Azlogos
  • Kimlər var
  • Bizi tanı

Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə Varlıların kasıblara öyrətdikləri Seymur Baycan Tiflisdə - Üstadın doğum gününə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycanlıların dəyərləri

Fərid Mehralızadə Fərid Mehralızadə
., Mövqe
21 İyul 2020

Dünya Dəyərlər Sorğusunun yeni – 7-ci dalğası yayımlanıb. Dünya Dəyərlər Sorğusu fərdlərin və ümumilikdə cəmiyyətlərin dəyərlərindəki və inanclarındakı meyilləri ortaya çıxarmaq üçün 1981-ci ildən bəri keçirilən sorğudur.

Budəfəki sorğu 2017-2020-ci illəri əhatə edir. Sorğu çərçivəsində dəyərlər sistemi araşdırılan ölkələrdən biri də Azərbaycandır. Azərbaycandakı sorğu 2018-ci ilin noyabr və dekabr aylarında keçirilib və sorğuya respublikanın 39 şəhər və rayondan ümumilikdə 1800 nəfər qatılıb. Sorğuda iştirak edənlərin 23 faizi 29 yaşadək, 42 faizi 30-49 yaş arası, 35 faizi isə 50 yaşdan yuxarı əhali qrupundan ibarət olub. Hansı anlayışın azərbaycanlılar üçün daha vacib olması ilə bağlı suala cavablar belədir:

Bildschirmfoto 2020-07-21 um 07.48.52

Göründüyü kimi Azərbaycan cəmiyyətində ən vacib hesab edilən dəyər ailədir. Siyasətlə bağlı cavabları gördükcə isə niyə ölkədə siyasətlə bağlı ən çox işlədilən cümlənin “mən siyasətə qarışmıram” olduğunu anlamaq olur. Digər tərəfdən, bu istiqamət üzrə Azərbaycan region ölkələrindən çox geri qalır. Məsələn, Ermənistanda siyasəti çox vacib hesab edənlərin göstəricisi 8.5, Gürcüstanda isə 12.9 faizə bərabərdir. Maraqlıdır ki, 2010-2014-cü illəri əhatə edən bundan öncəki sorğuda Azərbaycanda siyasəti çox vacib hesab edənlərin payı 7.7 faizə bərabər idi. Sorğuda siyasətlə bağlı eyni zamanda “sabah seçki olsa hansı partiyaya səs verərdiniz?” sualına cavab axtarılıb və sorğuda iştirak edən 1800 nəfərin 50 faizi “heç birinə”, 40 faizi Yeni Azərbaycan Partiyasına səs verəcəyini açıqlayıb. 7.2 faiz isə suala cavab verməyib və ya bilmədəyini bildirib. İkinci ən çox adı çəkilən partiya isə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (1 faiz).

Digər tərəfdən sorğuya qatılan azərbaycanlıların 26 faizi düşünür ki, ölkədə keçirilən seçkilərdə səslər hər zaman ədalətli sayılır. Respondentlərin 44.2 faizi səslərin bəzən, 8.5 faizi nadir hallarda ədalətli sayıldığını, 3.5 faizi isə heç vaxt ədalətli sayılmadığını düşünür. Maraqlıdır ki, bu suala cavab verməyənlərin payı 18 faizə yaxındır. Seçki zamanı müxalif namizədin qarşısının hər zaman və ya bəzən alındığını düşünənlər də 18 faizə yaxındır. Daha 26 faiz isə düşünür ki, ümumiyyətlə heç bir maneçilik törədilmir. İştirak edənlərin dörddə biri bu sualı cavablandırmayıb. Ümumiyyətlə, siyasətlə bağlı suallarda azərbaycanlılar ən çox “bilmirəm” cavabını verən sorğu iştirakçılarından biridir. Seçicilərin rüşvətlə alındığı ilə bağlı suala isə iştirakçıların 34 faizi “bilmirəm” cavabı verib və bu istiqamət üzrə Azərbaycan 77 ölkə arasında birinci yeri tutub. Qəribə haldır ki, azərbaycanlıların 67 faizi hesab edir ki, parlament və seçkilər barədə narahat olmayacaq qədər güclü liderin olduğu siyasi sistemə sahib olmaq yaxşıdır. Siyasi sistemdə hərbi qaydaların olmasını yaxşı hesab edən azərbaycanlıların sayı 10 faizə yaxındır. Maraqlıdır ki, ermənilərdə bu göstərici 24, gürcülərdə 29 faizə yaxındır.

Azərbaycanın birinci olduğu daha bir maraqlı göstərici “yaşadığınız qitəyə özünüzü nə qədər yaxın (aid) hiss edirsiniz” sualıdır. Azərbaycanlıların cəmi 2 faizi bu sualı “çox yaxın” kimi cavablandırıb, bu isə iştirak edən ölkələr arasında ən aşağı göstəricidir. Qəribədir ki, yaşadıqları qitə ilə birlikdə “yaşadığımız dünyaya özünüzü nə qədər yaxın hiss edirsiniz” məzmunlu suala da ən az “çox yaxın” cavabını verən yenə azərbaycanlılardır. Cəmi 1.7 faiz azərbaycanlı sorğu iştirakçısı bu sualı “çox yaxın” kimi cavablandırıb. Sorğuda iştirak edənlərin 49 faizi ölkədə demokratik siyasi sistem olduğunu düşünür. On ballıq sistemlə ölkənin demokratiyasının qiymətləndirilməsində isə cəmi 8 faiz hər şeyin qaydasında olduğunu düşünüb (10 bal). İştirakçıların 45 faizi sualı 7 və 8 balla qiymətləndirib.

Dindarlıq baxımından da azərbaycanlılar Cənubi Qafqazdakı digər iki ölkədən kəskin fərqlənir. Belə ki, əgər azərbaycanlıların sadəcə 15.8 faizi dini çox vacib dəyər hesab edirsə, ermənilərdə bu göstərici 38.1, gürcülərdə isə 67.5 faizə bərabərdir. Abort və boşanmaya münasibətdə də, azərbaycanlılar digər iki qonşusuna nəzərən daha tolerant mövqe əks etdirirlər. Eyni zamanda, Azərbaycan sorğuda iştirak edən müsəlman ölkələri arasında dinin ən az vacib hesab edildiyi ölkədir. Sekulyarlıqla bağlı sorğudan da məlum olub ki, azərbaycanlıların 60 faizi yüksək və ya orta dərəcəli sekulyardır. Ölümdən sonrakı həyata inanan azərbaycanlılar rəyi soruşulanların 58.7 faizini təşkil edir. Azərbaycanlıların sadəcə 14 faizi ən az ayda 1 dəfə dini rituallarda iştirak edir. 40 faizi isə ümumiyyətlə iştirak etmir. Buna baxmayaraq, rəyi soruşulan azərbaycanlıların 85 faizi özünü dindar hesab edir. Gün ərzində bir neçə dəfə dua etdiyini qeyd edən azərbaycanlı qeydə alınmasa da, rəyi soruşulanların 43.5 faizi gündə bir dəfə dua etdiyini bildirib.

Zurabishvili-800x450
Gürcüstanın yeni prezidenti Salome Zurabişvili öz inauqurasiya mərasimində Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya qarşısında təzim edir. 16 dekabr 2018-ci il, Telavi şəhəri. Foto: EPA / EFE.

Uşaqlarla bağlı suallardan isə məlum olur ki, sorğuda iştirak edənlərin 45 faizi ədəb-ərkanın, 60 faizi müstəqilliyin, 76 faizi çalışqanlığın, 70 faizi məsuliyyətli olmağın və sadəcə 23 faizi təxəyyülün, 26 faizi qətiyyət və əzmkarlığın, 14 faizi dini etiqadın uşaqlara evdə aşılanması vacib olan başlıca dəyərlər olduğunu düşünür.

Qonşu seçiminə gəldikdə isə, azərbaycanlıların 94 faizi narkomanlar, 86 faizi homoseksuallar, 25 faizi başqa irqdən olan insanları qonşu kimi görmək istəmir. Gender məsələləri ilə bağlı isə, azərbaycanlıların sadəcə 26 faizi düşünür ki, universitet təhsili oğlanlar üçün qızlardan daha vacibdir. Kişilərin qadınlardan daha yaxşı siyasi lider olacağını düşünən azərbaycanlıların faiz nibəti 60, kişilərin daha yaxşı biznes idarəçisi olacağını düşünənlərin faiz nisbəti isə 62-dir. Azərbaycanlı sorğu iştirakçılarının sadəcə 2 faizi homoseksual cütlüklərin də digər cütlüklər kimi yaxşı valideyn ola biləcəyini düşünür və bu istiqamətdə ən aşağı göstərici Azərbaycanda qeydə alınıb.

Xoşbəxtlik baxımından, sorğunun nəticələrindən məlum olur ki, azərbaycanlıların 19 faizi özünü çox xoşbəxt, 61 faizi isə xoşbəxt hiss edir. Özünü çox sağlam və sağlam hiss edən azərbaycanlılar isə 58 faizdir. Güvən məsələsində isə, azərbaycanlıların 26 faizinin insanların əksəriyyətinə güvəniləbiləcəyini, 67 faizinin bu məsələdə çox diqqətli olmaq lazım gəldiyini düşündüyü məlum olub. Maraqlıdır ki, iqtisadi cəhətdən daha çox inkişaf edən ölkələrdə insanlara güvən dərəcəsi daha yüksəkdir. Azərbaycanlıların 99 faizi ailə üzvlərinə, 78 faizi şəxsən tanıdığı insanlara, 65 faizi qonşularına, 25 faizi başqa dindən və millətdən olan insanlara, 14 faizi ilk dəfə gördüyü insanlara güvənir.

Qurumlar baxımından isə, iştirakçıların 92 faizi silahlı qüvvələrə, 89 faizi hökümətə, 78 faizi polisə, 69 faizi dini qurumlara, 61 faizi parlamentə, 57 faizi məhkəmə sisteminə, 52 faizi mətbuata, 31 faizi siyasi partiyalara güvəndiyini bildirib.

Daha bir maraqlı göstərici ondan ibarətdir ki, azərbaycanlıların 98.6 faizi heç bir dini icmanın üzvü olmadığını bildirib və bu göstərici sorğunun keçirildiyi ölkələr arasında ən yüksək göstəricidir. Dini baxımdan bu sevindirici olsa da, maraqlıdır ki, azərbaycanlıların 97.6 faizi idman bağlı fəaliyyəti olan hər hansı bir quruma üzv deyil və bu istiqamətdə də ən yüksək göstərici Azərbaycanda qeydə alınıb. Musiqi, təhsil və incəsənətlə bağlı qurumlara, dərnəklərə üzv olmayan, fəaliyyətlərə qatılmayan ölkələr arasında da lider yenə Azərbaycandır (97.2%). Hər hansı bir siyasi partiyanın, ətraf mühitlə və xeyriyyəçiliklə bağlı hansısa təşkilatın aktiv üzvü olduğunu deyən azərbaycanlı da qeydə alınmayıb. Nə zamansa nəyinsə boykotuna qoşulan azərbaycanlılar sorğuda iştirak edənlərin cəmi 0.6 faizi təşkil ekdib və bu istiqamət üzrə də, ən az göstərici Azərbaycanda qeydə alınıb. Həyatı boyunca dinc aksiyada iştirak edən azərbaycanlılar isə ümumi rəyi soruşulanların 4 faizinə bərabər olub və bu istiqamətdə də ən aşağı göstəricilərdən biri Azərbaycanda qeydə alınıb. Azərbaycanlıların cəmi 32 faizi yerli seçkilərdə iştirak edib və bu, ən aşağı 3 göstəricidən biridir.

Maraqlıdır ki, tamamilə özəl sahibkarlığı dəstəkləyən azərbaycanlıların faiz nisbəti 5.2, tamamilə dövlət sahibkarlığını dəstəkləyən azərbaycanlıların faiz nisbəti isə 8.4 faizdir. Bununla belə iştirakçılaırn 18 faizi rəqabətin uğurlu, 3 faizi isə zərərli olduğunu düşünür. Maraqlıdır ki, azərbaycanlıların 30 faizi hesab edir ki, başqa ölkə vətəndaşlarının öz ölkələrinə işləmək üçün gəlməsi iqtisadiyyata müsbət təsir edir. Bunun əksini düşünənlər isə rəyi soruşulanların 18 faizini təşkil edir. Azərbaycanlıların 59 faizi yüksək səviyyəli iqtisadi inkişafı, 23 faizi güclü müdafiə qüvvələrini, 10 faizi isə daha gözəl şəhərləri inkişafın prioritet istiqamətləri kimi görür.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021

Redaktorun seçimi

Təzə müdir

Bazar haqqında bədii-fəlsəfi esse

Mərhələ aşmaq haqqında bədii-fəlsəfi esse

Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi?

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

“Azərbaycansayağı” siyahıyaalma

Şerloklar ekranda

Tofiqus Yaqubus. Post-modern karnaval

Totalitarizm və Avanqard – XX əsr Avropa incəsənəti prizmasında

Oğlanlarda orqazm: kişi seksuallığı barədə nələri bilmirik?

Balkanlar: Avropanın barıt çəlləyi

İnkişafın qısa yolu

“Qış bulvarı”nın göz görə-görə məhvi

Orta əsrlərdə seks

Dil çıxaran qoca kişi

Meymunların yaratdığı adət-ənənə

Avropanın yarımçıq ağılı

Qlobal panika, yoxsa zəruri tədbirlər?

Qaregin Njde irqçilik və nifrətə abidə kimi

Koronavirus günlərinin kinosu

Parc de la Distance – Covid-19 həyat tərzi

Yaxşı pişiyə yaxşı siçan

Hər şey çox pisdir və daha da pis olacaq

Bir daha sovet təhsili haqda

Maastrixt kriteriyaları və Azərbaycan iqtisadiyyatı

Azərbaycanda qadın olmaq

Bayrağı yüksəkdə necə dalğalandırmalı?

Dehidratasiyanın fəsadları haqda

Arzusuz yaşamaq mümkündürmü?

Repçi və Bandotdel

Azərbaycanlıların dəyərləri

Fərid Mehralızadə Fərid Mehralızadə
., Mövqe
21 İyul 2020

Dünya Dəyərlər Sorğusunun yeni – 7-ci dalğası yayımlanıb. Dünya Dəyərlər Sorğusu fərdlərin və ümumilikdə cəmiyyətlərin dəyərlərindəki və inanclarındakı meyilləri ortaya çıxarmaq üçün 1981-ci ildən bəri keçirilən sorğudur.

Budəfəki sorğu 2017-2020-ci illəri əhatə edir. Sorğu çərçivəsində dəyərlər sistemi araşdırılan ölkələrdən biri də Azərbaycandır. Azərbaycandakı sorğu 2018-ci ilin noyabr və dekabr aylarında keçirilib və sorğuya respublikanın 39 şəhər və rayondan ümumilikdə 1800 nəfər qatılıb. Sorğuda iştirak edənlərin 23 faizi 29 yaşadək, 42 faizi 30-49 yaş arası, 35 faizi isə 50 yaşdan yuxarı əhali qrupundan ibarət olub. Hansı anlayışın azərbaycanlılar üçün daha vacib olması ilə bağlı suala cavablar belədir:

Bildschirmfoto 2020-07-21 um 07.48.52

Göründüyü kimi Azərbaycan cəmiyyətində ən vacib hesab edilən dəyər ailədir. Siyasətlə bağlı cavabları gördükcə isə niyə ölkədə siyasətlə bağlı ən çox işlədilən cümlənin “mən siyasətə qarışmıram” olduğunu anlamaq olur. Digər tərəfdən, bu istiqamət üzrə Azərbaycan region ölkələrindən çox geri qalır. Məsələn, Ermənistanda siyasəti çox vacib hesab edənlərin göstəricisi 8.5, Gürcüstanda isə 12.9 faizə bərabərdir. Maraqlıdır ki, 2010-2014-cü illəri əhatə edən bundan öncəki sorğuda Azərbaycanda siyasəti çox vacib hesab edənlərin payı 7.7 faizə bərabər idi. Sorğuda siyasətlə bağlı eyni zamanda “sabah seçki olsa hansı partiyaya səs verərdiniz?” sualına cavab axtarılıb və sorğuda iştirak edən 1800 nəfərin 50 faizi “heç birinə”, 40 faizi Yeni Azərbaycan Partiyasına səs verəcəyini açıqlayıb. 7.2 faiz isə suala cavab verməyib və ya bilmədəyini bildirib. İkinci ən çox adı çəkilən partiya isə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (1 faiz).

Digər tərəfdən sorğuya qatılan azərbaycanlıların 26 faizi düşünür ki, ölkədə keçirilən seçkilərdə səslər hər zaman ədalətli sayılır. Respondentlərin 44.2 faizi səslərin bəzən, 8.5 faizi nadir hallarda ədalətli sayıldığını, 3.5 faizi isə heç vaxt ədalətli sayılmadığını düşünür. Maraqlıdır ki, bu suala cavab verməyənlərin payı 18 faizə yaxındır. Seçki zamanı müxalif namizədin qarşısının hər zaman və ya bəzən alındığını düşünənlər də 18 faizə yaxındır. Daha 26 faiz isə düşünür ki, ümumiyyətlə heç bir maneçilik törədilmir. İştirak edənlərin dörddə biri bu sualı cavablandırmayıb. Ümumiyyətlə, siyasətlə bağlı suallarda azərbaycanlılar ən çox “bilmirəm” cavabını verən sorğu iştirakçılarından biridir. Seçicilərin rüşvətlə alındığı ilə bağlı suala isə iştirakçıların 34 faizi “bilmirəm” cavabı verib və bu istiqamət üzrə Azərbaycan 77 ölkə arasında birinci yeri tutub. Qəribə haldır ki, azərbaycanlıların 67 faizi hesab edir ki, parlament və seçkilər barədə narahat olmayacaq qədər güclü liderin olduğu siyasi sistemə sahib olmaq yaxşıdır. Siyasi sistemdə hərbi qaydaların olmasını yaxşı hesab edən azərbaycanlıların sayı 10 faizə yaxındır. Maraqlıdır ki, ermənilərdə bu göstərici 24, gürcülərdə 29 faizə yaxındır.

Azərbaycanın birinci olduğu daha bir maraqlı göstərici “yaşadığınız qitəyə özünüzü nə qədər yaxın (aid) hiss edirsiniz” sualıdır. Azərbaycanlıların cəmi 2 faizi bu sualı “çox yaxın” kimi cavablandırıb, bu isə iştirak edən ölkələr arasında ən aşağı göstəricidir. Qəribədir ki, yaşadıqları qitə ilə birlikdə “yaşadığımız dünyaya özünüzü nə qədər yaxın hiss edirsiniz” məzmunlu suala da ən az “çox yaxın” cavabını verən yenə azərbaycanlılardır. Cəmi 1.7 faiz azərbaycanlı sorğu iştirakçısı bu sualı “çox yaxın” kimi cavablandırıb. Sorğuda iştirak edənlərin 49 faizi ölkədə demokratik siyasi sistem olduğunu düşünür. On ballıq sistemlə ölkənin demokratiyasının qiymətləndirilməsində isə cəmi 8 faiz hər şeyin qaydasında olduğunu düşünüb (10 bal). İştirakçıların 45 faizi sualı 7 və 8 balla qiymətləndirib.

Dindarlıq baxımından da azərbaycanlılar Cənubi Qafqazdakı digər iki ölkədən kəskin fərqlənir. Belə ki, əgər azərbaycanlıların sadəcə 15.8 faizi dini çox vacib dəyər hesab edirsə, ermənilərdə bu göstərici 38.1, gürcülərdə isə 67.5 faizə bərabərdir. Abort və boşanmaya münasibətdə də, azərbaycanlılar digər iki qonşusuna nəzərən daha tolerant mövqe əks etdirirlər. Eyni zamanda, Azərbaycan sorğuda iştirak edən müsəlman ölkələri arasında dinin ən az vacib hesab edildiyi ölkədir. Sekulyarlıqla bağlı sorğudan da məlum olub ki, azərbaycanlıların 60 faizi yüksək və ya orta dərəcəli sekulyardır. Ölümdən sonrakı həyata inanan azərbaycanlılar rəyi soruşulanların 58.7 faizini təşkil edir. Azərbaycanlıların sadəcə 14 faizi ən az ayda 1 dəfə dini rituallarda iştirak edir. 40 faizi isə ümumiyyətlə iştirak etmir. Buna baxmayaraq, rəyi soruşulan azərbaycanlıların 85 faizi özünü dindar hesab edir. Gün ərzində bir neçə dəfə dua etdiyini qeyd edən azərbaycanlı qeydə alınmasa da, rəyi soruşulanların 43.5 faizi gündə bir dəfə dua etdiyini bildirib.

Zurabishvili-800x450
Gürcüstanın yeni prezidenti Salome Zurabişvili öz inauqurasiya mərasimində Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya qarşısında təzim edir. 16 dekabr 2018-ci il, Telavi şəhəri. Foto: EPA / EFE.

Uşaqlarla bağlı suallardan isə məlum olur ki, sorğuda iştirak edənlərin 45 faizi ədəb-ərkanın, 60 faizi müstəqilliyin, 76 faizi çalışqanlığın, 70 faizi məsuliyyətli olmağın və sadəcə 23 faizi təxəyyülün, 26 faizi qətiyyət və əzmkarlığın, 14 faizi dini etiqadın uşaqlara evdə aşılanması vacib olan başlıca dəyərlər olduğunu düşünür.

Qonşu seçiminə gəldikdə isə, azərbaycanlıların 94 faizi narkomanlar, 86 faizi homoseksuallar, 25 faizi başqa irqdən olan insanları qonşu kimi görmək istəmir. Gender məsələləri ilə bağlı isə, azərbaycanlıların sadəcə 26 faizi düşünür ki, universitet təhsili oğlanlar üçün qızlardan daha vacibdir. Kişilərin qadınlardan daha yaxşı siyasi lider olacağını düşünən azərbaycanlıların faiz nibəti 60, kişilərin daha yaxşı biznes idarəçisi olacağını düşünənlərin faiz nisbəti isə 62-dir. Azərbaycanlı sorğu iştirakçılarının sadəcə 2 faizi homoseksual cütlüklərin də digər cütlüklər kimi yaxşı valideyn ola biləcəyini düşünür və bu istiqamətdə ən aşağı göstərici Azərbaycanda qeydə alınıb.

Xoşbəxtlik baxımından, sorğunun nəticələrindən məlum olur ki, azərbaycanlıların 19 faizi özünü çox xoşbəxt, 61 faizi isə xoşbəxt hiss edir. Özünü çox sağlam və sağlam hiss edən azərbaycanlılar isə 58 faizdir. Güvən məsələsində isə, azərbaycanlıların 26 faizinin insanların əksəriyyətinə güvəniləbiləcəyini, 67 faizinin bu məsələdə çox diqqətli olmaq lazım gəldiyini düşündüyü məlum olub. Maraqlıdır ki, iqtisadi cəhətdən daha çox inkişaf edən ölkələrdə insanlara güvən dərəcəsi daha yüksəkdir. Azərbaycanlıların 99 faizi ailə üzvlərinə, 78 faizi şəxsən tanıdığı insanlara, 65 faizi qonşularına, 25 faizi başqa dindən və millətdən olan insanlara, 14 faizi ilk dəfə gördüyü insanlara güvənir.

Qurumlar baxımından isə, iştirakçıların 92 faizi silahlı qüvvələrə, 89 faizi hökümətə, 78 faizi polisə, 69 faizi dini qurumlara, 61 faizi parlamentə, 57 faizi məhkəmə sisteminə, 52 faizi mətbuata, 31 faizi siyasi partiyalara güvəndiyini bildirib.

Daha bir maraqlı göstərici ondan ibarətdir ki, azərbaycanlıların 98.6 faizi heç bir dini icmanın üzvü olmadığını bildirib və bu göstərici sorğunun keçirildiyi ölkələr arasında ən yüksək göstəricidir. Dini baxımdan bu sevindirici olsa da, maraqlıdır ki, azərbaycanlıların 97.6 faizi idman bağlı fəaliyyəti olan hər hansı bir quruma üzv deyil və bu istiqamətdə də ən yüksək göstərici Azərbaycanda qeydə alınıb. Musiqi, təhsil və incəsənətlə bağlı qurumlara, dərnəklərə üzv olmayan, fəaliyyətlərə qatılmayan ölkələr arasında da lider yenə Azərbaycandır (97.2%). Hər hansı bir siyasi partiyanın, ətraf mühitlə və xeyriyyəçiliklə bağlı hansısa təşkilatın aktiv üzvü olduğunu deyən azərbaycanlı da qeydə alınmayıb. Nə zamansa nəyinsə boykotuna qoşulan azərbaycanlılar sorğuda iştirak edənlərin cəmi 0.6 faizi təşkil ekdib və bu istiqamət üzrə də, ən az göstərici Azərbaycanda qeydə alınıb. Həyatı boyunca dinc aksiyada iştirak edən azərbaycanlılar isə ümumi rəyi soruşulanların 4 faizinə bərabər olub və bu istiqamətdə də ən aşağı göstəricilərdən biri Azərbaycanda qeydə alınıb. Azərbaycanlıların cəmi 32 faizi yerli seçkilərdə iştirak edib və bu, ən aşağı 3 göstəricidən biridir.

Maraqlıdır ki, tamamilə özəl sahibkarlığı dəstəkləyən azərbaycanlıların faiz nisbəti 5.2, tamamilə dövlət sahibkarlığını dəstəkləyən azərbaycanlıların faiz nisbəti isə 8.4 faizdir. Bununla belə iştirakçılaırn 18 faizi rəqabətin uğurlu, 3 faizi isə zərərli olduğunu düşünür. Maraqlıdır ki, azərbaycanlıların 30 faizi hesab edir ki, başqa ölkə vətəndaşlarının öz ölkələrinə işləmək üçün gəlməsi iqtisadiyyata müsbət təsir edir. Bunun əksini düşünənlər isə rəyi soruşulanların 18 faizini təşkil edir. Azərbaycanlıların 59 faizi yüksək səviyyəli iqtisadi inkişafı, 23 faizi güclü müdafiə qüvvələrini, 10 faizi isə daha gözəl şəhərləri inkişafın prioritet istiqamətləri kimi görür.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel