bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

2020. Dəyişmə zamanı.

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
31 Dekabr 2019
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Azerbaijan flag 1000
Paylaş

Avropa: kontinent, yoxsa dəyərlər?

Ölməz dramaturqumuz Cəfər Cabbarlının “Oqtay Еloğlu” dramında baş qəhrəmanın heç zaman xoşalmadığım replikası var. Bu, pyesin Üçüncü pərdəsindəki dialoqda Oqtayın Aslan bəyə cavab olaraq “Mən avropalı dеyiləm, olmaq da istəmirəm” ifadəsidir.

Bu ifadədə sovet və ümumən Şərq yekəxanalığı görürdüm, Cabbarlı isə çox-çox sevdiyim və dərin dəyər verdiyim klassikimiz olsa da, əlbəttə ki, dövrünün övladı idi və zamanının təsirindən kənar qala bilməzdi.

30 il əvvəl, “Yenidənqurma”nın artıq sovetlərin parçalanması mərhələsinə keçdiyi dövr, zəlil gününə qoyulmuş sovet camaatının Qərb, daha doğrusu onun sırf materialistik dünyasına pərəstiş etdiyi zamandı. Elə təxmini həmin dövrdə mərkəzi televiziyada rus dublyajında nümayiş etdirilən Türkiyə istehsalı “Çalıquşu” serialında “Ah Avrupa, Avrupa!” deyən bir personaj vardı, eynən onun kimi.

Daha dərindən düşünən başqaları, bizlər üçünsə Avropa sadəcə varlı kontinent deyildi, bütöv bir dəyərlər məkanı idi – hər anlamda. Hər halda biz belə düşünürdük.

Xoşagəlməz dialoq

Humboldt Universitetində bizim İnstitutdan (Slavistika) bir mərtəbə aşağıda Polonistika İnstitutu yerləşir, bu günlərdə bir kolleqa oradan biz tərəfə qəhvə içməyə təşrif buyurmuşdu. Qəhvə içib, Üzeyir bəyin bilgisayarda səsləndirdiyim ölməz “Şəbi-hicran” xoru sədaları altında söhbət edirdik. Təbii ki, söhbətin məcrası Azərbaycana yönələcəkdi.

– Sizin ölkənin adı xoşagəlməz məsələlərdə hallanır. Yəqin Avropa Birliyinə daxil olmaq şansınız olmayacaq, – polşalı həmkar xanım səsləndirdi.

Əvvəllər olsaydı etiraz etməyəcəkdim, amma indi söhbətin belə tona keçməsi məni əsəbiləşdirdi.

– Bəlkə belə deyək – bizimkilər heç ora daxil olmaq istəmir? Çünki istəsəydilər bir çox işi rahatca görərdilər, necə ki, indi görürlər. Avropa Şurası və s. kimi təşkilatlar bunu necə lazımdı sübut etdi.

– Anlamadım, necə yəni?

– Sizin bütün qurumları və rəsmiləri çox rahat satın almaq olur, onları Azərbaycanın pulundan başqa heç nə maraqlandırmır, əvvəllər deyəndə inanmırdım, amma gözümlə gördüm ki, bu qəhvəni içmək qədər asan imiş.

– Konkret nəyi nəzərdə tutursunuz?

– Siz deyəsən mətbuatla heç maraqlanmırsınız? O zaman maraqlanmadığınız mövzularda niyə mübahisə edirsiniz?

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Deyəsən həmkar xanım incimişdi.

– Yaxşı, – dedim, – gəlin belə danışaq, sizin Avropa Birliyinə götürdüyünüz Şərqi Avropa ölkələrindən son 20 ildə Polşa istisna, hansı biri dayanıqlı iqtisadiyyat qura bilib? Rumıniya? Yoxsa Bolqarıstan? Macarıstan haqda indidən deyim ki, bizim muxtariyyətdir, Azərbaycan və Türkiyə nə desə, onu da edir, biləsiniz. Çexiya da turizm üzərində dayanıb, hərçənd ki, oranı ruslarla bizimkilər tamamən alıb, bunu da biləsiniz.

– Sizin ölkədə insan haqları məsələsi bəs?

– Əlbəttə, böyük problemlər mövcuddur, yaxşı bəs Rumıniyada necə? Bütün Avropa üçün fahişə istehsalı ilə məşğul olan ölkədə çox böyük insan haqları mövcuddur, eləmi?

– !

– Yaxşı, bəs vizadan “dəmir qapı” düzəldib başqa ölkələrin insanlarına belə bir sanksiya tətbiq etmək nədir, o da insan haqlarına aiddirmi? Özü də bunu ən çox dəstəkləyən elə Şərqi Avropadır deyəsən?

– Misal kimi deyə bilərəm ki, biz Qazaxıstana vizasız gedirik, bizim bir kolleqanın (Qazaxıstanlı polyak nəzərdə tutulu) anası vizasız gəlir, doğrudur onun “polyak kartı” var.

– Aha siz ora vizasız gedirsiniz, kolleqanın anasının da “polyak kartı” var deyə o da bura gələ bilər, siz “qızıl milyarda” aidsiniz, çox pakizə, bəs hansısa sıravi qazaxıstanlı –bayev necə, o da istəsə rahatca gələ bilərmi buralara?

– Bilmirəm doğrusu…

– Amma mən çox gözəl bilirəm ki, viza məhdudiyyəti mövcuddur və çoxu onu keçə bilmir. Keçmiş sovet ölkələrindən yalnız Gürcüstan, Ukrayna və Moldova xüsusi siyasi səbəblərdən bu lütfə layiq görülüb. Vətəndaşları rahatca gəlib buralarda nökər qismində çalışa bilər.

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Üzeyir bəyin ruhu bağışlasın, bir zamanlar məşhur “Sənin olsun, sənin olsun” mahnısı düşür yada.

Sadəlöhvlük – məsumiyyət, yoxsa cinayət?

İnsan sadəlöhvlük üzündən özünü qınamalıdırmı? Axı bu hardasa məsumiyyətə yaxındır, bir zamanlar məsum idin deyə günahkar sayılmalısan?

Bəs Elçibəy kimdir, məsum ya cinayətkar? Çeçenlərə az qala sitayiş edən 25 il əvvəlki bizlər kimik? 31 il əvvəl Nemətin meydanında oturub-duran milyonluq kütlə kimdir? Bəs onillər bayağı “Rusiya dağılır” mantrasını seygah üstündə deyən görkəmli politoloq müəllim kimdir? Onun adını nə qoyaq indi?

Yaxşı, biz bir yana, 2013-cü ildə “Rusiya sadəcə kiçik regional oyunçudur” deyən, seçilən kimi də təcili Nobel ödülü alan Barack Obama kimdir görəsən? Bu sözləri ilə necə böyük səhv etdiyinin, nə qədər məsuliyyətsiz ifadələr işlətdiyinin fərqindədirmi heç olmazsa?

“Rusiya dağılacaq”, “1 millət filan qədər dövlət”, “Avropa”, “Qərb”, liberal dəyərlər.

Kimmiş bu gün bu liberal dünyanın dayaqları, Qərb ölkələrinin legitim rəhbərləri, Putinin, islam və “Çin təhlükəsi”nin qarşısında sipər kimi dayanmış sarsılmaz qayalar? Trump, Johnson, Makron, Merkel?

Həmin o tərifli Şərqi Avropada kimlərdir bəs? İfrat sağçılar, qatı millətçilər, liberalizmə çoxdan tüpürmüş Zeman, Orban, Andrzej Duda müəllim?

İlf və Petrovun məşhur “12 stul” romanındakı “Заграница нам поможет!” söhbətidir?  

Biz kimdən yardım istəyirdik, ilahi?

Gülmək üçün kiçik haşiyə: NATO-nun Allahının hekayəti. Hərbçi olmasam da dəqiq bilirəm ki, Nato adlı qurumun Allahı var. Mövcuddur. Qəşəng adı da var. Владимир Владимирович Путин. Natonun zırpıları – məmurlar, generallar, qərəz formalı kim varsa hamısı hər gün ona 5 rükət namaz qılır, rəsmən belədir. Çünki bu allah olmasa, onlar ac qalmışdılar.

Sovetlər dağılandan NATO məmurları-rəsmiləri amanın gününə qalmışdılar. Büdcə kəsilir, real düşmən artıq yoxdu, camaat da tam haqlı olaraq sual verir ki, siz kimə lazımsınız, funksiyanız bitdi, dağılışın da?! Taa bu yazıq generalların başına kül ələməkdən başqa bir işi qalmamışdı bu bədbaxtların ki, işsiz qalıb küçələrə tökülüşəcəkdilər. Nə qədər problem uydursalar da alımırdı ki, alınmırdı.

Əzabları çox çəkdi yazıqların, düz 2007-ci ildə Putinin “Münhen nitqi”nə qədər birtəhər “Əfqanıstan”-zad fırladıb durdular, o vaxtdan rahat nəfəs aldılar, sonra da ki, gəldi nə gəldi. O zamandan şükür, allahlarını yaxşı tanıyırlar, bilirlər kimə dua eləmək lazımdı ki, iraq-iraq bir də büdcə kəsilməsin ta heç zaman, allah o günü kimsəyə qismət eləməsin, aminato!

Nə etməli?

Azərbaycan artıq 28 ildir müstəqil dövlətdir. Necə dövlət alınıb, necə idarə olunur – bunlarda həm cəmiyyətin daxili anatomiyası, həm də regional geosiyasətin təsirləri, eyni zamanda enerji daşıyıcılarına (qeyri-)sahibliyimizin rolu şübhəsizdir.

Ölkədə kifayət qədər ağır sosial problemlər var, əhalinin yaşayış səviyyəsi ürəkaçan deyil. Qaçqınların problemləri indiyə kimi tam həllini tapmayıb, Qarabağ problemi isə 100 illik müharibəyə çevriləcək – yazmışdım bu haqda.

Tarixin gedişi ağırdır, bəzən astadır, bəzən ildırım sürətli, amma həmin “səhrada 40 il gəzdirilmək” söhbəti həqiqət imiş. Ölkədəki vəziyyəti qəflətən, hansısa möcüzə (“Rusiya dağılır”, “Qardaş dövlət (helikopteri verməyəndən gedir söhbət, biləsiz) bizə yardım edəcək”, “Qərb qoymaz” və s.) ilə dəyişmək mümkündürmü? Birmənalı – yox.

Ölkəni dəyişmək zərurəti şübhəsizdir. Artıq 2020-ci ilin astanasındayıq, yeni nəsil öz haqqını tələb edir. Amma ilk öncə özü dəyişməlidir, cəmiyyəti kökündən dəyişmək gərəkdir, bu haqda uzun illərdir yazırıq və nəhayət bunu hamı anlamalıdır.

Möcüzə olacaqmı, qəfil, ildırım sürəti ilə “fransız”a çevriləcəyikmi?    

Cəmiyyətə (süpürgəçidən prezidentə kimi hamıya, xüsusən “ziyalılara”, professura və AMEA, siyasi partiyalar və hərəkatlar, QHT və müxtəlif cəmiyyətlər – bir də bilmək gərəkdir ki, istisnalar yalnız ümumi təmayülün təsdiqidir) dərindən baxmaq bu sualın cavabı üçün kifayət edəcək. Şərqi Avropaya da diqqətli nəzər atmaq kifayətdir. Qərbə də bir göz atmaq pis olmaz.

Dəyişilmək zamanıdır, gərək 30 illik klişelərdən azad olaq daha, təpədən-dırnağa qədər, müstəsna olaraq maraqlardan ibarət olan dünyaya yetkin gözlərlə baxmağı öyrənək.

P.S. Elçibəydən üzr istəyirəm, indi yadıma düşdü o “dörd helikopter istədim vermədilər” məsələsi, ondan sonra söhbəti başa düşmüşdü müəllim, amma artıq çox gec idi.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör