Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Bu xarabadan çıxıb getmək…

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
09 Mart 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Ad96b45a 1fc2 425f 834a 6205bbab33cf mw1583 mh630 s
Paylaş

Və ya “Müsibəti-Fəxrəddin”in davam edən tarixiçəsi

Azərbaycan ədəbiyyatı və teatrı tarixinə ilk faciə kimi düşən “Müsibəti-Fəxrəddin” 1896-cı ildə qələmə alınıb. Bu əsər Azərbaycan aydınlanma hərəkatının manifesti kimi qəbul edilə bilər: müəllif həmin faciədə cəhalətin, nadanlığın bir insanı hansı dəhşətli, dözülməz aqibətlə üz-üzə qoya biləcəyini göstərməyə çalışmışdı.

Əslində isə söhbət bir fərdin timsalında bir xalqdan gedirdi.

Faciənin baş qəhrəmanı Fəxrəddin – humanizmə, maarifçiliyə can atan azərbaycanlının XIX yüzillikdə (elə ondan sonrakı onilliklərdə də!) ümumiləşdirilmiş obrazı idi.

Bu obraz, məsələn, Kefli İsgəndər qədər məşhurlaşmadı, populyarlaşmadı. Ona görə yox ki, Fəxrəddini yaradan qələm (Nəcəf bəy Vəzirov) Kefli İsgəndəri yaradan qələm (Mirzə Cəlil) qədər xəlqi deyildi.

Bəlkə də ona görə ki, Fəxrəddin – Kefli İsgəndərin başlanğıc nöqtəsi, bir növ, “doğuluşu” idi. Həyatı faciəvi şəkildə nöqtələnməsəydi, Fəxrəddin yəqin elə Kefli İsgəndər olacaqdı.

Sözarası:

Faciə nədir?

Ədəbiyyatşünaslıq nəzəriyyəsinə görə, faciə – həyatdakı barışmaz ziddiyyətlərdən, xarakterlərin, ehtirasların kəskin toqquşmasından və çox vaxt qəhrəmanın ölümü ilə nəticələnən əhvalatlardan bəhs edən dramatik əsər, elmi dillə desək, tragediyadır.

Faciənin ilk nümunələrini qədim yunan dramaturqları Esxil və Sofokl yaradıblar.  Yazımızın lap əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycan yazılı ədəbiyyatında ilk faciə N.Vəzirovun “Müsibəti-Fəxrəddin”idir.

İlk mənzum faciəmizi Hüseyn Cavid yaradıb: “Ana”.

İlk tarixi faciəmizi isə Nəriman Nərimanov yazıb: “Nadir şah”.

Kimdir Fəxrəddin?

Bu suala ən qısa, lakonik cavab Abdulla Şaiqdən gəlmişdi. O yazırdı ki, “Fəxrəddinin faciəsində mən o zaman bir çox qabaqcıl görüşlü, irəliyə, maarifə, mədəniyyətə doğru can atan gənclərin faciəsini gördüm”.

Lakin gəlin biz daha ətraflı cavab tapaq: həqiqətən kim idi Fəxrəddin?

O, zadəgan sinfinə mənsubdur, lakin demokratik görüşlüdür, irəli fikirlidir, elə buna görə də  mühafizəkar mülkədar, mürtəce fikirli Rüstəm bəylə toqquşur.

Rüstəm bəy zülmü, ədalətsizliyi, qoluzorluluğu, harınlığı, bir sözlə, maddiyyatı təmsil edir. Heç bir mənəvi dəyər daşımır. Heyvani hisslərlə yaşayır.

Rüstəm bəy özündən varlı və güclü heç kimi qəbul etmir, ona salam verməyən adamları  belə, ən ağır, amansız şəkildə cəzalandırır.

Oğlu Rəşidin qətlinə görə “qan düşməni” – Fəxrəddin bəyin atası Heydər bəyi öldürtdürür, anasını döydürür, bacısını zorla gətirib digər oğluna arvad edir. Lakin ürəyi yenə soyumur, Fəxrəddini aradan götürmək fikrinə düşür. Yalnız bundan sonra dinclik tapacağını fikirləşir.

İntiqam hissi gözlərini elə tutur ki, digər oğlu Mahmud bəyi də bu işə qoşur və onun ölümünə səbəb olur.

Fəxrəddin isə xarakter etibarilə Rüstəm bəylə daban-dabana ziddir. Xaricdə yüksək təhsil alıb, bu zaman gözləri tamamilə açılıb, humanist, maarifçi ideyalar onu fərqli insana çevirib. Elə nadanlığa, cəhalət qaranlığına qərq olmuş vətənini aydınlatmaq arzusu ilə də geri qayıdıb.

Lakin Fəxrəddin xəyalqırıqlığı yaşayır:  oxumaq üçün qoyub getdiyi məmləkət indi tamamilə qaranlığa gömülüb. Yoxsulluq da, cahillik də, heyvərəlik də, zorbalıq da birə min artıb.

Bunu görmək Fəxrəddin üçün çox çətindir, ancaq o hələ də ümid edir. Qazandığı biliklər, əldə etdiyi mədəniyyət sayəsində cəhalətə meydan oxuyacağını düşünür.  Məktəb, xəstəxana açır. Xalqı həm mənəvi, həm bioloji olaraq sağaltmaq niyyətindədir.

Baxmayaraq ki, onun istəkləri cəmiyyətin ruhuna yaddır; elə bu səbəbdən də Fəxrəddin deyir: “Sizin danışığınızdan bеlə məlum olur ki, guya bizim bu xaraba vilayətdə hеç bir insan sifətində adam tapılmaz, …mənim insaflı hərəkətimi burada binamus hərəkət hеsab еdə bilərlər”.

Həqiqətən Fəxrəddin inana bilmirdi ki, yaşadığı cəmiyyət – qana, qaranlığa susayıb; istənilən işıqlı hərəkətin, əməlin düşmənidir.  

Elə bu səbəbdən də xəyalpərəst dayanır –  “qan düşməni” Rüstəm bəylə barışmaq, aradakı qan düşmənliyinə son qoymaq fikrinə düşür. Bu həm onun köhnəliyi, ənənəviliyi aradan qaldırmaq istəyindən doğur, həm də atavizmləri məğlub edərək öz maarifçi fikirlərini həyata keçirmək üçün daha rahat imkanlar qazanmaq ehtirasından irəli gəlir.

Fəxrəddinin arzuları, məqsədləri utopikdir. Bunu onun ətrafındakı çoxları başa düşür. Lakin Vəzirovun gənc qəhrəmanı cəhalət, mövhumat, qanunsuzluq girdabında çapalayan “bu xaraba vilayətdən çıxıb getmək” yerinə sonadək mübarizəni üstün tutur.

Nəticə?

Barışmazcasına mübarizə apardığı nadanlıq, geridəqalmışlıq, özbaşınalıq onu özünün yeni, növbəti qurbanına çevirir.

Sözarası:

Sovet dövründə Fəxrəddinin müsibəti bir qədər cılız şəkildə izah olunurdu.

Faciədə hadisələr iki zadəgan ailəsi arasında cərəyan etdiyindən buna sinfi don geyindirilirdi.

Guya tərəflərdən biri mülkədar, digəri yoxsul olsa, Fəxrəddinin taleyi də fərqli olardı. Lap nağıllardakı kimi: kasıbın oğlu axırda şahın qızı ilə evlənir və xoşbəxt olur!

Halbuki Nəcəf bəy nağılçılıq yolu seçməmişdi, tam əksinə, əsərində problemi daha kəskin qoymaq üçün məhz bu yolu seçmişdi: o, cəmiyyətin sürükləndiyi bataqlığın maddiyyatdan qaynaqlanmadığını izah etməyə çalışırdı. Demək istəyirdi ki, hətta kapitalın başdan aşdığı, qarnıtox mühitdə belə, faciə qaçılmazdır – əlbəttə, əgər mənəvi dəyərlər, ali ideallar arxa plana atılıbsa!

Bu faciənin (yəni “Müsibəti-Fəxrəddin”in!) günümüzə – “neft və milyonlar (pardon, milyardlar!) səltənətinə” transormasiyası yetərincə sadədir: siz istədiyiniz qədər zəngin ölkədə yaşayın, yeraltı-yerüstü sərvətləriniz bəs deyincə çox olsun, filfilo söhbətdir. Əgər maarifdən, mədəniyyətdən, çağdaşlıqdan uzaqsınızsa, Fəxrəddinləriniz ya sərxoşa, sərsəriyə, Kefli İsgəndərə çevriləcək, ya da qəbirdə çürüyəcək.

Üçüncü yol da var: “Bu xaraba vilayətdən çıxıb getmək!”

Ağırdır, ağrılıdır, ancaq acı aqibət budur.

 ***

Bağışlayın, az qala unutmuşdum: artıq yapçılar dördüncü yol da təklif edirlər – saxta deputat mandatı ilə Milli Məclisə girib oradan təlxək kimi çıxmağı!

Ad və ya adlar çəkməyimi istəməyin. 

Ondansa özünüzə əziyyət verib bir azca yaddaşınızı qurdalayın, yaxın tariximizə, son 15-20 ilə boylanıb dilindən “azadlıq”, “hürriyyət”, “dürüstlük”, “müasirlik”, “maarifçilik”,  canım sizə desin, “Mirzə Cəlil”, “Sabir” düşməyənlərin axırda hansı hoqqalardan çıxdığını xatırlayın.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör