bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Avropa Liqası Bakıya pul gətiribmi?

Toğrul Maşallı Toğrul Maşallı
., Sərbəst
30 İyun 2019
Oxuma vaxtı:13 dəqiqəyə oxunur
5687DAB9 67B0 42B4 B8D5 AB2C4796B3EF
Paylaş

Mayın sonu Bakıda əhəmiyyətinə görə Avropanın ikinci klublararası futbol turniri hesab edilən Avropa Liqasının finalı keçirildi. Maraqlıdır ki, uzun müddət ərzində ilk dəfə idi ki, beynəlxalq KİV, xüsusən də Britaniya mediasının diqqəti Bakıda idi. Dünya mediasının diqqətini cəlb etmək üçün reklamlara milyonlar xərcləmək yerinə, sadəcə bir oyunun Bakıda keçirilməsi kifayət imiş (hətta rəsmi rəqəmlərə görə Formula-1 bu qədər maraq cəlb edə bilmir).

Başqa tərəfdən Bakının oyun yeri kimi diqqət mərkəzinə düşməsi əsasən Azərbaycanda mövcud olan təhlükəsizlik və logistik problemlərlə bağlı idi. Nəticədə final yalnız oyun ilə yox, həmçinin bir sıra qalmaqallarla yadda qaldı (Mxitaryanın gəlməsindən tutmuş, britaniya azarkeşlərinə qədər və s.). Buna rəğmən, rəsmi məlumatlara görə, oyuna 300 milyona qədər insan baxmışdır (müqayisə üçün, sonuncu Formula-1 yarışlarına – 83 milyon).

Amma bizi daha çox bu oyunun iqtisadi əhəmiyyəti maraqlandırır. Digər idman tədbirlərindən fərqli olaraq, futbol sahəsi nisbətən şəffafdır və hökumətdən müstəqil olaraq fəaliyyət göstərir. Vaxtilə Azərbaycan məhz hökumətin futbola qarışması səbəbindən UEFA ilə problemlər yaşamışdı. Ona görə AFFA-nın fəaliyyəti, ən azı formal olaraq hökumətlə bağlı deyil. Ona görə, ölkə kimi biz bu oyuna minimum xərcləyib, maksimum qazana bilərdik. Alındımı? Məqalədə cavab axtarıdığımız sual da budur.

Birbaşa və dolayı gəlirlər

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakıda keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 milyon manat vəsait daxil olub. Ümumilikdə isə 680 milyon manatlıq iqtisadi qazanc əldə edilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir. Onların məlumatına görə, bu göstəricilər beynəlxalq kontekstdə media üzərindən əldə edilən dəyər, turistlərin xərcləmələri, çarter reyslərlə təyyarə parkına eniş edən təyyarələrə göstərilən xidmətdən əldə edilən gəlir, oyun ilə əlaqədar UEFA tərəfindən çəkilən xərclər və digər göstəricilər əsasında müəyyənləşdirilib.

Bu gəlirlərin böyük hissəsini dolayı gəlirlər təşkil edir. Rəsmi göstəricilərə əsasən, 300 milyona yaxın insan oyunu televiziya və internet üzərindən canlı izləyib. Mərkəz hesablayıb ki, əgər hökumət olaraq bu 300 milyon insana Azərbaycanın reklamını çatdırmaq istəsəydik, ölkə olaraq buna 505 milyon manat xərcləməli olacaqdıq. Biz isə bu vəsaiti xərcləmədən Azərbaycanı reklam edə bildik. Effektiv idimi bu reklam və ümumiyyətlə, insanlar Bakı haqqında 90 dəqiqə ərzində, hər hansı təsəvvür qazana bildilərmi? Bu suala cavab verilmir.

Ona görə əsasən insanları birbaşa gəlirlər maraqlandırır. Rəsmi məlumata görə, bu günlərdə Azərbaycana 175 milyon manat daxil olub (daxil olub anlayışı da bir qədər müəmmalıdır. Daxil olan adətən valyuta olur – o da bir qədər başqa cür hesablanır. Başqa tərəfdən, gündəlik olaraq Azərbayacana ixrac hesabına 97 milyon manat daxil olur. Bu göstərilən rəqəm isə hətta 2 gün üçün çox da yüksək hesab olunmur). Bu gəlir də bir neçə mənbə üzrə bölünür. Əsas hissəsi də deyilənə görə turistlərin hesabına formalaşıb.

Britaniyalılar gəldimi?

Final iştirakçılarının məlum olduğu gündən, meydana əsas problem kimi heç də Arsenal oyunçusu Mxitaryanın Bakıya gəlib-gəlməməsi deyil, ümumiyyətlə britaniyalıların gəlməsi məsələsi düşdü. Belə ki, Avropa Liqasının finalında iştirak edəcək hər bir klub (Arsenal və Çelsi) azarkeşlərinə 5801 bilet ayırıb. UEFA-nın məlumatına görə, 69870 yerlik stadionda xarici azarkeş və qonaqlar üçün 15 min yer ayrılıb. Onun da 6 mini hər klubun yeri və 3 mini qonaqlar təşkil edir. Başqa sözlə, klub azarkeşlərinə stadionun 16,6%-i ayrılıb. Əsas səbəb kimi də, Azərbaycanda logistik problemlər göstərilib. Belə ki, Bakı havalimanı gündəlik 25 min sərnişinə xidmət edə bilir (illik 9 milyon, amma 2018-ci ilin nəticələrinə görə sərnişinlərin sayı 4,4 milyon təşkil edib. Başqa sözlə, havalimanı 49,2% gücü ilə istifadə olunur). Bunu nəzərə alaraq, UEFA da gələn qonaqların sayının 15 mini keçməməsinə dair qərar verib. Bu da Britaniya mediasının narazılığına səbəb olub. Müqayisə üçün, 2018-ci ildə Avropa Liqası finalı Lion şəhərində keçirilib. Lion stadionu 59186 yerə malikdir və hər bir kluba 11552 bilet ayrılmışdı. Bu da stadionun 39%-ni təşkil edir. Ya da ingilis klubların iştirak etdiyi son final oyunu Moskvada 2008-ci ildə keçirilmişdi və oraya 42 min ingilis azarkeşi gəlmişdi.

Müqayisəli təhlil aparanda görə bilərik ki, keçən ilin finalının keçirildiyi Lionda havalimanı Bakıdan fərqlənmir. O da illik 10 milyon sərnişin qəbul etmək gücünə malikdir. Yəni havalimanı cəhətindən Bakı ciddi olaraq problem ilə qarşılaşmır. Sadəcə havalimanına alternativ yoxdur. Belə ki, Lionda gündəlik 140 min sərnişinə xidmət göstərən dəmir yolu stansiyası var. Hələ bura avtobus və digər nəqliyyat növlərini də əlavə etmək olar. Bakı  dəmiryolu stansiyası isə günə 6,8 min sərnişinə xidmət göstərir. Onların böyük hissəsi Sumqayıt sakinləridir. Bu nəqliyyat növündən istifadə etmək istəyən ingilislər ən azı Tbilisiyə çatmalıdırlar. Başqa tərəfdən, Bakıya ən yaxın havalimanı Qəbələdə yerləşir. O da bir qədər müəmmalı çalışır (deyəsən bir neçə istiqamətdə daimi və bir neçə istiqamətdə çarter reyslər var. Amma bu havalimanı barədə məlumatı Azərbaycanın özündə əldə etmək çətindir, qaldı ki xaricilərə) və eyni zamanda Qəbələdən Bakıya gün ərzində 7 avtobus yola çıxır (aeroportdan yox, məhz şəhərdən). Onlar da gün ərzində 280-350 nəfər daşımaq imkanına malikdir.

Buna görə də, ingilis mediası Bakını və Bakını final oyunu üçün seçənləri tənqid atəşinə tutdu. Nəticə etibarilə, Bakıya ingilislər gəldimi? İlk əvvəl məlum oldu ki, klubların azarkeşlərə satdığı Bakı paketləri (yol bileti, Bakıda qalma və stadion bileti) 1000 funt sterlinq (2200 manat) təşkil edir. Baha olduğundan bir çox azarkeş öz yolları ilə Bakıya çatmağı üstün tutdular.

ASAN Viza sisteminin tətbiqinə görə, final ilə bağlı gələn azarkeşlərin sayına dair müəyyən qədər dəqiq məlumat ala bilmişik. Rəsmi məlumata görə, UEFA Avropa Liqasının finalı üçün 12 min 628 əcnəbi vətəndaşa “ASAN Viza” verilib. Bu saya MDB ölkələrindən və Gürcüstandan finala baxmağa gələn insanlar daxil deyillər (onların sayı da az deyildi). Əcnəbi vətəndaşlar arasında əsas yeri britaniyalılar tutub. Onların ümumi sayı 4862 nəfər idi. Başqa sözlə 11602 biletdən yalnız 40% satılıb. Qalan biletlər qaytarılmışdı. Saya görə ikinci və üçüncü yerlərdə İran (1011) və Almaniya (668) vətəndaşları qərarlaşıb.

Yuxarıda qeyd etdiyimiz mərkəzin məlumatına görə isə ümumi olaraq bu dövrdə Bakıya 37,4 min turist gəlib. Düzdür, onlar dövrü dəqiqləşdirmirlər, çünki bir günə bu qədər insan Bakını ziyarət edə bilməzdi. Misal üçün, 2018-ci ildə gün ərzində Bakını orta hesabla 7,7 min turist ziyarət edirdi. Ona görə yuxarıda əks olunan rəqəmlər bir qədər qeyri-realistik görsənir. Azərbaycan Turizm Assosiyası (AzTA) sədrinin məlumatına görə isə Bakıya 20 min turist gəlmişdi. Bakıda 15 min mehmanxana yeri olduğunu nəzərə alsaq, tam dolum deməkdir.

Turistlər ilə bağlı Mərkəz daha bir maraqlı rəqəmi səsləndirib. Onların məlumatına görə, turistlər bu dövr ərzində Azərbaycanda 115 milyon manat xərcləyiblər. Hətta 37,4 min turist olduğu halda, bu rəqəmi əldə etmək üçün, hər bir turist ən azı 3074 manat xərcləməli idi (1,8 min dollar). Bu isə, bir qədər şübhəlidir. Ən azı reyslərin böyük hissəsi (bu barədə bir qədər sonra) xarici aviaşirkətlər tərəfindən həyata keçirilib və Azərbaycan bundan cüzi məbləğ qazanıb.

Eyni zamanda bəlli deyil, bu gəlirlərə nə daxildir. Misal üçün, yuxarıda qeyd etdiyimiz “Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin sədri N. Bağırov qeyd edib ki, “Bəzi otellərdə 5-7 dəfə bahalaşma var idi. Restoranlar da qiymətləri kəskin artırmışdı. Biz 4-5 nəfər qonaqla Fəvvarələr Meydanında gəzişən zaman restoranlardan birində oturmaq istədik. İşçilər dedilər ki, adambaşına 30 manat depozit ödənilməlidir”. Amma hətta bu üsullardan istifadə etsələr belə, adambaşı 3 min manat xərcləmək bir qədər çətindir. Fikrimizcə, buraya Azərbaycan vətəndaşlarının final ilə bağlı xərclədikləri vəsait də daxildir. Belə ki, şəhərdə yerləşmiş fan-zonalar, stadionda əldə olunan pivə və sendviçlərin əsas istehlakçıları yerli vətəndaşlar idi.

Yeri gəlmişkən, final oyununa baxmağa stadiona 51 370 tamaşaçı gəlmişdi. Stadionda 69370 nəfərlik yerin olduğunu nəzərə alsaq, TV-də stadion bir qədər boş görünürdü (bu da müəyyən qədər abı-havaya təsir edirdi). Bu boş yerlərin də böyük hissəsi ingilislərin oturduğu fan-zonalara aid idi. Amma bununla belə, Avropa Liqası oyunları arasında son 10 il ərzində, bu azarkeş sayına görə üçüncü finaldır. Bundan çox azarkeş yalnız 2012 və 2018-ci illərdə gəlmişdi (52347 və 55768). Yerli vətəndaşlar isə ən azı biletlərin alınmasına 2 milyon, stadionda müxtəlif içki və yeməklərin alınmasına isə 500 min manat xərcləyiblər (maraqlıdır ki, stadionların əsas gəlir mənbələrindən biri maşınların parkinqidir, amma bizdə böyük tədbirlər zamanı olduğu kimi bu dəfə də parkinq geniş kütlə üçün bağlı idi). Yəni heç bir halda 115 milyon manat yalnız xaricilər hesabına qazanc əldə etmək mümkün deyil. Ümumiyyətlə bu rəqəm bir qədər şübhəli görünür. Azərbaycanın tədiyyə balansına görə, 2018-ci ildə turistlər Azərbaycanda gün ərzində, orta hesabla 7,2 milyon dollar xərcləyiblər. Birdən birə bu xərclərin 5-10 dəfə artması inandırıcı deyil: ya Azərbaycana həddindən artıq varlı qonaqlar gəlmiş, ya da şəhərdə hardasa gizli kazino təşkil edilmişdi.

Ən çox qazananlar sırasına Bakı havalimanı da daxil ola bilər. Ən azı, mayın 30-u, gündəlik 25 min sərnişinə hesablanmış havalimanı, 164 reysə və 18 min insana (əlbəttə ki, yalnız azarkeşlər və final ilə bağlı gələnlərə yox) xidmət göstərib (orta hesabla 100 reysə və 12 min sərnişinə xidmət göstərə bilir).

Azal-ın qazancı

Yuxarıda qeyd etdiyimiz kimi, əsas tənqid atəşinə Bakı havalimanı tutulmuşdu. Havalimanının sahibi isə Azal QSC-dir. Bununla bağlı Azal-ın özü də tənqid olunmuşdu. Bir çoxları qeyd edirdilər ki, onların siyasətinin nəticəsidir ki, Azərbaycana gəlmək baha başa gəlir. Yeri gəlmişkən, bu bahalıq heç də zarafat deyil. Belə ki, Mərkəzin məlumatına görə, 108 əlavə çarter reysi üçün xidmət haqqı 687 min manatdan çox idi. Başqa sözlə bu, bir reysə 6361 manat edir. Orta olaraq bir reysə 200 sərnişin hesablasaq, bu adambaşı 18 dollar edir. Düzdür, bu dövrdə dünyanın ən böyük sərnişin təyyarəsi hesab olunan Airbus A380 də Bakıya gəlmişdi və ola bilər ki, xidmət haqqının heç də kiçik olmayan hissəsi məhz onunla bağlıdır. Amma ümumən, Kutaisidə bir bilet 18-35 dollara başa gəlir, bizdə isə aeroportun xidmət haqqı ən azı 18 dollardır. Buraya bir sıra digər xidmətlər (ödənişlər və s.) də daxil deyil.

Bəs sərnişin sayında ciddi dəyişiklik müşahidə olunubmu? Rəsmi statistikaya baxsaq, çox da ciddi dəyişiklik olmayıb. Belə ki, 2017-ci ilin mayında Bakı havalimanı 308 min sərnişinə xidmət göstərib, 2018-ci ilin mayında 321 min, 2019-cu ilin mayında isə 340 min. Yəni artım nisbətən norma çərçivəsindədir. Düzdür, ilin əvvəlindən Bakı havalimanından sərnişin dövriyyəsində azalma da müşahidə olunur və bu final sadəcə azalmanın qabağını alır. Eyni zamanda beynəlxalq aviareyslərdə 2017-ci ilin mayında 262 min insan daşınıb, 2019-cu ildə isə 300 min. Burada artım il ərzində bir qədər normadan yüksək idi və 8,3% təşkil etdi.

Bəs Azal-ın özü bundan birbaşa olaraq qazana bildimi? Məhz burada statistika göstərir ki, əsas qazanc xarici aviaşirkətlərin payına düşdü. Belə ki, 2018-ci ilin mayında Azal beynəlxalq marşrutlarda 96 min sərnişin daşımışdısa, 2019-cu ilin mayında rəqəm dəyişmədi. Rəqəm bir qədər yalnız Buta Airways üzrə dəyişib. Onlarda müvafiq göstəricilər 43 və 46,5 min təşkil edib. Bu da Buta-nın marşrut şəbəkəsinin artımı ilə izah oluna bilər. Başqa sözlə, 4 gün ərzində həyata keçirilmiş 600 reysin böyük hissəsi xarici aviaşirkətlərin hesabına düşüb. Azal isə buna yalnız havalimanı tərəfindən hazır idi. Ümumən isə öz qazanclarını artıra bilmədilər. Xarici aviaşirkətlər arasında əsas yeri “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi şirkətlər tuturdu.

Digər gəlirlər

Əldə olunan məbləğin qalan hissəsinə dair dəqiq məlumat verilmir. Qalan məbləğ isə heç də kiçik deyil – 59 313 min manat. Buraya UEFA və AFFA-nın xərcləri də daxildir. Amma bu xərclər hansı dövrü əhatə edir – xəbər verilmir. Belə ki, 2018-ci ildə UEFA stadionda turniketlərin quraşdırılmasına 1 milyon manata yaxın vəsait ayırmışdı. Mərkəz bizə yalnız xəbər verir ki, iqtisadi dəyərin 1,25 milyon manatdan çoxu Avropa liqasının final oyununun keçirilməsi üçün cəlb olunan işçilərin əmək haqları hesabına yaranıb. Maraqlıdır ki, Mərkəz rəhbəri 250 işçidən danışıb. Bu da adambaşı 5 min manat edir. Belə bir həftəlik əmək haqqının verilməsi bir qədər realistik görünmür. Fikrimizcə, orada daha çox işçi çalışırdı. Yalnız könüllülərin sayı 1300 nəfər idi. Onlardan başqa müvafiq sayda mühafizə, texniki işçilər və hətta satıcılar cəlb olunmuşdu. Bu isə 2-3 min işçi edir. Onların saxlanmasına 1,25 milyon manatın xərclənməsi elə də çox deyil.

Xərclər

Gəlirlər barədə müəyyən təsəvvür yarandı, bəs xərclər necə? Təəsüflər olsun ki, Azərbaycan hökuməti və müvafiq qurumlar xərclər barədə hesabat verməyi tələsmirlər. Rəsmən açıqlanan rəqəmlərdə ümumiyyətlə xərclər qeyd olunmayıb. Burada isə yalnız birbaşa xərclər 20 milyon manata kimi çatırdı.

Misal üçün, hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icraatı ilə bağlı rəyində qeyd olunur ki, “Maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir” birdəfəlik təyinatlı xərc Azərbaycan Futbol Federasiyası Assosiasiyası tərəfindən UEFA final oyununun keçirilməsinə 9,0 mln. manat ayrılmışdı. AFFA nümayəndəsinin sözlərinə görə, belə tipli birbaşa xərclər ən azı 7 milyon dollar (11,9 milyon manat) təşkil edib.

Bu xərclərdən başqa, Avropa Liqası fınalı dövründə polis və Bakı Nəqliyyatı Agentliyi (ən azı 450 avtobus çalışırdı, bu da kifayət qədər xərc deməkdir) gücləndirilmiş iş rejimində çalışırdılar. Bu isə əlavə iş saatlarının ödənişi deməkdir.

Yeri gəlmişkən, bu xərclərdən başqa qeyd etmək lazımdır ki, oyun zamanı satılan məhsulların böyük hissəsi idxal olunub. Ümumiyyətlə Azərbaycanda bütün suvenirlər idxal olunur. Bu isə heç də bütün gəlirin Azərbaycanda saxlanmasına imkan vermir. Yəni hər hansı əmtəənin turist tərəfindən Azərbaycanda alınması, hələ Azərbaycanda gəlirin saxlanmasına işarə etmir. Başqa tərəfdən, əgər rəsmi məlumatlar (175 milyon manata dair) reallığı əks etdirirsə, o zaman Azərbaycan nəsə qazana bilərdi. Təxmini olaraq ölkə, bu oyunun keçirilməsinə 20 milyon manata yaxın vəsait xərcləyib və əgər müvafiq gəlir əldə edilibsə, onun ən azı 20% ölkədə qalmalı idi. Qalıbmı? Bunu dəqiqləşdirmək çətindir. Lakin, bu rəqəmlər reallığı əks etdirmirsə, o zaman çətin ki, Azərbaycan bu oyundan nəsə qazanıb (stadion gəlirlərinin böyük hissəsi UEFA-ya çatır).

Bu arada isə Bakı Olimpiya Stadionu UEFA tərəfindən, aralarında “Allianz Arena”, “Aviva Stadium”, “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib. İndi bizim də beşulduzlu stadionumuz var…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör