bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Bədbəxt Azərbaycan – Bir dekadent esse

Seymur Baycan Seymur Baycan
Mövqe
29 Aprel 2020
Oxuma vaxtı:12 dəqiqəyə oxunur
0NXc3Z9xQQUEUJ9EfV
Paylaş

«Hansısa yolu seçən insan özünü aldadaraq 

təsəvvür eləməyə başlayır ki, seçmədiyi 

istənilən yolda indi həyatında çatışmayanları 

əldə edə bilərmiş.»

Migel Delibes

(«Altmış yaşlı həyat aşiqinin məktubları» əsərindən)

Həqiqətən, həyat gözlənilməzliklərlə doludur. Heç kim beş dəqiqədən sonra başına nə gələcəyini bilə bilməz. «Heç vaxt heç vaxt demə» sözündə həqiqət payı çoxdur. Heç kim bu fani həyatda heç nədən sığortalanmayıb. Gözlənilməzlik, məchulluq, qeyri-müəyyənlik insanı həm fiziki, həm də mənəvi cəhətdən nə qədər yorsa da, şübhəsiz, həyatımıza məna qatan, bizi yaşamağa, irəli getməyə vadar edən, mahmızlayan əsas şərtlərdən biridir. Başımıza gələcək, taleyimizə, alnımıza yazılan hadisələri əvvəlcədən bilsək, həyat öz mənasını kəskin şəkildə itirərdi.

Adətən, yazılarda elə ilk cümlədən mövzuya girirəm. Gənc qələm dostlarıma da elə ilk cümlədən mövzuya girməyi daima tövsiyə edirəm. Bir müəllif olaraq yazıda ilk cümlədən mövzuya elə şiddətlə girmək lazımdır ki, oxucu yazını oxuyanda hətta yazının ilk iki-üç abzasının itməsindən şübhələnməli, oxucu öz-özünə “deyəsən bu yazının əvvəli itib” deməlidir. Bəs o zaman bu yazının əvvəlindəki “fəlsəfi müqəddimə” nəyə lazım idi? Niyə üslubuma əməl etməmişəm? Niyə üslubumdan kənara çıxmışam? Bağışlayın bu dəfə belə alındı. Ona görə ki, Vüqar Səda adlı bir adamı müdafiə etmək üçün günəşli bir yaz günündə yazı yazacağım heç vaxt ağlıma gəlməzdi. Belə bir yazı yazmağa məcbur qaldığıma görə təəssüf hissi keçirirəm.

Yeddi-səkkiz il bundan əvvəl bir məclisdə iştirak edirdim. Bu məclisə bir dostumun vasitəsi ilə tam təsadüfən düşmüşdüm. Deyirlər, həyatda bütün təsadüflər zərurətlərdən doğur. Heç sevmirəm bu sözü. Zəhləm gedir bu sözdən. İstəmirəm, təsadüflər zərurətdən doğsun. İstəyirəm, təsadüf elə təsadüf olaraq qalsın. Təsadüfün elə təsadüf kimi qalması daha yaxşı, daha cəlbedicidir. Beləliklə, bir dostumun vasitəsi ilə tam təsadüfən bir məclisə düşdüyüm gün Zahid Orucun bir neçə qəzetdə müsahibəsi getmişdi. 

Hörmətli Zahid Oruc müsahibəsində əcaib-əcaib xeyli fikirlər səsləndirmişdi. Necə oldusa dostumla bu müsahibə haqqında danışmağa başladıq. Birdən yaxınlığımızda əyləşmiş və istər-istəməz söhbətimizi eşitməyə məcbur olan bir məclis iştirakçısı, bir Allah bəndəsi həm dostumu, həm də məni mat qoyan sual verdi: «Zahid Oruc kimdir?» Bu sualı əvvəlcə başqa mənada başa düşdüm. Elə bildim, adam demək istəyir ki, yəni Zahid Oruc hakimiyyətdə təmsil olunan adamlar sırasında o qədər ciddi bir fiqur deyil, onun müsahibəsini oxumağa, səsləndirdiyi fikirləri müzakirə etməyə dəyməz. «Zahid Oruc kimdir?» sualından sonra ağlıma hər şeydən əvvəl bu versiya gəlməli idi və tam təbii olaraq ağlıma elə bu versiya da gəldi. Az sonra adamın Zahid Orucu, ümumiyyətlə, yerli-dibli tanımadığı bəlli oldu. Buna inanmaq olduqca çətin idi. Amma adamın danışığından, davranışından hiss etdim ki, o artistlik zad eləmir, səmimidir, doğrudan da Zahid Orucu tanımır. Əlim üzümdə qaldı. Heyrətdən at kimi kişnəmək istədim, sadəcə restorandakı millətdən utandım. 

Xoşbəxtlik nisbi anlayışdır. Bu sözü müxtəlif adamların dilindən çox eşitmişik. Bu sözü o qədər eşitmişik ki, bəzən bu söz adamda qıcıq oyadır. Amma həqiqətən də insanlar təbiət etibarı ilə, xasiyyətcə müxtəlif olduqlarına görə onların xoşbəxtlik anlayışı da müxtəlifdir. Hərə xoşbəxtliyi bir cür görə, bir cür təsəvvür edə bilər. Biri xoşbəxtliyi vəzifədə, biri pul yığmaqda, biri doğub-törəməkdə, biri əzələlərini şişirtməkdə, biri səyahət etməkdə, bir başqası da yaxşı əsər yaratmaqda görə bilər. Variantlar çoxdur. Həmin gün xoşbəxtliyin nisbi anlayış olduğuna qəti əmin oldum. «Zahid Oruc kimdir?» sualı xoşbəxtliyin nisbi anlayış olduğunu bariz şəkildə mənə göstərdi. Həmin gün, bu dünyadakı xoşbəxtliklər sırasına daha bir xoşbəxtlik növü əlavə olundu. Zahid Orucu tanımamaq xoşbəxtliyi.

Özümü tanıyandan bəri paxıllıq hissini yaxına buraxmamağa çalışmışam. Paxıllığın çox iyrənc bir hiss olduğunu nədənsə, ya vəlvələdən, ya da zəlzələdən çox tez başa düşmüşəm. Bəlkə də, ona görə ki, yaşadığım mühitdə fərqli olduğumu hələ uşaqlıqdan hiss etmişəm. Hər yerdə bu və ya digər şəkildə fərqlənmişəm, seçilmişəm. Məktəbdə, hərbi məktəbdə, universitetdə… Bunu qəsdən etməmişəm, bu təbii olaraq belə alınıb. Ümumiyyətlə, ayıbdır söyləməsi, özünə arxayın olan, istedadlı adamlar adətən, paxıl olmur. Amma «Zahid Oruc kimdir?» sualı verən adamın artistlik etmədiyini, səmimi olduğunu, doğrudan da Zahid Orucu tanımadığını hiss etdikdə özümü saxlaya bilmədim. Nə gizlədim adama şiddətli bir şəkildə paxıllığım tutdu. Ona dedim; qardaş, siz bilirsiniz necə xoşbəxt adamsınız? Siz öz xoşbəxtliyinizin fərqindəsiniz? Necə olub siz Zahid Orucu tanımamısınız? Bunu necə bacarmısınız? Mən yaşaya bilmirəm, xahiş edirəm, mənə yaşamağı öyrədin.

Vüqar Sədanı tanımamağın xoşbəxtlik yoxsa bədbəxtlik olduğunu bilmirəm. Bunu müəyyən etmək asan deyil. İstəyirsiniz, inanın, istəyirsiz, inanmayın, tam səmimi deyirəm bu adamı həbs edildikdən sonra tanımışam. Bir çox adamların buna inanmasının çətin olduğunun fərqindəyəm. Vüqar Sədanı tanıdıqdan sonra axtardım, aradım, mahnılarına qulaq asdım. Sən demə, kifayət qədər məşhur adam imiş. Mən öz sahəmdə, o da öz sahəsində kifayət qədər məşhur olsaq da biz bir-birimizi tanımamışıq. Bu o deməkdir ki, biz eyni ölkənin vətəndaşı olsaq da tamam ayrı-ayrı dünyaların adamlarıyıq. Çox güman, Vüqar Səda ömründə heç beş kitabı əvvəldən axıra qədər oxumayıb. Çox güman, Vüqar Səda Satyacid Ray, Roberto Rossellini, Yasudziro Odzu kimi rejissorların, Çexov, Şervud Anderson, Tomas Vulf kimi yazıçıların, Motsart, Bethoven, Erik Satie kimi bəstəkarların, Van Qoq, Munk, Tuluz Lotrek kimi rəssamların bu dünyada yaşayıb yaratmasından xəbərsizdir. Normaldır. Bunun bizim yazıda toxunacağımız məsələyə bir o qədər də dəxli yoxdur. Əsas məsələ ondan ibarətdir ki, Vüqar Səda oxuduğu mahnıya görə həbs olunub. Yaradıcılıq isə səviyyəsindən asılı olmayaraq toxunulmazdır!

Sovet dövründə televiziyada hökm sürən qadağalardan, efirə çıxan müğənnilərin abırlı geyimindən, ciddiyyətindən son vaxtlar yaşlı nəslin nümayəndələri çox danışırlar. Amma nədənsə bu mövzularda danışan adamlar bir vacib nüansı unudurlar. Bir vacib nüans haqqında danışmırlar. Nədir bu vacib nüans? 

Qəzavü-qədər elə gətirib ki, Sovet dövrünü azdan-çoxdan görmək bəndənizə də nəsib olubdur. Bəli, Sovet zamanında efirə hər adamı buraxmırdılar, efirdə ciddi qadağalar hökm sürürdü. Bunu o dövrün, Sovet sisteminin şərtləri tələb edirdi. Yaxşı idi, pis idi bu başqa söhbətin mövzusudur. Bu barədə əlaqədar mütəxəssislər danışsa daha yaxşı olar. Lakin məsələ ondadır ki, həmin dövrdə də efirə buraxılmayan müğənnilər camaatın arasında xeyli məşhur idi. Hətta efirə buraxılmayan elə müğənnilər var idi ki, efirə buraxılan müğənnilərdən camaatın arasında daha məşhur idi. Yəni deməyim odur ki, həmin dövrdə efirə buraxılmayan adamlar çox məhdud imkanlarla əgər camaatın arasında məşhurlaşmağı bacarırdılarsa ilin günün bu vaxtında sonsuz imkanlar dövründə bir müğənnini oxuduğu mahnıya görə həbs etməyin heç bir mənası yoxdur. Vüqar Səda kimi müğənnilər olub və olacaq. 

Sizə onu da deməliyəm ki, Sovet zamanında hətta ciddi sənət adıyla təqdim olunan nə qədər musiqi əsəri zamanının imtahanından keçə bilməyib unuduldu. Halbuki, unudulmuş, zamanının imtahanından keçə bilməyən əsərlərin müəllifləri dövlətin hesabına il boyu kurortlarda, yaradıcılıq evlərində kef sürür, dövlətdən müxtəlif mükafatlar alırdılar. Bu barədə dəyərli bəstəkarlarımız Firudin Allahverdi, Elmir Mirzoyev daha əhatəli danışa bilərlər. Öz sahəmdən, ədəbiyyatdan misal olaraq deyə bilərəm ki, məsələn Fadeyevin «Gənc Qvardiya» əsərinin tirajı qırx üç milyonu keçmişdi. «Gənc Qvardiya» komsomolun stolüstü kitabı elan edilmişdi. Bir növ komsomolun bibliyasına çevrilmişdi. Sovet çökən kimi «Gənc qvardiya» öz aktuallığını itirdi. Hərçənd, ədalət naminə desəm, sırf ədəbiyyat nöqteyi-nəzərindən «Gənc qvardiya» heç də zəif əsər deyil.

Keyfiyyətli mahnı yaddaşlarda qalacaq, keyfiyyətsiz mahnılar bir müddət fırlanb yavaş-yavaş yoxa çıxacaq. Bilirəm bu fikirlərlə razılaşmayan adamlar olacaq. Onların əks arqumentləri hazırdır; Vüqar Səda kimi müğənnilər adamların, ələlxüsus, yeniyetmələrin, gənclərin zövqünü və əxlaqını pozur.

Əvvəla, qadağan etmək heç də çıxış yolu deyil. Hər cür müğənni, hər cür mahnı olmalıdır. Sadəcə, dövlətin borcudur ki, adminstrativ resurslarla adamlarda alternativ, yüksək zövq formalaşdırsın. Davamlı müsabiqələr keçirməli, musiqi məktəblərində təhsilin keyfiyyəti qaldırılmalı və sairə və ilaxır. 

Ciddi sənətdən danışdıqda bəzi adamlar, xüsusən televiziya sahəsində çalışan dostlar deyirlər ki, ciddi verilişlər, ciddi mövzular reytinq gətirmir. Camaat ucuz şou, ucuz əyləncə istəyir. Əgər bir şey reytinq, gəlir gətirmirsə, bu o demək deyil ki, həmin şey lazım deyil. Camaatın, kütlənin istəyinə qalsaydı, nə qədər ciddi sənət əsəri yerli-dibli yaradılmazdı. Bəs dövlət, milli burjuaziya (hansı ki bizdə yox dərəcəsindədir) nə üçündür? Dövlət, milli burjuaziya birbaşa gəlir gətirməyən, amma vacib olan sahələri dəstəkləməlidir. 

Bizim bədbəxtçiliyimiz ondadır ki… Ölkənin və xalqın ağır vəziyyətindən danışarkən adamlar çox vaxt bu sözləri dilə gətirirlər. Çox vaxt “bizim bədbəxtçiliyimiz ondadır ki…” sözlərindən sonra axmaq bir fikir eşitməli olursan. Sənə elə gəlir ki, adam “bizim bədbəxtçiliyimiz ondadır ki…” sözlərindən sonra nəsə ciddi, ağlabatan bir fikir deyəcək, qulaqlarını şəkləyirsən, özünü düz-əməlli bir fikir eşidəcəyinə hazırlayırsan, amma əvəzində axmaq bir fikir eşidirsən. Məsələn, biri durub belə bir fikir deyə bilər; bizim bədbəxtçiliyimiz ondadır ki, evlərimizdə qarışqa yuvaları yoxdur. Ya da bunun kimi, buna oxşar başqa bir axmaq fikir. 

Bizim bədbəxtçiliyimiz ondadır ki… Sonuncu dəfə bu sözləri nə vaxt dediyim yadıma gəlmir. Çalışıram istifadə etməyim bu sözlərdən. Amma indi istifadə etməli olacam. Bizim bədbəxtçiliyimiz ondadır ki, əslində yaxşı sayılmalı olan əməllər pis əməllər kimi, əslində pis sayılmalı olan əməllər yaxşı əməllər kimi qəbul edilir. Məsələn, rüşvət almaq, oğurlamaq, ictimai-siyasi motivli yalanlar danışmaq, cibində saxta deputat mandatı gəzdirmək, seçki qutularına saxta bülletenlər atmaq bacarıq sayılır. Heç də iddia etmirəm ki, həkim, müəllim, məmur əsla rüşvət almamalıdır. Bunun üçün siyasi sistem kökündən dəyişilməlidir. Bunu başa düşməyəcək qədər dərrakəsiz deyiləm. Onu demək istəyirəm ki, rüşvət alan, seçki qutularına saxta bülleten atan, ictimai-siyasi motivli yalanlar danışan adam etdiyi əməlin pis əməl olduğunu ən azı başa düşməli, utanmalı, xəcalət çəkməlidir. Bir insan rüşvət almağın, oğurlamağın, seçki qutularına saxta bülleten atmağın pis əməl olduğunu başa düşsə, utansa, xəcalət çəksə, cəmiyyətdə dəyişikliyin baş verməsi labüd olacaq. 

Problem həm də ondadır ki, adamlarımız məişət pozğunluğu ilə ictimai-siyasi əxlaqsızlığı qarışdırırlar. Bəzən isə ictimai-siyasi motivli əxlaqsızlıqlarla məşğul olanlar, ictimai-siyasi motivli yalanlar danışanlar, oğrular, rüşvətxorlar “məişət pozğunları”na qarşı müharibə elan edirlər, özlərini cəmiyyətin əxlaqını qoruyan qəhrəman, əxlaq mücəssəməsi kimi göstərirlər və bu yolla müəyyən xal yığmağı bacarırlar. 

Doğrudanmı, Vüqar Səda adlı bir adam deyilən qədər Azərbaycan cəmiyyəti üçün təhlükəli, qorxulu adamdır? Kim cəmiyyət üçün daha qorxulu adamdır; Vüqar Səda, yoxsa cibində saxta deputat mandatı gəzdirən deputat? Vüqar Səda cəmiyyət üçün daha təhlükəlidir, yoxsa seçki qutusuna saxta bülleten atan həkim, müəllim, məktəb direktoru? Vüqar Səda təhlükəli adamdır, yoxsa Yazıçılar Birliyinin sədri vəzifəsində iyirmi ildən artıq oturan Anar Rzayev? Görəsən Vuqar Səda daha qorxulu adamdı yoxsa Cəmil Həsənli? Dünyada bundan sarsaq sual ola bilməz!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör