Azlogos
  • Kimlər var
  • Bizi tanı

Müasir incəsənət niyə belə anlaşılmazdır? Xankəndini ermənidən təmizləsəydik… Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Cümə serialının yeni qonağı barədə bir neçə söz

Toğrul Maşallı Toğrul Maşallı
., Covid-19
10 İyul 2020
b742021c-31b6-3f67-b541-ad861ba05745_994

Şahmar Mövsümov. Foto: Report.az

Paylaş

Periodik olaraq Operativ Qərargahın brifinqlərində yeni şəxslər peyda olur. Bununla da biz Operativ Qərargahın daha bir üzvü olduğunu öyrənirik. Maraqlıdır ki, əslinə qalsa Nazirlər Kabineti bu işi bizim ictimaiyyət üçün asanlaşdıra bilərdi, bunun üçün sadəcə üzvlərin siyahısını dərc etmək kifayət idi. Amma nəyəsə görə Nazirlər Kabineti bunu etmədi və siyahını bizdən gizli saxladı.

Yalnız bu yaxınlarda KİV-lərdən biri Operativ Qərargahın təxmini tərkibini yaydı. Bu siyahı əslinə qalsa məntiqə uyğun olaraq Nazirlər Kabinetinin üzvlərini əhatə edirdi. Sadəcə bu siyahı ilə bağlı bir neçə sual yaranır. Dərc olunan siyahıya görə Operativ Qərargaha Nazirlər Kabenitinin bütün üzvləri daxildir. Belə halda isə ayrıca qurumun yaradılmasına nə ehtiyac var idi? Yoxsa onlar Nazirlər Kabineti adı altında operativ çalışa bilmirlər?

Azərbaycanda ümumiyyətlə yeni ad qoyub işləmək məşhur trenddir.

Başqa tərəfdən Operativ Qərargahın brifinqlərində ASAN Xidmətin, TƏBİB-in və digər qurumların nümayəndələri olur. Müvafiq qurumlar isə Nazirlər Kabinetinin strukturuna daxil deyil. Başqa sözlə Nazirlər Kabineti nəzdində yaradılan quruma Nazirlər Kabineti üzvü olmayan qurum təyin edilə bilməz. Bu yalnız prezident tərəfindən yaradılan qurumda mümkündür (çünki Azərbaycanda faktiki ikili idarəetmə var. Bir çox yeni qurumlar (ASAN, Bakı Nəqliyyat Agentliyi, İcbari Tibbi Sığorta Agentliyi və s.) faktiki ya da formal olaraq birbaşa prezidentə tabedir). Amma hər bir məlumatda Nazirlər Kabineti nəzdində fəaliyyət göstərildiyi qeyd olunur. Ona görə məhz Operativ Qərargahın statusu bəlli deyil. Yəni ölkə ilə faktiki idarə edən qurumun hüquqi əsası varmı, yoxmu – biz bilmirik.

Bununla belə hökuməti bu məsələ heç maraqlandırmır (ümumiyyətlə bu məsələ həm sosial şəbəkələrdə, həm də KİV-lərdə qaldırılsa da, hökumət buna heç bir reaksiya vermir). Qanunlar bizdə yalnız cərimə cəhətindən işləyir (hətta tətbiq olunan cərimələrin də hüquqi tərəfinə dair bir çox suallar var). Operativ Qərargah barədə məlumatları biz adətən hər cümə günü brifinqlərdə öyrənirik. Müvafiq brifinqlər də daha çox seriallara oxşayır. Keçən dəfə qeyd etmişdik ki, təqdim olunan rəqəmlərdə ciddi problemlər var. Ona görə rəqəmləri ya da bizim gələcəyimizi öyrənmək cəhətindən brifinqlər mənasızdır (doğrusu heç bir normal suala da cavab verə bilmirlər. Ən yaxşı halda brifinqdən sonra nəqliyyat kartını göstərməyi təklif edə bilərlər). Müvafiq olaraq brifinqlərə daha çox serial kimi baxmaq lazımdır. Seriallarda olduğu kimi hər yeni seriyada dəvət edilmiş məşhur qonaq olur. Brifinqlərdə də eynidir. Sadəcə burada qonaq qismində məşhur artist və ya şəxs yox, hansısa dövlət məmuru çıxış edir. İyulun 3-də keçirilmiş brifinqdə dəvət edilmiş qonaq qismində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edirdi.

O, dərhal elan etdi ki, Operativ Qərargahın üzvüdür və müvafiq iclaslarda iştirak edir. Hansı əsasla və niyə Prezident Administrasiyasının işçisi Nazirlər Kabinetinin iclaslarında iştirak edir sualını verən olmadı və onun özü də məlumat vermədi. Ümumiyyətlə bütün brifinq boyu o daha çox aparıcı rolunu oynayırdı və fəaliyyət göstərdiyi iqtisadi sahə ilə bağlı hər hansı faydalı məlumat vermədi (ölkədə hər şey sabitdir!). Az qalırdı elan etsin ki, Azərbaycan iqtisadiyyatı çiçəklənir. Amma buna çatmadı. Ümumiyyətlə iqtisadi bloku təmsil edən məmurdan daha çox sosial məsələlərə dair bir fikir ya ideya, eyni zamanda iqtisadiyyatı dirçəltmək addımlarına dair müəyyən planlar haqda eşitmək gözlənilirdi. Amma o, brifinq vaxtı insanlara aşağıdakı məsləhətlər verdi:

  • Maska taxmaq;
  • Məsafə saxlamaq;
  • Əl yumaq.

Məsləhətlərə dair bir sual yoxdur. Amma müvafiq məsləhələtləri biz onsuz da televiziyadan, həkimlərdən və digər insanlardan eşidirik. İqtisadi bloku təmsil edən şəxsin əsas məsləhətlərinin daha çox iqtisadiyyat ilə bağlı olacağı gözlənilirdi. Əl yumaq ya da maska taxmaq isə iqtisadi proseslərə aid deyil. Ən yaxşı halda dezinfeksiya məhsulları və maska satan şirkətlərin qazancının artırılmasına yönəlmiş bir addım ola bilər.

Məhz iqtisadi proseslər ilə bağlı heç nə deyilmədi. Ümumiyyətlə onun fikrincə 4 aydan çoxdur ki fəaliyyət göstərməyən iqtisadiyyata dəstək lazım deyil. Aprel ayında ayrılmış və 2 aylıq karantinə hesablanmış addımlar, onun fikrincə, 4 ay ərzində də öz effektini verəcək.

Başqa tərəfdən brifinq vaxtı verdiyi məlumatların böyük hissəsi də iqtisadiyyata aid deyil. Misal üçün, Təcili Tibbi Yardım məsələsinə dair xəbər verdi ki, müvafiq koordinasiya qrupu var. Amma koordinasiya qrupunun mövcudluğu və insanların çağırışına TTY-nin gəlməməsi arasında hansı əlaqə var – bunu izah edə bilmədi. Xəstə insanlara nəyəsə görə sahə həkimlərinə müraciət etməyi təklif etdi. Ya o TTY-nin əsas vəzifələrini bilmir, ya da özü sahə həkiminə çoxdan müraciət etməyib. Onun sözlərindən elə təəssürat yarandı ki, TTY indi yalnız koronavirus xəstələrinə xidmət edir. Başa düşdüyüm qədər digər xəstəliklər ölkə ərazisində karantin dövründə fəaliyyətini dayandırıblar.

Nəqliyyat məsələsində də hansısa iqtisadi fikir söyləməkdənsə, o, insanları daha çox ittiham etdi. Onun sözlərinə görə insanlar sosial məsafəni qorumurlar və sosial məsafə uğrunda mübarizə aparmırlar. Əlbəttə, sonuncu dəfə avtobusdan bəlli olmayan dövrdə istifadə edən şəxs başqa cür cavab da verə bilməz. Misal üçün, dediyinə görə karantin günlərində metrodan gündəlik 170 min insan istifadə edirdi (adi karantinsiz günlərdə bu göstərici 580-640 min təşkil edir). Şəhərdə 1800 avtobusun olmasını nəzərə alsaq, bu artıq hər avtobusa əlavə 94 sərnişin yük deməkdir. Düzdür avtobuslardan da gündəlik istifadədə azalma var (2,7 milyon sərnişindən 1 milyon sərnişinə kimi). Amma bunu şəhərdə olan avtobusların sayına bölsək artıq 600 nəfər edir. Başqa tərəfdən şəhərdə nəqliyyatın “intellektual” qurulması nəticəsində bir yolu qət etmək üçün insanlar 2-3 marşrutdan istifadə etməli olurlar. Düzdür ekspress avtobuslar bu məsələni həll edir. Amma o zaman artıq ekspress avtobusların yükü artır (bir qatar sosial məsafəni qorumaq şərti ilə ən azı 120 nəfər daşıya bilər. Bir avtobusda müvafiq göstərici 4-6 dəfə azdır). Bu və ya digər halda bir avtobusa düşən sərnişinlərin orta sayını 1,2 dəfə artırmaq heç bir halda sosial məsafənin qorunmasına gətirib çıxarmayacaq. İnsanların nəqliyyatdan müvafiq saatlarda (tezlik saatı adlandırdığımız dövrdə) istifadə etdiyini nəzərə alsaq, nəqliyyata yük daha da artır.

Yəni bunu başa düşmək üçün nəqliyyat sahəsində ekspert olmaq lazım deyil. Amma təəssüflər olsun ki, OQ-nin əsas mesajı odur ki, insanlar günahkardır: onlar maska taxmır, sosial məsafəyə riayət etmir və əllərini yumur. Məhz bunun nəticəsində ölkə üzrə epidemiya yayılmaqda davam edir. Maraqlıdır, əgər vətəndaşların qaydalara riayət etməməsi ilə bağlı ayrı-ayrı faktlar olmasaydı, o zaman OQ nə haqda danışacaqdı?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel