Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Biznesdə kitabların yazmadığı şeylər – II Hissə

Rafiq Hunaltay Rafiq Hunaltay
Sərbəst
29 Aprel 2019
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Biznesde kitablar
Paylaş

Bundan əvvəlki yazımda biznesdə yazılmamış, praktikada sübut olunmuş 6-7 qaydadan danışdım. Həmin seriyanı davam etmək istəyirəm. Belə ki, bunların mütləq yazılmalı olduğunu düşünürəm. Keçək növbəti yazılmamış qaydalara;

Müştərimizin müştərisini də tanıyaq

Təkcə müştərilər bizim hədəf qrupumuz deyil. Eyni zamanda müştərilərimizin müştəriləri ilə də maraqlanmalıyıq. Bizə öz müştərimiz əziz olduğu kimi, müştərimizə də öz müştərisi dəyərlidir. Çünki o da pulu öz müştərisindən qazanıb Sizə ödəyir. Siz onları da araşdırsanız, müştərinizi daha aydın hiss edə biləcəksiniz. Bəlkə də müştərinizə öz müştəriləri ilə münasibətlərin qurulmasında köməkçi, vasitəçi belə ola bilərsiniz. Biznesdə heç bir iş “vurdum, qaç” məntiqi ilə işləyə bilməz.

Plansız insan hər şeyə “HƏ” deyə bilər

Bir çox şirkətlər və şəxslər “YOX” deyə bilməməkdən əziyyət çəkir. Məsələn, şirkət rəhbəridir, deyək ki, tekstil işində çalışır. Biri gəlir deyir ki, filan yerdə yaxşı ucuz əmlak var, gəl onu alaq. Adam da gedir alır. Bahalaşanda satarıq dediyiniz şeylər Siz böhrana düşəndə qəpik-quruşa satılmalı olur. Odur ki, hər şeyimizi planlı etməliyik. Yox deməyi bacarmalı, vaxtımızı öldürən, bizi neqativlə yükləyən hər şeydən uzaq durmalıyıq. Planınız olsun, yaxşı ya pis bir vizyonunuz olsun ki, gələn onlarla təklifi vizyon daxilində qiymətləndirəsiniz.

Borc faciə deyil, gizlənmək faciədir

Bir gün bir dostum mənə dedi ki, bəs təchizatçılara xeyli pul borcluyam. Günü-günə bir-təhər calayıram, bundan ona, ondan buna qapamağa çalışıram. Mənə görə həmişə həqiqət ən doğru çıxış yoludur. O səbəbdən bu dostuma dedim ki, hər şeyi qarışdırıb özünü stressə soxunca, olmaz ki, gedib tək-tək təchizatçılarla görüşəsən və vəziyyəti izah edəsən. Bəlkə elə sənə 1 ay möhlət lazımdırsa, onlar daha çox verəcək?  Yetər ki, sən səmimi olaraq indi ödəyə bilmədiyini və ödəmək üçün çalışdığını hiss etdirəsən. Elə də olmuşdu, tək-tək görüşlərdən sonra həm möhlət ala bilmişdi, həm də dünənə qədər gizlənirdisə, bu gün əksinə münasibət daha da güclənmişdi. Bir sözlə, ən böyük biclik düzlükdür. Borclu olmaq günahkar olmaq deyil. Özünüzü günahkar kimi aparmamalısınız. Elə olduğu təqdirdə borc verən borcun qaytarılmayacağına daha çox inanır.

Sövdələşmə, bazarlıq həmişə işin əvvəlində olmur

Bəzən olur ki, müqavilə gəlib, oxuyursunuz, şərtlərini sərt yazılmış kimi qəbul edirsiniz. Maksimum yumşaq formada dialoqa girib həmin anda müqavimət göstərməkdənsə, işləri yoluna qoyandan sonra qiyməti, xidmət haqqını qaldırmaq olar. Çox vaxt detalları iş prosesinin daxilində müzakirə edirlər. Önəmli olan ilk X şirkətin Sizinlə əlaqəsinin formalaşmasıdırsa, bazarlıq məsələsini sonra da həll etmək mümkündür. Atalar demişkən, “ölünü çox yumaq olmaz, ishal olar”.  Eyni zamanda iş sövdələşməsi zamanı tez-tez şərtləri dəyişmək, şərtlərlə oynamaq da imic qazandırmır. O halda qarşı tərəfə müqavilə müddəti boyu davam edə biləcək güvənsizlik hissini “bağışlamış” olursunuz. Bir dəfə yeni ofis kirayələmək istəyirdik. Mən də uzun müddət icarədarla ofislə bağlı müzakirələr aparırdım. Axırda bir söz dedi və o söz, daha sonralar heç yadımdan çıxmadı. İcarədar görəndən sonra ki, şərtləri dəyişməyə meylliyəm, qayıtdı ki, “Quracağın işdə icarə haqqından qənaət etməklə işini böyüdəcəksənsə, yaxşısı o işə girmə”.

Artıq gəlir sərmayəni də yuyub aparır

Çox hallarda belə olur. Məsələn, bir şirkət cari ildə deyək ki, 1 milyon mənfəət götürür. Sonra ona bir təklif gəlir, hardasa, nəsə bir istehsalat qurmaq, yaxud əmlak almaqla bağlı. Sahibkar baxır ki, bu il 1 milyon qazanıb, fürsəti qaçırmamaq üçün 1 milyonun üstünə bir az da qoyub o işə girir. Beləcə, professional olmadığı sahəyə girmiş olur. Riski çox olduğundan itirmək şansı da avtomatik çoxalır. Buradan çıxan nəticə odur ki, hər şeyin yerini bilən adam zaman-zaman mənfəəti götürməli, götürməyi bacarmalıdır.

Özü kimi idarə edə biləcək rəhbər axtaranlar ömürləri boyu ən az 5-10 rəhbər dəyişərlər

Həqiqətən də belədir. Çox vaxt bizim yerli şirkətlərdə təsisçinin işi tam həvalə etməməsinin səbəbi onun əvəzinə kiminsə işi onu kimi “can yandıraraq” görməyəcəyinə inanması ilə bağlıdır. Praktika göstərir ki, belə təsisçilər xeyli rəhbər dəyişirlər. Sistem gözəldirsə, böyük ehtimal o sistemdə çalışan çox adam uğurlu ola bilər. Sistemdə boşluq varsa, o boşluq insanla dola bilməz. İnsan sistem qurmalıdır. Bir də sıx müşahidə etdiyim başqa məsələ var. Sistem olan yerdən gələn menecerlər sistemsiz yerdə sistem qurmaq əvəzinə, mövcud sistemi bütün günü tənqid etməklə məşğuldur. 

Satdığınız məhsulların pis tərəflərini də deyin

Tutalım müştəriyə 3 super məhsul təklif edirik. Məhsulun 3-ü də bir-birindən gözəl. Müştəri çaşıb qalır. Bilmir hansını seçsin. Odur ki, 3 mükəmməl təklif arasından birini seçmək çox çətindir. Amma 3-dən birində ən pis halda mənfiləri sadalasaq, o məhsulu sata bilməsək də, həmin məhsul digər malı satdıracaqdır.

Komfort zonanın artması xoşbəxtliyi azaldır

Biznes insanlar arasında olur. Məqsədi kobud desək pul qazanmaqdır. Başqa bütün məqsədlər pul qazanmağı malalamaq üçündür. Pul qazanmaq isə insanın özünü yaxşı hiss etməsi üçün, qazandığı pulla xoşbəxt ola bilməsi üçündür. İnanın ki, əldə etdiyiniz pullarla artırdığınız komfort zona bir müddət sonra Sizi xoşbəxt etməyəcəkdir. Bir də ayılacaqsınız ki, əvvəl uşağa özünüz baxırdınız. İndi uşağa dayə baxır. O dayənin də bir dayəsi var. Həyatınızda xırda detallar çoxaldığına görə çox şeyə zaman ayıra bilməmək Sizi stressə sala bilir. Konfutsi deyirdi ki, zənginlik nə qədər çox şeyə sahib olduğunuz deyil, nə qədər az şeyə ehtiyac duymanızla bağlı bir şeydir. Daha az şeyə sahib olanda xoşbəxt idinizsə, düşünün görün indi nə dəyişdi?! Bəzən hədəfin özündən hədəfə gedən yolda öyrəndikləriniz daha dəyərli, daha öyrədici olur. Odur ki, həyatda udmaqla yanaşı uduzmaq da var qaydasını qəbul etdiyiniz müddətcə, daim nəsə yeni şey öyrənəcəksiniz, heç nəyi gözünüzdə böyüdüb problem etməyəcəksiniz.

İşi bilən, yoxsa, işi bilən idarə edən?!

Kimdir rəhbər? İşi bilən adam, yoxsa, işi biləni idarə edən adam? Təbii ki, rəhbər işi bilməlidir. Amma rəhbər hər işi də mükəmməl bilməlidir deyə bir şey yoxdur. Rəhbərin ilk vəzifəsi işi bilməkdən daha çox işi biləni idarə edə bilməkdir. Məhz bu ondan funksional deyil, emosional qabiliyyət tələb edir. Ona görə əziz dostlar, idarə etmə bacarıqdır, o Sizdə varsa, hər sahə olmasa da, kifayət qədər çox sahəni idarə edə bilərsiniz.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör