Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Bakı Jazz şəhəridirmi?

Firudin Allahverdi Firudin Allahverdi
., Kültür
30 Mart 2022
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Vokal 241017
Paylaş

Bu günkü Bakını jazz şəhəri kimi göstərən demək olar yeganə köklü arqument yəqin ki, Vaqif və Əzizə Mustafazadələrin bu şəhərdə doğulmasıdır. Amma iş orasındadır ki, Vaqifin sağlığında – elə məhz Bakı şəhərində – gördüyü münasibət, o cümlədən ölkə ictimaiyyətinin onun qızı Əzizəyə münasibəti (ötən əsrin 90-cı illərində ictimaiyyətin seçdiyi nümayəndələr – deputatlar, elə məhz Bakıda yerləşən parlamentdə Əzizənin albomunun üz qabığındakı rəsmi müzakirə edib, sənətçinin oradakı fotosunun “Azərbaycan qadınına yaraşmadığı” səbəbi ilə tənqid etmişdilər) faktları özü Bakının nə dərəcədə jazz şəhəri olduğu barədə dərin götür-qoy etməli olduğumuza əsas verir.

Şübhəsiz, Bakıda heç də zəif sayılmayacaq jazz ifaçılığı ənənəsi var. Amma bu uğuru, şəhərdən daha çox, azsaylı musiqiçilərin adına yazmaq daha doğru olar. Çünki bir şəhərin jazz şəhəri adlanması üçün hər şeydən əvvəl orada adekvat auditoriya lazımdı.

İnkişaf etmiş və inkişafda olan ölkələrdəki jazz auditoriyası əsasən yaxşı təhsilli orta və yuxarı sinifdən ibarət olur. Məsələ burasındadır ki, ən azından son 60-70 ildəki jazz – sənət musiqisi, yəni bilənlər, xiridarlar üçün musiqi sayılır: əvvəla o musiqidə baş verənlər müəyyən (klassik musiqi ilə müqayisədə, əslində o qədər də mürəkkəb olmayan) musiqi qanunları əsasında baş verir, ikincisi isə ifaçıların bədahətən yaratdıqları musiqi fikirlərini (meydanda göstərdikləri hünəri) qiymətləndirmək lazım gəlir. Bəzi alt janrları çıxsaq, jazz musiqisi müasir dünyada faktiki olaraq ifaçıların özünü göstərə biləcəyi musiqi meydanı sayılır. Bu səbəblərdən musiqidə, xüsusilə ifada baş verənlərdən agah olmaq janrın tələblərindən biri sayılır. Deməli, dinləyici əvvəla yuxarıda qeyd olunduğu kimi bəzi musiqi qanunlarından, ikincisi isə musiqiçinin qiymətləndirmə kriteriyalarından azca da olsa xəbərdar olmalıdır ki, bu musiqiyə adekvat reaksiya verə bilsin. Yaxşı təhsil isə özündə həm də musiqi ilə bağlı məlumatların, bəlkə də vərdişlərin öyrədilməsini özündə ehtiva etdiyindən jazz auditoriyasının niyə adətən orta və yuxarı sinifdən ibarət olmasına da aydınlıq gəlir.

baku-jazz-festival

Burdan, yaxşı təhsil almış orta və yuxarı sinfin bir qayda olaraq jazz dinləməsi nəticəsinə gəlib çıxmaq da doğru olmaz. Get-gedə yelpazələşən musiqi janrlarının çoxaldığı, o cümlədən bəşəriyyətin yaratdığı istənilən musiqi nümunəsinə əlçatımlığın bu qədər rahat olduğu dövrdə əlbəttə ki, jazz dinləyənlərin də sayı əvvəlki dövrlərə nisbətən azdır. Amma bütün hallarda hiphop, rock, pop və s kimi janrlarla müqayisədə, jazz, dinləyicidən daha çox musiqi məlumatlılığı tələb edir. Beləliklə, yaxşı təhsil alanların hamısı jazz pərəstişkarı olmur, jazz pərəstişkarları isə adətən yaxşı təhsillilər olur. Bu isə həqiqi jazz auditoriyasının yaranması üçün yaxşı təhsilin nə qədər yayğın və keyfiyyətli vəziyyətdə olması gərəkdiyini göstərir. Bu baxımdan jazzın bir qayda olaraq yaxşı təhsil verilən ölkələrdə populyar olması da təəccüblü olmamalıdır. İnkişaf etmiş cəmiyyətlərdə yaxşı təhsil elitarlığın şərtlərindən biri sayıldığından, jazz musiqisi də hansısa mənada elitaya aid musiqi janrı hesab olunur.

Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, bizim paytaxtda yaşayan orta və yuxarı sinif insanlar adətən pop və Bakı şansonu dinləməyə üstünlük verir. Bu isə, heç şübhəsiz onların təhsilindəki boşluqların göstəricisidir. Ola bilər onlar jazz musiqisinin eltarlığını eşidib jazz festivalına bilet alsınlar, ya da tez-tez bağlanıb-açılan Bakı jazz-clublarına arada dəysinlər. Amma onların “orada özlərini necə aparmalı olduqlarından” xəbərsiz olmaları elə ilk musiqi nömrəsindəcə hiss olunur.

Məsələ burasındadır ki, klassik, o cümlədən hansısa mənada pop konsertlərindən fərqli olaraq jazz musiqisində auditoriya musiqi nömrəsini yalnız sonda deyil, məhz ortasında, özü də adətən bir neçə dəfə alqışlayır. Bunun səbəbi, jazz-da diqqət edilməli olan məsələnin musiqi nömrəsinin özü (kompozisiyası, melodiyası və s.) deyil, ifaçıların bacarıqları olmasıdır. İfaçılar isə öz bacarıqlarını əsasən musiqi nömrəsinin ortalarında qərar tutan “solo”larda göstərir. Həmin hissədə ifaçı əsas musiqi mövzusunun hansısa kontekstinə uyğun olaraq improvizasiya edir və o hissə bitəndə əgər solistin bacarıqlarını bəyənmişiksə (baxmayaraq ki, başqaları – akkompaniment – hələ şövqlə ifaya davam edir) alqışlayırıq. Bizim jazz festivallarda, konsertlərdə, jazz-clublarda isə auditoriya bir qayda olaraq ifaçıları musiqi nömrəsinin sonunda alqışlayır. Ortalarda solist nə qədər yüksək məharət göstərir-göstərsin, adətən alqışlayan olmur. Bir balaca jazz-dan başı çıxan istənilən – hətta yeniyetmə üçün bu çox təəccüblü görünə bilər. O dəqiqə aydın olar ki, bu auditoriyanın heç xəbəri də yoxdur ki, hara gəlib və hazırda nə işlə məşğuldur.

Festival demişkən, musiqi janrlarında festivallar adətən həmin janrın “sənayesinin” müəyyən ehtiyacından qaynaqlanır. Bunun sadə sxemi belə olur: əvvəla şəhərdə xeyli ifaçı və onların auditoriyaları olur. Jazz bilicilərinin bəzilərinin zövqünə daha çox X, bəzilərinə Y, bəzilərinə Z adlı ifaçı uyğun gəlir. Sonra ortalığa yerli menecerlər çıxır: bu menecerlər özləri də jazz pərəstişkarı, bəlkə keçmişdə bir az ifa da etmiş olurlar, indi isə onlar özlərini “jazz sənayesi”nin bu tərəfində görür, eyni zamanda daxili azarkeşlikləri onları “meydanı qızışdırmağa” təhrik edir. Onlar yerli ifaçıların festivalını təşkil edir. Təsəvvür edin, həqiqi auditoriya, azdan-çoxdan başı çıxan adam sayı nə qədər olmalıdır ki, bu işi təşkil etməyə ümumiyyətlə ehtiyac olsun. Sıravi auditoriyadan, azdan-çoxdan başı çıxanlardan əlavə heç olmasa 3-4 dənə professional tənqidçi, heç olmasa 3-4 dənə bloqqer lazımdır ki, dinləyicilərdə daha dəqiq fikir formalaşsın, dinləyicilər daha da professionallaşsın. 1-2 dənə belə yerli – amma həqiqi festivaldan sonra həm menecerlər, həm auditoriya püxtələşir, festival ənənəsi yavaş-yavaş beynəlxalqlaşır. Xarici ifaçılar gələndə isə bizim auditoriyamız, jurnalist/tənqidçi/bloqqerimiz onlarla, onlar da bizimlə ünsiyyətə hazır olur, hamı “bir-birinin dilini” başa düşür.

Beləliklə, bir şəhəri jazz şəhəri hesab ediriksə, o şəhərin menecerləri, musiqiçiləri, auditoriyası festival təşkil etmək potensialında və yetkinliyində olmalıdır; daha dövlət qurumları keçirməməlidir. Dövlət jazz festival keçirirsə, bu, şəhərin jazz şəhəri olmasının deyil, dövlətin mədəni strategiyasının göstəricisi ola bilər. Onu da əlavə edim ki bu strategiyanın əsl auditoriya yetişdirə bilməsi demək olar ki, mümkünsüzdü – susuz quyuya su tökməkdir.

4 milyon əhali yaşadığı deyilən Bakıda heç olmasa hər on min nəfərdən biri jazz-la maraqlanmalıdır ki, yuxarıda qeyd etdiyim proses bəlkə nə vaxtsa baş verə bilsin. Yəni cəmi 400 nəfərlik sabit auditoriya. Hər 10000 şəhər sakininin heç olmasa 1 nəfəri. Varmı?

Beləliklə, təəssüf ki, Bakını hələ jazz şəhəri saya bilmərik. Bunun üçün musiqiçilər – kifayət qədər sayda və bacarıqda – mövcud olsa da, onlara adekvat auditoriyamız, təəssüf ki, hələ yoxdur. Nə qədər ağır olsa da gördüyüm həqiqəti olduğu kimi ifadə etmək istəyirəm: jazz şəhəri hesab edilməsi üçün Bakının tələb olunan intellektual potensialı, təəssüf ki, hələ yaranmayıb.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör