Azlogos
  • Qaydalar
  • Kimlər var

Azərbaycanda selektiv abort mifi Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014) Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin? Donbassda soyqırım iddiası Korrupsiya taledir? İnsan necə ağıllı ola bilər?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

Aygün Aslanlı Aygün Aslanlı
Kültür
23 Yanvar 2019

Rejissor Şamil Əliyevin “Çölçü” filmi 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub, iyirmi doqquza yaxın beynəlxalq festivalda iştirak edib və bir neçə mükafata layiq görülüb.

Poetik pritça janrında çəkilmiş “Çölçü” filmində müəlliflər absolyut azadlığın məhkumiyyətin bir forması olub-olmadığını araşdırır, onun cəmiyyətlə təmasa girdiyi anda ilğıma çevrildiyini göstərməyə çalışırlar.   

“Çölçü” Şamil Əliyevin insanın daxili və zahiri azadlığı, cəmiyyətlə mənəvi azadlıq məhfumunun qarşıdurmasına həsr olunan ilk filmi deyil. Onun kinoda ilk müstəqil işi olan, 1992-ci ildə lentə aldığı “Etiraf” tammetrajlı bədii filmində də azadlıq – mənəvi və zahiri – məfhumu araşdırılır. Misir yazıçısı Nəcib Məhfuzun “Oğru və it” romanı əsasında çəkilmiş bu psixoloji trillerin qəhrəmanı Azad üzvü olduğu gizli təşkilat üçün oğurluq edir, lakin həbs olunur. Dörd il sonra azadlığa çıxanda isə dostlarının, həyat yoldaşının onu satdığını görür, ona təklif olunan sevgidən imtina edərək  qisas almaq qərarına gəlir, ancaq hər dəfə yanlış insanları öldürür və nəticədə özü də intiharı seçməyə məcbur qalır. Azad onu mənən buxovlayan keçmişindən nəinki qopmaq istəmir, bunu heç ağlına da gətirmir. Buna görə də uzun müddətdən sonra təkrar əldə elədiyi zahiri azadlıq da onun üçün əsarətə çevrilir və onu məhv eləyir.      

Rejissorun, 1999-cu ildə lentə aldığı, uzun illərin ayrılığından sonra görüşən kişi və qadının əhvalatını danışan “Təsadüfi görüş” qısametrajlı bədii filmi də, təxminən, eyni mövzuya həsr olunub: aradan keçən illər hər iki qəhrəmanın həyatını dəyişib, qadın artıq şirkət sahibidi, kişi isə küçədə qəzet satır. Kişi ilə təsadüfən rastlaşan qadın ona keçmişi xatırlamğa çalışanda kişi özünü tanımamazlığa vurur. Qadın təkid eləyəndə isə oyunu davam eləməkdən yorulur və özünü asır, keçmişin zəncirləri onu məhv edir.

“Çölçü” Şamil Əliyevin ikinci tammetrajı bədii filmi və azadlıq mövzusuna fərqli rakursdan baxışıdı.

Hadisələr çöldə baş verir. İnsanlardan uzaqda- çöllükdə yaşayan yaşlı kişi və gənc oğlan (tamaşaçı sona qədər onların ata-oğul olub-olmadıqlarını dəqiq bilməyəcək)  saxladıqları dəvələrin yununu sataraq özlərini dolandırırlar. Yaşlı kişinin ölümündən sonra gənc çöldə dəvələrlə tək qalır. Günlərin bir günü gözəl bir qız onun həyatına daxil olur və hər şey dəyişir.  Həyatındakı yeniliklərdən həzz almağa başlayan, ata olmağa hazırlaşan qəhrəman  qəflətən qadınının əslində başqasından hamilə qaldığını öyrənir və seçim qarşısında qalır: bu həqiqəti qəbul eləsin, ya yox?!       

“Çölçü” filmi bomboz çöl, kol-kos, qaranlıq və dəvələrin təsviri ilə başlayır. Sonsuz yalqızlığı, səssizliyi xatırladan dəvələr.

Bir anlıq toz-torpağı göyə qaldıran burulğan da ötəriliyi ilə ətalətdən xəbər verir – heç nə onu pozmağa qadir deyil. Hətta çölün ortasında bir gözlü daxmada yaşayan ata-oğul da. Əslində onlar ata-oğul yox, çölün əbədi bozluğunda bir-birinə məhkum olan iki yaddı.

Biri adı ilə bu boz əbədiyyətin çox uzun çəkdiyini simvolizə edən Ulu (Vidadi Həsənov);

O biri Çölçü (Bəhruz Vaqifoğlu ).

Eləcə Çölçü. Onun adı yoxdu. Balaca oğlan Uludan təkidlə adını soruşanda “Çölçü” eşidir. Oğlanın təkidi- ad sahibi olmaq, fərqlənmək istəyi Ulunu təəccübləndirir.

Sonsuzluqda hamı birdi, adlar olmur.

Təntimiş balaca Çölçü rahatlanmaq üçün daxmanın arxasına keçir və ordan cavan oğlan kimi çıxır.

Sonsuzluqda “sabah da bu gündü”.

Amma bir gün ölüm gəlir. Özü ilə birlikdə onu gətirir- QADINI (Salome Demuria). Qadın sondu- ətalətin sonu. Başlanğıcdı – yeni həyatın başlanğıcı. Qadın hərəkətdi. O, yavaş-yavaş  Çölçünün hər şeyinə- yatağına, evinə, silahına, dəvələrinə  və sonda tənhalığına sahib çıxır. Qadın Çölçünü tələyə salır, onu Uluya çevirir.

Yaxşı, bura qədəri çox gözəl, çox pakizə. Bəs niyə belə dərin mətləblərə toxunan film adamı ekrana yapışdırmır, əksinə bir az naqolaylıq, narahatlıq hiss verir? M.Yampolskinin sözləri ilə desək, niyə “tamaşaçı filmdə ərimir, filmin atmosferi onun şüurunu ovsunlaya, hipnoz eləyə bilmir?”  Ona görə ki, müəllif, tamaşaçının təhtəl şüuruna ötürdüyü informasiyanı özü yalanlayır, ekranda baş verənləri anlaması üçün ona göstərdiyi ipuclarını kəsir. Məsələn, filmin maraqlı epizodlarından biri:  Ulu köşəyini yaxın buraxmayan dəvənin qarşısında duz-çörəyə əl basır ki, köşək onu onun doğma balasıdı. Bu artıq filmin əsas intriqalarından birinə ipucudu. Ancaq növbəti epizodlarda Çölçünün yanında sığınacaq tapan qadın hamilədi, tamaşaçı onu ilk gördüyü dəqiqələrdə bu barədə ətraflı məlumat alır. Beləliklə, həm filmdəki gözlənilməzlik effekti ilk andan öldürülür, həm də Ulunun dəvəyə and içdiyi epizod yükünü itirir. Təkcə omu? Filmboyu təkrar-təkrar göstərilən bütün dəvələr dramaturji element olmaqdan çıxıb adi dəvəyə, ekzotikaya çevrilirlər. Onları istənilən başqa heyvanla- qoyunla, xoruzla rahat əvəz eləmək olar və heç nə dəyişməz.

Eyni hal filmboyu bir neçə dəfə eşitdiyimiz “şanapipik haqda  əfsanə”yə də aiddi. (Əfsanəyə görə şanapipik quşa çevrilməzdən əvvəl gözəl bir qadın olur, hər gün iş dalınca getmiş ərinin yolunu gözləyir. Bir gün kəndin koxası ona təcavüz eləyir. Qadın bədnam olduğunu ərindən gizlətmək üçün Tanrıya onu quşa çevirməsi üçün yalvarır. Tanrı da onu quşa çevirir). Müəlliflər tamaşaçını filmin əvvəlində qızın əhvalatı ilə detallı tanış elədiklərindən hadisələrə poetik fon yaradan, onları pritçalaşdıran, eyni zamanda həm də dramaturji düyün rolunu oynayan bu nağıl öz yükünü itirir və bir neçə dəfə təkrar olduğuna görə filmin temporitmini ləngidən elementə çevrilir.         

Yaxud Çöl və Çölçü obrazı. Çöl hər şeyə rəğmən həm də sonsuz azadlıqdı, orda yaşayanlar əslində öz azadlıqlarına məhkumdular. Çölçü buna görə qadının həyatına soxulmağına müqavimət göstərir, azadlığını itirmək istəmir. Ancaq Çöl obrazının vizual həllində bütün detallar, priyomlar azadlığa yox, məhkumiyyətə işarə vurur.

Yəni Çöl, qadının verdiklərinin qarşılığında oğlana heç nə təklif eləmir ki, biz finalda onun tələyə düşdüyünü anlayaq, çarəsizliyinə şərik olaq. Beləliklə, Çöllə qadının konflikti əhəmiyyətini itirir, daha doğrusu, başdan yoxa çıxır.

Və ya filmin ümumi temporitmi və aktyor oyunu. “Çölçü” filmi ləng, mediativ ritmdə çəkilib: minimum söz, minimum hərəkət. Amma aktyor oyunu, xüsusilə də Bəhruz Vaqifoğlu ilə Salome Demurianın olduğu epizodlarda bu ritm pozulur.  Özlüyündə onların hər ikisi ayrı-ayrılıqda da, bir yerdə də çox orqanikdilər, ekrana da yaraşırlar, ancaq filmin ritmini tuta bilmirlər. Daha dinamikdilər, bədən plastikaları daha çevikdi. Ki, bu da müəlliflərin əvvəldən sona qədər izləməyə çalışdıqları ritmdə dərhal nəzərə çarpır, tamaşaçını ayıldır.

Ümumiyyətlə, “Çölçü” filmində sanki müəlliflər materialı yox, material müəllifləri idarə eləyir, öz ardınca sürükləyir. Məhz, buna görə tamaşaçı filmdə əriyə, ekranda gördükləri ilə doğmalaşa bilmir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
seymur-baycan-1
.

“Qorxulu Tehran” haqqında

06 Mart 2022
Seymur
Kültür

Seymur Baycanın yeni hekayələr kitabı nəşr olunub

28 Fevral 2022

Redaktorun seçimi

“Toy serialının” barıt qoxusu

Kütlə təqibçilərinin aqibəti

Mərhələ aşmaq haqqında bədii-fəlsəfi esse

Zorakılıq yurdu

Aliyə Məmmədova: “Musiqi — müəllifin özünü ifadəsinin təcəssümüdür.”

“Salaam Cinema”

Əkrəm Əylisli – «AYB-nin türkmənbaşısı Anara»

5G haqqında hər şey

Alzheimer – beyinin taleyi

SSRİ – Əfqanıstan müharibəsi və qara lalələrdə daşınan 200 saylı yüklər

Tarixi nöqteyi-nəzər haqqında

Qadınların qara paltarı – Milan Kunderanın etirafı, Ramiz Rövşənin arzusu

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam”

Karantin və nikah

Millidən iki imtina: Yorğunluq, ya küskünlük?

Tesla Avropada fabrik qurur

Seymur Baycana açıq məktub

Erməniləri Azərbaycana buraxmaq

“Ramiz Mehdiyev” ictimai təhtəlşüur kimi

Rəsulzadə Azərbaycan cəmiyyəti üçün niyə vacibdir?

31 il öncəki Kəlbəcər faciəsi

“Kapital”lı sərgüzəştlərim

Sabirin Ömər Faiq Nemanzadəyə yazdığı satiranın tarixçəsi

Qarabağın reabilitasiyası. Hökumət nə edəcək?

Virus+Virus

Ölü kənddə gəzinti

2019-nCoV koronavirusu

Bəlkə də virus yerin altında yetkinləşir

Yaradıcı çöküş?

Heç hara aparmayan yol

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

Aygün Aslanlı Aygün Aslanlı
Kültür
23 Yanvar 2019

Rejissor Şamil Əliyevin “Çölçü” filmi 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub, iyirmi doqquza yaxın beynəlxalq festivalda iştirak edib və bir neçə mükafata layiq görülüb.

Poetik pritça janrında çəkilmiş “Çölçü” filmində müəlliflər absolyut azadlığın məhkumiyyətin bir forması olub-olmadığını araşdırır, onun cəmiyyətlə təmasa girdiyi anda ilğıma çevrildiyini göstərməyə çalışırlar.   

“Çölçü” Şamil Əliyevin insanın daxili və zahiri azadlığı, cəmiyyətlə mənəvi azadlıq məhfumunun qarşıdurmasına həsr olunan ilk filmi deyil. Onun kinoda ilk müstəqil işi olan, 1992-ci ildə lentə aldığı “Etiraf” tammetrajlı bədii filmində də azadlıq – mənəvi və zahiri – məfhumu araşdırılır. Misir yazıçısı Nəcib Məhfuzun “Oğru və it” romanı əsasında çəkilmiş bu psixoloji trillerin qəhrəmanı Azad üzvü olduğu gizli təşkilat üçün oğurluq edir, lakin həbs olunur. Dörd il sonra azadlığa çıxanda isə dostlarının, həyat yoldaşının onu satdığını görür, ona təklif olunan sevgidən imtina edərək  qisas almaq qərarına gəlir, ancaq hər dəfə yanlış insanları öldürür və nəticədə özü də intiharı seçməyə məcbur qalır. Azad onu mənən buxovlayan keçmişindən nəinki qopmaq istəmir, bunu heç ağlına da gətirmir. Buna görə də uzun müddətdən sonra təkrar əldə elədiyi zahiri azadlıq da onun üçün əsarətə çevrilir və onu məhv eləyir.      

Rejissorun, 1999-cu ildə lentə aldığı, uzun illərin ayrılığından sonra görüşən kişi və qadının əhvalatını danışan “Təsadüfi görüş” qısametrajlı bədii filmi də, təxminən, eyni mövzuya həsr olunub: aradan keçən illər hər iki qəhrəmanın həyatını dəyişib, qadın artıq şirkət sahibidi, kişi isə küçədə qəzet satır. Kişi ilə təsadüfən rastlaşan qadın ona keçmişi xatırlamğa çalışanda kişi özünü tanımamazlığa vurur. Qadın təkid eləyəndə isə oyunu davam eləməkdən yorulur və özünü asır, keçmişin zəncirləri onu məhv edir.

“Çölçü” Şamil Əliyevin ikinci tammetrajı bədii filmi və azadlıq mövzusuna fərqli rakursdan baxışıdı.

Hadisələr çöldə baş verir. İnsanlardan uzaqda- çöllükdə yaşayan yaşlı kişi və gənc oğlan (tamaşaçı sona qədər onların ata-oğul olub-olmadıqlarını dəqiq bilməyəcək)  saxladıqları dəvələrin yununu sataraq özlərini dolandırırlar. Yaşlı kişinin ölümündən sonra gənc çöldə dəvələrlə tək qalır. Günlərin bir günü gözəl bir qız onun həyatına daxil olur və hər şey dəyişir.  Həyatındakı yeniliklərdən həzz almağa başlayan, ata olmağa hazırlaşan qəhrəman  qəflətən qadınının əslində başqasından hamilə qaldığını öyrənir və seçim qarşısında qalır: bu həqiqəti qəbul eləsin, ya yox?!       

“Çölçü” filmi bomboz çöl, kol-kos, qaranlıq və dəvələrin təsviri ilə başlayır. Sonsuz yalqızlığı, səssizliyi xatırladan dəvələr.

Bir anlıq toz-torpağı göyə qaldıran burulğan da ötəriliyi ilə ətalətdən xəbər verir – heç nə onu pozmağa qadir deyil. Hətta çölün ortasında bir gözlü daxmada yaşayan ata-oğul da. Əslində onlar ata-oğul yox, çölün əbədi bozluğunda bir-birinə məhkum olan iki yaddı.

Biri adı ilə bu boz əbədiyyətin çox uzun çəkdiyini simvolizə edən Ulu (Vidadi Həsənov);

O biri Çölçü (Bəhruz Vaqifoğlu ).

Eləcə Çölçü. Onun adı yoxdu. Balaca oğlan Uludan təkidlə adını soruşanda “Çölçü” eşidir. Oğlanın təkidi- ad sahibi olmaq, fərqlənmək istəyi Ulunu təəccübləndirir.

Sonsuzluqda hamı birdi, adlar olmur.

Təntimiş balaca Çölçü rahatlanmaq üçün daxmanın arxasına keçir və ordan cavan oğlan kimi çıxır.

Sonsuzluqda “sabah da bu gündü”.

Amma bir gün ölüm gəlir. Özü ilə birlikdə onu gətirir- QADINI (Salome Demuria). Qadın sondu- ətalətin sonu. Başlanğıcdı – yeni həyatın başlanğıcı. Qadın hərəkətdi. O, yavaş-yavaş  Çölçünün hər şeyinə- yatağına, evinə, silahına, dəvələrinə  və sonda tənhalığına sahib çıxır. Qadın Çölçünü tələyə salır, onu Uluya çevirir.

Yaxşı, bura qədəri çox gözəl, çox pakizə. Bəs niyə belə dərin mətləblərə toxunan film adamı ekrana yapışdırmır, əksinə bir az naqolaylıq, narahatlıq hiss verir? M.Yampolskinin sözləri ilə desək, niyə “tamaşaçı filmdə ərimir, filmin atmosferi onun şüurunu ovsunlaya, hipnoz eləyə bilmir?”  Ona görə ki, müəllif, tamaşaçının təhtəl şüuruna ötürdüyü informasiyanı özü yalanlayır, ekranda baş verənləri anlaması üçün ona göstərdiyi ipuclarını kəsir. Məsələn, filmin maraqlı epizodlarından biri:  Ulu köşəyini yaxın buraxmayan dəvənin qarşısında duz-çörəyə əl basır ki, köşək onu onun doğma balasıdı. Bu artıq filmin əsas intriqalarından birinə ipucudu. Ancaq növbəti epizodlarda Çölçünün yanında sığınacaq tapan qadın hamilədi, tamaşaçı onu ilk gördüyü dəqiqələrdə bu barədə ətraflı məlumat alır. Beləliklə, həm filmdəki gözlənilməzlik effekti ilk andan öldürülür, həm də Ulunun dəvəyə and içdiyi epizod yükünü itirir. Təkcə omu? Filmboyu təkrar-təkrar göstərilən bütün dəvələr dramaturji element olmaqdan çıxıb adi dəvəyə, ekzotikaya çevrilirlər. Onları istənilən başqa heyvanla- qoyunla, xoruzla rahat əvəz eləmək olar və heç nə dəyişməz.

Eyni hal filmboyu bir neçə dəfə eşitdiyimiz “şanapipik haqda  əfsanə”yə də aiddi. (Əfsanəyə görə şanapipik quşa çevrilməzdən əvvəl gözəl bir qadın olur, hər gün iş dalınca getmiş ərinin yolunu gözləyir. Bir gün kəndin koxası ona təcavüz eləyir. Qadın bədnam olduğunu ərindən gizlətmək üçün Tanrıya onu quşa çevirməsi üçün yalvarır. Tanrı da onu quşa çevirir). Müəlliflər tamaşaçını filmin əvvəlində qızın əhvalatı ilə detallı tanış elədiklərindən hadisələrə poetik fon yaradan, onları pritçalaşdıran, eyni zamanda həm də dramaturji düyün rolunu oynayan bu nağıl öz yükünü itirir və bir neçə dəfə təkrar olduğuna görə filmin temporitmini ləngidən elementə çevrilir.         

Yaxud Çöl və Çölçü obrazı. Çöl hər şeyə rəğmən həm də sonsuz azadlıqdı, orda yaşayanlar əslində öz azadlıqlarına məhkumdular. Çölçü buna görə qadının həyatına soxulmağına müqavimət göstərir, azadlığını itirmək istəmir. Ancaq Çöl obrazının vizual həllində bütün detallar, priyomlar azadlığa yox, məhkumiyyətə işarə vurur.

Yəni Çöl, qadının verdiklərinin qarşılığında oğlana heç nə təklif eləmir ki, biz finalda onun tələyə düşdüyünü anlayaq, çarəsizliyinə şərik olaq. Beləliklə, Çöllə qadının konflikti əhəmiyyətini itirir, daha doğrusu, başdan yoxa çıxır.

Və ya filmin ümumi temporitmi və aktyor oyunu. “Çölçü” filmi ləng, mediativ ritmdə çəkilib: minimum söz, minimum hərəkət. Amma aktyor oyunu, xüsusilə də Bəhruz Vaqifoğlu ilə Salome Demurianın olduğu epizodlarda bu ritm pozulur.  Özlüyündə onların hər ikisi ayrı-ayrılıqda da, bir yerdə də çox orqanikdilər, ekrana da yaraşırlar, ancaq filmin ritmini tuta bilmirlər. Daha dinamikdilər, bədən plastikaları daha çevikdi. Ki, bu da müəlliflərin əvvəldən sona qədər izləməyə çalışdıqları ritmdə dərhal nəzərə çarpır, tamaşaçını ayıldır.

Ümumiyyətlə, “Çölçü” filmində sanki müəlliflər materialı yox, material müəllifləri idarə eləyir, öz ardınca sürükləyir. Məhz, buna görə tamaşaçı filmdə əriyə, ekranda gördükləri ilə doğmalaşa bilmir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
seymur-baycan-1
.

“Qorxulu Tehran” haqqında

06 Mart 2022
Seymur
Kültür

Seymur Baycanın yeni hekayələr kitabı nəşr olunub

28 Fevral 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel