bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Avtoritara boyun əymək

Elman Fəttah Elman Fəttah
., Mövqe
05 Sentyabr 2019
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
9781509533091
Paylaş

Əsrlər boyu krallar, dini rəhbərlər, hətta valideynlər itaəti namuslu və tərbiyəli, itaətsizliyi isə yekəxana adamın xüsusiyyəti kimi israrla müdafiə ediblər. Tarix boyu insanlara itaət təlqin olunub.

Təlqin edilən fikir budur ki, insan cənnətdən itaətsizliyə görə qovulub. Deməli, o, “günahını” yumaq üçün gəldiyi dünyanın “cənnət”ini itaət edərək qurmalı, təkcə tanrıya yox, həm də fironlara, peyğəmbərlərə, xəlifələrə, kilsəyə, krallara itaət etməklə gedəcəyi dünyanın “cənnət”ini qazanmalıdır. Qəribədir ki, itaəti ən çox təbliğ edən dini düşüncə insanlıq tarixinin əslində məhz itaətsizliklə başladığını inkar edir.

Adəm və Həvva cənnətdə yaşayanda – itaət və itaətsizlik deyə bir qarşılaşdırmanın hələ baş vermədiyi zamanda tanrı onlara bütün meyvələrdən yeməyə icazə vermiş, yalnız birini qadağan etmişdi. Adəm və Həvvanın bu qadağaya itaətsizliyi onların cənnətdən qovulmasına səbəb oldu. Gözlərini açdıqda bir-birinin ayıblarını görməyə və yadlaşmağa başladılar. Təbiət də onlara yad və düşmən idi. Artıq insan cənnətin “hazıra nazir” imkanlarından məhrum olub öz gücünə inanmalı və tam bir insan olmalıydı. Beləcə, ilk itaətsizlik insanın “cənnətdən qovularaq” şəxsiyyətə çevrilməsinə və azad olmasına səbəb oldu.

İbrani mifologiyasındakı Adəm və Həvvanın qadağaya qarşı çıxması kimi, Yunan mifologiyasındakı Prometheus (Prometey) də tanrıların odunu çırpışdırmaqla itaətsizlik edir. Prometheus də cəzalandırılır. Amma əfv istəyib təslim olmur. Əksinə, qürurla “Tanrıların itaətkar köləsi olmaqdansa, zəncirlənməyi üstün tuturam” deyir. Məhz bu ilk “günah”lar tarixin başlanğıcıdır.

Beləliklə, insanlıq tarixi öz təkamülünü itaətsizlik nümunələrilə zənginləşdirdikcə inkişafa nail olur – istər fiziki tabeçilik, istər adət-ənənə zənciri, istərsə düşüncə buxovu olsun. Bəşəriyyət bu və ya digər formada bütün bunları sorğulayan və zaman-zaman da “yox” deyə bilən insanların sayəsində tərəqqiyə nail olmağa davam edir.

Az əvvəl qeyd etdiyimiz kimi, insanlıq tarixi itaətsizliklə başlayıb. Sona çatmasına da total itaət səbəb olacaq. İlk baxışdan o qədər də ağlabatan görünməyə bilər. Ancaq bir düşünək: XXI əsrdə, yüksək texnologiya və atom çağında hüdudsuz gücə sahib olanlarımız da daxil, çoxumuz təfəkkür olaraq daş dövründə yaşayırıq. Fizikanın, astronomiyanın, təbiət elmlərinin inkişafı həyat tərzi baxımından XXI əsrin texnoloji insanını yaradarkən siyasi mədəniyyət, dövlət və cəmiyyət münasibətləri, o cümlədən mental təfəkkürümüz texnologiya çağının çox gerisindədir. Həyat tərzimiz texnoloji, təfəkkürümüz arxaikdir. Təsəvvür edin ki, İŞİD-in üzvü insanların başını tanrının əmrilə kəsdiyinə inanır və bu inancını əlindəki iPhone ilə çağın fenomeni olan sosial media vasitəsilə yaya bilir. Texnoloji vərdişləri XXI əsrdə olan bu insanın düşüncəsi daş dövründə deyilmi?! Bu mənada bir nəfərin “nüvə düyməsini bas” əmrinə itaəti ilə bəşəriyyətin məhv olması heç də gözlənilməz olmaz.

Əlbəttə ki, buradan hər itaətsizliyin üstün məziyyət, hər itaətkarlığın da qüsur olduğu nəticəsi çıxarlımamalıdır. Belə yanaşma itaət və itaətsizlik arasındakı dialektik əlaqəni inkar etmiş olardı. Sadə bir nümunə desək, bir ideologiyaya, məsələn, müsavatçılığa itaət digərinə, kommunizmə itaətsizlik deməkdir. Və ya totalitarizmin, avtoritarizmin insanlıq əleyhinə qanunlarına itaət bəşəri dəyərlərə itaətsizlikdirsə, bəşəri dəyərlərə itaət zorakılığa itaətsizlikdir.

Terminlərdə qarışıqlıq yaratmamaq üçün sadələşdirməyə çalışaq; hər hansı quruma, gücü təmsil edən mərkəzə (aid olmadığına) itaət boyun əyməkdir. Yəni insan muxtarlığından vaz keçib öz iradəsi əvəzinə başqa gücün iradəsini qəbul edir. Bu, harada neqativ, harada pozitivdir? Məsələn, tələbənin öz müəlliminə itaəti pozitiv nəticəli, kölənin sahibinə itaəti neqativ nəticəlidir. Şəxsin öz ağlına, vicdanına, inancına (aid olduğuna) itaəti isə boyun əymək deyil, təsdiqdir. Əlbəttə, bu itaət də mütləq mənada pozitiv deyil. Buradakı doğrunu “düşünərək itaət etmək” və “düşünmədən itaət etmək” şəklində müqayisə edərək tapa bilərik. İtaət etdiyimiz inancımızı sorğulama süzgəcimizdən keçirə biliriksə, bu, vicdani itaət olub pozitivi, sorğulanması günah sayılan inancımıza mütləq itaət isə neqativi təmsil edir.

Bəs, nəyə görə insan itaətə bu qədər meyllidir və niyə itaətsizlik onun üçün bu qədər çətindir?

Dövlətin və ya ictimai mentallığın hökmünə itaət etdiyi zaman insan özünü təhlükəsiz hiss edir. Əslində itaət etdiyi gücün növünə də əhəmiyyət vermir. Çünki itaət etdikcə itaət etdiyi gücün bir parçası olduğunu zənn edərək özünü güclü hiss edə bilir.

Bu mənadakı itaətsizliksə insandan tənhalığa, səhv etməyə, hətta günah işlətməyə cəsarət tələb edir. Əksəriyyətin itaət etdiyi gücə bir insanın (və ya bir qrupun) “yox” deyə bilməsi onun kifayət qədər yetkin, iqtisadi baxımdan azad, müstəqil şəkildə düşünə bilən insan olması halında mümkündür. Bu halda insan azad olmağın məhrumiyyətləri ilə baş-başa qalır. Ac qalmaq təhdidi insanı hər şeyə boyun əyməyə zorlayır. Qarnı tox olmayanın cəsarəti olmaz. Əgər insan məhrumiyyətlərdən hürkürsə, nə “yox” deməyə cəsarəti çatacaq, nə də azad olmağa iradəsi. Təəsüflər olsun ki, insanın azadlıq tələb etmək gücü maddi rifahdan qaynaqlanır. Əlbəttə ki, azadlıq tələbinin qaynağı olan maddi rifah deyərkən mən hər an qırılmaq təhlükəsi olan korrupsiya zəncirinin yemlədiyi Azərbaycan məmurunun sərvətlərini yox, bu zəncirdən asılı olmadan rifaha qovuşmuş “düşünən insan”ı nəzərdə tuturam.

Kasıblıqdan, möhtac olmaqdan bolluğa keçid insanın mənəvi zənginləşməsində ən önəmli mərhələdir. Çünki “yoxluq psixologiyası” insanda narahatlıq və eqoizmi bəsləyir. “Ac qalmaq” təhdidilə qarşı-qarşıya qalan insan özünə qarşı digər basqıların olub-olmamasından asılı olmayaraq itaətkarlığa meyillənir. “Bolluq psixologiyası” isə insanda həyat eşqi yaradır və bu da onu mənəvi zənginliyə qovuşduraraq ədalətsizliyə “yox” deməyə, yəni azad olmağa yönəldir.

Bu baxımdan azad olmaq və “yox” deyə bilmək gücü ayrılmaz cütlükdür. Azadlığa iddialı, amma “yox” deməyi bacarmayan insan azad olmadığını etiraf etməyən insandır.

Frankfurt məktəbinin nümayəndəsi, psixoanalitik filosof Erich Fromm “İtaətsizliyə dair” kitabında (Über den Ungehorsam und andere Essays) qeyd edir ki, “Insanlıq tarixi çoxluğun azlıq üzərində hüdudsuz hakimiyyətindən ibarətdir. Bu düzən dünyada var olan sərvətlərin kiçik elitanın böyük ehtiyaclarına güclə yetməsi, çoxluğa isə bu sərvətin qırıntılarının çatması şəklində əsrlərlə davam edib. Əgər tox azlıq bu sərvətlərlə xoş həyat keçirmək istəyirsə, əlbəttə ki, ac çoxluğa itaət etməyi öyrətməliydi. Təbii, itaətkarlıq xahişlə yox, xof və qorxuyla yaradılmalıydı”.

Amma yalnız qorxu hesabına yaradılan itaətkarlıq özündə, həm də daimi təhdid riski daşıyırdı. Buna görə də çoxluğun itaətkarlığına yalnız qorxuyla yox, həm də onları könüllü itaətə sövq edəcək, hətta itaəti qurtuluş kimi görmələrini təmin edəcək başqa instrumentlər tapılaraq nail olunmalıydı. Əgər bu “itaət iksiri” tapılsa, o zaman gücü təmsil edənlər itaətsizliyin günah, itaətin isə üstün məziyyət olduğunu elan edə bilərdilər. Bu vəziyyətdə, əlbəttə ki, çoxluq doğru olandan – itaətdən yana olacaqdı. “Doğru itaətə” boyun əyməyən istisnalarsa onu seçən çoxluq tərəfindən aşağılanacaqdı.

Martin Luther´ə qədər Avropa tarixi elə belə də davam etdi. Luther´dən XIX əsrə qədər Papa və xanədanlar mütləq monarxik avtoritarizmi dəstəkləməyə davam edərkən, orta sinif və düşüncə adamları bu düzənə qarşı çıxmağa başladılar. Düzənə qarşı mübarizə tarixini isə dövrün elm adamlarının və filosoflarının təşkil etdiyi intellektual müstəvi olmadan təsəvvür etmək mümkünsüzdür. Bu zümrənin düşünmək, analiz etmək, hər şeyə qarşı şüphə duymaq keyifiyyətlərini yayması insanların “yox” deyə bilmə gücünün ortaya çıxmasına vəsilə oldu.

Xülasə, avtoritarizmin qənimi düşünən toplumdur. Kütləvi qorxudan xilas olmağın yolu da məhz düşünmə vərdişini mübariz azlığın qapalı dairəsindən çıxarıb əksəriyyətə təlqin etməkdən keçir.

“Yeni avtoritarizm və Azərbaycan” kitabından hissə

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör