Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycanın 100-illik iqtisadiyyatı: sabitlik və stabillik

Toğrul Maşallı Toğrul Maşallı
Bazar
19 Dekabr 2018

2018-ci il Azərbaycan üçün vacib, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilidir. Hələ 1991-ci ilin oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının 2-ci maddəsində göstərilmişdi ki, “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. Bunu nəzərə alaraq, bir çox hallarda biz indiki vəziyyəti 100 il əvvəl olan vəziyyət ilə müqayisə edirik. Müqayisə zamanı, üstünlük adətən 100 il əvvəl mövcud olmuş Azərbaycana verilir. Başqa tərəfdən indiki Azərbaycan təsvir edilərkən, bir çox hallarda “sabit” və “stabillik” sözlərindən istifadə olunur. 100 illik sabitlik mümkündürmü?

İki dövrü müqayisə etmək üçün, biz müqayisə oluna bilən göstəricilərdən istifadə etməliyik. Təəsüflər olsun ki, 1918-ci ildə dünya üzrə ÜDM göstəricisi hələ mövcud deyildi, Azərbaycan isə təzə-təzə ayrılmışdı və ölkənin hər hansı makroiqtisadi göstəriciləri müəyyən etməyə imkanı yox idi (o dövrdə milli gəlir anayışı istifadə olunurdu, o da məlumatların kasadlığından və vaxtı-vaxtında əldə edilmədiyindən, müəyyən etmək çətin idi). Hətta uzağa getməyək, AXC-nin 23 aylıq fəaliyyəti dövründə, parlament bir dəfə də dövlət büdcəsini qəbul etməyib: gah Maliyyə Nazirliyi çatdırmırdı, gah da parlament komissiyası razılaşmırdı (misal üçün, Maliyyə Nazirliyi 1919-cu ildə parlament qarşısında hesabat verərkən, məlum oldu ki, qanun qəbul edilmədən, Maliyyə Nazirliyi xərcləri bir neçə dəfə artırıbmış). Ölkə faktiki olaraq “əl rejimində”, sərəncamlarla idarə olunurdu. Həmçinin mövcud sistem də bunu şərtləndirirdi. Belə ki, məktəb müəllimlərinə Yeni il  hədiyyələrinin verilməsi də, parlament tərəfindən təsdiqlənilməli idi (məhz buna görə, parlament tərəfindən müzakirə olunmuş 214 qanun layihəsi arasında 82-si Maliyyə Nazirliyi tərəfindən irəli sürülmüşdür. Digər qanun layihələrinin çoxu isə, pul vəsaitləri ilə bağlı idi), ona görə problemlərin tez həlli üçün, hökumət müxtəlif variantlara əl atmalı olurdu.

Buna baxmayaraq, müqayisə üçün bizdə bir neçə vacib göstərici var. Belə ki, AXC dövlət büdcəsi, açıq mənbələrdə mövcuddur. Düzdür, bir çox hallarda dövlət büdcəsi barədə danışarkən, əsasən Paris sülh konfransında iştirak etmiş nümayəndə heyətinin məlumatları paylaşılır. Bu məlumatlara görə, AXC-nin 1919-cu il üçün büdcəsi 665 milyon manat olub. Amma bu büdcə smetası yalnız Maliyyə Nazirliyi tərəfindən ilin ortalarına hazırlanmış büdcə smetası idi və məhz o, Parisə göndərilmişdi. İl ərzində ölkə ərazisində yüksək inflyasiya səviyyəsininin olması nəticəsində, Maliyyə Nazirliyi bu smetaya bir neçə dəfə baxmalı oldu. Nəticədə əldə edilmiş maliyyə smetası (büdcənin layihəsi yox, məhz icrası) parlamentə çıxarılmışdı və orada müzakirə edilib, qəbul edilmişdi. Bizə bu smeta Adres-kalendar vasitəsilə çatıb. 1920-ci ilin əvvəlində AXC-nin adres-kalendarı dərc olunmuşdur. Adres-kalendar Rusiya imperiyası zamanında mərkəzləşdirilmiş şəkildə, hər il və ya hər ay dərc olunan məlumat kitabçası idi. Burada ölkə üzrə il ərzində baş vermiş hadisələr, dövlət qurumlarının əlaqə məlumatları, ölkə ərazisində fəaliyyət göstərən şirkətlərin və qurumların adları və s. var idi. Faktiki olaraq burada ölkə üzrə bütün məlumatları tapmaq mümkün idi. Məhz bu kitabda, Maliyyə Nazirliyinin 1919-cu ilin sonuna təqdim olunan büdcə smetası də yerləşdirilib.

Büdcə icrasının (cədvəl 1) sahələr üzrə yox, məhz nazirliklər üzrə olması bir qədər çaşdıra bilər, amma 1918-ci ildə müvafiq sahə bir nazirliyə aid olduğundan, sahələri başa düşmək müəyyən qədər asandır. İndiki vəziyyət ilə yeganə ciddi fərq Daxili İşlər Nazirliyi üzrə ola bilər. AXC-də idarəetmə sistemi Rusiya impersiyasından qalmışdı və müvafiq olaraq, şəhər və kənd idarəçiliyi (Duma və ya bələdiyyə olmayan yerlərdə və eyni zamanda vilayət qubernatorları) Daxili İşlər Nazirliyinə aid idi. 

Gördüyümüz kimi, AXC dövlət büdcəsi 1,5 milyard rubl təşkil edirdi. Gəlirlərin böyük hissəsi Maliyyə Nazirliyi üzrə formalaşıb. Buraya həm gömrük rüsumları, həm vergilər aiddir. 2018-ci ildən fərqli olaraq, AXC dövründə üç nazirlik yerinə (Vergilər, Maliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi) bir nazirlik mövcud idi. Vergilər arasında əsas yeri neft mədənlərinin istismarından əldə olunan vergilər təşkil edirdi. İlkin layihədə bu vergilərin payı 228 milyon manat təşkil edirdi (daha detallı rəqəmlər yoxdur). Eyni zamanda bütün ölkə üzrə kəndlilərdən yığılan torpaq vergisinin həcmi isə 115 milyon manatı keçmirdi. Neft məhsullarının satışına görə əldə edilən vergi isə layihəyə görə 120 milyon manat təşkil etməli idi. Ümumiyyətlə neft bütün gəlirlərin əsasını təşkil edirdi. Müqayisə üçün, əkinçilik və dövlət mülkiyyəti nazirliyinin dövlət inhisarlarından (torpağın icarəyə verilməsi və ya yalnız dövlət tərəfindən satıla biləcək məhsulların satışından) əldə edilən vəsait 16 milyon manat təşkil etdiyi halda, yalnız Bakı limanı neft ixracından 23,5 milyon manat gömrük rüsumu əldə edilmişdi. Eyni zamanda Yollar və Ticarət Nazirliyinin əldə etdiyi vəsaitin əsas hissəsi neftdən formalaşırdı. Yollar Nazliriyin vəsaiti Azərbaycan Dəmir Yollarından fəaliyyətindən asılı idi – o isə əsasən neft, Ticarət və Sənaye Nazirliyi isə neft sənayesi ilə məşğul olurdu. Beləliklə, təxmini olaraq, büdcə gəlirlərinin 65% neft hesabına formalaşırdı.

1918-ci ilin sonunda Maliyyə naziri Protasyev müsahibəsində qeyd etmişdi ki, ölkədə ümumiyyətlə gəlirlərin 90% neft hesabına formalaşır. Müasir Azərbaycan ilə müqayisə edərkən, biz demək olar ki, eyni rəqəmlər ilə rastlaşırıq. Belə ki, 2018-ci ilin 11 ayı nəticəsində ixracın 92,06% neft və neft məhsullarıdır (ya da neft sənayesinə aid edilə biləcək sahələr – təbii qaz, elektrik enerji və s.). Eyni zamanda 2018-ci ilin büdcəsində rəsmi olaraq, gəlirlərin 60,2% neft sahəsinə aiddir (qalan hissənin böyük payı, dolayısı ilə neft sahəsinə aid edilə bilər). 100 il keçməsinə baxmayaraq, dövlət büdcəsinin gəlirləri bölüşdürülməsi və ölkə gəlirlərinin quruluşu eyni səviyyədə qalır. Həmçinin borc maddəsi də ciddi olaraq fərqlənmir. 2018-ci ildə borc ilə bağlı xidmətlərə görə, dövlət büdcəsinin 10% ayrılmalı idi, AXC-də gəlirlərin 17% borc hesabına formalaşmışdı və gələcək illərdə eyni səviyyədə qalacağını proqnozlaşdırmaq olardı.

Büdcənin xərclərinə keçərkən, müşahidə edə bilərik ki, xərclərin 30,12% yollar ilə bağlıdır. Bu xərclər əsasən dəmir yolunun bərpası, yeni lokomotiv və vaqonların alınması, köhnələrin təmiri və şəhərlərarası yolların təmiri ilə bağlı idi. 2018-ci ilin büdcəsində isə, “dövlətin əsaslı vəsait qoyuluşu” 23,6% təşkil edirdi. Buraya məhz müxtəlif yolların tikintisi və bərpası, eyni zamanda digər infrastruktur işləri aiddir. Faktiki olaraq müqayisə oluna bilən səviyyədədirlər.

AXC dövlət büdcəsində xərclər arasında vacib yeri əmək haqqı ödənişləri təşkil edirdi. 1919-cu ilin sonu, dövlət qurumlarında (buraya dövlət məktəbləri və tibb məntəqələri də aid idi) 39705 nəfər adam işləyirdi. İllik olaraq onların xərclərini ödəmək üçün 163 806 948 manat lazım idi. Eyni zamandsa 1919-cu ilin sonlarına olan qiymətlər səviyyəsinə görə, büdcədə göstərilmiş xərcləri ödəmək və dövlət qulluqçularının normal həyat tərzini təmin etmək üçün isə 421 810 038 manat tələb olunurdu. Sonuncu rəqəmi büdcədən ayırmaq mümkün deyildi, amma bir neçə sərəncam və qanunlar ilə, ödənişi artırmaq mümkün oldu. Nəticədə, təxmini 200-300 milyon manat təşkil etdi. Bu da büdcənin 16% təşkil edir. 2018-ci ilin əvvəlinə Azərbaycanda 29302 dövlət qulluqçusu var idi, amma dövlət büdcəsindən maliyyəşən təşkilatlarda 880,1 min nəfər çalışırdı. Düzdür onların hamısı büdcədən maaş almır (dövlət şirkətləri və s. çalışanlar), amma böyük hissəsi məhz dövlət büdcəsi hesabına yaşayırdı. Rəsmi olaraq, 2018-ci ildə dövlət büdcəsinin 18,5% əmək haqqı ödənişlərinə yönəlməlidir. AXC büdcəsi ilə müqayisədə ciddi fərq müşahidə olunmur.

Digər sahələr üzrə nisbi müqayisəni biz cədvəl 2-də etmişik. Düzdür, bu müqayisəni etmək bir çox amillərə görə düzgün deyil. Həm quruluş başqa idi, həm o zaman indiki qədər çoxlu sayda dövlət qurumu da yox idi. Amma biz çalışdıq bu fərqləri azaldaq və 1918-ci ilin şərtlərinə uyğun edək. Misal üçün, Xalq Maarif Nazirliyi həm təhsil, həm də mədəniyyət işlərinə baxırdı (Dövlət teatrı məhz onun nəzdində idi). Ümumiyyətlə, cədvəl 2-nin sonuncu bəndində cəm olaraq 100% alınmır, çünki ən azı elə sahələr mövcuddur ki, 1918-ci ildə bu sahələrdə hökumət ümumiyyətlə heç bir fəaliyyət ilə məşğul olmurdu (qazıntılar, şəhərsalma və s.). Amma ümumən müqayisədə biz yalnız bir neçə bənd üzrə ciddi fərq müşahidə edirik, bu da əsasən miqyas ilə bağlıdır. Belə ki, təhsil sahəsində ayırmalar ümumi büdcəyə nisbətən 2 dəfə çoxdur. Amma biz buraya bütün məktəbləri, teatrları və s. aid etmişik. 1918-ci ildə isə yalnız 1 dövlət teatrı mövcud idi, o da əsasən icarəyə verilirdi, məktəblər arasında isə yalnız ibtidai məktəblər dövlətə məxsus idi. Eyni vəziyyət digər sahələr üzrə də müşahidə olunurdu. Başqa sözlə büdcənin ümumi istiqamətləri üzrə 100 il keçməsinə baxmayaraq ciddi fərq gözə görünmür.

İqtisadiyyat quruluşu olaraq yeganə ciddi fərq – özəl və dövlət şirkətlərinin payıdır. 1918-ci ildə neft hasilatı və ixracında dövlət şirkəti ümumiyyətlə yox idi. 1918-ci ilin məlumatlarına görə, neft hasilatı ilə 42 şirkət məşğul olurdu. İndiki Azərbaycanda bir dövlət şirkəti və bir neçə xarici şirkətdən ibarət Konsorsium var. O zamanlar da, xarici şirkətlər neft hasilatının böyük payına sahib idilər (şirkətlərin yarısından çoxu isveç, ingilis və fransız kapitalına məxsus idi və onların payı 70-80% idi), amma bir çox yerli (erməni, rus və ya azərbaycan) şirkəti də fəaliyyət göstərirdi.

Beləliklə, 100 il keçməsinə baxmayaraq, faktiki olaraq Azərbaycan iqtisadiyyatı quruluş olaraq heç də dəyişmədi. Ölkə gəlirinin 90%-dən çoxunu neft təşkil edirdisə, eyni vəziyyət indi də təkrarlanır. Düzdür, 1918-ci ildə yerli bələdiyyələr daha güclü idi və dövlət iqtisadiyyata yalnız vergi yolu ilə qarışırdı, amma ümumi vəziyyət eyni idi. Əhalinin imkanı olmadığından, bir çox infrastruktur layihələrini, evlərin təmiri ilə hökumət məşğul olmalı idi. Nəticədə ümumən büdcə 100 il ərzində çox da ciddi dəyişikliklərə məruz qalmayıb. Başqa sözlə, Azərbaycan iqtisadiyyatı 100 il ərzində sabit qalıb.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

23 Fevral 2021
5d2d00c1a31058950192c079
.

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

19 Fevral 2021
02
.

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

17 Fevral 2021
1031661453
.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

11 Fevral 2021
1503675573_55cfe14d50817_osize969x565q71h033761
.

Su – artan qiymət, dəyişməyən keyfiyyət

01 Fevral 2021
image1170x530cropped
.

Ruandanın iqtisadi uğuru

29 Yanvar 2021

Redaktorun seçimi

Hindistanın ayda itən kosmik vasitəsi tapıldı

Hipnoz barədə

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr

Uşaqlıq zədəsi haqqında

Afaq Bəşirqızı haqlıdırmı?

Cəsarətin ölümü

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (II hissə)

Bertrand Russell – “Roma İmperiyasında mədəniyyət”

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

Biz – ermənilər, hamını bezdirmişik

Yəhudi diasporası

Ermənilər kimdir?

Tesla-dan yeni, inqilabi ötürücü

Don Kixot – çağdaş romanın doğuşu

Qonşu Rusiyada “Yeni gənc nazir” təcrübəsi

Ədəbiyyat və viruslar

Ağ-qara LGBT

T. Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?”

Yeddi dəvə istərəm

“Adamazon” – Gündüz Ağayev təqdim edir (18+)

Təyyarə qaçırmaq üçün min bir səbəb

Gürcüstan etirazları

Yer kürəsi «insan erası»na girib

Azərbaycan istehlakçısının arzuları

Gizli nişan mərasimi

Evdəki diktator

Orta Asiyadan Hollandiyaya: 101 özbəyin taleyi

PSYCHO – Nərmin Şahmarzadənin yeni vloqu

Müasir dünyada virtual tanışlıq

Bozluq və boşluq içindəki Azərbaycan kəndi…  

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel