Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Abort haqqının müxtəlif hüquq sistemlərinə görə müqayisəsi

Şəhla Cəlilzadə Şəhla Cəlilzadə
., Gender
10 Yanvar 2021

Bu məqalədə abort haqqının praktiki və hüquqi olarak necə gerçəkləşdirildiyini, xüsusilə Azərbaycan və dünya nümunələrini qarşılaşdıraraq analiz edəcəyəm. Aborta sərt qadağaların da, tamamilə liberal azadlıqların da eyni şəkildə fərqli yönlərdən problemlərə səbəb olduğunu nəzərə alaraq bu məsələdə “qızıl orta”nın tapılmasının vacibliyini önəmlə qeyd etmək istəyirəm.

Dünyada abort haqqının tətbiqi

Abort ən qədim zamanlardan günümüzədək əsasən qadağan olunmuş bir hərəkət olub, müxtəlif cəza tədbirləri ilə cəzalandırılmışdır. İlk dəfə 1924-cü ildə SSRİ-də abort komissiyası yaradılmış və abort haqqı hüquqi olaraq rəsmiləşdirilmiş, beləliklə qadınların istədiyi zaman abort etməyinə izn verilmişdir. Bu haqqın verilməsi nəticəsində sadəcə 1934-də 700 min abort həyata keçirilmiş və bu “göz qorxudan” rəqəmlər 1936-1955 illəri araasında (Stalin dövründə) tibbi ehtiyac olmadan abort həyata keçirilməsinin qadağan edilməsinə gətirib çıxarmışdır. Sovet İttifaqında 1987-ci ildə qəbul edilən qanuna görə əgər hamiləlik qadının həyat və sağlamlığı üçün təhlükə yaradarsa, hamiləlik zamanı qadının əri həyatını itirərsə, qadının artıq 5-dən çox uşağı varsa, doğulacaq uşaq əlil isə, yalnız bu şərtlərdə qadın hamiləliyinə son verilməsi üçün abort haqqından istifadə edə bilərdi.

SSRİ-də abort haqqının rəsmiləşməsindən sonra digər dünya dövlətlərində də bu qanun tətbiq olunmağa başladı. 1996-2013-cü illər arasında aborta izn verən dövlətlərin sayı artmış, 2013-cü il etibarilə dünyadakı dövlətlərin 97%-i ananın həyatının qurtarılması məqsədilə, 75%-i ananın sağlamlığını təhdid edən hər hansı hadisənin qarşısının alınması məqsədilə vəya doğulacaq uşaqda hər hansı əlillik varsa, 33%-i isə sosial və iqtisadi səbəblərlə aborta izn verir. Lakin bununla belə dünyada hələ də qadınların abort haqqını tamamilə qadağan edən dövlətlər qalır. Məsələn, Surinam, Honduras, Nikaraqua, Dominikan kimi Amerika ölkələri, Malta (de yure izn verilsə də praktiki olaraq izn verilmir və hətta qadının istəyi/razılığı olsun-ya olmasın 18 aydan 3 ilədək həbs cəzasını nəzərdə tutur) və Vatikan kimi Avropa dövlətləri, Filippin, Laos, İraq kimi Asiya dövlətləri və Misir, Mavritaniya, Seneqal, Sierre-Leone, Konqo, Anqola və Madaqaskar kimi Afrika dövlətlərində abort, səbəbindən asılı olmayaraq, tamamilə qadağandır. Fillipində abort hüquqi olaraq qadağan olsa da, Dünya Səhiyyə Təşkilatının məlumatına görə burada hər il 500-600 yüz min abort qeyri-leqal şəraitdə həyata keçirilir. Məhz bu cür qeyri-leqal şərait burada hər il 90-100 min qadının xəstəxanaya düşməsinə və onlardan ən azı min nəfərin bu səbəblə həyatını itirməsinə səbəb olur. Çili 2017-ci ilədək abortu tamamilə qadağan etsə də, daha sonra tibbi sağlamlıq və zorlanma səbəblərilə aborta izin vermişdir. İrlandiya 2013-cü ildə abort qanununa dəyişiklik edərək izn verdikdən sonra, bu gün Avropa İttifaqı ölkələrindən yalnız Maltada abort qadağan olaraq qalır (belə ki, Vatikan Aİ üzvü deyil). Məsələn abortun cəzası Maltada 18 aydan 3 ilədək həbsdir. Bəzi ölkələrdə isə abort tamamilə leqaldır. Bu ölkələrə əksər Aİ ölkələri (Maltada tamamilə qadağandır, Polşada isə qadının həyatı və sağlamlığının qorunması halı istisna, qadağandır), Çin, Sinqapur, Monqolustan, Kuba, Argentina, Uruqvay, ABŞ, Kanada, Avstraliya, Cənubi Afrika Respublikası, Mozambik və keçmiş SSRİ ölkələri, o cümlədən Azərbaycan daxildir.

İnkişaf etmiş və inkişafda olan ölkələrin abort haqqının müqayisəsi zamanı görə bilərik ki, birinci qrupdakı dövlətlərin 82%-i sosial və iqtisadi səbəblərlə aborta izn verdiyi təqdirdə, ikinci qrupdakı dövlətlərin yalnız 20%-i sosial və iqtisadi səbəblərlə qadınlara bu haqqı tanıyır. Abort haqqının qadağan olduğu ölkələrdə doğum səviyyəsi daha yüksəkdir. Lakin buna baxmayaraq demək olar ki, eyni ölkələrdə təhlükəli şəraitlərdə qeyri-leqal abortlar həyata keçirildiyi üçün qadınların ölüm səviyyəsi üç qat daha artıqdır. Məsələn BMT-nin məlumatına görə 2013-də abortun qadağan olduğu vəya məhdudlaşdırıldığı ölkələrdə hər 100 min doğumdan 223-ü ananın ölümü ilə nəticələndiyi halda, liberal abort siyasətinin həyata keçirildiyi ölkələrdə bu rəqəm 100 min doğum üçün 77 olaraq qeydə alınmışdır. Abortun qadağan olduğu bəzi ölkələrdə isə qadınlar bunun üçün digər ölkələrə gedirlər.

Bildschirmfoto 2021-01-10 um 17.21.04

  1. Prohibitied Altogether – abortun tamamilə qadağan olduğu ölkələr[1].
  2. To save the woman`s life – yalnız qadının həyatının qurtarılması məqsədilə aborta icazə verən ölkələr.
  3. To preserve health – qadının sağlamlığının qorunması məqsədilə aborta icazə verən ölkələr.
  4. Broad social and economic grounds – aborta geniş sosial və iqtisadi səbəblərlə (lakin hər zaman deyil) icazə verən ölkələr.
  5. On request (gestational limits vary) – Sadəcə istək/müraciət üzərinə aborta icazə verən ölkələr (abort üçün hamiləlik müddəti tələbi ilə bağlı limitlər fərqlənir).

Xəritədən də göründüyü kimi Azərbaycan 5-ci qrup ölkələr arasında yer alır.

Azərbaycanda abort haqqı

Azərbaycan SSRİ-i tərkibində olduğu üçün ittifaqda tətbiq olunan abort haqqı təbii olaraq Azərbaycanda da tətbiq olunmağa başlamışdır. Odur ki, 1933-1955-ci illər arasındakı müəyyən istisna və qadağalar nəzərə alınmazsa, Azərbaycanda uzun müddətdir abortun bütün şərtlərdə leqal olduğunu deyə bilərik. Azərbaycan abort məsələsində ən liberal siyasət yürüdən dövlətlərdən biridir. Normalda ölkədə təbii şəkildə 100 qıza 105 oğlanın doğulması müşahidə olunurdu. Lakin son illər selektiv abortların sayı artdığı, ailədə oğlan uşağına üstünlük verildiyi üçün 100 qıza 117 oğlan düşdüyü bir vəziyyətlə qarşı-qarşıyayıq. Bu vəziyyət günümüz etibarilə Azərbaycan üçün bir problem hesab edilə bilər. Xüsusilə əvvəlki illərin statistikası ilə müqayisə etdiyimiz zaman vəziyyətin get-gedə pisləşdiyini görürük. Məsələn, Dövlət Statistika Komitəsinin illik hesabatlarına baxdığımızda görə bilərik ki, 2015-ci ildə ölkədə 18 yaşına qədər uşaqlardan 1,4 milyon nəfəri oğlan, 1,2 milyon nəfəri qız idisə (oğlanların sayı qızların sayından 12% daha çox), 2017-ci il statistikasında 25-29 yaş arası oğlanların sayı 470 min, qızların sayı 471 min, 20-24 yaş arası oğlanların sayı 436 min, qızların sayı 406 min, 15-19 yaş arası oğlanlar 351 min, qızlar 312 min, 14 yaşlı oğlanların sayı 67 min, qızların sayı 59 min olmuşdur.

Anlaşıldığı kimi yeni doğulan uşaqlar arasında oğlanların sayı qızlardan ciddi şəkildə daha çox olub, say müqayisəsi dünya səviyyəsindən artıqdır. Lakin konstitusiya və cinayət məcəlləsi abort etdirənlər üçün hər hansı cəza tədbirini nəzərdə tutmur. Konstitusiyamızın 27-ci maddəsi hərkəsin yaşama haqqı var deyərək insanların ana bətnində olduğu andan deyil, doğulduğu andan bu haqqa sahib olduğunu iddia edir. Məsələn Türkiyədə bu belə deyil və Türk Cəza Qanunun 99-cu maddəsinə görə uşağın ana bətninə düşdüyü andan etibarən hüquqlarının və yaşam haqqının qorunması təmin olunur.

81660817foster-1100x539

Abort ilə bağlı Azərbaycanın Cinayət Məcəlləsinin yalnız 141-ci maddəsində müəyyən müddəalar yer alır. Lakin bu müddəalar da ana bətnindəki uşağın deyil, ananın haqlarının təmin olunmasını ehtiva edir. Bu müddəalara görə yalnız həkim tərəfindən xəstəxana şəraitindən kənar məkanlarda abort etmə (200 manatadək pul vəya 6 ayadək islah işləri cəzası), professional olmayan şəxs tərəfindən abort etmə (300 manatadək pul vəya 80-200 saat arası sosial və islah işləri cəzası), abort zamanı ehtiyatsızlıq səbəbilə qadının sağlamlığına ziyan vurma (300-500 manat arası pul vəya 2 ilədək islah işi vəya 1 ilədək vəzifə tutmaq və müəyyən işlərdə çalışmaq hüququndan məhrumetmə vəya 1 ilədək həbs cəzası), abort zamanı ehtiyatsızlıq səbəbilə qadının ölümünə səbəb olma (3 ilədək vəzifə tutmaq və müəyyən işlərdə çalışmaq hüququndan məhrumetmə və 5 ilədək həbs cəzası) kimi hallar qanunla cəzalandırılır. Ana bətnində olan körpə ilə bağlı Azərbaycanda qorunan haqq sadəcə onun mülkiyyət haqqıdır. Yəni Mülki Məcəllənin 25-ci maddəsi ilə ana bətnində olan körpənin mülkiyyət haqqı təmin olunsa da, Konstitusiya vəya Cinayət Məcəlləsi ilə onun yaşama haqqı qorunmur.

Ümumiyyətlə Azərbaycanda qadınların 0-12 həftəlik müddətdə istənilən səbəblə, 12-22-ci həftəlik müddətdə sosial-iqtisadi səbəblərlə, 22 həftədən sonra isə tibbi və sağlamlıq səbəbləri ilə hamiləliyinə son vermək haqqı tanınır. Hətta bu məsələdə sadəcə qadının istəyi yetərli olur. Türk cəza qanununda isə nəinki sadəcə qadının istəyi yetərli olmayıb, həm də buna görə sərt cəza tədbirləri nəzərdə tutulur. Məsələn Türkiyədə qadın hamiləliyinin 10-cu həftəsinə qədər ya ərinin, ya da valideynlərinin razılığı olmadan abort edə bilməz. 10-cu həftədən sonra isə yalnız tibbi səbəblərlə aborta icazə verilir. Qanunsuz şəkildə abort edənlərə isə sərt cəza tədbirləri tətbiq olunur. Məsələn Türkiyədə qadının istəyi olmadan onu abort etməyə məcbur edən kişiyə 5-10 il arası həbs cəzası verilə bilər. Qadının istəyi (razılığı) olsa belə hamiləliyin 10 həftədən artıq müddətində abort həyata keçirilərsə, abort qadının sağlamlığının pozulması və ölümü ilə nəticələnərsə cəza müddəti daha da artırıla bilər. Hətta 10 həftədən artıq müddətdə qadın istəyi ilə abort etdirərsə, onun özü də 2-4 il arası həbs cəzasına məruz qala bilər.

Göründüyü kimi, ölkədən-ölkəyə aborta fərqli yanaşma tərzi mövcuddur. Hətta ABŞ-ın bəzi ştatları abortu qadağan edib. Məsələn, 2019-cu ildən etibarən Georgia, Kentukki, Ohio, Missisipi və Luiziana kimi ştatlarda hamiləliyin 6-cı həftəsindən sonra (bu vaxta qədər heç bəzi qadınlar hamilə olduğunun fərqində belə olmaya bilər) abort qadağandır. Alabamada da bu qadağa qəbul olunmuş, lakin kütləvi etirazlar nəticəsində qanun tətbiq olunmamışdır. Hətta 2020-ci ilin bu sahədə dönüş ili olacağı, abortun federal səviyyədə qadağan olunacağı ehtimalları müzakirələrə çıxarılmışdı.

Qadınlara abort haqqının verilməsi öncə nə üçün bu haqqı tələb etdiyinə bağlıdır. Qadınlar öz bətnində olan varlığı önəmsəmədiyinə görə deyil, tam əksinə son dərəcə önəmsədiyinə görə abort edirlər, çünki doğulacaq uşağa yaxşı bir həyat verə bilməmək, yaxşı bir ana ola bilməmək kimi narahatlıqları mövcud olur. Eyni yanaşma tərzi insanların yaşama haqqına da münasibətdə keçərlidir. Məsələn insan sağlam şəkildə yaşaya və həyat fəaliyyətini davam etdirə bilmirsə bəziləri onların evtanaziya haqqından istifadə etməsini təbii haqq hesab edir. Lakin bu yanaşma nə qədər doğrudur?! Məsələn çox sayda uşaq dünyaya gətirən, lakin onlara heç bir normal həyat şəraiti təmin etməyən valideynlər və onların uşaqlarının həyatından bəhs edən Capernaum filmində belə bir dialoq keçir:

802full-capernaum-poster

“-Sən nə üçün valideynlərini məhkəməyə vermək istəyirsən?

-Məni dünyaya gətirdikləri üçün.

-Sən onlardan nə istəyirsən?

-Onların daha dünyaya uşaq gətirməmələrini istəyirəm. Uşaqlarını normal böyütmək və onlara yaxşı həyat vermək qabiliyyəti olmayan böyüklər uşaq sahibi olmamalıdırlar.”

Əgər valideynlərdən ən azı biri uşağa normal həyat şəraiti təmin edə bilməyəcəksə (yaşayacağı qida, geyim, təhsil, yaşayacaq məkan kimi fiziki və eyni zamanda mənəvi təminat), yaxud uşaq dünyaya gələndən sonra onu uşaqlar evinə vəya həyatın burulğanına təkbaşına tərk edəcəksə, o zaman bu uşağı dünyaya gətirməyin mənası nədir?! Həm də abortun qeyri-leqal olduğu yerlərdə gizli şəkildə həyata keçirilən abortlar qadın sağlamlığının və həyatının zədələnməsi ilə nəticələnə bilir. Məhz bu səbəblər nəzərə alınaraq abort haqqının leqal olması və müəyyən şərtlər daxilində tətbiqinə izn verilməsi lazımdır. Lakin bundan sui-istifadə olunması da neqativ halların yaranmasına gətirib çıxarır. Bu baxımdan selektiv abortların tamamilə qadağan olunmasını məsləhət görürəm. Həm də ana bətnində olsa da bir canlıdan və onun məhv olunmasından söhbət gedir. Axı, onun da ürəyi var. Hətta 6-8-ci həftəsinə qədər ultrasəs müayinəsində ürək döyüntüsü eşidilməsə belə, onun ürəyi döyünür. Adi kəpənəyi belə incitməyə qıymayan qadın, ürəyi döyünən gələcək övladının məhvinə necə razılıq verir?! Odur ki, abortların qarşısını almaq üçün qadınlar arasında maarifləndirmə işləri artırılmalı, onlara hamiləlikdən düzgün qorunma üsulları haqqında daimi olaraq məlumat verilməli, beləliklə istənməyən hamiləlikdən qurtulmaq məcburiyyətində qalmalarının qarşısının alınmasına yardım edilməlidir.

[1] https://reproductiverights.org/worldabortionlaws

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Redaktorun seçimi

Amerikanın Lermontovu

Beş günlük müharibə

“Gəlmə” və “yerli” xalqlar

Suda boğulan uşağın zədələnmiş beyin toxuması bərpa edilib

Səidə Haqverdiyeva: “Qoxu gəlsə də burnunu tutmursan”

Hərb və Sülh – 2

Post-müharibə dövrünün kinematoqrafı

Şerloklar ekranda

Evdəki allah

Dənizdə itmək

Kiçik hadisələrin böyük mahiyyəti haqqında

Rus dili – miras, yoxsa anoxronizm?

Putin Qərbin dostudur

Çibanian, bu andan

Biznesdə kitabların yazmadığı şeylər – II Hissə

Afaq Bəşirqızı haqlıdırmı?

Mənfidən sıfıra

Qazı alınan dünya

Təcavüz – qadınların cinsi fantaziyası kimi

Nifrət dili

Kitabxanalardan kababxanalara

Vivianın kvadrat Nyu-Yorku

Nənəmin konspirologiya nəzəriyyəsi

Xüsusi insan tipi

Aclıq – Firudin Allahverdi

Feminizmin liberal zərurəti

Ermənini axıra qədər qovmaq

Ehramları necə tikirdilər?

“Bakirə intiharlar” və identiklik sorağında

Vüqarın landşaft və arxitekturası

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel