Azlogos
  • Qaydalar
  • Kimlər var

Azərbaycanda selektiv abort mifi Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014) Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin? Donbassda soyqırım iddiası Korrupsiya taledir? İnsan necə ağıllı ola bilər?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Coğrafiyamızın dərdi

Məryəm İsmayılova Məryəm İsmayılova
., Elm
12 Mart 2020

Hər dəfə coğrafiya ilə bağlı yeni nəsə oxuyanda Bakı Dövlət Universitetindəki “xatirələr” yenidən beynimdə canlanır. Universitetdə akademik azadlıqların zəif olması, dərsliklərin və tədrisin keyfiyyətinin aşağı olması da daxil, demək olar ki, təhsilin bütün halqaları ilə bağlı axsaqlıqlarla qarşılaşmaq mümkün idi. Düzdür, dostlar, müəllimlər, ətraf mühit universitet sayəsində formalaşıb, ancaq bəzən universitetin təhsil baxımından mənə nə verdiyi hələ də düşündürür.

Sonrakı peşmançılıq fayda verməz, pullu praktikalar, pullu qiymətlər, imtahanlar və daha nələr, nələr. Amma mənim ən çox məyusluğum elə praktikadandır. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Eyni zamanda praktikanın həm ixtisası hiss etmək baxımından ona maraq yaratması, həm də öyrənmə prosesini daha əyləncəli etməsi danılmazdır. Coğrafiya tarixi dərsində yüzlərlə alimi əzbərləməyə çalışmaq, fiziki coğrafiya dərsində quraq və yarıquraq iqlimdən bəhs edib Bakıdan 40 km-lik qısa bir məsafədə yerləşən Qobustanı ziyarət etməmək nə qədər məntiqlidir görəsən?

Orta məktəbədən bəri coğrafiya dərslərində Magellan, Vasqo De Qama, Kolumb kimi səyyahların adlarını oxuyurduq, amma bir müəllim bizə 12 oktyabr – “Dünya Kolumb Günü”  barəsində məlumat vermədi. Bu Kolumbun Çin zənn edərək getdiyi Şimali Amerika materikinə ayaq basdığı gündür və dünyanın bir çox ölkələrində bu tarix müxtəlif adlarla qeyd olunur. Latın Amerikasının bəzi ölkələrində 12 oktyabr ”Yarış Günü” kimi tanınır. Joze Vaskascelosun “Yarış Günü” kimi tanınan kitabından ilham alan Meksika üçün də bu belədir. İspaniya kimi bəzi ölkələr bayramı “Día de la Hispanidad” – “İspan günü” adlandırırlar və bunu dini şənlik kimi qeyd edirlər. 2009-cu ildən bəri Peru bu günü “Yerli Xalqlar və Mədəniyyətlərarası Dialoq Günü” kimi qeyd qeyd edir. Beliz və Uruqvayda isə buna “Día de las Américas”- “Amerika Günü” deyilir. Təbii ki, italiyan əsilli olan Kolumbun Amerikanı kəşf etdiyi günün xalq tərəfindən “İtaliya Günü”  kimi qeyd edildiyini də bilmək lazımdır. Kolumb daim ispanlar və italiyanlar arasında mübahisə mövzusudur.

Məsələ sadəcə məktəbdə və universitetdə verilən bilginin, informasiyanın azlığı, keyfiyyəti deyil, eyni zamanda praktikanın yoxluğudur. Türkiyədə tələbələr təhsilin keyfiyyətindən narazı qalsalar da, bizim ən çox həsəd apardığımız praktikanın bolluğudur. Yaz tətilinin ilk ayları, hətta soyuq qış aylarında təbii və coğrafi şərtləri olan ərazilərə səfər etmək, bir coğraf kimi ətraf mühiti öyrənmək üçün sıra gözləyən, praktikaya seçiləndə sevinən tələbələr, hətta onları buna həvəsləndirən müəllimlər yenidən elmə maraq yaradır. Bunu görəndə bizdə 1-ci kursda oxuyarkən yay praktikası zamanı müəllimimizin qızların Babadağa çıxmasına qarşı olmasını, “qızsınız, yıxılarsınız” deməsini xatırlamalı olmuşdum. Türkiyə universitetində oxuyan coğrafiya tələbəsinin sönmüş vulkanın başında şəkillərini görəndən sonra təhsildə nələri itirdiyimizi bir daha başa düşürəm.

Universitet sənə nəsə verməyəndə, məcburən özün öz başının çarəsinə baxırsan. Təbii ki, həvəs varsa, oxuyursan, araşdırırsan, gəzirsən, yeni nələrsə öyrənirsən. Elə getdiyim yerlərdən ən maraqlısı, mənim beynimdə Norveç səyyahı Heyerdalla bağlı həmişəlik iz qoyan məkan Şəkinin Kiş kəndindəki Heyerdalın da büstünün olduğu alban məbədidir. Məşhur səyyahın fəaliyyəti ilə bağlı ilk yaxın tanışlığım da elə burda baş vermişdi.

Tor Heyredalın bioqrafiyasından bəhs edən “Kon Tiki” filminə baxdıqdan sonra, onun həyatı, ekspedisiyaları barədə daha çox informasiyaya sahib oldum. Yeri gəlmişkən qeyd edim ki, onun Azərbaycan dilinə tərcümə olunmuş kitabları da var. Ən məşhurları “Kon Tiki səyahəti” və “Ra Ekspedisiyası”dır. Tor Heyerdal Azərbaycanı bir neçə dəfə ziyarət edib. Bu ziyarətlərdən bir qədər sonra o Norveçlə Azərbaycan arasında əlaqənin olduğunu da deyib. Norveç mifologiyasında Skandinaviya tanrısı Odinin, Roma işğalının qarşısını almaq üçün Aser adlı bir ölkədən öz xalqı ilə Norveçə köçdüyü söylənilir. 13-cü əsr tarixçisinin Aser adlandırdığı yer indiki Azərbaycan- Qafqaz dağlarının şərqi və Qara dəniz arasındakı yerdir.

Tor Heyerdalın Azərbaycanı ziyarəti şərəfinə Şəkinin Kiş kəndindəki alban məbədi Norveç höküməti tərəfindən təmir olunub və Heyerdal üçün bir büst qoyulub. Məncə, bir çox şagirdlərə, eləcə də tələbələrə həm tədris, həm də praktika baxımından maraqlı olardı ki, müəllim onları Kişə aparıb – bir tərəfdən Heyerdal və Azərbaycanı ziyarət etmiş başqa səyyahlar haqqında danışsın, daha sonra isə bu mövzu ilə heç əlaqəsi olmayan Kiş çayının yaz və payız mövsümündə daşıb daima körpünü dağıtmasından, nəqliyyata və kəndlərə vurduğu ziyandan bəhs etsin.

Elm təcrübəyə əsaslanır. Elə Tor Heyerdalın etdiyi kimi. Həyatının 10 ilini araşdırmalara həsr edən bu alim və səyyah araşdırmalarının çap olunması üçün getdiyi hər yerdən rədd cavabı alır. Hətta bir naşir ona “Polineziyalıların (Polineziya adalar qrupu- Sakit okeanın qərbində, Cənub Şərqi Asiyada yerləşən adalar qrupudur) Asiyadan gəldiyini məktəbdəki uşaqlar da bilir, hətta onların qayıqları belə yox idi” deyir. Tor isə “qayıqları olmaya bilər, amma balsa ağacından düzəldilmiş salları (sal-qalın dirəklərin bir-birinə bağlanması sayəsində düzəldilmiş ilkin su nəqliyyat vasitəsi) var idi” cavabını verir. Bunu eşidən naşir onun balsa ağacından sal düzəldəcəyi, axıntı ilə üzəcəyi təqdirdə ona inanacağını deyir. Həqiqətdə inandırıcı gəlməsə də, videokadrlardakı görüntülər hər şeyin təsdiqidir. 1947-ci ildə səyahətə çıxan Heyerdalın əsas məqsədi hal-hazırda Sakit okeanın qərbində yerləşən Polineziya adalarındakı əhalinin Cənubi Amerikadan gəldiyini sübut etmək idi.

O, bu işə hələ 1937-ci ildə Fatu Hivada bir ananas növü haqda araşdırma apararkən başlamışdı. Əsl vətəni Cənubi Amerika olan Faohoka ananasından Polineziyanın cənubunda yerləşən Markiz adalarında bol miqdarda tapılıb. Üstəgəl yerli Polineziya əhalisi Günəş tanrısı Tikinin onları şərqdən gətirdiyinə inanırdılar. Bu ikisi Heyerdalın araşdırmalara başlamasına səbəb olmuşdu. Təbii ki, araşdırmalarına və təcrübələrinə güvənən səyyah 101 gün çəkən məşəqqətli səyahəti 5 digər dostu ilə bərabər tamamlayaraq tezisini təsdiqlədi. Kiçik bir haşiyə, eyni iqlim qurşaqlarında oxşar bitkilər bitə, heyvanlar yaşaya bilər, məsələn, Kolumb Asiyadakı ədviyyatlardan Şimali Amerikanı kəşfi zamanı da tapmışdı, elə ona görə də o, həyatının sonuna qədər hərkəsin xəyalı olan Çinə dəniz yolu tapdığını düşünmüşdü.

Bizim universitetlər də coğrafiyaçıları Kolumb, Heyerdal kimi yetişdirsin demirəm, amma ən azından bizim özümüzü- xüsusilə yeni gələn coğrafları yetişdirmək üçün şərait yaratsınlar. Dört divar arasında uğurlu coğrafiyaçı yetişdirmək mümkün deyil. Buna sadəcə kəşf və tətqiq etməyi bacaran insanlar nail ola bilər. Həmin həvəsli insanların öz ixtisaslarına olan həvəsini öldürməmək üçün isə, tədris prosesi maksimum keyfiyyətli və praktiki təşkil edilməlidir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
Nietzsche_c_picture-allianceHeritage-Images_120332734_955
.

İnsan necə ağıllı ola bilər?

06 İyul 2022

Redaktorun seçimi

Üç azərbaycanlı həkimdən müalicə müjdəsi?

Müsəlmanlar, elm və fəlsəfə

Beynəlxalq Əlilliyi olanlar günü

Milan Kunderanın “Sapdırılmış vəsiyyətlər”i

Muradın ödəmədiyi aliment

Bizim “Kələntər”imiz kimdir?

Liberalizmin rus və türk optikasından Azərbaycan

Qadın dar ağacına gedirsə, tribunaya çıxmaq haqqı da olmalıdır

Müharibə və qadın bədəni

Rus imperiyası nədən bizi “tatar” adlandırıb?

Sonuncu “Molla Nəsrəddin”çinin ABŞ yolu

Rəşadət Axundov: “Özümü məğlub sayıram”

Sahil qəsəbəsi

Banal sırtıqlıq haqqında

Koen qardaşlarının qara təbəssümü

Quş bazarı

“Kurtlar Vadisi” modern mifə necə çevrildi?

Qacar irsi Berndə

“İtirilmiş zaman” haqqında

Azərbaycanlıların vaksinasiya sınağı

Meymunların yaratdığı adət-ənənə

Vətənpərvərliyin ifadəsi

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

Dramatürkiyə – ümummilli dramamız

Təkə-türkmən elində

Seymur Baycanın yeni kitabı nəşr olunub

Dil inqilabı

Uşaq, fişəng və şair

Azərbaycan və İrlandiya

InSight-ın ilk “selfiesi”

Coğrafiyamızın dərdi

Məryəm İsmayılova Məryəm İsmayılova
., Elm
12 Mart 2020

Hər dəfə coğrafiya ilə bağlı yeni nəsə oxuyanda Bakı Dövlət Universitetindəki “xatirələr” yenidən beynimdə canlanır. Universitetdə akademik azadlıqların zəif olması, dərsliklərin və tədrisin keyfiyyətinin aşağı olması da daxil, demək olar ki, təhsilin bütün halqaları ilə bağlı axsaqlıqlarla qarşılaşmaq mümkün idi. Düzdür, dostlar, müəllimlər, ətraf mühit universitet sayəsində formalaşıb, ancaq bəzən universitetin təhsil baxımından mənə nə verdiyi hələ də düşündürür.

Sonrakı peşmançılıq fayda verməz, pullu praktikalar, pullu qiymətlər, imtahanlar və daha nələr, nələr. Amma mənim ən çox məyusluğum elə praktikadandır. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Eyni zamanda praktikanın həm ixtisası hiss etmək baxımından ona maraq yaratması, həm də öyrənmə prosesini daha əyləncəli etməsi danılmazdır. Coğrafiya tarixi dərsində yüzlərlə alimi əzbərləməyə çalışmaq, fiziki coğrafiya dərsində quraq və yarıquraq iqlimdən bəhs edib Bakıdan 40 km-lik qısa bir məsafədə yerləşən Qobustanı ziyarət etməmək nə qədər məntiqlidir görəsən?

Orta məktəbədən bəri coğrafiya dərslərində Magellan, Vasqo De Qama, Kolumb kimi səyyahların adlarını oxuyurduq, amma bir müəllim bizə 12 oktyabr – “Dünya Kolumb Günü”  barəsində məlumat vermədi. Bu Kolumbun Çin zənn edərək getdiyi Şimali Amerika materikinə ayaq basdığı gündür və dünyanın bir çox ölkələrində bu tarix müxtəlif adlarla qeyd olunur. Latın Amerikasının bəzi ölkələrində 12 oktyabr ”Yarış Günü” kimi tanınır. Joze Vaskascelosun “Yarış Günü” kimi tanınan kitabından ilham alan Meksika üçün də bu belədir. İspaniya kimi bəzi ölkələr bayramı “Día de la Hispanidad” – “İspan günü” adlandırırlar və bunu dini şənlik kimi qeyd edirlər. 2009-cu ildən bəri Peru bu günü “Yerli Xalqlar və Mədəniyyətlərarası Dialoq Günü” kimi qeyd qeyd edir. Beliz və Uruqvayda isə buna “Día de las Américas”- “Amerika Günü” deyilir. Təbii ki, italiyan əsilli olan Kolumbun Amerikanı kəşf etdiyi günün xalq tərəfindən “İtaliya Günü”  kimi qeyd edildiyini də bilmək lazımdır. Kolumb daim ispanlar və italiyanlar arasında mübahisə mövzusudur.

Məsələ sadəcə məktəbdə və universitetdə verilən bilginin, informasiyanın azlığı, keyfiyyəti deyil, eyni zamanda praktikanın yoxluğudur. Türkiyədə tələbələr təhsilin keyfiyyətindən narazı qalsalar da, bizim ən çox həsəd apardığımız praktikanın bolluğudur. Yaz tətilinin ilk ayları, hətta soyuq qış aylarında təbii və coğrafi şərtləri olan ərazilərə səfər etmək, bir coğraf kimi ətraf mühiti öyrənmək üçün sıra gözləyən, praktikaya seçiləndə sevinən tələbələr, hətta onları buna həvəsləndirən müəllimlər yenidən elmə maraq yaradır. Bunu görəndə bizdə 1-ci kursda oxuyarkən yay praktikası zamanı müəllimimizin qızların Babadağa çıxmasına qarşı olmasını, “qızsınız, yıxılarsınız” deməsini xatırlamalı olmuşdum. Türkiyə universitetində oxuyan coğrafiya tələbəsinin sönmüş vulkanın başında şəkillərini görəndən sonra təhsildə nələri itirdiyimizi bir daha başa düşürəm.

Universitet sənə nəsə verməyəndə, məcburən özün öz başının çarəsinə baxırsan. Təbii ki, həvəs varsa, oxuyursan, araşdırırsan, gəzirsən, yeni nələrsə öyrənirsən. Elə getdiyim yerlərdən ən maraqlısı, mənim beynimdə Norveç səyyahı Heyerdalla bağlı həmişəlik iz qoyan məkan Şəkinin Kiş kəndindəki Heyerdalın da büstünün olduğu alban məbədidir. Məşhur səyyahın fəaliyyəti ilə bağlı ilk yaxın tanışlığım da elə burda baş vermişdi.

Tor Heyredalın bioqrafiyasından bəhs edən “Kon Tiki” filminə baxdıqdan sonra, onun həyatı, ekspedisiyaları barədə daha çox informasiyaya sahib oldum. Yeri gəlmişkən qeyd edim ki, onun Azərbaycan dilinə tərcümə olunmuş kitabları da var. Ən məşhurları “Kon Tiki səyahəti” və “Ra Ekspedisiyası”dır. Tor Heyerdal Azərbaycanı bir neçə dəfə ziyarət edib. Bu ziyarətlərdən bir qədər sonra o Norveçlə Azərbaycan arasında əlaqənin olduğunu da deyib. Norveç mifologiyasında Skandinaviya tanrısı Odinin, Roma işğalının qarşısını almaq üçün Aser adlı bir ölkədən öz xalqı ilə Norveçə köçdüyü söylənilir. 13-cü əsr tarixçisinin Aser adlandırdığı yer indiki Azərbaycan- Qafqaz dağlarının şərqi və Qara dəniz arasındakı yerdir.

Tor Heyerdalın Azərbaycanı ziyarəti şərəfinə Şəkinin Kiş kəndindəki alban məbədi Norveç höküməti tərəfindən təmir olunub və Heyerdal üçün bir büst qoyulub. Məncə, bir çox şagirdlərə, eləcə də tələbələrə həm tədris, həm də praktika baxımından maraqlı olardı ki, müəllim onları Kişə aparıb – bir tərəfdən Heyerdal və Azərbaycanı ziyarət etmiş başqa səyyahlar haqqında danışsın, daha sonra isə bu mövzu ilə heç əlaqəsi olmayan Kiş çayının yaz və payız mövsümündə daşıb daima körpünü dağıtmasından, nəqliyyata və kəndlərə vurduğu ziyandan bəhs etsin.

Elm təcrübəyə əsaslanır. Elə Tor Heyerdalın etdiyi kimi. Həyatının 10 ilini araşdırmalara həsr edən bu alim və səyyah araşdırmalarının çap olunması üçün getdiyi hər yerdən rədd cavabı alır. Hətta bir naşir ona “Polineziyalıların (Polineziya adalar qrupu- Sakit okeanın qərbində, Cənub Şərqi Asiyada yerləşən adalar qrupudur) Asiyadan gəldiyini məktəbdəki uşaqlar da bilir, hətta onların qayıqları belə yox idi” deyir. Tor isə “qayıqları olmaya bilər, amma balsa ağacından düzəldilmiş salları (sal-qalın dirəklərin bir-birinə bağlanması sayəsində düzəldilmiş ilkin su nəqliyyat vasitəsi) var idi” cavabını verir. Bunu eşidən naşir onun balsa ağacından sal düzəldəcəyi, axıntı ilə üzəcəyi təqdirdə ona inanacağını deyir. Həqiqətdə inandırıcı gəlməsə də, videokadrlardakı görüntülər hər şeyin təsdiqidir. 1947-ci ildə səyahətə çıxan Heyerdalın əsas məqsədi hal-hazırda Sakit okeanın qərbində yerləşən Polineziya adalarındakı əhalinin Cənubi Amerikadan gəldiyini sübut etmək idi.

O, bu işə hələ 1937-ci ildə Fatu Hivada bir ananas növü haqda araşdırma apararkən başlamışdı. Əsl vətəni Cənubi Amerika olan Faohoka ananasından Polineziyanın cənubunda yerləşən Markiz adalarında bol miqdarda tapılıb. Üstəgəl yerli Polineziya əhalisi Günəş tanrısı Tikinin onları şərqdən gətirdiyinə inanırdılar. Bu ikisi Heyerdalın araşdırmalara başlamasına səbəb olmuşdu. Təbii ki, araşdırmalarına və təcrübələrinə güvənən səyyah 101 gün çəkən məşəqqətli səyahəti 5 digər dostu ilə bərabər tamamlayaraq tezisini təsdiqlədi. Kiçik bir haşiyə, eyni iqlim qurşaqlarında oxşar bitkilər bitə, heyvanlar yaşaya bilər, məsələn, Kolumb Asiyadakı ədviyyatlardan Şimali Amerikanı kəşfi zamanı da tapmışdı, elə ona görə də o, həyatının sonuna qədər hərkəsin xəyalı olan Çinə dəniz yolu tapdığını düşünmüşdü.

Bizim universitetlər də coğrafiyaçıları Kolumb, Heyerdal kimi yetişdirsin demirəm, amma ən azından bizim özümüzü- xüsusilə yeni gələn coğrafları yetişdirmək üçün şərait yaratsınlar. Dört divar arasında uğurlu coğrafiyaçı yetişdirmək mümkün deyil. Buna sadəcə kəşf və tətqiq etməyi bacaran insanlar nail ola bilər. Həmin həvəsli insanların öz ixtisaslarına olan həvəsini öldürməmək üçün isə, tədris prosesi maksimum keyfiyyətli və praktiki təşkil edilməlidir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
Nietzsche_c_picture-allianceHeritage-Images_120332734_955
.

İnsan necə ağıllı ola bilər?

06 İyul 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel