Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

3D siyasət

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
07 İyun 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Politicians mega pack 3d model low poly animated rigged obj mtl fbx ma mb unitypackage prefab mat
Paylaş

Müasir dövrdə sosial şəbəkələr seçki təbliğatı və təşviqatının ən fəal, hətta demək olar həlledici vasitəsinə çevrilib. Bu ən çox özünü Azərbaycan kimi TV-yə inamın itdiyi (dünyada TV-nin nüfuzu çox düşüb), passiv tamaşaçı rejimində yaşanılan ölkələrdə özünü göstərir. Senzura, daha çox özünüsenzuranın tamaşaçıda öldürdüyü inam bir kənara qalsın, rəqamsallıq və sosial şəbəkələrin ümumi qlobal dominantlığı bir dünya gerçəyidir. Virtual təbiətinin çevikliyinə görə sosial media imkan verir ki, realda zəif parametrləri olanlar belə, güclülərlə rəqabətə girə bilsin. Bu, ənənəvi medianın əksidir.

Sosial şəbəkələr seçicilərlə ünsiyyətin mahiyyətini dəyişdiyindən, siyasət də müasir texnologiyalara adaptasiya olaraq dəyişib. Dəyişən dil və metodları əyani görmək çətin deyil: İstənilən geniş auditoriyaya sürətli və ani çıxış, seçicilərin şəxsi rabitə sisteminə “yad” ünsiyyətlərin inteqrasiyasını təmin etmək, habelə paylanılan mənfi və saxta, xüsusilə vacib mesajların seçicilərin özləri tərəfindən paylaşılma, göndərilmə imkanı və s. 

Bundan əlavə, seçicinin virtual da olsa evdə oturub çay içə-içə seçmək istədiyi namizəd ilə ünsiyyəti ola bilər. Paylaşılan postlara yazılan rəylər diqqət çəkir. Həmçinin yeni sistemdə səsinin olduğuna inanan seçicinin özü tərəfindən müasir imkanlarla ictimai rəyin dəyişməsinə məhz yazdığı rəylərlə az da olsa təsir imkanı, ümumi vəziyyəti daha cəlbedici edir.

Fəal auditoriya yeni bir fenomen ilə qarşı-qarşıyadır. Bundan əvvəl tamaşaçı passiv bir alıcı idi. Sosial şəbəkələr siyasəti “ev” halına gətirir, çünki həm təşviqat yaradıcıları, həm də istifadəçilər özləri üçün vacib olan bu xüsusiyyətlərini təkrarlayırlar. Seçicilər televiziya və yoldakı reklam lövhələrinin təsiri ilə deyil, virtual dünyanın gətirdiyi “geniş azadlıq” şəraitində seçmək haqqına malik olmaq istəyir, olurlar da.

Sosial şəbəkələr, seçicilərin müəyyən bir qrupunun əsasən nələri eşitmək istədiklərini, səs vermə istəklərinin artma ya da azalma təsirlərini, eyni zamanda dəstək və nüfuz qazanmağın virtual (xəyali də demək olar) baza formullarını və bütün bunların təşviqat kampaniyasında necə işlək və maraqlı olduğunu şəxsən göstərməyə imkan verir. Bu siyasətçilərə vacib üstünlüklər qazandırır. Misal üçün hadisələrə ani reaksiyaların gəlməsi. Nümunə kimi Donald Trumpın tvitlərini göstərmək olar. Həmin tvitlər təkcə sosial mediada yox, ümumi dünya mətbuatında da müzakirələrə səbəb olur.

Oxşar situasiya Azərbaycan üçün də keçərlədir. Hər hansı dövlət məmurunun, müxalifət liderlərinin, hətta müğənni və idmançıların belə ictimai, siyasi paylaşımları uzun müddət gündəmin əsas müzakirə mövzusu olur.

Yuxarıda “fəal audioriya” ifadəsini işlətdim. Həmin fəal auditoriya siyasətlə maraqlanan, siyasiləşmiş insanlar qrupudur. Əlbəttə onlar azlıq təşkil edir və öz aralarında mütəmadi qütbləşmə və bölünmə yaşayırlar. Bu xoşagələn vəziyyət sayılmasa da, ondan qorxmağa və fəallıqdan çəkinməyə lüzum yoxdur. Onsuz da dünya nümunəsində də aşağı-yuxarı bu belə formalaşıb. Əsas fəallıq və dəyişikliyi yaradan məhz cəmiyyətin 10 faizinin təsiri ilə təşkil olunur. Həmin 10 faiz lokomotiv rolunu oynayır və ocağı qızışdıran və yanan alovun miqyasını genişləndirən insan qrupu olur.

İndi sosial media vasitəsi ilə öz siyasətçi platformasını yaradan və diqqət çəkmək istəyən şəxs ənənəvi soyuqqanlı duruşu, möhkəm və zəhmli görünüşü ilə imic yarada bilməz. Onun hansısa obyektin açılışında qırmızı lent kəsməsi də cəzbedici olmur. Bunlar artıq keçmişdə qaldı. Adamlar banallıqdan beziblər, günümüzdə interaktivlik psixoloji olaraq, daha doğrusu əhval-ruhiyyədə tonallığı yox, koloritliyi üstün tutur. Unutmaq lazım deyil – rənglər diqqət çəkir.

Bu xüsusda rəngarənglik isə xalqı yaxşı tanımaqla bərabər, onun istədiyi şeyləri dilə gətirməklə, həmçinin İnstagramın, Facebookun canlı yayım imkanlarından istifadə etmək, yaxşı yumor hissinə malik olmaq və məhz elə virtual imkanlardan istifadə edib sadə, hərdən də mürəkkəb fiqur kimi təzadlı şeylərlə yadda qalmaq vacibdir. Paradoks insanları çaşdırmaqla bərabər, cazibə yarada bilmək imkanına malikdir.

Hətta sən canlı olmaya da bilərsən, əsas odur canlı məsələlərə, canlı ürəklərə toxun. Təzadlı səslənir, bilirəm. İctimai Televiziyada bir müddətdir “3D” verilişi fəaliyyətə başlayıb. Verilişin aparıcısı elə 3D animasiyası ilə hazırlanmış şərti aparıcı Dadaş Dadaşlinskidir. Verilişə məşhur şəxslər, əsas etibarı ilə siyasətçilər, idmançılar, biznesmenlər, hətta ara-sıra ictimai fəallar da dəvət olunur. Veriliş interaktiv müsahibə şəkilində olur. Dadaş Dadaşlinski sosial şəbəkələrdə də məşhurdur və ictimai rəyə təsir imkanına malikdir.

“3D” verilişi Netflix-in istehsal etdiyi “Black Mirror” serialının 2ci sezonun 3-cü seriyası “The Waldo Moment”-i xatırladır (bizimkilər ideyanı ordan götürə bilərlər). Waldo gecə tok-şousu (late night) janrındakı verilişinin Waldo adlı göy ayı şəkilində olan animasiya personajıdır. O, verilişinə gələnlərdən müsahibə götürür, onları çətin suallarla “divara sıxışdırır“, trollayır və hətta təhqir etməkdən də çəkinmir. Verilişin qonaqları əsasən siyasətçilər və ictimai xadimlər olur. Göy ayının apardığı veriliş özünəməxsusluğuna, cəsarətli danışıqlara və qalmaqallı suallara görə xeyli məşhurluq qazanır.

Waldo personaj olaraq şən, etirazçı və yumoristik biri kimi seçilsə də onun rolunu canlandıran, səsləndirən Jamie Salter həyatdan narazı, həm də pessimist xarakterin sahibi olur. Bir müddət sonra tok-şou o qədər məşhurluq qazanır ki, verilişin prodüseri Waldoya yerli seçkilərdə iştirak etməyi təklif edir. Beləliklə, göy ayı özündən başqa 3 nəfər ilə ölkə Prezidenti olmaq uğrunda seçki mübarizəsinə başlayır. Seçki kampaniyası vaxtı öz təbliğat və təşviqatını TV və sosial mediyadan başqa, əsasən böyük ekrana məxsus furqon avtomobil vasitəsi ilə edən Waldo, burda da özünə qarşı böyük maraq və diqqət qazana bilir. Mult-personajın mühafizəkarlar partiyasından namizəd olan əsas rəqibi Liam Munro ondan qaçmağa çalışsa da alınmır. Munronun öz seçiciləri ilə görüşdüyü ictimai yerlərdə gözlənilmədən peyda olan furqonun ekranı anidən işıqlanır və orda üzə çıxan göy ayı gurultulu səslə öz rəqibini tənqid və təhqir edərək nüfuzdan salmağa başlayır. Süjetin necə sonlandığını yazmayacağam. Bəlkə baxmaq istəyənlər olar.

Beləliklə, Waldonun digər namizədlər ilə kobud zarafatı və onlara lağ eləməsi özünün reytinqinə çox yüksək təsir edir. Əksər müşahidəçilər və tənqidçilər, əsas da “The Washington Post” kimi ictimai rəyi formalaşdıran qəzet bu seriyanı ABŞ Prezidenti Donald Trumpın seçki kampaniyası ilə müqayisə elədilər. Hətta seçki gecəsi Trumpın qələbəsi aşkar olanda “Black Mirror” öz Twitter hesabından belə bir tvit paylaşdı:

                                             “Bu epizod deyil. Bu marketinq deyil. Bu reallıqdır.”

Bəli, siyasət ənənəvi qiyafədən çıxıb. Təkamül də sürətini artırıb. Biz radikal dəyişikliklər görməkdəyik. Yeni texnologiyalardan maksimum yararlanmaq istifadəçiyə nüfuz və reytinq gətirir. Ona görə seçkiləri boykot eləmək yox, onu özünəməxsus şəkildə öz xeyirinə çevirib istifadə eləmək və xalqı siyasiləşdirmək lazımdır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör