Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək" Hökumətin trolları və primitiv media siyasətinə dair Qumarbaz yanılqısı Müasir incəsənət niyə belə anlaşılmazdır? Xankəndini ermənidən təmizləsəydik…
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Atəşkəs vaxtının düşüncələri

Sevda Sultanova Sevda Sultanova
., Vətən müharibəsi
10 Oktyabr 2020

Uzun illik jurnalistlik təcrübəmdə yazılarımda nə ermənifobiya yaradan, nə də qarşı tərəfi alçaldan kəlmələr işlətməmişəm. Müharibə getdiyi müddətdə sosial şəbəkələrdə erməni istifadəçilərinin (aralarında məmurlar da vardı) paylaşımlarını davamlı izləyirdim və Azərbaycanda erməni xalqı haqda çoxlarının gəldiyi qənaətin gerçəkliyinə bir daha əmin oldum. Ki, erməni xalqı Qarabağı işğal etməyinə rəğmən dərin natamamlıq, özgüvən və əziklik kompleksindən əziyyət çəkir, hər xırda təniqddən mövcudluğuna qarşı təhdid, şübhə, genosid illüziyası qurur, varolması üçün hər cür fəndə əl ataraq özünü rahatlıqla alçalda bilir. Üstəlik, müstəqil dövlət kimi yaşamağa hazır deyil.

İşğaldan azad olmuş torpaqlardan hazırlanan görüntülər isə deyir ki, burada 30 ilə yaxın müddətdə quruculuq işləri görülməyib, iqtisadi, sosial inkişaf, ümumiyyətlə sivil yaşayış yoxdur. Çünki nə vaxtsa azərbaycanlıların yenidən öz vətəninə sahiblənəcəyi əndişəsi onları heç bir halda rahat buraxmır.

Yaşananlar ermənilərin nə vaxtsa Qarabağda bizimlə birgə yaşayışını çətinləşdirsə belə, mümkünsüz də etmir. Mümkünlük üçün isə ən azı Azərbaycan tərəfi qabaqlayıcı, təhlükəsizlik tədbirləri almalıdır. Məsələn, Qarabağın hər kəndində müharibəni başlayan, qarşı tərəfin ədalətsizliyini simvollaşdıran çoxlu maddi abidələr (Xocalı abidəsi kimi) qoyulmalı, tarixi həqiqətlər erməni əsilli Azərbaycan vətəndaşlarının təhsil aldığı dilin dərsliklərinə salınmalıdır və s.

İndiki halda humanitar atəşkəs imzalansa belə, hadisələrin bundan sonra hansı ardıcıllıqla davam edəcəyindən asılı olmayaraq, bütün hallarda Sentyabr-Oktyabr müharibəsi Azərbaycanın böyük mənəvi üstünlüyünü, əzmkarlığını və döyüş ruhunun sarsılmazlığını (bilirəm, pafoslu səslənir, amma bu, ortadakı gerçəkləri dəyişmir) göstərdi.

Bununla belə müharibə getdiyi müddətdə müşahidə etdiyim bəzi məqamlar var ki, onları qeyd etməyi vacib sayıram.

Müharibə haqqında ən yaxşı filmlərdən biri, Larisa Şepitkonun “Восхождение” (1976) hərbi dramında müharibənin birmənalı şərh edilməsinin çətin ziddiyyələri göstərilir. Alman nasistlərinə əsir düşən iki partizandan biri Rıbak işgəncə və ölüm qorxusu səbəbindən zəruri məlumatları düşmənə ötürür. O, partizan yoldaşının edam aktında birbaşa iştiraka vadar edilir. Baş verənlərdən affekt vəziyyətinə düşən Rıbak anlayır ki, artıq onun üçün həyat bitib və sığına biləcəyi yer yoxdur. İki dəfə ayaqyolunda intihara cəhd göstərsə də, alınmır. Müəllif intiharın baş tutmamasıyla Rıbaka daha ağır cəza verir. Lakin digər tərəfdən təklif olunmuş şərait başqa məsələləri aktuallaşdırır: ölümə hazır ola bilmək iradəsinə hər kəsin reaksiyasının eyni olması mümkün deyil axı?! Müharibədə istənilən fərdi təcrübə universaldır və bundan başqa biz özümüz yaşamadığımız bu cür mürəkkəb vəziyyətləri nə qədər obyektiv dəyərləndirə bilərik?!

Sentyabr-Oktyabr müharibəsi də bəzilərimizi ziddiyyətli vəziyyətlərlə üz-üzə qoydu… Bugünlərdə sosial şəbəkələrdə yayılmış bir videoda əsir düşmüş erməni hərbçisinə “Qarabağ Azərbaycandır” şüarını məcburi dedirdən həmvətənlərimi anlayıram. İllərlə yığılmış qəzəbin, ədalətsizliyin, qarşı tərəfin qəddarlığının və cəzasızlığının nəticəsi olaraq qavrayıram. Lakin belə bir cəza növünü qəbul etməyənlər də az deyil və mən məhz bu mövqeyi dəstəkləyirəm. Ordu dövlətin, xalqın üzüdür və nə olursa olsun, belə bir alçaldıcı davranış orduda yayılmamalıdır. Müəyyən emosional fonun olması təbiidir, lakin bizim indi, bəlkə də heç vaxt olmadığımız qədər rasional, ayıq davranmaq öhdəliyimiz var. Qarabağı azad etmək, uğurlu diplomatiya – Ermənistana ən sərrast cavab yalnız budur. O yanası yoxdur. Erməni kimi davranmamaq, onun kimi olmamaq humanizm deyil. Bu, sadəcə özünə, haqlı mübarizənə və uğrunda mücadilə apardığın dəyərlərə hörmətdir.

Dediyim odur ki, ümumiyyətlə, xalqımız gərəksiz emosionallığı, gərəksiz səmimiyyəti ilə gördüyü haqlı işin plankasını çox vaxt aşağı salır. Bu, özünü Aznif Baqdasaryana münasibətdə də göstərdi. Birinci onu deyim ki, Müdafiə Nazirliyinin Mətbuat Xidməti işini bütün istiqamətlərdə peşəkar səviyyədə qurmalıdır. Əsgərlərimizin döyüş bölgəsində Baqdasaryanla qarşılaşması səhnəsi uğursuz docufiction kimi çəkilib. Kameranın qoyulduğu nöqtədən bəllidir ki, hadisə spontan lentə alınmayıb. Yəni qadınla əsgərlərimizin qarşılaşdığı anda yox, sonradan çəkilib ki, bu da epizodu səmimi etmir. Əhvalatı sadəcə reportaj janrında işləmək kifayət idi. İkincisi, mülki vətəndaşlara, əsirlərə qanun çərçivəsində münasibət göstərilməsi, mətbuat konfransının keçirilməsi vacibdir. Lakin bunu qutab, paxlava səviyyəsinə endirib hadisəni teatrallaşdıraraq aşırı qonaqpərvərliyimizi də bayağılaşdırmağa ehtiyac yox idi.

İnformasiya müharibəsində praktik iş görənlərdən biri “Amerikansayağı Bakı” facebook səhifəsidir. Burada gənclər əhəmiyyətli təbliğat qurdular və nəticədə bir qisim dünya şöhrətli məşhurlar Ermənistana dəstəklərini ifadə edən postlarını sildilər. Ancaq emosiyalara qapılıb, hansısa türk aşpazına, aktrisasına Qarabağı dəstəkləməsi üçün xahişlərlə (hələ, xahişlər də iqnor edilib) görülən işin plankasını aşağı salmaq nəyə lazım idi?! Üstəlik, Türkiyə dövləti və ictimaiyyəti ölkəmizi dəstəklədiyi halda.

Nizami Gəncəvi demiş, “Artıq içiləndə dərd verir su da”. Əlavə dərdlə yüklənməmək üçün emosiyalarımıza sahib olaq, özümüzə, eqomuza dəyər verək və güvənək.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021

Redaktorun seçimi

Statistik etüdlər

“Bir-iki bizimki” tamaşası barədə

Pandemia. Downshifting. Sağ radikal.

Polis haqqında hər şey

Hökumətin fiziki məhdudiyyəti

Müasir incəsənət niyə belə anlaşılmazdır?

Düşünmək üçün zaman – Abbas Atilay təqdim edir

Derek Volkot. Antillər: Epik yaddaşın fraqmentləri

Qara dəlik iki saatlıq nurlandı

Dövlət borcu: 100 il əvvəl və bu gün

Oblomov kimdir?

Hər şey yaxşıdırmı?

Azərbaycanda alkoqollu içki statistikasında saxtakarlıq

Garry Winograndın qadınları

Qoşulaq, qoşulmayaq?

Azərbaycan kinosunda kişi diskriminasiyası

H. Z. Tağıyevin əlli illik məişəti və cəmaətə xidməti

“Böyüt sat” prinsipi

Süni intellekt: Aktyor necə robota çevrildi

Xocalı qətliamı olduğu kimi

Dumanda azmış kirpi

Bernardin Evaristo. İnkluziv nəşrlərin əhəmiyyəti

Dağıstanda Azərbaycan dili

Evlənmək istəyənlər üçün təlimatlar

Bir maşın kubik və xalqın partiyası

Sülh: mümkünmü, mümkünsüzmü?

“Adamazon” – Gündüz Ağayev təqdim edir (18+)

Vaxt və pul – ikisi eyni anda bitməməlidir

Qlobal və qlobal olmayan məsələlər

Seymurun iyrəndiyi qan

Atəşkəs vaxtının düşüncələri

Sevda Sultanova Sevda Sultanova
., Vətən müharibəsi
10 Oktyabr 2020

Uzun illik jurnalistlik təcrübəmdə yazılarımda nə ermənifobiya yaradan, nə də qarşı tərəfi alçaldan kəlmələr işlətməmişəm. Müharibə getdiyi müddətdə sosial şəbəkələrdə erməni istifadəçilərinin (aralarında məmurlar da vardı) paylaşımlarını davamlı izləyirdim və Azərbaycanda erməni xalqı haqda çoxlarının gəldiyi qənaətin gerçəkliyinə bir daha əmin oldum. Ki, erməni xalqı Qarabağı işğal etməyinə rəğmən dərin natamamlıq, özgüvən və əziklik kompleksindən əziyyət çəkir, hər xırda təniqddən mövcudluğuna qarşı təhdid, şübhə, genosid illüziyası qurur, varolması üçün hər cür fəndə əl ataraq özünü rahatlıqla alçalda bilir. Üstəlik, müstəqil dövlət kimi yaşamağa hazır deyil.

İşğaldan azad olmuş torpaqlardan hazırlanan görüntülər isə deyir ki, burada 30 ilə yaxın müddətdə quruculuq işləri görülməyib, iqtisadi, sosial inkişaf, ümumiyyətlə sivil yaşayış yoxdur. Çünki nə vaxtsa azərbaycanlıların yenidən öz vətəninə sahiblənəcəyi əndişəsi onları heç bir halda rahat buraxmır.

Yaşananlar ermənilərin nə vaxtsa Qarabağda bizimlə birgə yaşayışını çətinləşdirsə belə, mümkünsüz də etmir. Mümkünlük üçün isə ən azı Azərbaycan tərəfi qabaqlayıcı, təhlükəsizlik tədbirləri almalıdır. Məsələn, Qarabağın hər kəndində müharibəni başlayan, qarşı tərəfin ədalətsizliyini simvollaşdıran çoxlu maddi abidələr (Xocalı abidəsi kimi) qoyulmalı, tarixi həqiqətlər erməni əsilli Azərbaycan vətəndaşlarının təhsil aldığı dilin dərsliklərinə salınmalıdır və s.

İndiki halda humanitar atəşkəs imzalansa belə, hadisələrin bundan sonra hansı ardıcıllıqla davam edəcəyindən asılı olmayaraq, bütün hallarda Sentyabr-Oktyabr müharibəsi Azərbaycanın böyük mənəvi üstünlüyünü, əzmkarlığını və döyüş ruhunun sarsılmazlığını (bilirəm, pafoslu səslənir, amma bu, ortadakı gerçəkləri dəyişmir) göstərdi.

Bununla belə müharibə getdiyi müddətdə müşahidə etdiyim bəzi məqamlar var ki, onları qeyd etməyi vacib sayıram.

Müharibə haqqında ən yaxşı filmlərdən biri, Larisa Şepitkonun “Восхождение” (1976) hərbi dramında müharibənin birmənalı şərh edilməsinin çətin ziddiyyələri göstərilir. Alman nasistlərinə əsir düşən iki partizandan biri Rıbak işgəncə və ölüm qorxusu səbəbindən zəruri məlumatları düşmənə ötürür. O, partizan yoldaşının edam aktında birbaşa iştiraka vadar edilir. Baş verənlərdən affekt vəziyyətinə düşən Rıbak anlayır ki, artıq onun üçün həyat bitib və sığına biləcəyi yer yoxdur. İki dəfə ayaqyolunda intihara cəhd göstərsə də, alınmır. Müəllif intiharın baş tutmamasıyla Rıbaka daha ağır cəza verir. Lakin digər tərəfdən təklif olunmuş şərait başqa məsələləri aktuallaşdırır: ölümə hazır ola bilmək iradəsinə hər kəsin reaksiyasının eyni olması mümkün deyil axı?! Müharibədə istənilən fərdi təcrübə universaldır və bundan başqa biz özümüz yaşamadığımız bu cür mürəkkəb vəziyyətləri nə qədər obyektiv dəyərləndirə bilərik?!

Sentyabr-Oktyabr müharibəsi də bəzilərimizi ziddiyyətli vəziyyətlərlə üz-üzə qoydu… Bugünlərdə sosial şəbəkələrdə yayılmış bir videoda əsir düşmüş erməni hərbçisinə “Qarabağ Azərbaycandır” şüarını məcburi dedirdən həmvətənlərimi anlayıram. İllərlə yığılmış qəzəbin, ədalətsizliyin, qarşı tərəfin qəddarlığının və cəzasızlığının nəticəsi olaraq qavrayıram. Lakin belə bir cəza növünü qəbul etməyənlər də az deyil və mən məhz bu mövqeyi dəstəkləyirəm. Ordu dövlətin, xalqın üzüdür və nə olursa olsun, belə bir alçaldıcı davranış orduda yayılmamalıdır. Müəyyən emosional fonun olması təbiidir, lakin bizim indi, bəlkə də heç vaxt olmadığımız qədər rasional, ayıq davranmaq öhdəliyimiz var. Qarabağı azad etmək, uğurlu diplomatiya – Ermənistana ən sərrast cavab yalnız budur. O yanası yoxdur. Erməni kimi davranmamaq, onun kimi olmamaq humanizm deyil. Bu, sadəcə özünə, haqlı mübarizənə və uğrunda mücadilə apardığın dəyərlərə hörmətdir.

Dediyim odur ki, ümumiyyətlə, xalqımız gərəksiz emosionallığı, gərəksiz səmimiyyəti ilə gördüyü haqlı işin plankasını çox vaxt aşağı salır. Bu, özünü Aznif Baqdasaryana münasibətdə də göstərdi. Birinci onu deyim ki, Müdafiə Nazirliyinin Mətbuat Xidməti işini bütün istiqamətlərdə peşəkar səviyyədə qurmalıdır. Əsgərlərimizin döyüş bölgəsində Baqdasaryanla qarşılaşması səhnəsi uğursuz docufiction kimi çəkilib. Kameranın qoyulduğu nöqtədən bəllidir ki, hadisə spontan lentə alınmayıb. Yəni qadınla əsgərlərimizin qarşılaşdığı anda yox, sonradan çəkilib ki, bu da epizodu səmimi etmir. Əhvalatı sadəcə reportaj janrında işləmək kifayət idi. İkincisi, mülki vətəndaşlara, əsirlərə qanun çərçivəsində münasibət göstərilməsi, mətbuat konfransının keçirilməsi vacibdir. Lakin bunu qutab, paxlava səviyyəsinə endirib hadisəni teatrallaşdıraraq aşırı qonaqpərvərliyimizi də bayağılaşdırmağa ehtiyac yox idi.

İnformasiya müharibəsində praktik iş görənlərdən biri “Amerikansayağı Bakı” facebook səhifəsidir. Burada gənclər əhəmiyyətli təbliğat qurdular və nəticədə bir qisim dünya şöhrətli məşhurlar Ermənistana dəstəklərini ifadə edən postlarını sildilər. Ancaq emosiyalara qapılıb, hansısa türk aşpazına, aktrisasına Qarabağı dəstəkləməsi üçün xahişlərlə (hələ, xahişlər də iqnor edilib) görülən işin plankasını aşağı salmaq nəyə lazım idi?! Üstəlik, Türkiyə dövləti və ictimaiyyəti ölkəmizi dəstəklədiyi halda.

Nizami Gəncəvi demiş, “Artıq içiləndə dərd verir su da”. Əlavə dərdlə yüklənməmək üçün emosiyalarımıza sahib olaq, özümüzə, eqomuza dəyər verək və güvənək.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel