Azlogos
  • Kimlər var
  • Bizi tanı

İŞİD-in doğuşu Mənasızlıqda məna yaratmaq Azərbaycanın elektromobil perspektivləri Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu "Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bozluq və boşluq içindəki Azərbaycan kəndi…  

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
26 Fevral 2020

Bugünkü Azərbaycan kəndinin mədəni durumunu ətraflı təsvir etməyə ehtiyac yoxdur. İndi ora hətta adi qəzet belə gedib çıxmır!

Bir zamanlar inşa edilən mədəniyyət klubları uçulub dağılır, onlar insan nəfəsinə həsrətdilər, qapılarına vurulan qıfıllar pas tutub. Bu qıfılları ən yaxşı halda icra başçıları, Bakıdan rəsmi qonaqlar-zad camaatla görüşə gələndən-gələnə açıb bağlayırlar. Hətta təyinatını 180 dərəcə dəyişən mədəniyyət klubları var, çayxanaya çevriliblər, dominoxana, nərdxana funksiyasını yerinə yetirirlər.

25-30 il öncəyədək kəndlərdə teatr, musiqi, şahmat, rəsm dərnəkləri vardı. İndi onlardan heç bir əsər-əlamət yoxdur.

Bayquşların uladığı kənd kitabxanalarının halına ağlamaq üçünsə yeddi ağıçı bəs eləməz. Əksər kəndlərdə ya həmin kitabxanalar tarixə qovuşub, ya da camaat onların yolunu çoxdan unudub. Kitabxananın kağız üzərində var olduğu, hətta bir neçə nəfərə maaş yazıldığı kəndlər belə, var.

Bir sözlə, bu gün Azərbaycan kəndi mədəni-mənəvi baxımdan böyük bir boşluğa və bozluğa yuvarlanıb.

Yadıma keçən çağın əvvəlləri düşür.

1900-cü illərdə Azərbaycanın bir sıra kəndlərində dövrünün görkəmli maarifçiləri müəllimliklə məşğul olar və bu zaman yalnız uşaqlara yazıb-oxumağı öyrətməklə kifayətlənməzdilər. Eyni zamanda həmin kəndlərdə mədəni canlanma yaratmaq üçün dəridən-qabıqdan çıxardılar.

Məsələn, Şuşanın Malıbəyli kəndində pedaqoji fəaliyyətlə məşğul olan Məmməd bəy Qarayevin təşəbbüsü və rəhbərliyi ilə tez-tez mədəni-kütləvi tədbirlər təşkil edilərdi. Özü də elə yerli camaatın iştirakı ilə!

1887-ci ildə Qazax mahalının Salahlı kəndində yoxsul ailədə anadan olan, lap kiçik yaşlarında valideynlərini itirən və məşəqqətlər içində böyüyən Məmməd bəyin bəxti onda gətirmişdi ki, dövrünün görkəmli maarifpərvərlərindən Əhməd ağa Mustafayev onu himayəsinə götürmüş, oxutmuşdur.

1906-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib Bakıya gələn Məmməd bəy vərəm xəstəliyinə tutulduğundan həkimlərin məsləhəti ilə Qarabağa – Malıbəyli kəndinə köçür. 1910-cu ildə burada qız məktəbi açır. Həmin dövrdə belə bir məktəbin fəaliyyətə başlamasının nə qədər böyük tarixi hadisə olduğunu xatırlatmağa gərək varmı?

Çox keçmədən Məmməd bəy həmin məktəbin nəzdində həvəskar teatr yaradır. Bu teatrın ilk tamaşası “Axşam səbri xeyir olar” vodevili idi. Vodevili Azərbaycanın böyük maarifçilərindən biri yazıçı, publisist və tərcüməçi Sultan Məcid Qənizadə (1866-1937) qələmə almışdı. İlk Cümhuriyyətimizin parlamentində sədr müavini postunu da tutan, 1937-ci il repressiyasının qurbanlarından birinə çevrilən Qənizadə bir sıra dərsliklərin də müəllifi idi.

Haşiyə:

Vodevil – mahnı və rəqslərin yer aldığı kiçik komediya xarakterli pyesdir. İlk dəfə Fransada, yerli feodallar arasındakı eybəcər şəxsləri lağa qoyan xalq satirik mahnıları kimi meydana çıxıb. XV-XVI əsrlərdə Normandiyada, sonra isə Parisdə yarmarka tamaşaları zamanı ifa olunan nəqəratlı kiçik mahnılara – kupletlərə vodevil deyilib. XX əsrin əvvəllərində Azərbaycanda Nəcəf bəy Vəzirovun, Mirzağa Əliyevin, Sultan Məcid Qənizadənin vodevilləri tez-tez tamaşaya qoyulardı.

“Axşam səbri xeyir olar” vodevili həmin vaxt Novoçerkassk Politexnik İnstitutunda təhsil alan, maddi cəhətdən çox kasıb olan və oxuduğu məktəbdən qovulmaq təhlükəsi ilə üzləşən Mirhəsən bəy Vəzirovun xeyrinə təşkil edilmişdi. Bu həmin M.Vəzirov idi ki, 1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin xalq torpaq komissarı olacaq, elə həmin ildə də Bakı komissarları ilə birlikdə ingilislər tərəfindən güllələnəcəkdi.

Qayıdaq həmin vodevilə…

Məktəb binasının geniş zalında baş rolu elə Məmməd bəy Qarayevin özü oynayır. Digər müəllimlərdən Mirmehdi Ağamirzadə, Bəylər İbrahimbəyov, Mirzə Hüseyn Varşabov və digərləri də tamaşada müxtəlif rollarda çıxış edirlər.

Sonralar M.Vəzirov qəzet vasitəsilə malıbəylilərə təşəkkürünü bildirir.

İlk tamaşadan sonra kənddə teatr həvəskarlarının sayı getdikcə artır. Həvəskar teatr get-gedə kəndin məişətinə daxil olur, yerli canmaatın mənəvi qida qaynağına çevrilir.

Tamaşalar məktəb binası ilə yanaşı, hətta məscidin həyətində təşkil olunur, onlara elə Məmməd bəy Qarayevin özü quruluş verir.

“Oxutmuram, əl çəkin!” düşüncəsinin (düşüncəsizliyinin!) kütlə şüuruna hakim kəsildiyi, cəhalət qaranlığının gözləri kor etdiyi bir zamanda Məmməd bəy Malıbəylidə qız məktəbi açmaqla kifayətlənməmiş, oğlanlar üçün də məktəb açmışdı.

1912-ci ildə qız məktəbinin şagirdləri toxuduqları ona həfiyyə vermişdilər, xalçanın üstünə isə belə yazmışdılar: “Malıbəyli qız məktəbinin şagirdlərindən sevimli müəllimimiz Məmməd bəy Qarayevə yadigardır“.

Bilgi üçün onu da yazım ki, Məmməd bəy cəmi-cümlətanı 26 il yaşayıb, 1913-cü ildə dünyasını dəyişib.

Bu ölüm xəbəri Azərbaycanın o zamankı aydınlarını möhkəm sarsıtmışdı. Görkəmli yazıçı və pedaqoq Süleyman Sani Axundov elə həmin il “Məktəb” dərgisində bu üzüntünü belə ifadə edirdi: “Ah! Sən nə tez söndün, ey şölə. Nə tez hümmət və qeyrətin səmərəsi ilə tərbiyə almış körpə qızlara qara geydirdin. Qəm etmə, ey pak ruh, rahat yat! Tutduğun işlər, göstərdiyin yollar unudulmaz. Demə məzarın qürbətə düşdü, sənin kimi millətini sevən cavana vətənin hər guşəsi vətəndir“.

Demək istədiyim odur ki, aradan 100 il keçib, təqvim XXI yüzilliyin ikinci onilliyini başa vurduğumuzu göstərir, lakin görünən budur, yeni texnologiyaların, internetin yaratdığı hüdudsuz imkanlara baxmayaraq, Azərbaycanın mədəni-mənəvi bozluğa, boşluğa yuvarlanmış hər kəndinə yenə də azı bir Məmməd bəy Qarayev tələb olunur…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Isis lead illo
.

İŞİD-in doğuşu

27 Yanvar 2021
waiting-for-the-barbarians
.

Mənasızlıqda məna yaratmaq

27 Yanvar 2021
Zariadka-i-zariadnie-stancii-electromobili
.

Azərbaycanın elektromobil perspektivləri

27 Yanvar 2021
MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021

Redaktorun seçimi

Salam

“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilir

Milli-mənəvi homofobiya

Ermənistan-Azərbaycan münaqişəsində Fransa

Manafzadələrin musiqi dünyası

Polşada ovçuluq, dindarlıq və rasizm

Əsl kommunizm necə olur?

“Marmara Forum” ticarət mərkəzində uşaq oyun meydançası

“Qış bulvarı”nın göz görə-görə məhvi

Mışkinin monoloqu

“Həmkarlar” karikaturası

Memardan üzr istədilər

Söyüş

31 il öncəki Kəlbəcər faciəsi

Fərid Mansurovun AFFA-da nə işi var?

Azərbaycanda memuar ədəbiyyatına dair

Qismət. Tomas Eliotun poetikası

Elon Musk Starship prototip raketini təqdim etdi

S. Baycan: “Dahi olmaq istəyirəm”. G. Ağayev: “Biləsuvarda doğulan dahi olmaz”

Homolar niyə danışmağa başladılar?

Abşeron Vadisi-Quo Vadis?

Bertrand Russell – Azad insanın ibadəti

Statistika və təəssürat

İntellektualların kapitalizm nazı

Təcavüz – qadınların cinsi fantaziyası kimi

Süni həyata daha bir addım

Allah olmaq çətindir

Allaha inanmayan, «Allahın yaponları»

Prof. Məsud Aşina: “Çinlə bağlı problem daha dərindir”

Ərdoğanın, yoxsa Əliyevin dəmir yumruğu?

Bozluq və boşluq içindəki Azərbaycan kəndi…  

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
26 Fevral 2020

Bugünkü Azərbaycan kəndinin mədəni durumunu ətraflı təsvir etməyə ehtiyac yoxdur. İndi ora hətta adi qəzet belə gedib çıxmır!

Bir zamanlar inşa edilən mədəniyyət klubları uçulub dağılır, onlar insan nəfəsinə həsrətdilər, qapılarına vurulan qıfıllar pas tutub. Bu qıfılları ən yaxşı halda icra başçıları, Bakıdan rəsmi qonaqlar-zad camaatla görüşə gələndən-gələnə açıb bağlayırlar. Hətta təyinatını 180 dərəcə dəyişən mədəniyyət klubları var, çayxanaya çevriliblər, dominoxana, nərdxana funksiyasını yerinə yetirirlər.

25-30 il öncəyədək kəndlərdə teatr, musiqi, şahmat, rəsm dərnəkləri vardı. İndi onlardan heç bir əsər-əlamət yoxdur.

Bayquşların uladığı kənd kitabxanalarının halına ağlamaq üçünsə yeddi ağıçı bəs eləməz. Əksər kəndlərdə ya həmin kitabxanalar tarixə qovuşub, ya da camaat onların yolunu çoxdan unudub. Kitabxananın kağız üzərində var olduğu, hətta bir neçə nəfərə maaş yazıldığı kəndlər belə, var.

Bir sözlə, bu gün Azərbaycan kəndi mədəni-mənəvi baxımdan böyük bir boşluğa və bozluğa yuvarlanıb.

Yadıma keçən çağın əvvəlləri düşür.

1900-cü illərdə Azərbaycanın bir sıra kəndlərində dövrünün görkəmli maarifçiləri müəllimliklə məşğul olar və bu zaman yalnız uşaqlara yazıb-oxumağı öyrətməklə kifayətlənməzdilər. Eyni zamanda həmin kəndlərdə mədəni canlanma yaratmaq üçün dəridən-qabıqdan çıxardılar.

Məsələn, Şuşanın Malıbəyli kəndində pedaqoji fəaliyyətlə məşğul olan Məmməd bəy Qarayevin təşəbbüsü və rəhbərliyi ilə tez-tez mədəni-kütləvi tədbirlər təşkil edilərdi. Özü də elə yerli camaatın iştirakı ilə!

1887-ci ildə Qazax mahalının Salahlı kəndində yoxsul ailədə anadan olan, lap kiçik yaşlarında valideynlərini itirən və məşəqqətlər içində böyüyən Məmməd bəyin bəxti onda gətirmişdi ki, dövrünün görkəmli maarifpərvərlərindən Əhməd ağa Mustafayev onu himayəsinə götürmüş, oxutmuşdur.

1906-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib Bakıya gələn Məmməd bəy vərəm xəstəliyinə tutulduğundan həkimlərin məsləhəti ilə Qarabağa – Malıbəyli kəndinə köçür. 1910-cu ildə burada qız məktəbi açır. Həmin dövrdə belə bir məktəbin fəaliyyətə başlamasının nə qədər böyük tarixi hadisə olduğunu xatırlatmağa gərək varmı?

Çox keçmədən Məmməd bəy həmin məktəbin nəzdində həvəskar teatr yaradır. Bu teatrın ilk tamaşası “Axşam səbri xeyir olar” vodevili idi. Vodevili Azərbaycanın böyük maarifçilərindən biri yazıçı, publisist və tərcüməçi Sultan Məcid Qənizadə (1866-1937) qələmə almışdı. İlk Cümhuriyyətimizin parlamentində sədr müavini postunu da tutan, 1937-ci il repressiyasının qurbanlarından birinə çevrilən Qənizadə bir sıra dərsliklərin də müəllifi idi.

Haşiyə:

Vodevil – mahnı və rəqslərin yer aldığı kiçik komediya xarakterli pyesdir. İlk dəfə Fransada, yerli feodallar arasındakı eybəcər şəxsləri lağa qoyan xalq satirik mahnıları kimi meydana çıxıb. XV-XVI əsrlərdə Normandiyada, sonra isə Parisdə yarmarka tamaşaları zamanı ifa olunan nəqəratlı kiçik mahnılara – kupletlərə vodevil deyilib. XX əsrin əvvəllərində Azərbaycanda Nəcəf bəy Vəzirovun, Mirzağa Əliyevin, Sultan Məcid Qənizadənin vodevilləri tez-tez tamaşaya qoyulardı.

“Axşam səbri xeyir olar” vodevili həmin vaxt Novoçerkassk Politexnik İnstitutunda təhsil alan, maddi cəhətdən çox kasıb olan və oxuduğu məktəbdən qovulmaq təhlükəsi ilə üzləşən Mirhəsən bəy Vəzirovun xeyrinə təşkil edilmişdi. Bu həmin M.Vəzirov idi ki, 1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin xalq torpaq komissarı olacaq, elə həmin ildə də Bakı komissarları ilə birlikdə ingilislər tərəfindən güllələnəcəkdi.

Qayıdaq həmin vodevilə…

Məktəb binasının geniş zalında baş rolu elə Məmməd bəy Qarayevin özü oynayır. Digər müəllimlərdən Mirmehdi Ağamirzadə, Bəylər İbrahimbəyov, Mirzə Hüseyn Varşabov və digərləri də tamaşada müxtəlif rollarda çıxış edirlər.

Sonralar M.Vəzirov qəzet vasitəsilə malıbəylilərə təşəkkürünü bildirir.

İlk tamaşadan sonra kənddə teatr həvəskarlarının sayı getdikcə artır. Həvəskar teatr get-gedə kəndin məişətinə daxil olur, yerli canmaatın mənəvi qida qaynağına çevrilir.

Tamaşalar məktəb binası ilə yanaşı, hətta məscidin həyətində təşkil olunur, onlara elə Məmməd bəy Qarayevin özü quruluş verir.

“Oxutmuram, əl çəkin!” düşüncəsinin (düşüncəsizliyinin!) kütlə şüuruna hakim kəsildiyi, cəhalət qaranlığının gözləri kor etdiyi bir zamanda Məmməd bəy Malıbəylidə qız məktəbi açmaqla kifayətlənməmiş, oğlanlar üçün də məktəb açmışdı.

1912-ci ildə qız məktəbinin şagirdləri toxuduqları ona həfiyyə vermişdilər, xalçanın üstünə isə belə yazmışdılar: “Malıbəyli qız məktəbinin şagirdlərindən sevimli müəllimimiz Məmməd bəy Qarayevə yadigardır“.

Bilgi üçün onu da yazım ki, Məmməd bəy cəmi-cümlətanı 26 il yaşayıb, 1913-cü ildə dünyasını dəyişib.

Bu ölüm xəbəri Azərbaycanın o zamankı aydınlarını möhkəm sarsıtmışdı. Görkəmli yazıçı və pedaqoq Süleyman Sani Axundov elə həmin il “Məktəb” dərgisində bu üzüntünü belə ifadə edirdi: “Ah! Sən nə tez söndün, ey şölə. Nə tez hümmət və qeyrətin səmərəsi ilə tərbiyə almış körpə qızlara qara geydirdin. Qəm etmə, ey pak ruh, rahat yat! Tutduğun işlər, göstərdiyin yollar unudulmaz. Demə məzarın qürbətə düşdü, sənin kimi millətini sevən cavana vətənin hər guşəsi vətəndir“.

Demək istədiyim odur ki, aradan 100 il keçib, təqvim XXI yüzilliyin ikinci onilliyini başa vurduğumuzu göstərir, lakin görünən budur, yeni texnologiyaların, internetin yaratdığı hüdudsuz imkanlara baxmayaraq, Azərbaycanın mədəni-mənəvi bozluğa, boşluğa yuvarlanmış hər kəndinə yenə də azı bir Məmməd bəy Qarayev tələb olunur…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Isis lead illo
.

İŞİD-in doğuşu

27 Yanvar 2021
waiting-for-the-barbarians
.

Mənasızlıqda məna yaratmaq

27 Yanvar 2021
Zariadka-i-zariadnie-stancii-electromobili
.

Azərbaycanın elektromobil perspektivləri

27 Yanvar 2021
MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel