Azlogos
  • Kimlər var
  • Bizi tanı

Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək" Hökumətin trolları və primitiv media siyasətinə dair
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Dəvədən böyük fil

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
02 İyul 2020

Bu gün polislərin peşə bayramıdır. Hal-hazırda Azərbaycan polisinin reputasiyası bir o qədər göz oxşayan deyil. Əksəriyyətimiz onların kobud və qeyri-insani davranışlarından təngə gəlmişik. Onların dəyişməsini və daha insani davranmağını istəyirik. Lakin onların niyə və hansı şərtlər daxilində belə davrandıqları barədə düşünməyi gözdən qaçırırıq. Bu yazıda polislərin hansı motivlərlə bizə frusturasiya yaşatdıqları haqda fikirlərimi bölüşəcəm.

Əvvəlcə qeyd etmək istəyirəm ki, dünyanın harasında yaşamaqdan, hansı dövlətin vətəndaşı olmaqdan asılı olmayaraq polisin, hərbiçinin hökmran diskursun tərkib hissəsi olduğunu bildirmək istəyirəm. Lakana görə hökmran diskurs əmr alanın əlindən sorğulamaq şansını da alır (J.Lacan, Master Discourse). Yəni, əmr alan əmr verənin əmrini sorğu-sualsız icra etməlidir. Bu da sorğusuz itaət etmək deməkdir.

İtaət edən insanlar içlərinə yığılıb qalan fikirləri, hərəkətləri, susdurulmuş azadlıqları yox edə bilmirlər, sadəcə müvəqqəti – özləri kimi qurban tapana qədər tormozlaya bilirlər. Qurban tapan zaman, özlərinin də əmr verənlərinin qarşısında qurban olduqlarını unudub birdən-birə zalıma çevirilirlər. Bu, hər nə qədər qəddar davranış kimi görünsə də, onların psixikalarını yüksək təzyiq qarşısında zədələnməkdən qoruyur. Kobud bənzətmə ilə ifadə etsəm, polis yüksək səs təzyiqi qarşısındakı təbil pərdəsidir. Əgər o səs təzyiqi zamanı ağız açılmasa, təbil pərdəsi yırtılar, ağız açılanda təbil pərdəsi taraz qalır və yırtılmır. Sözün qısası, polis özü əmr verənlərindən gələn təzyiq qarşısında həm səssiz qalıb, həm də vətəndaşın üzünə gülə bilməz. Yəni polisin vətəndaşa göstərdiyi təzyiq özünün üzləşdiyi təzyiqin inikasıdır.

Bizlər bu gün insani davranış, anlayış göstərən polislər arzulayırıqsa, polisinə insani davranış göstərən, onların vətəndaşın qanını içməkdə yox, qorumaqda məsuliyyət daşıdıqlarını bilən və yüksək dəyərləri olan insanlardan polis komandası formalaşdıran dövlətdə yaşamalıyıq. Lakin bizim ölkəmizdə bu, hələlik mümkün variant kimi görünmür. Çünki ölkəmizdə hakimiyyət demokratik deyil. Demokratik olmayan hakimiyyətlər güclərini göstərmək və sükanı hər zaman istədikləri kimi saxlamaq istəyirlər və bu istəklərini həyata keçirməkdə polisi, ordunu əməllərinə alət edirlər. Elə adamlardan ibarət hərbi və ya polis komandası yaradırlar ki, o adamlar kimə, niyə xidmət etməli olduqlarını dəqiq bilməsinlər. Nə etməli olduğunu bilməyən adamları çox asanlıqla ələ almaq və istiqamətləndirmək olur.

Bu yaxınlarda hakimiyyəti dəstəkləyən bir iş adamı ilə söhbət edirdim, özü hüquqşünasdır və mövzumuz polis zorakılığı idi. Dedi ki, “bax gör vətəndaşa elə vəhşiliyi edən polis özü kim olub, adətən hərbi xidmətdən gələnlər və ya tapşırıqla işə düzələnlərdir. İxtisası hüquqşünas olan polis elə addım atmaz.” Əvvəl razılaşmadığım məqamı qeyd edim ki, bu gün vətəndaşların hüquqlarını pozan vəkillər, hakimlər də ixtisasca hüquqşünasdır. Yəni hüquqşünas olmaq hələ insan hüquqlarına hörmətlə yanaşmaq demək deyil. Lakin haqlı olduğu məqam, insan hüquqlarını kobud formada pozan polislərin çoxunun qeyri-qanuni şəkildə polis olması faktıdır.

Burada günahlandırılmalı olan rüşvətlə və ya kor-təbii şəkildə polis olanlar yox, vətəndaşın hüquq və qanunlarını hüquqdan başı çıxmayan qolu zorbalara tapşıranlardır. Ölkədəki insan hüquqlarını qorumaq, qanunların tələblərini ödəmək üçün son halqanı yox, lap başı sorğulamaq lazımdır. Bir el məsəlimizdə deyildiyi kimi, balıq başdan iylənir. Bu gün polisin vəhşilikləri son halqadır. Bu halqaya qədər hələ uzun yol var. Bu gün bizlər zaman-zaman etdiyimiz kimi xətaya düşərək başa vuran diş ağrısı zamanı dişimizi yox, başımızı müalicə etmək istəyirik. Təbii ki, bu, çox böyük manipulyasiyanın məhsuludur. Bəzən diş ağrısı baş ağrısının altında elə məharətlə gizlənə bilir ki, təyin etmək çətin olur.

Bu yazı polislərin etdiklərinə haqq qazandırmaq üçün yazılmayıb. Sadəcə polislərin etdiklərinin çox mərhələli oyunun sonuncu mərhələsi olduğunu xatırlatmaq istədim. Vətəndaş olaraq polislərlə konfliktdə olmağımız sadəcə zaman itkisidir. Biz polislərlə dalaşmağa davam etdikcə balığın başı görmə bucağımızın kor ləkəsinə düşür və bizlər uduzuruq. Qazanan isə bu oyunu qurub istədiyi kimi yönəldənlər olur.

Dəvədən böyük filin olduğunu xatırlayıb məsələni fillə həll etməyə başladığımız an hər şey düzəlməyə başlayacaq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Redaktorun seçimi

Azərbaycanda qadın peşələri

Goranboy əməliyyatı

Azərbaycan kinosunda kişi diskriminasiyası

Hər şey yaxşıdırmı?

Bayrağı yüksəkdə necə dalğalandırmalı?

Şəxsiyyət olmamağı öyrətmək

Michael Reinhard Heß: “Elm adamı öz işi ilә cәmiyyәtә fayda vermәlidir”

Platforma

Obrazların yenilənməsi və qaralama

Maastrixt kriteriyaları və Azərbaycan iqtisadiyyatı

Gənc publisistlər üçün məsləhətlər

Memarlıqda yeni era

Ağdərə əməliyyatı

Onurğa travmam

“Taxt-tac oyunları”-nda seks və feministlər

Avropanın tərk edilmiş məkanları

Seymur Baycan too

“Müdrik xalq” necə “məsuliyyətsiz” oldu?

Təbiət və İnşaat

Meymunların yaratdığı adət-ənənə

90-cı illər futboluna damğa vuran 9/9

Məmələrin azadlığı barədə

Azərbaycan kinosu və yulaflı peçenye

Iphone və kapitalizmin tənqidi

İştah diş altındadı və ya “Yanvarı görmək”

33 yaşlı amerikalı Antarktidanı təkbaşına qət edib

Ağ xalatlı cəlladlar 

Quş bazarı

“Vanilli səma” filmi barədə

Xəlil Rza və erməni yazısının banisi

Dəvədən böyük fil

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
02 İyul 2020

Bu gün polislərin peşə bayramıdır. Hal-hazırda Azərbaycan polisinin reputasiyası bir o qədər göz oxşayan deyil. Əksəriyyətimiz onların kobud və qeyri-insani davranışlarından təngə gəlmişik. Onların dəyişməsini və daha insani davranmağını istəyirik. Lakin onların niyə və hansı şərtlər daxilində belə davrandıqları barədə düşünməyi gözdən qaçırırıq. Bu yazıda polislərin hansı motivlərlə bizə frusturasiya yaşatdıqları haqda fikirlərimi bölüşəcəm.

Əvvəlcə qeyd etmək istəyirəm ki, dünyanın harasında yaşamaqdan, hansı dövlətin vətəndaşı olmaqdan asılı olmayaraq polisin, hərbiçinin hökmran diskursun tərkib hissəsi olduğunu bildirmək istəyirəm. Lakana görə hökmran diskurs əmr alanın əlindən sorğulamaq şansını da alır (J.Lacan, Master Discourse). Yəni, əmr alan əmr verənin əmrini sorğu-sualsız icra etməlidir. Bu da sorğusuz itaət etmək deməkdir.

İtaət edən insanlar içlərinə yığılıb qalan fikirləri, hərəkətləri, susdurulmuş azadlıqları yox edə bilmirlər, sadəcə müvəqqəti – özləri kimi qurban tapana qədər tormozlaya bilirlər. Qurban tapan zaman, özlərinin də əmr verənlərinin qarşısında qurban olduqlarını unudub birdən-birə zalıma çevirilirlər. Bu, hər nə qədər qəddar davranış kimi görünsə də, onların psixikalarını yüksək təzyiq qarşısında zədələnməkdən qoruyur. Kobud bənzətmə ilə ifadə etsəm, polis yüksək səs təzyiqi qarşısındakı təbil pərdəsidir. Əgər o səs təzyiqi zamanı ağız açılmasa, təbil pərdəsi yırtılar, ağız açılanda təbil pərdəsi taraz qalır və yırtılmır. Sözün qısası, polis özü əmr verənlərindən gələn təzyiq qarşısında həm səssiz qalıb, həm də vətəndaşın üzünə gülə bilməz. Yəni polisin vətəndaşa göstərdiyi təzyiq özünün üzləşdiyi təzyiqin inikasıdır.

Bizlər bu gün insani davranış, anlayış göstərən polislər arzulayırıqsa, polisinə insani davranış göstərən, onların vətəndaşın qanını içməkdə yox, qorumaqda məsuliyyət daşıdıqlarını bilən və yüksək dəyərləri olan insanlardan polis komandası formalaşdıran dövlətdə yaşamalıyıq. Lakin bizim ölkəmizdə bu, hələlik mümkün variant kimi görünmür. Çünki ölkəmizdə hakimiyyət demokratik deyil. Demokratik olmayan hakimiyyətlər güclərini göstərmək və sükanı hər zaman istədikləri kimi saxlamaq istəyirlər və bu istəklərini həyata keçirməkdə polisi, ordunu əməllərinə alət edirlər. Elə adamlardan ibarət hərbi və ya polis komandası yaradırlar ki, o adamlar kimə, niyə xidmət etməli olduqlarını dəqiq bilməsinlər. Nə etməli olduğunu bilməyən adamları çox asanlıqla ələ almaq və istiqamətləndirmək olur.

Bu yaxınlarda hakimiyyəti dəstəkləyən bir iş adamı ilə söhbət edirdim, özü hüquqşünasdır və mövzumuz polis zorakılığı idi. Dedi ki, “bax gör vətəndaşa elə vəhşiliyi edən polis özü kim olub, adətən hərbi xidmətdən gələnlər və ya tapşırıqla işə düzələnlərdir. İxtisası hüquqşünas olan polis elə addım atmaz.” Əvvəl razılaşmadığım məqamı qeyd edim ki, bu gün vətəndaşların hüquqlarını pozan vəkillər, hakimlər də ixtisasca hüquqşünasdır. Yəni hüquqşünas olmaq hələ insan hüquqlarına hörmətlə yanaşmaq demək deyil. Lakin haqlı olduğu məqam, insan hüquqlarını kobud formada pozan polislərin çoxunun qeyri-qanuni şəkildə polis olması faktıdır.

Burada günahlandırılmalı olan rüşvətlə və ya kor-təbii şəkildə polis olanlar yox, vətəndaşın hüquq və qanunlarını hüquqdan başı çıxmayan qolu zorbalara tapşıranlardır. Ölkədəki insan hüquqlarını qorumaq, qanunların tələblərini ödəmək üçün son halqanı yox, lap başı sorğulamaq lazımdır. Bir el məsəlimizdə deyildiyi kimi, balıq başdan iylənir. Bu gün polisin vəhşilikləri son halqadır. Bu halqaya qədər hələ uzun yol var. Bu gün bizlər zaman-zaman etdiyimiz kimi xətaya düşərək başa vuran diş ağrısı zamanı dişimizi yox, başımızı müalicə etmək istəyirik. Təbii ki, bu, çox böyük manipulyasiyanın məhsuludur. Bəzən diş ağrısı baş ağrısının altında elə məharətlə gizlənə bilir ki, təyin etmək çətin olur.

Bu yazı polislərin etdiklərinə haqq qazandırmaq üçün yazılmayıb. Sadəcə polislərin etdiklərinin çox mərhələli oyunun sonuncu mərhələsi olduğunu xatırlatmaq istədim. Vətəndaş olaraq polislərlə konfliktdə olmağımız sadəcə zaman itkisidir. Biz polislərlə dalaşmağa davam etdikcə balığın başı görmə bucağımızın kor ləkəsinə düşür və bizlər uduzuruq. Qazanan isə bu oyunu qurub istədiyi kimi yönəldənlər olur.

Dəvədən böyük filin olduğunu xatırlayıb məsələni fillə həll etməyə başladığımız an hər şey düzəlməyə başlayacaq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel