Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bu şəhərdə yaşayan Ata "Metsamor"u bağlamaq vaxtıdır Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza Hünərli Qadınlar Müvəqqəti Azərbaycan Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycanlıların şəxsi məlumatları

Elnur Astanbəyli Elnur Astanbəyli
Mövqe
18 Yanvar 2021

Təzəlikcə uca millət, sevgili xalq yenə sosial şəbəkələrdə bir-birinə dəymişdi; “Votsap” istifadəçilərinə yeni anlaşma təklif edibmiş, bu anlaşmada da şəxsi məlumatların gizliliyinə təhlükə yaradırmış.

Düzdür, bu narahatlıq sadəcə bizim camaatla bağlı deyildi, politoloqlar demiş, qlobal miqyasda bir narahatlıq və narazılıq vardı. Nəticədə, “Votsap” idarəçiləri müvəqqəti də olsa geri addım atıblar.

Lakin indi mövzumuz tamamilə başqadır.

“Azərbaycanlılar və şəxsi məlumat” mövzusu mənə həmişə həddən artıq şişirdilmiş, üstəlik, gülməli görünüb. Adamların burunlarını bir-birlərinin həyatından çıxarmadığı, başlarını başqalarının hər işinə – mətbəxdən tutmuş yatağacan! – rahatlıqla soxduğu, yaxud soxa bildiyi ölkədə nə şəxsiməlumatbazlıqdır? Sizi and verirəm Uca Şirvinin ruhuna, hansı şəxsi məlumatınızın yayılmasından narahatsınız? Azərbaycanda elə şəxsi məlumat varmı ki, həmin o şəxsi məlumatınzı ölü yerdən qapıbir qonşunuz, baldızınızın sinif yoldaşı, yeznənizin xalası qızı, məhəllə dükanınızın satıcısı bilməsin?!

Yenə sizi and verirəm Uca Şirvinin ruhuna, dünyada “Ev bizim, sirr bizim” kimi dillər əzbəri bir atalar məsəlinin olduğu, ancaq heç bir evdə heç nəyin sirr kimi qalmadığı ikinci ölkə varmı? O necə “ev bizim, sirr bizim”dir ki, arxasınca “xalam bildi, aləm bildi” məsəli gəlir? Qələt eləyirsən, bir dərdini, bir sıxıntını, hər hansı ürək sözünü ən yaxınındakı adama açırsan, sabah baxırsan, paho, bütün məhəllə, kənd-kəsək, rayon səndən, daha doğrusu, sənin sirrindən danışır!

Hələ mən onu demirəm ki, hüquq-mühafizə orqanlarının vətəndaşı qeyd-şərtsiz biətçi, itaətçi kimi gördüyü, məhkəmələrin ədalət anlayışını unutduğu ölkədə yerli-dibli “şəxsi məlumat” olmaz! Qanunların işlədiyi, hüququn olduğu ölkələrdə yaşayan toplumların “Votsap”la bağlı məlum narahatlığını başa düşə bilərəm, bizə nə gəlib? Yaddaşınızı qurcalayıb qanınızı qaraltmaq istəmirəm, ancaq bir ara belə məlum olurdu ki, keçmiş MTN-in rəhbəri Eldar Mahmudovun əlində az qala hərəmizin bir kaseti vardı. Adam işini-gücünü buraxıb camaatın yatağını güdməklə məşğul idi. Ara-sıra bu videolardan siyasi opponentlərə aid olanları dövriyyəyə buraxırdı. Bunlardan bircəciyi araşdırıldımı, hansı haqla, hansı əsasla çəkildiyi ortaya çıxarıldımı? Adamdan insanların şəxsi həyatına niyə burun soxduğunun hesabı soruşuldumu? Yox! Elə isə pis çıxmasın, biz hansı şəxsi məlumatımıza görə narahatıq? O hansı şəxsi məlumatdır ki, bircə özümüzə bəllidir? Varmı elə şəxsi məlumat?!

Yaxud son illərdə təzə dəb var idi: hər müxalif aksiyadan sonra orada iştirak edənlərin özlərinə, ailə üzvlərinə siyasi təzyiq məqsədilə zənglər gəlirdi. Bu informasiya necə əldə olunurdu? Sual var idi, cavab yox idi. Hardasa iki il öncə azsaylı ekspertlər bildirirdilər ki, qanunvericiliyə edilən son dəyişiklər mobil operatorlara məhkəmə qərarı olmadan şəbəkə içərisinə xüsusi avadanlıqların yerləşdirilməsi və insanların fərdi məlumatlarının izlənməsi imkanı verir. “Telekommunikasiya haqqında qanun”da isə yazılıb ki, mobil operatorlar müvafiq qurumun yerləşdirdiyi bu tip qurğuları gizli saxlamaq məcburiyyətindədir və bununla bağlı məlumatlar sızdırmamalıdır. Bəh-bəh! Gəl gör ki, o vaxt bundan narahat olmayan uca millət, sevgili xalq, indi “Votsap”la bağlı hansısa yeni tətbiqdən bərk narahat olub, şəxsi məlumatının dərdinə qalması bir az qəribə görünür.

Bir dəfə araşdırmaçı jurnalistlər yüksək çinli bir məmurun gizli biznesini üzə çıxarmışdılar. Məlum olurdu ki, biznes iz azdırmaq məqsədilə hansısa ucqar rayonda bir çobanın adınadır. Gedib çobanı tapmışdılar, qardaş yazıq axıradək qulaq asandan sonra mat-məəttəl çiyinlərini çəkmişdi. Orada bütün gün beş-üç qoyun-keçinin arxasınca qaçdığı halda uzaqlarda böyük bir sərvət sahibi olmasından gözləri bərələ qalmışdı.

Kimsə xəbər almışdımı ki, bu adamın şəxsi məlumatını biriləri hardan ələ keçirib, həmin biriləri o şəxsi məlumatlar əsasında necə nəhəng biznes qurublar? Yenə yox!

Onda, zəhlətökənlik də olsa, dübarə soruşum: uca millət, sevgili xalq, soruşmaq ayıb olmasın, daha nə şəxsiməlumatbazlıqdır?!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

fs
.

“Metsamor”u bağlamaq vaxtıdır

08 Mart 2021
IMG_6444 2
.

Müvəqqəti Azərbaycan

07 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021

Redaktorun seçimi

İrəvan Xanlığının unudulmuş dövrü – Xəzinə xəritəsi

Statistik etüdlər

MSK sərgüzəştlərim

Əcaib, soyuq, nəhəng – Rusiya

Univerium – tələbələrin yeni ünvanı

Xpert-dən “Limuzin”

At gücü

“Yeni sadəlik” bəstəkarı: Gia Kançeli

Qara dəlik iki saatlıq nurlandı

Mühakimə edən mələklər

Sosial elmlərin güzgüdə əksi: utopiya və antiutopiya

Avropanın yarımçıq ağılı

İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya

Transmilli fallos fenomeni

Наша маленькая победа

“Dəyərli bəy” erasının sonu

Dəstəbazlıq

Biznesdə kitabların yazmadığı şeylər – II Hissə

Dövlət borcu: 100 il əvvəl və bu gün

Yaradıcı birliklər nəyə lazımdır?

Sahil qəsəbəsi

Qaldığımız evlər

İnsanlıq tarixinin dəhşətli epidemiyaları

Üç narrativ arasında dolaşmış dünya: Böyük Qərbin yeni dini – infantil sosializm

Şort və universitet

Seul dağları

Nobel – Şnobelin özüdür!

Kəşfiyyatın Maradonası – Markus Volf

Xarici seriallar və vaxt itkisi

Ermənilər və biz

Azərbaycanlıların şəxsi məlumatları

Elnur Astanbəyli Elnur Astanbəyli
Mövqe
18 Yanvar 2021

Təzəlikcə uca millət, sevgili xalq yenə sosial şəbəkələrdə bir-birinə dəymişdi; “Votsap” istifadəçilərinə yeni anlaşma təklif edibmiş, bu anlaşmada da şəxsi məlumatların gizliliyinə təhlükə yaradırmış.

Düzdür, bu narahatlıq sadəcə bizim camaatla bağlı deyildi, politoloqlar demiş, qlobal miqyasda bir narahatlıq və narazılıq vardı. Nəticədə, “Votsap” idarəçiləri müvəqqəti də olsa geri addım atıblar.

Lakin indi mövzumuz tamamilə başqadır.

“Azərbaycanlılar və şəxsi məlumat” mövzusu mənə həmişə həddən artıq şişirdilmiş, üstəlik, gülməli görünüb. Adamların burunlarını bir-birlərinin həyatından çıxarmadığı, başlarını başqalarının hər işinə – mətbəxdən tutmuş yatağacan! – rahatlıqla soxduğu, yaxud soxa bildiyi ölkədə nə şəxsiməlumatbazlıqdır? Sizi and verirəm Uca Şirvinin ruhuna, hansı şəxsi məlumatınızın yayılmasından narahatsınız? Azərbaycanda elə şəxsi məlumat varmı ki, həmin o şəxsi məlumatınzı ölü yerdən qapıbir qonşunuz, baldızınızın sinif yoldaşı, yeznənizin xalası qızı, məhəllə dükanınızın satıcısı bilməsin?!

Yenə sizi and verirəm Uca Şirvinin ruhuna, dünyada “Ev bizim, sirr bizim” kimi dillər əzbəri bir atalar məsəlinin olduğu, ancaq heç bir evdə heç nəyin sirr kimi qalmadığı ikinci ölkə varmı? O necə “ev bizim, sirr bizim”dir ki, arxasınca “xalam bildi, aləm bildi” məsəli gəlir? Qələt eləyirsən, bir dərdini, bir sıxıntını, hər hansı ürək sözünü ən yaxınındakı adama açırsan, sabah baxırsan, paho, bütün məhəllə, kənd-kəsək, rayon səndən, daha doğrusu, sənin sirrindən danışır!

Hələ mən onu demirəm ki, hüquq-mühafizə orqanlarının vətəndaşı qeyd-şərtsiz biətçi, itaətçi kimi gördüyü, məhkəmələrin ədalət anlayışını unutduğu ölkədə yerli-dibli “şəxsi məlumat” olmaz! Qanunların işlədiyi, hüququn olduğu ölkələrdə yaşayan toplumların “Votsap”la bağlı məlum narahatlığını başa düşə bilərəm, bizə nə gəlib? Yaddaşınızı qurcalayıb qanınızı qaraltmaq istəmirəm, ancaq bir ara belə məlum olurdu ki, keçmiş MTN-in rəhbəri Eldar Mahmudovun əlində az qala hərəmizin bir kaseti vardı. Adam işini-gücünü buraxıb camaatın yatağını güdməklə məşğul idi. Ara-sıra bu videolardan siyasi opponentlərə aid olanları dövriyyəyə buraxırdı. Bunlardan bircəciyi araşdırıldımı, hansı haqla, hansı əsasla çəkildiyi ortaya çıxarıldımı? Adamdan insanların şəxsi həyatına niyə burun soxduğunun hesabı soruşuldumu? Yox! Elə isə pis çıxmasın, biz hansı şəxsi məlumatımıza görə narahatıq? O hansı şəxsi məlumatdır ki, bircə özümüzə bəllidir? Varmı elə şəxsi məlumat?!

Yaxud son illərdə təzə dəb var idi: hər müxalif aksiyadan sonra orada iştirak edənlərin özlərinə, ailə üzvlərinə siyasi təzyiq məqsədilə zənglər gəlirdi. Bu informasiya necə əldə olunurdu? Sual var idi, cavab yox idi. Hardasa iki il öncə azsaylı ekspertlər bildirirdilər ki, qanunvericiliyə edilən son dəyişiklər mobil operatorlara məhkəmə qərarı olmadan şəbəkə içərisinə xüsusi avadanlıqların yerləşdirilməsi və insanların fərdi məlumatlarının izlənməsi imkanı verir. “Telekommunikasiya haqqında qanun”da isə yazılıb ki, mobil operatorlar müvafiq qurumun yerləşdirdiyi bu tip qurğuları gizli saxlamaq məcburiyyətindədir və bununla bağlı məlumatlar sızdırmamalıdır. Bəh-bəh! Gəl gör ki, o vaxt bundan narahat olmayan uca millət, sevgili xalq, indi “Votsap”la bağlı hansısa yeni tətbiqdən bərk narahat olub, şəxsi məlumatının dərdinə qalması bir az qəribə görünür.

Bir dəfə araşdırmaçı jurnalistlər yüksək çinli bir məmurun gizli biznesini üzə çıxarmışdılar. Məlum olurdu ki, biznes iz azdırmaq məqsədilə hansısa ucqar rayonda bir çobanın adınadır. Gedib çobanı tapmışdılar, qardaş yazıq axıradək qulaq asandan sonra mat-məəttəl çiyinlərini çəkmişdi. Orada bütün gün beş-üç qoyun-keçinin arxasınca qaçdığı halda uzaqlarda böyük bir sərvət sahibi olmasından gözləri bərələ qalmışdı.

Kimsə xəbər almışdımı ki, bu adamın şəxsi məlumatını biriləri hardan ələ keçirib, həmin biriləri o şəxsi məlumatlar əsasında necə nəhəng biznes qurublar? Yenə yox!

Onda, zəhlətökənlik də olsa, dübarə soruşum: uca millət, sevgili xalq, soruşmaq ayıb olmasın, daha nə şəxsiməlumatbazlıqdır?!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

fs
.

“Metsamor”u bağlamaq vaxtıdır

08 Mart 2021
IMG_6444 2
.

Müvəqqəti Azərbaycan

07 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel