bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Bir daha Çernobıl, yenə HBO

Aygün Aslanlı Aygün Aslanlı
., Kültür
02 İyun 2019
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Chernobyl Season 1 HBO Series All Episodes Free Download English 720p 8480p and 1080p x264 x265
Paylaş

Rusların bir atalar sözü var, hərfi tərcüməsi belədi – “Müqəddəs yer boş qalmır” (“Свято место пусто не бывает”). “Taxt-tac oyunları” saqası bitər-bitməz HBO kanalının istehsalı olan, beş seriyalı “Çernobıl” serialı dərhal yaranan boşluğu doldurdu, bir anda, az qala, bütün dünyada serial həvəskarlarının diqqətini özünə çəkdi. Bəs tənqidçilər bu serialı necə dəyərləndirirlər?

“Taxt-tac oyunları”nın final mövsümündən narazı qalan fanatların dərin məyusluğu, ssenaristlərin dəyişdirilməsi və finalın yenidən yazılması tələbiylə göndərilən çoxsaylı petisiyaların fonunda gerçək bir fəlakətdən bəhs eləyən kifayət qədər real və dəhşətli tarixi film… O fəlakət ki, uydurma Vesterosda yox, lap yaxınlığımızda, Avropada baş vermişdi. O fəlakət ki, nəticələri ağlagəlməz dərəcədə qorxunc ola bilərdi.

Serialın həm tamaşaçılar, həm də tənqidçilər tərəfindən yüksək qiymətləndirilməsinin bir səbəbi də budu; “Çernobıl”, “Rotten Tomatoes” portalında istifadəçilərin 96%-i tərəfindən bəyənilib, Imdb-də isə istifadəçi reytinqləri sürətlə 9,7 balla çatıb və serial ilk beşliyə daxil olan “Taxt-tac oyunları”, “Dinləmə” və “Var-gücü ilə” teleşoularını geridə qoyub.

Qərbli tənqidçilərin serial barədə rəyləri yekdildi. Onların ümumi fikrinə görə, “Çernobıl”, tamaşaçılarını, daimi qorxu atmosferi və faciə ilə uzlaşdırılan təməlinə qədər çürümüş institutların analizi ilə cəzb eləyir.

“İnsanın özünüməhvetmə bacarığının, otuz il əvvəl baş vermiş bu fəlakət hekayəsində olduğundan daha bədbin təsvirini təsəvvür eləmək çətindi”, – Mett Zoller-Zeyts «Vulture»də (“New York Magazıne”) yazır.

“Şou çox incə şəkildə, ayrı-ayrı ipuclarının köməyilə cəmi bir neçə illik ömrü qalmış siyasi sistemin dəhşətləri haqqında düşünməyə məcbur eləyir”, – Darren Franiç “Entertainment Weekly”də deyir.

“Serialın unikallığı ondadı ki, o, eyni vaxtda həm nüvə fəlakətinin dəhşətli nəticələrini, həm də hökumətin bu fəlakətin öhdəsindən necə gəldiyini göstərir”, – Con Doyl «Globe and Mail»dəki məqaləsində qeyd edir.

Ancaq serialı bəyənməyən tənqidçilər də var. Məsələn, «New York Times»ın yazarı Mayk Heylin fikrincə, “Çernobıl” serialının yaradıcısı və ssenari müəllifi Kreyq Mazin tarixi sənədləri son dərəcə dəqiqliklə araşdırsa da, serial özü “yoxsul” görünür, bu qədər gerçəkçi olmaq əhvalatın əsasında yatan əsl faciənin dəyərini azaldır.

Lüsi Manqan isə “The Guardian”da yazır ki, əhvalat və personajlar o qədər süstdülər ki, seriala baxmaq və süjeti anlamaq üçün özünü məcbur eləmək lazım gəlir.

Rusiyada “Çernobıl” serialı ilə bağlı rəylər bir qədər ziddiyyətlidi. Belə ki, serialın ayrı-ayrı səhnələri mənfi reaksiyalar doğurub. Məsələn, Moskvadan Pripyata vertolyotla uçuş, nüvə sahəsi üzrə tanınmış alim Valeri Leqasovun (Cared Harris) həmin vertolyotdan atılmaq təhlükəsi, ya da kömür sənayesi nazirinin avtomatlı əsgərlərin müşayiəti altında mədənçilərə baş çəkməsi səhnələri. Əslində, bütün bu iddialara etiraz eləmək çətindi: baxmayaraq ki, Kreyq Mazin sənədləri həqiqətən araşdırıb (bəzi səhnələrin həqiqətəuyğun olduğunu sözügedən hadisələrin şahidləri də təsdiqləyirlər), lakin yenə də özünü saxlaya bilməyib və o dövrdəki hakimiyyətin bütün nümayəndələrini mənfi qəhrəmanlar kimi təsvir eləyib.

“Ümumiyyətlə, mümkün qədər çox sayda sənədli material toplayıb, onları saat kimi işləyən hollivud dramaturgiyasına uyğunlaşdırmaqdan əlavə, real fəlakət barədə daha təsirli danışmağın başqa hansı üsulları var? – Nikita Lavretski “The Village”dəki məqaləsində soruşur. Tənqidçi fikrinin təsdiqi olaraq, keçən il ekranlara çıxan “Terror” horrorunu da misal çəkir. Xatırladaq ki, “Terror”un da təməlində real fəlakət dayanır, ancaq o, Den Simmonsun romanı əsasında çəkilib.

“Doğrudu, belə nəhəng faciəni kiçik bir serial çərçivəsinə sığışdırıblar. Lakin bəzi şübhəli məqamlarla barışsaq, “Çernobıl” tamaşaçını təəccübləndirir. Britaniyalılar və amerikalılar üçün o, hər şeydən əvvəl serial-xəbərdarlıqdı: epiqrafda dövlət yalanından bəhs eləyən sözlər təsadüfən yazılmayıb”, – kinotənqidçi Yeqor Moskvitin “Meduza”da çıxan resenziyasında yazır.

Onu da qeyd eləmək lazımdı ki, “Çernobıl”ı “Taxt-tac oyunları” ilə müqayisə eləmək hələ tezdi. Məsələn, HBO-nun abunəçiləri seriala hələ baxmayıblar və bundan sonra çətin ki, buna macal tapsınlar, çünki sonuncu, beşinci seriya ABŞ-da iyunun 3-də, bazar ertəsi nümayiş olunacaq. Serialın birinci hissəsinə cəmi 756 min insan baxıb; sonra auditoriya asta templə böyüməyə başlayıb; mayın 27-də göstərilən 4-cü seriya artıq 1,2 milyon insanı ekranların qarşısına toplamışdı. Yəni “Taxt-tac oyunları”nın rekorduna çatmağa hələ çox var – “Oyunlar”ın finalını 13,6 milyon tamaşaçı izləmişdi. Amma “Oyunlar” bu rəqəmlərə çatmaq üçün 9 il vaxt sərf eləmişdi.

***

Serialın ideya və ssenari müəllifi Kreyq Mazin “Collider” jurnalına verdiyi müsahibədə bildirib ki, ssenaridə uydurma heç nə yoxdu və film mümkün olduğu qədər real çəkilib.

Serialın əsas qəhrəmanı sovet qeyri-üzvi kimya alimi Valeri Alekseyeviç Leqasovdu. Nəcib qazların kimyası ilə məşğul olan Leqasov SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olub, 80-ci illərdə Kurçatov adına Atom Enerjisi İnstitutunda direktor müavini işləyib. Həmçinin o, yeni təhlükəsizlik konsepsiyasının müəllifi idi. Çernobıl faciəsindən dərhal sonra Leqasov, qəzanın səbəblərinin araşdırılmaşı və nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyasına daxil olub, təxminən, dörd aya yaxın Çernobılda yaşayıb və böyük dozada radiasiyaya məruz qalıb. Sonralar V.A.Leqasovla sovet elmi cəmiyyəti arasında qəzanın səbəbləri ilə bağlı fikir ayrılığı ucbatından münaqişə yaranıb və alimə Sosialist Əməyi Qəhrəmanı adı verilməyib.

V.A. Leqasov 1988-ci ilin aprelində intihar eləyib. Ondan qalan səs yazıları əsasında Baritaniyada “Fəlakəti yaşamaq: Çernobıl nüvə fəlakəti” adlı sənədli film çəkilib. 1996-cı ildə alimə ölümündən sonra Rusiya federasiyası Qəhrəmanı adı verilib.

“Çernobıl” serialının ssenari müəllifi Kreyq Mazin daha çox komrdiya və parodiya janrında işləri ilə tanınır. Onun filmoqrafiyasında “Çox qorxulu kino”, “Subaylıq gecəsi” kimi filmlər var. “Çernobıl” serialı, K.Mazinin, demək olar ki, ilk ciddi işidi.

Serialın çəkilişləri Litvada aparılıb.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör