Azlogos
  • Kimlər var
  • Bizi tanı

Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

28 Aprelin ilk qurbanlarından birini niyə kürəyindən güllələdilər?

Elnur Astanbəyli Elnur Astanbəyli
Sərbəst
24 Aprel 2020

Müəllifdən: bir neçə gün sonra, aprelin 28-də Azərbaycanda bolşevik işğalının 100-cü ildönümüdür. Bu münasibətlə bir neçə yazı qələmə almağı doğru saydım. Həmin silsilədən ikinci məqaləni AzLogos oxucularına təqdim edirəm.

Azərbaycan maarifçilik tarixinin ən önəmli hadisələrindən biri 1918-ci ildə, Azərbaycan Cümhuriyyətinin elanından aylar sonra gerçəkləşmişdi. Bu, Qori müəllimlər seminariyasının Azərbaycan bölməsinin ölkəmizə köçürülməsi idi.

Həmin tarixi imzanın altında isə görkəmli aydınımız, bütün şüurlu həyatını xalqın savadlanmasına həsr etmiş, eyni zamanda Azərbaycan ədəbiyyat tarixçiliyinin memarı sayılan Firudin bəy Köçərlinin (1863, Şuşa – 1920, Gəncə) imzası vardı.

Müəllim qıtlığını nəzərə alan, bu qıtlığı aradan qaldırmayınca yüksəlişə nail olmağın mümkünsüzlüyünü yaxşı anlayan Cümhuriyyət hökuməti Qori müəllimlər seminariyasının tatar (Azərbaycan) bölməsinin Qazaxa köçürülməsi məqsədilə 1918-ci il 22 iyun tarixli qərarı ilə bölmənin keçmiş inspektoru Firudin bəy Köçərlinin sərəncamına beş min rubl pul vəsait ayırdı. Çox keçmədən bölmə Qazaxa köçürülərək müstəqil seminariyaya çevrildi…

Seminariyanın Azərbaycan bölməsi Cümhuriyyətin o vaxtkı paytaxtı Gəncəyə köçürülməli və burada yenidən təşkil edilməli idi. Bölmənin əmlakı qatara yüklənir, ancaq Ağstafa vağzalında qərar dəyişdirilir: Gəncə istiqamətində vəziyyətin təhlükəli olduğunu (daşnaklarla kəskin döyüşlər səbəbilə) nəzərə alaraq onun Qazaxda təşkil olunması qərarlaşdırılır. Lakin qarşıya başqa problem çıxır: seminariya üçün yeri hardan tapmalı?

Bu zaman köməyə Qazaxın nüfuzlu şəxslərindən Məşədi İbrahim Hacı İsmayıl oğlu çatır. O, özünün 17 otaqdan ibarət mülkünü təmənnasız şəkildə seminariya üçün ayırır.

Cümhuriyyət hökumətinin həmin vaxtkı Baş naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Firudin bəy Köçərli seminariyanın direktoru təyin edilir.

1918-ci il noyabrın 10-da təntənəli açılış mərasimi baş tutur.

“Təmənna güdməyən, zəhmətkeş müəllimləri olmayan millətin xoşbəxt, güclü və qüdrətli olması mümkün deyildir” – bunu açılış mərasimində yerli komendant Səbri bəy demişdi.

Firudin bəy ilk gündən ömrünün sonunadək Qazax müəllimlər seminariyasının müdiri vəzifəsində çalışır. Əslində “ömrünün sonunadək” ifadəsi bir az gurultulu səslənir; çünki seminariyanın açılışından sonra Köçərli cəmi iki il yaşadı.

Belə ki, 1920-ci il aprelin 28-də gerçələşən rus-bolşevik işğalı nəticəsində ilk Cümhuriyyətimizin süquta uğraması ilə Azərbaycanda genişmiqyaslı repressiyalara start verildi. Bu qorxunc terrorun ilk qurbanları arasında Köçərli də vardı.

Belə ki, Gəncə və ətrafında sovetləşməyə qarşı baş verən üsyan zamanı buradakı 20-ci diviziyanın rəhbərliyi bir çox nüfuzlu şəxslərlə yanaşı Firudin bəyin də həbsinə qərar çıxarır.

Həmin hökmü erməni əsilli Sarkis Danilyan diktə etmiş və orada belə yazılmışdı:

“4 iyun 1920-ci il. Gəncə.

Mən 20-ci diviziyanın  xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqablçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinsiki Qazaxda… millətçilik ehtiraslarını qızışdırmışdır, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir… Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini rədd etmək lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər“.

Hökm qəti idi: Firidun bəy Köçərli sağ qalmamalı, güllələnməliydi.

Fövqəladə komissar Həmid Sultanov hətta şahidlərin ifadələrini belə dinləməyə gərək duymadan, tamamilə siyasi sifarişlə verilən bu qərarı təsdiqləyir.

Başqa bir yazımda da qeyd etdiyim kimi: bu həmin Həmid Sultanovdur ki, əli yalnız Firudin bəy Köçərlinin günahsız qanına bulaşmayacaq, sovetləşməyə qarşı tarixi Gəncə qiyamının yatırılmasında da rol oynayacaq, qiyam iştirakçılarının amansızcasına cəzalandırılmasında da canfəşanlıq göstərəcək, lakin işğalçı rejimin gözünə batmağı bacarmayacaq, öncə qiyamın erkən qarşısı alınmadığı, nəticədə miqyası genişləndiyi üçün tənbeh eşidəcək, 1937-ci il repressiyası zamanı isə özü də “xalq düşməni” kimi güllələnməni dadacaqdı…

Ən maraqlısı odur ki, Firudin bəy özünə qarşı ittihamları qətiyyətlə rədd etmişdi; “günahlarını” boynuna alacağı, “tövbə” edəcəyi təqdirdə bəlkə də cəzasını yüngülləşdirə biləcəyi halda istintaqa meydan oxumuşdu.

Onun ölüm hökmünə imza atanlardan Həmid Sultanov isə 1937-ci ildə təzyiqlərə dərhal boyun əymiş, istintaqın tələb etdiyi kimi ifadə vermiş, beləliklə, özü ilə bərabər başqalarını da “oda atmış”, lakin hətta bu da onu acı sonluqdan qurtara bilməmişdi.

İbrətamizdir, deyilmi?!

Onu da deyək ki, Firidun bəy Köçərlinin həbsi xəbəri Azərbaycan SSR Xalq Komissarları Sovetinin o vaxtkı sədri Nəriman Nərimanova çatdırılır. Nərimanov bundan təəssüflənir və Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram göndərir.

Lakin artıq gec idi: Köçərli artıq güllələnmişdi. Özü də kürəyindən vurularaq!

Bunun niyə edildiyi sonralar üzə çıxacaqdı. Belə ki, uzun illər Firudin bəyin guya təsadüfi gülləyə qurban getdiyi deyilir, yazılırdı. Onu kürəyindən vurmaqla bu ağ yalanın inandırıcılığını artırmaq, dəhşətli (və məqsədli!) bir cinayəti ört-basdır istəmişdilər.

Ancaq sonda əsl həqiqət ortaya çıxdı…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
a-look-at-the-fascist-agenda-behind-the-great-reset-and-the-wefs-reboot-propaganda
.

“Böyük sıfırlama” nə vaxt baş verəcək?

06 Yanvar 2021

Redaktorun seçimi

Alkoqolik sənətkarlar haqqında

Bayrağa qarşı hörmətsizlik fonunda ifadə azadlığı

Tati Səttar: “Qadın niyə seksual olmasın?”

Yefremov – cəmiyyətin mənəvi çöküşünün detektoru

Fuad İbrahimovun Varşava zəfəri

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

Beş sual-cavabda Əbdürrəhim bəy…

Erməni əsilli millət vəkili Garo Paylan: «Xocalı üçün əlimdən gələni edəcəyəm!»

Wi-Fi 6 rəsmi olaraq istifadəyə verildi

Azərbaycanda sahibkar olmağın yeni kriteriyaları

“Ağıllı və layiqli” olmağın resepti

AzLogos-dan zəruri açıqlama. Qeybullayeva və havadarlarının nəzərinə

Karantin və nikah

Sabirin Ömər Faiq Nemanzadəyə yazdığı satiranın tarixçəsi

Leviafan və Hippopotam – Apostrof

Hədəfdə bütün Azərbaycandır

Müharibə rəngi alan buqələmunlarımız

Azərbaycan 2020: Gələcəkdən baxış

«Primakov söhbəti»nə sözardı

Əzilən qadınlar diyarı

“Müdrik xalq” necə “məsuliyyətsiz” oldu?

“Bəli, mən feministəm – mən pis qızam!”

Orta əsrlərdə seks

İlham Əliyevə eşq və üsyan

Bütün ölkələrin seksual orgiyaları, birləşin!

Azərbaycanın ət, yağ, süd dərdi

Bakı minbərlərindən lənətlənən “İşıq”

8 martın Azərbaycanın kölgə iqtisadiyyatına təsiri

Qrafika dəyişimi sivilizasion seçim kimi

Qartal qanadı taxmış qarğa

28 Aprelin ilk qurbanlarından birini niyə kürəyindən güllələdilər?

Elnur Astanbəyli Elnur Astanbəyli
Sərbəst
24 Aprel 2020

Müəllifdən: bir neçə gün sonra, aprelin 28-də Azərbaycanda bolşevik işğalının 100-cü ildönümüdür. Bu münasibətlə bir neçə yazı qələmə almağı doğru saydım. Həmin silsilədən ikinci məqaləni AzLogos oxucularına təqdim edirəm.

Azərbaycan maarifçilik tarixinin ən önəmli hadisələrindən biri 1918-ci ildə, Azərbaycan Cümhuriyyətinin elanından aylar sonra gerçəkləşmişdi. Bu, Qori müəllimlər seminariyasının Azərbaycan bölməsinin ölkəmizə köçürülməsi idi.

Həmin tarixi imzanın altında isə görkəmli aydınımız, bütün şüurlu həyatını xalqın savadlanmasına həsr etmiş, eyni zamanda Azərbaycan ədəbiyyat tarixçiliyinin memarı sayılan Firudin bəy Köçərlinin (1863, Şuşa – 1920, Gəncə) imzası vardı.

Müəllim qıtlığını nəzərə alan, bu qıtlığı aradan qaldırmayınca yüksəlişə nail olmağın mümkünsüzlüyünü yaxşı anlayan Cümhuriyyət hökuməti Qori müəllimlər seminariyasının tatar (Azərbaycan) bölməsinin Qazaxa köçürülməsi məqsədilə 1918-ci il 22 iyun tarixli qərarı ilə bölmənin keçmiş inspektoru Firudin bəy Köçərlinin sərəncamına beş min rubl pul vəsait ayırdı. Çox keçmədən bölmə Qazaxa köçürülərək müstəqil seminariyaya çevrildi…

Seminariyanın Azərbaycan bölməsi Cümhuriyyətin o vaxtkı paytaxtı Gəncəyə köçürülməli və burada yenidən təşkil edilməli idi. Bölmənin əmlakı qatara yüklənir, ancaq Ağstafa vağzalında qərar dəyişdirilir: Gəncə istiqamətində vəziyyətin təhlükəli olduğunu (daşnaklarla kəskin döyüşlər səbəbilə) nəzərə alaraq onun Qazaxda təşkil olunması qərarlaşdırılır. Lakin qarşıya başqa problem çıxır: seminariya üçün yeri hardan tapmalı?

Bu zaman köməyə Qazaxın nüfuzlu şəxslərindən Məşədi İbrahim Hacı İsmayıl oğlu çatır. O, özünün 17 otaqdan ibarət mülkünü təmənnasız şəkildə seminariya üçün ayırır.

Cümhuriyyət hökumətinin həmin vaxtkı Baş naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Firudin bəy Köçərli seminariyanın direktoru təyin edilir.

1918-ci il noyabrın 10-da təntənəli açılış mərasimi baş tutur.

“Təmənna güdməyən, zəhmətkeş müəllimləri olmayan millətin xoşbəxt, güclü və qüdrətli olması mümkün deyildir” – bunu açılış mərasimində yerli komendant Səbri bəy demişdi.

Firudin bəy ilk gündən ömrünün sonunadək Qazax müəllimlər seminariyasının müdiri vəzifəsində çalışır. Əslində “ömrünün sonunadək” ifadəsi bir az gurultulu səslənir; çünki seminariyanın açılışından sonra Köçərli cəmi iki il yaşadı.

Belə ki, 1920-ci il aprelin 28-də gerçələşən rus-bolşevik işğalı nəticəsində ilk Cümhuriyyətimizin süquta uğraması ilə Azərbaycanda genişmiqyaslı repressiyalara start verildi. Bu qorxunc terrorun ilk qurbanları arasında Köçərli də vardı.

Belə ki, Gəncə və ətrafında sovetləşməyə qarşı baş verən üsyan zamanı buradakı 20-ci diviziyanın rəhbərliyi bir çox nüfuzlu şəxslərlə yanaşı Firudin bəyin də həbsinə qərar çıxarır.

Həmin hökmü erməni əsilli Sarkis Danilyan diktə etmiş və orada belə yazılmışdı:

“4 iyun 1920-ci il. Gəncə.

Mən 20-ci diviziyanın  xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqablçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinsiki Qazaxda… millətçilik ehtiraslarını qızışdırmışdır, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir… Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini rədd etmək lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər“.

Hökm qəti idi: Firidun bəy Köçərli sağ qalmamalı, güllələnməliydi.

Fövqəladə komissar Həmid Sultanov hətta şahidlərin ifadələrini belə dinləməyə gərək duymadan, tamamilə siyasi sifarişlə verilən bu qərarı təsdiqləyir.

Başqa bir yazımda da qeyd etdiyim kimi: bu həmin Həmid Sultanovdur ki, əli yalnız Firudin bəy Köçərlinin günahsız qanına bulaşmayacaq, sovetləşməyə qarşı tarixi Gəncə qiyamının yatırılmasında da rol oynayacaq, qiyam iştirakçılarının amansızcasına cəzalandırılmasında da canfəşanlıq göstərəcək, lakin işğalçı rejimin gözünə batmağı bacarmayacaq, öncə qiyamın erkən qarşısı alınmadığı, nəticədə miqyası genişləndiyi üçün tənbeh eşidəcək, 1937-ci il repressiyası zamanı isə özü də “xalq düşməni” kimi güllələnməni dadacaqdı…

Ən maraqlısı odur ki, Firudin bəy özünə qarşı ittihamları qətiyyətlə rədd etmişdi; “günahlarını” boynuna alacağı, “tövbə” edəcəyi təqdirdə bəlkə də cəzasını yüngülləşdirə biləcəyi halda istintaqa meydan oxumuşdu.

Onun ölüm hökmünə imza atanlardan Həmid Sultanov isə 1937-ci ildə təzyiqlərə dərhal boyun əymiş, istintaqın tələb etdiyi kimi ifadə vermiş, beləliklə, özü ilə bərabər başqalarını da “oda atmış”, lakin hətta bu da onu acı sonluqdan qurtara bilməmişdi.

İbrətamizdir, deyilmi?!

Onu da deyək ki, Firidun bəy Köçərlinin həbsi xəbəri Azərbaycan SSR Xalq Komissarları Sovetinin o vaxtkı sədri Nəriman Nərimanova çatdırılır. Nərimanov bundan təəssüflənir və Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram göndərir.

Lakin artıq gec idi: Köçərli artıq güllələnmişdi. Özü də kürəyindən vurularaq!

Bunun niyə edildiyi sonralar üzə çıxacaqdı. Belə ki, uzun illər Firudin bəyin guya təsadüfi gülləyə qurban getdiyi deyilir, yazılırdı. Onu kürəyindən vurmaqla bu ağ yalanın inandırıcılığını artırmaq, dəhşətli (və məqsədli!) bir cinayəti ört-basdır istəmişdilər.

Ancaq sonda əsl həqiqət ortaya çıxdı…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
a-look-at-the-fascist-agenda-behind-the-great-reset-and-the-wefs-reboot-propaganda
.

“Böyük sıfırlama” nə vaxt baş verəcək?

06 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel