Colin O’Brady, 33 yaşlı amerikalı səyahətçidir. O tarixdə ilk insandır ki, Antaktida materikini bir başından o biri başına tək başına və heç bir kömək olmadan keçməyə nail olub. O`Brady-dən əvvəl bunu etmək istəyən insanlar ya uğursuz olurdular, ya da əbədi buzluqlarda itkin düşürdülər. Dalıyca dartdığı 180 kg-lır yükünün əsas hissəsi qida azuqəsi olub. O özüylə əsasən yarma, dondurulmuş və qaxac edilmiş ət və səyahətə sponsorluq edən “Colin Bars” enerji batonları götürür.
O’Brady deyir ki, o, hər gün eyni şeyləri yemək məcburiyyətində idi ki, gündəlik 7000 kalori ehtiyacını təmin etsin.
2018-ci ilin dekabrın 26-sında Colin Ross Ice şelfinə çatanda arxasında 1500 km qət edilmiş yol buraxmışdı. O bu yolu 54 gün ərizində keçməklə daha əvvəl öz komandası ilə Antarktidanı qət etmiş britaniyalı səyahətçi Louis Rudd-un rekordunu təzələdi. Rudd-un komanda ilə 70 günə keçdiyi yolu Colin O’Brady 54 günə keçir. Bu gündə 28 km deməkdir.