Bu, Coysun Dublinindən daha həyəcanverici müxtəliflik olardı. Adalılar ənənələrə görə yox, öz seçimlərinə görə, instiktiv çağırışlarına görə evlənər, ərə gedərdilər, bir vaxt gələcək onların uşaqları irqi geneologiyalarının aydınlaşdırılmasının faydasız olduğundan əmin olacaqlar. Sürücülər və piyadalar üçün təhlükəli geniş magistrallar xüsusilə az olacaq. Ticari rayonlarda aksentlərin, qədim sivilizasiya dillərinin parçalarının kakofoniyası səslənəcək. Lakin axşam saat beşdən sonra ticarət məkanlarında sükut hökm sürəcək, bazar günləri isə hətta doklarda belə ins-cins olmayacaq. Mənim üçün insani və işgüzar ölçülərdə ideal böyük şəhər bax budur. Burada şəhərli piyada yox, yolçudur. Yəqin vahid mədəni əks-sədaya çevrilməmişdən əvvəl yunan Afinası da belə idi.

Port-of-Speynin ən ovsunlu mənzərələri əllə yaradılanın idealizasiyasıdır: nə beton, nə şüşə, ancaq ağac üzərindəki hər fantaziyanın dülgərlər tərəfindən hazırlanana yox, öz içindən böyüyənə oxşadığı barokko üslubunda ağac memarlığı. Şəhər kənarında isə kəndləriylə, hindlilərin dua bayraqlarıyla, qaraleyləklərin üzərində rəngbərəng bayraqlar kimi uçuşduğu yol kənarını dolduran meyvə piştaxtalarıyla Keroni düzənliyi uzanır. Fotogenik yoxsulluq! Açıqca kədəri! Mən Edemi bərpa etmirəm, yox, əslində, bu Antillərdir, dünyanın, əməyin, sağ qalmağın həqiqəti. Yol kənarındakı kənd evi də, Karib dənizi də özündə yenilənmiş imkanların, eyni zamanda, sağ qalmağın qoxusunu daşıyır. Sağ qalmaq – inadkarlığın, həmçinin, ruhi mətanətin qələbəsidir, poeziyanın canlılığını və vacibliyini qoruyan həmin fədakar sarsaqlıqdır, bununla yanaşı, bir çox şeylərin hesabına, o, birinci dərəcəli və ciddi iş deyil. Bir yerə yığılmış bu şeylərin əksəriyyəti dünyəvi şeylər adı altında kollektiv şəkildə toplanıb. Antillərin gözlə görülən poeziyası budur. Sağ qalmaq.

Əgər siz niyə bizə adətən kədər və mərhəmətlə baxıldığını anlamaq istəyirsinizsə, xatirənizdə dəyişilməz palmaları, qıjıları (ayıdöşəyi) və şəlalələri olan antil meşələrinin akvatint-qravürlərini dirildin. Onlar botanika bağları kimi sivil-əxlaqlıdırlar. Əgər səma şüşə tavan olsaydı, müstəmləkənin bitki örtüyü sakit gəzintilərə və ya ekipajlardakı səfərlərə fon kimi xidmət etməyə uyğunlaşardı. Oymaçının aləti və topoqrafın karandaşı vahid pafosla hərəkət edir, həmin pafos hindlilərin məskənini qərəzli-ironik şəkildə Felisiti adına məhkum edib. Əsr bu coşğun landşafta yanlış işıqda və səhv gözlə baxıb. Qüssə tropiklərin özündən çox, ayrı-ayrı görüntülərdən yayılır. Şəkər dəyirmanlarının, fortların, limanların, milli geyimdəki qadınların şit qravürləri Tarixə aiddir, əvvəlcə oymaçının, sonra da fotokameralı adamın çiyninin üstündən baxan Tarixə. 

Tarix gözləri və əlləri elə istiqamətləndirməyi bacarır ki, sonra əks-sədadan darıxaraq ondan dinclik almaq olur, o, yerlərin adını dəyişə bilər, əlvan tropik iqlimi elegik melanxoniyaya çevirə bilər, dünya nəsri buna misaldır: Konradın romanlarında və ya Trollopun yol qeydlərindəki mühakimə intonasiyası. Bu səyyahlar öz nasazlıqlarının infeksiyasını özləri ilə gətirdilər: onların nəsri hətta landşaftı da melanxoliya və özünə əzabvermə rəmzi altında gördü. İmitasiya memarlıqdan musiqiyədək hər şeydə miqyasları gizlədir.

Freyd qətiliklə iddia edir ki, Tarix nailiyyətə əsaslandığı üçün, Antillərin tarixi öz qanlı döyüşlər, köləlik, əzablardan ibarət dövriyyəsi ilə əvvəlcədən depressiv olduğu üçün, indiki mədəniyyət də burada doğula bilmədi; bu boşalmış limanlarda, darıxdırıcı feodalist şəkər mülklərində layiqli heç nə yaradıla bilməzdi. Buna qarşı nəinki Antil dağlarının işığı və duzu, həmçinin, böyük müxtəlifyönlülüklə birləşən sakinlərinin adi gücü şahidlik edir. Şəlalələyə yaxın gedin, siz onun gurultusunu eşitməyəcəksiniz. Atlar kimi on doqquzuncu əsrdə qalmaq, Brodskinin yazdığı kimi, o qədər də pis şey deyil və mahiyyətcə Antillərdəki həyat vest-hind nəsri kimi hələ də keçmiş yüz illiyin ritminə tabedir. Hətta Qrem Qrin kimi önhökmsüz yazıçılar belə Karib adalarını daim davam edən kədər rəmzi altında, Levi-Strossun “tristes tropiques” epitetini bəxş etdiyi elegik iniltilər kimi qəbul edirlər. Kariblərin alaqaranlığı, yağışları, itaətsiz bitki örtüyü, modern memarlığın brutal replikalarının kiçik evləri, qədim küçələri sıxışdırdığı şəhərlərin əyalət şöhrətpərəstliyi onlarda xiffət doğurur. Bu əhvalı anlamaq olar. Melanxoliya qürub vaxtı qızdırma kimi, yaxud xəstə kokos palmalarının qızılı yarpaqları kimi yoluxucudur, lakin ingilislərin, fransızların, hətta sürgündən sonra burada qalmış bəzi yerli yazıçıların bu ölüvaylığa keçən yerli qüssəni təqdimetmə şəklində ikrah doğuran və qəti şəkildə səhv olan bir şey var. Bütün məsələ bizim işığın təbiətini və bu işığın düşdüyü insanların mahiyyətini anlamamaqdır. Onlar bizim mədəniyyətsiz şəhərlərimizin gülünc ambisiyaları və əsassız hökmlərimiz barədə danışırlar, lakin Karib şəhəri yalnız öz şkalasına uyğun düşünür, mühakimə yürüdür, eləcə də Karib mədəniyyəti inkişaf etməsə də, artıq formalaşıb. Bu yerləri ziyarət etməyimiz, yaxud ora göndərilməyimiz faktı işin mahiyyətinə təsir etmir. Burada məxsusi şəhər tipi və memarlığı yaranıb. Və sənə davamlı olaraq hələ şəhər və ya mədəniyyət olmadığını deyəndə, bu, müəyyən reaksiya doğurur. Mən sizin şəhəriniz və sizin mədəniyyətiniz deyiləm. Ola bilsin, bundan sonra bir qədər “tristes tropiques” azalar. Bu yüksəkliyin ətrafında, salın ətrafındakı kimi, dalğaların alqış səsi gəlir: bizim tariximizi, bizim landşaftımızı nəhayət “tanıyıblar”.

İlk Karib kitabı nə vaxt yazılıb? Onun müəllifi səyahət edən viktorian Çarlz Kinqsli idi. Bu Antil landşaftını və məişətini ingilis ədəbiyyatına daxil etmiş erkən kitablardan biridir. Düzünü desəm, onu oxumamışam, lakin onun xeyirxah tonda olduğunu qeyd etsəm, səhv etmərəm. Antil arxipelaqı burada özünüifadə yox, təsvir predmeti kimi çıxış edir. Trollopun, Patrik Ley-Fermorun da tonu belədir, indi mən də sizə Felisitidəki kənd tamaşası barədə bu tonda danışdım – yəni yerli koloriti seyr edərkən özünü Felisitidən etibarlı şəkildə ayrı tutan yad kimi, həm şəfqətlə, həm zövq alaraq. Daxili gözdən gizli olanı sevmək mümkün deyil. Səyyah sevə bilməz, çünki səyahət dinamikadır, sevgi isə statika. O, heyran olduğu şeyə qayıtsa, deməli, daha səyyah deyil. Onda o, sakit, diqqətini toplayan yad tərzli müridə çevrilir. Onda artıq o, özümüzünküdür.

Mən xeyli insandan Vest-Hindi sevdiklərini eşitmişəm. Bunu belə başa düşmək lazımdır ki, onlar bura bir daha gəlməyə hazırdırlar, lakin burada həmişəlik qalmağa razı olmazdılar. Səyyahın, turistin sadə, mehriban hissləri. Bu səyyahlar, onlardan ən xeyirxahları, dəbdəbəli bitki örtüyü, geridəqalmışlığı, yoxsulluğu ilə, necə deyərlər, profildən gördükləri adalara kömək etmək arzularını bəyan etmişdilər. Viktorian nəsrinin xeyirxah personajları. Onlar öz gözəl siluetlərini bizə göstərib və unudulan qayğısız istirahət günləri kimi yaddan çıxıblar. Özünə Sen-Jon-Pers təxəllüsünü götürmüş Aleksis Sen-Leje Leje poeziyaya görə Nobel mükafatına layiq görülmüş ilk yerlimiz idi. Qvadelupedə doğulmuş şair sırf fransız dilində yazırdı, lakin ona qədər, onun uşaqlığı barədə şeirlərindəki (Antil plantasiyasındakı imtiyazlı uşağın həyatı) qədər heç vaxt bu yerlərin hissiyatı belə təmiz və təravətli əks olunmamışdı. Bu “Pour Feter une Enfance”, “Eloges” və bir qədər sonra “Images a Crusoe”. İlk dəfə səhifələrdən bizim passat kimi duzlu-kəskin, özünü yeniləyən təzə dəniz küləyimiz, palma yarpaqları, pillə-pillə qalxan qəhvə aromatı duyulurdu. Karib dühası ziddiyyətli olmağa məhkumdur. İndi bizim Persi mədh etməyimiz plantator sistemini, riyakarlığı, yaxud at üstündə gəzən ağbənizli zəngini, mulatları, ağ probka dəbilqəli ağ fransız dilini, özündənrazı himayədarlığın ritorikasını mədh etmək deməkdir; lakin Pers nəticədə öz köklərindən imtina etsə də, (böyük yazıçılar öz əslini malalamaq kimi axmaqlıq edirlər) biz onlardan imtina edə bilmərik, eləcə də afrikalı Eme Sezerdən.

Bu, uyğunlaşma deyil. Bu, ironiyanın hakimiyyətidir, Poeziya belədir. Hər dəfə üzlərini şərqə çevirən yüzyarpaqlı palmaları görəndə düşünürəm ki, onlar Persi oxuyurlar.

Persin öz ağ uşaqlığını tərifləmək üçün yazdığı ətirli, imtiyazlı şeirlər və Antil səmasının qübbəsini dəstəkləyən həmin yüzyarpaqlı palmaların fonunda şokolad rəngli oxçuların kürəkləri arxasında kassetlərdən süzülən Hindistan musiqisi – hər ikisi məni eyni dərəcədə sarsıtmışdı. Mən onun şeirlərində də, onların üzlərində də eyni əzablı qüruru hiss edirdim. Niyə Antil Tarixinin bu bəxşişləri belə gözəldir? Ümumdünya tarixi – ümumdünya deyəndə, əlbəttə ki, Avropanı nəzərdə tuturuq – əsasən tayfalararası qopmaların, etnik təmizliklərin salnaməsidir. Adalar haqqında yazmaq lazım deyil, qoy özləri öz barələrində yazsınlar. Antillərdəki palmalar və müsəlman minarələri nida işarələri kimi ucalır. Nəhayət! Qvadelupenin kral palmaları “Eloges”i əzbər oxuyur. Pers daha sonra “Anabasis”də cırıldayan sərhəd qapıları, zəhərli göllərin köpüyü ilə barsız “wadis”, qum burulğanlarından burnuslarla qorunan atlılar ilə uydurma bir eposun fraqmentlərini yaratmışdı – hər şey Kariblərin soyuq səhərlərinə əks idi, lakin Felisitinin döyüşləri, filləri, meymun tanrıları ilə birgə bayraqlarla bəzənmiş tarlanın hər tərəfinə yayılan müqəddəs mətnə qulaq verən şokolad kimi oxçular qədər kontrast təşkil etmirdi – bütün bunlar şəkər qamışı plantasiyalarının çəpərlərindən, təsərrüfat arabalarından, öküzlərdən və Antil səmalarında kalliqrafik xətlə qədim dillərdə (hind, çin, ərəb) kəlamlar yazan, bambuk yarpaqlarından gələcək eposu üçün fraqmentlər yığan Qvadelupenin ağ uşağından daha kontrastlı ola bilərmi?

Ramayanadan Anabisə, Qvadelupedən Trinidada qədər bütün bu çürümüş Afrika monarxiyasının sağ qalmış fraqmentləri, Suriya və Livanın qırıntılarının arxeologiyası yeraltı sirr yox, bizim səsi tutulmuş, sadə insanlarla dolu küçələrimizin biabırçı gerçəyidir. Gözü zəif görən oğlan Egey limanında hamar suya hamar daş atır və əyri gedən biləyin bu elementar hərəkəti özündə “İliada” və “Odisseya”nın əndazəni aşan ölçülərini ehtiva edir. Bir də ki, bir uşaq kənd bayramında bambuk ox buraxır. Üçüncüsü isə Karib günəşi doğanda yüzyarpaqlı palmaların marşa oxşayan xışıltısına qulaq asır və bu səsdən Pers eposunun sıxılmış tələsikliyi çıxır. Və bütün bunlar əsrlərdən, arxipelaqlardan asılı deyil. Hər şair üçün dünya mütləq səhər vaxtındadır. Tarix unudulmuş yuxusuz gecədir; Tarix və təbiət qarşısında müqəddəs qorxu – onlar həmişə yalnız başlanğıcdır, çünki poeziyanın taleyi Tarixin acığına dünyaya vurulmaqdır. Şair özünü mədəniyyətin sübh vaxtının şahidi hiss edəndə, hər şeyi təyin edən səhər işığında budaq budaq dalınca, yarpaq yarpaq dalınca aydınlaşanda, bu, zəfərin səsi, uğur bayramı olur, bu, uçurum kənarında səslənən “niyə?” sualı olur və bu, ağla gələn ən yaxşı şeydir – günəş doğan ərəfədə ayin. Həm də adın özü: Antillər. O, təlaşlanır, parıldayan su kimi, yarpaq xışıltısı, palma taclarının vıyıltısı, quş cəhcəhi kimi səslənir – bu, gənc dialektin, doğma dilin səsləşməsidir. Təkrarolunmaz lüğət, fərdi melodika, sənin əsl bioqrafiyan olan ritm bu səsdə nadir dərəcədə uğurlu şəkildə qovuşurlar və sən bütün oyanan bədəninlə adaların ritmini dərk edirsən. Bu, cavan dilin, cavan xalqın xeyir-dua bayramıdır və biz bu qorxunc ehtirama çox şey borcluyuq.

Mən burada o insanlar adına dayanıram. Lakin həmçinin ilkin adları ingilis adlarından daha yumşaq, daha yaşıl, səhər çağı kimi həssas olan ağaclar adına: laurier-cannelles, bois-flot, bois-canot; bu, vadi adlarına da aiddir: Fond St.Jacques, Matoonya, Forestier, Roseau, Mahaut – yaxud səhra dayazlıqlarına: L’Anse Ivrogne, Case en Bas, Paradis – kimi yenilənən dialekt adına da. Və nəğmələrin, əfsanələrin canlandığı bu adlar fransız yox, patuan aksenti ilə səslənir.

Oyanırsan və iki dil eşidirsən, biri ağacların, digəri ingiliscə çıxış edən məktəblilərin:

Qurudakı, dənizdəki quşları, canlıları,

Öz mülkiyyətimə qəbul etmişəm təkcənə;

Hakimiyyətimi mübahisəsiz qəbul edirlər.

Gözlə görünən hər şeyin ağasıyam.

Tənhalıq, hanı sənin ovsunların?

Səni boş yerə tərifləyirlər.

Səninlə genişlikdə şahlıq etməkdənsə,

Fəlakətləri, kabusları yaşamaq daha yaxşıdır.

(sətri tərcümə)

Elə həmin vaxt kənddə bənzər ritmlə, lakin uyğunlaşdırılmış alətlərin müşayiəti ilə (əldəqayırma çak-çak skripkası və keçi dərisindən baraban) Sensenna adlı qız oxuyur:

Si mwen di’ous ca fait mwen la peine
        ‘Ous kai dire ca vrai.
– Əzizim, bədənim necə dəhşətli ağrıyır!
        – Əzizim, inanıram! Bəs sən nə gözləyirdin?
Si mwen di’ous ca pentetrait mwen
        ‘Ous peut dire ca vrai
– Əzizim, sinəmə ox sancılıb!
        – Əzizim, inanıram ki, ürəyinə girib.
        Сes mamailles actuellement
Pas ka faire l’amour z’autres pour un rien.
        Əgər yaralamaq və öldürmək olmayacaqsa,
Uşaqların oyuna başlamağına dəyərmi?

Səhər günəşi hələ təklikdə Tarixi ləğv edə bilməz. Bütün məsələ antil coğrafiyasında, bizim bitki aləmimizin coşğunluğundadır. Dəniz Orta yolda batanların xiffətini çəkməyə davam edir, aborigenlərin – kariblərin, aruakların, tainoların qanlı qətliamı isə solmazçiçəyinin al rəngində əks olunub. Quma toxunan dalğalar da, əsir asiyalıların, Felisitinin əsasını qoyanların hələ də müqavliəs əsasında işlədiyi yaşıl həbsxana – şəkər qamışı nizələri də, bizim Afrika yaddaşımızı hamarlaya bilməz.  

Poetik qələmimin ilk sınaqları oxucu canfəşanlığımın mükafatı idi. Məni əhatələyən uşaqlığımdan çox şey öyrənmişəm: qırmızı ağacın rənglərində ağacdoğrayanların sifəti, qatran kimi qara kömürqazanlar, bir də uçurumun kənarında duran adam var – o, çiynində toxanı yelləyirdi və onu xaki rəngli qeyri-adi, anlaşılmaz it müşayiət edirdi, əyninə nə gəldi geyinən bu adam hələ soyuq olanda və qaranlıq hələ dağılmamış səhər tezdən oyanır; o, öz bağını becərmək üçün dağlara dırmaşır: bağ və dağ onun evindən bir neçə mil uzaqda idi, lakin həmin torpaq onun mülkü idi. Yanında isə balıqçılar gedir, onlar Afrikanın qalıqlarıdır. Lakin formalaşıb, möhkəmlənib və ada həyatında kök salıblar, lakin ağaclardan, otlardan daha savadlı deyillər. Bəli, onlar oxuya bilmirdilər. Onlar bura başqaları tərəfindən oxunmaq üçün gəliblər. Lakin onlara necə lazımdır oxumağı öyrətsən, onlar dünyaya öz ədəbiyyatlarını bəxş edərlər. Ancaq təəssüf ki, bizim Vest-Hind turistləri üçün broşürlərimizdə bu yalnız Floridanın cazibədar şəkildə uzun ayağını uzatdığı və çətirli xanımların gəmidə yaxınlaşdığı mavi körfəzdir. Beləcə, adalar yoxsulluqlarından utanaraq özlərini satırlar və bu tədricən onların təkrarolunmazlığını pozur. Eyni reklam çarxlarının təmtəraqla sırınması baş verir, bunlara görə artıq bir ada o birindən fərqlənməməyə başlayır. Gələcəkdə bizim təhqir olunmuş marinalarımız, cənab nazirlər tərəfindən satılmış torpaq paylarımız qalacaq. Kimsə unisonla “Happy hour” oxuyur, kiminsə ağzı qulaqlarının dibinə çatır. Bizim ziyarətçilər üçün yer üzündə cənnət nə deməkdir? Bir neçə həftə yağışlardan dincəlmək və qırmızımtıl günəş yanığına nail olmaq. Və qürub vaxtı həsir şlyapalı, rəngbərəng köynəkli yerli trubadurlar heydən düşənə qədər “Yellow bird” və “Banan qayığı”nı ifa edirlər. Hər nə olur-olsun, bundan daha böyük ərazilər (adanın xəritədə göstərilən sərhədlərindən geniş) var; bu, sərhədsiz yaddaş xəzinələri ilə zəngin ucsuz-bucaqsız dənizdir.

Antillər bir vahid təşkil edir və hər bir ada ayrılıqda yaddaş cəhdidir: huşsuzluq və dumanda öz kulminasiyasına çatan ruh mifi və irq bioqrafiyası. Duman arasından süzülən işıq və qəfil göy qurşağı – arc-en-ciel. Bu, Antil fantaziyasının nəhəng zəhmətidir, o, kəlməni kəlməyə qoşaraq öz tanrılarını bambuk karkaslarla yenidən yaradır. Aruakların soyqırımı – Antil tarixinin lənətlənmiş kökü və xeyirxah məyusluqdur, turizm ada millətlərini buna yoluxdura bilər. Xəstəlik yavaş-yavaş yox, inanılmaz sürətlə yayılacaq. Gözünü qırmağa macal tapmamış onlar bütün qayaları öz quanoları ilə (bəyaz otellər) boyayacaqlar. İnkişafın göy qurşağı və təntənəsi. Lakin hələ bu baş verməyib, hələ bir neçə toxunulmamış vadi qalıb – köhnə həyatın qalıqları, hələ təkamül hər sənətkarı antropoloqa və ya folklorçuya çevirməyib, hələ ideyaların səslənmədiyi sevimli guşələr və gizli talalar var, hələ başlanğıca aparan yolları qanqal basmayıb – bu o deməkdir ki, biz təhlükəli dəyişikliklərdən müəyyən dərəcədə sığortalanmışıq. Bu nostalgik qoruqlar deyil, hasarlanmış ziyarətgahlardır, buruna təhlükə yaradan buldozer kimi, dəniz badamlarına təhlükə yaradan geodeziyaçı kəndiri, yaxud dağ dəfnəsinə təhlükə yaradan parazit həşəratlar kimi, nəsrin hədələdiyi ölkələrin dünyəvi günəşidir. Bu heç bir əhəmiyyət kəsb etməyən kasıblamış yer nəsrlə o qədər korlanıb ki, vaciblik haləsi qazanıb. İdeya bu yeri heç nə ilə işıqlandırmayıb və vurğulamayıb, hətta xatirə ilə belə. Adi beton pillələrlə bayırlıq geyimlərini geyinmiş afrikalı uşaqlar kilsəyə gedir. Günəşdə bərq vuran banan yarpaqları qeyri-ixtiyari sallanırlar. Ayağı həyətdə qalaqlanmış zir-zibilə dolaşan qarı asta-asta kilsəyə yaxınlaşır. Bax, burada freska çəkmək olardı! Özlüyündə çox da mühüm olmayan, lakin əsl inancla dolu bir şey. Xəritədə işarələnməmiş və tarixi olmayan. Bütün bunlar necə sürətlə yoxa çıxa bilər! Və bu bizi daha uzağa getməyə tələsdirir (belə ümid edirik) – bizə qədər heç kim getmədiyi yerlərə, pis yolların sonundakı yaşıl müəmmalara, baxan kimi otelin yox, uzun dayazlığın görüldüyü burunlara; ətrafda isə heç kim yoxdur, bəlkə uzaqlarda bir yerdə hansısa balıqçının tüstüsü sual kimi havadan asılıb. Karib adaları idilliya deyil. Ən azından burada yaşayanlar üçün heç deyil. Onlar bu torpaqdan iş qüvvəsini ağac kimi təbii, üzvi şəkildə mənimsəyirlər – dəniz badamı, yaxud ədvalı dağ dəfnəsi. Bu kəndlilər, balıqçılar kiminsə marağını cəlb etmək, yaxud obyektiv önündə dayanmaq üçün deyillər; onlar ağaclar kimidirlər, sadəcə alın təri axıdırlar, duz dərilərində örtük yaradıb. Amma bu kostyumlu, köksüz ağaclar hər gün zirvələri və dəniz badamlarının, dağ dəfnələrinin zirvələrini də, köklərini də zəhərləyənlər sırasında olan antreprenerlərlə məcburi müqavilələr imzalayırlar.

Bir dəfə kiminsə hökumətindən mütləq soruşacaqlar ki, bəs təkcə meşələr və buxtalara yox, bütöv bir xalqa nə oldu?

Onlar yenə burdadılar, onlar qayıdırlar, fotomodellər, korrupsiyaya məruz qalmış, hamar dərili və təlaşlı, sevinc dolu, iri bəyaz gözlü mələklər. Bu gözlərdəki ifadələr Ramlila vaxtı Felisitidəki asiyalı uşaqların gözlərindəki ifadəyə oxşayır. İki müxtəlif din, iki qitə. Hər ikisinin ürəyi sevinc adının daşıdığı ağrı ilə doludur. Qorxusuz sevincin nə mənası var? Təəssüf ki, bütün dünyanın gözlərinin zilləndiyi bu yerdə hiss etdiyim eqoist qorxunu boğa bilmirəm. Lakin adi sevinclər və müqəddəs həyəcan – bax, bunları ləkələmədən qorumaq istəyərdim, məsum olduqları üçün yox, həqiqi olduqları üçün. Qoy hər şey həqiqi olsun, Pers öz istedadına minnətdarlıq kimi, yüzillik palmaların səs-küyündə öz kiçik asiya eposunun parçalarını eşidəndə olduğu tək. Onları təxəyyülün bələdçiləri adlandırardım, əgər təxəyyül bizim Felisitidəki tarlada bambuk oxunu bayraqlardan yüksəyə atan balaca döyüşçü-hindlinin coşqusu kimi həqiqi olan kollektiv yaddaşın sinonimidirsə.

Qoy bundan sonra da balaca oğlanın məktəb dəftərini açıb səliqə ilə, xəttdən kənarda çıxmadan öz naşılığı ilə xoşbəxt olan, bizim kimi əhəmiyyətsiz, heç nə ilə fərqlənməyən insanlara sakit bağlılıq bəsləyən adanın üzərində yüksələn təpələrin işığı hopmuş stanslar yazdığı saatlardakı kimi minnət dolu sevinc və mübarək qorxu olsun.

Tərcümə etdi: Qismət

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
17062009622612741817 1200x630
.

Başı bəlalı “Qadınım”

AzLogos
17 Fevral 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör