Azlogos
  • Kimlər var
  • Bizi tanı

Dünyanın xərçəng xəritəsi Koronavirus isteriyasına son verin. Azərbaycanı açın Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

190 manatın fəlsəfəsi

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
28 Aprel 2020
Azərbaycanda “gənc və islahatçı” nazirlərin maraqlı ortaq cəhəti var. Onlar hökumətin hansısa addımlarını izah edərkən “fəlsəfə” sözündən istifadə edirlər. Adətən bunu Mikayıl Cabbarov edir (“vergi dəyişikliklərinin fəlsəfəsi” və s.). Amma bu yaxınlarda hökumətin sosial yardımı ilə bağlı brifinqdə Sahil Babayev də bu sözdən istifadə edərək, həyata keçirilən addımları izah etməyə çalışdı. Alındımı? Gəlin bir az araşdıraq.

Ümumiyyətlə fəlsəfə sözünün bu mənada tətbiqi, bir qədər mənasız görünür. Hökumətin bu və ya digər addımının məqsədi ola bilər. Fəlsəfə isə bir qədər geniş və uzunmüddətli dövrü əhatə edən anlayışdır. Sosial yardımın fəlsəfəsi deyiləndə universitet dövrü müəllimliyim yadıma düşdü. O zaman makroiqtisadiyyat ilə bağlı fəsili tələbələr üçün hazırlayarkən, bir bölmənin adını qoymaqda tərəddüd edirdim. Bu bölmədə makroiqtisadiyyat ilə bağlı müxtəlif məsələlər əhatə olunmuşdu. Onları bir ad ilə birləşdirmək çətin olduğuna görə, ilkin olaraq bölməni “makroiqtisadiyyatın fəlsəfəsi” adlandırdım. Ola bilər nazirlər də söz tapmayanda fəlsəfədən istifadə edirlər.

Hökumətin pandemiya dövründə tətbiq etdiyi addımlar arasında ən məşhuru 190 manatdır. Demək olar ki, hər gün bu məsələ ilə bağlı zarafatlar ya da ciddi müzakirələr görmək mümkündür. Amma bir çox hallarda insanlar 190 manatın nə olmasını başa düşmürlər. Onların fikrincə bu, “ehtiyacı olanlar”-a verilməlidir, hökumətin əhaliyə nəsə xüsusi köməyidir və s. Ola bilər ki, sadə məntiq bizdən bunu yalnız ehtiyacı olanlara verilən yardım kimi ayırd etməyi tələb edir. Amma reallıq başqadır.

İlk əvvəl qeyd edək ki, müvafiq ödənişin adı “ehtiyacı olanlara kömək” deyil. Nazirlər Kabinetinin 2020-ci il aprelin 7-i qəbul etdiyi qərara görə, bu “xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmə”-dir. Yəni adında ehtiyac və ya kömək qeyd olunmayıb. Ödəmə yeni olduğuna görə müvafiq olaraq Nazirlər Kabineti ödəmə verilməsinin qaydalarını da təsdiq edib. Qaydalarda qeyd olunur ki, müvafiq şərtlər “Məşğulluq haqqında” qanuna uyğun olaraq tərtib olunub. Bu da məntiqlidir. Azərbaycanda məşğul-işsiz münasibətlərini bu qanun tənzimləyir. İşsiz insan də qanunda əks olunmuş şərtlərə müvafiq olmalıdır. İlk əvvəl, işsiz “işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs”-dir. Əlavə olaraq qanunun 4.1 maddəsində qeyd olunan şəxslər isə məşğul sayılırlar. Bura aşağıdakılar aiddir:

4.1.1. muzdla işləyənlər – Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;

4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;

4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;

4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;

4.1.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;

4.1.6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;

4.1.7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

Yəni göstərilən siyahıdan kənar olan əmək qabiliyyətli və işə başlamağa hazır olan şəxslər isə işsiz hesab olunur. Göründüyü kimi burada əlavə şərtlər qeyd olunmayıb. Misal üçün, kiminsə 2 evi varsa və bu evləri rəsmi olaraq müqaviləyə görə icarəyə vermirsə, bu onun işsiz kimi qeydiyyata alınmaması üçün səbəb deyil. İşsiz kimi qeydiyyata alınsa, o zaman iki ay ərzində 190 manat ödənişi almağa haqqı var. Nə qədər vicdanlı-vicdansız olmasına dair mübahisə apara bilərik, amma real münasibətləri vicdan yox, qanun tənzimləyir. Bu yanaşma mənə 2000-ci illərdə Ünvanlı sosial yardım ilə bağlı reklamı xatırlatdı. Yadınızdadırsa, orada müraciət edən şəxsin evinə gəlib yeni televizor və ya telefon görcək, ÜSY-dən imtina verirdilər. Çox mənasız reklam idi. Çünki ÜSY-nin məntiqi odur ki, əgər ailədə gəlir yoxdursa və hətta ailə işsizlik müavinəti əldə etmirsə, o zaman ona kömək etmək lazımdır (başqa sözlə ailədə adambaşı gəlir ehtiyac meyarından aşağı olsa). İndi ailənin keçən vaxtlardan qalmış yeni televizoru, ya da təmirli evi imtina vermək üçün səbəb deyil. Eyni məntiqlə öz mənzili olan kasıb ailəyə “mənzilini sat” demək də olar. Əgər belədirsə, sosial yardımların edilməsi də məntiqsizdir.

Yeri gəlmişkən, bu azmış kimi, müvafiq qaydalara əlavə məhdudiyyətlər də qoyublar:

2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

2.3.2. əmək pensiyaçılarına;

2.3.3. aylıq müavinət alanlara;

2.3.4. aylıq təqaüd alanlara;

2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

2.3.6. işsizlikdən sığorta ödənişi alanlara;

2.3.7. peşə hazırlığına görə təqaüd alanlara;

2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;

2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci – 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.

Nəticə etibarilə dövlət büdcəsindən müxtəlif müavinət və yardımları alan milyonlarla insanı 190 manat almaqdan kənarlaşdırdılar. Maraqlıdır ki, Ünvanlı dövlət sosial yardımı almaq üçün meyar qismində 160 manat çıxış edir. Nəticədə əgər sən ÜSY alırsansa, sənin adambaşı gəlirin 160 AZN edir. Bu da 190 manatı almağa imkan vermir. Göründüyü kimi hökumətin əsas məqsədi bu ödəməni əhatə edən qrupu maksimal olaraq azaltmaq idi.

190 manat özü özlüyündə də mənasızdır. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna görə “2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilsin”. Qeyd etdiyimiz kimi, işsiz yalnız əməkqabiliyyətli insan ola bilər. Müvafiq olaraq əgər yaşayış minimumuna istinad edirdilərsə, o zaman müvafiq ödəməni 201 manat etməliydilər. Əks halda işsiz insanın yaşaması üçün hər ay 11 manat kifayət etməyəcək.

İndi qayıdaq 190 manata. Bu yalnız işsizlərə aiddir. İşsiz olmayan, amma ehtiyacı olan şəxslər hökumətin sözlərinə görə ÜSY-a müraciət etməlidirlər. Eyni zamanda bəzi işsizlərə maliyyə yardımı yerinə iş yeri təşkil edirlər. Məsələnin digər tərəfi də var. Aprelin 27-si 190 manat üçün müraciətlərin qeydiyyatı dayandırıldı. Hökumətin məntiqinə görə düzgün addımdır. O vaxta kimi artıq 400 min insana ödəniş edilmişdi və eyni zamanda hardasa 160 min insana (passiv vergi ödəyicilərinə) ödənişin edilməsi planlaşdırıldı. Dövlət büdcəsindən isə 210 milyon manat ayrılıb (ən azı açıqlanan məlumata görə). Bu vəsait 552 631-ə nəfər 190 manatlıq ödəniş etmək üçün kifayətdir.

Problem burada rəqəmlər ilə bağlıdır. Deməli, ilk dəfə elan ediləndə, hökumət 200 min dedi. Reallıqda 184 min idi (əgər biz 70 milyonu 380 manata bölsək). Hansı əsasla bu rəqəmi demişdilər – Sahil Babayev izah etmədi. Təxmin edə bilərəm ki, DSK-ya görə işsizlərin sayından nazirlikdə qeydiyyatda olan işsizlərin sayını çıxdılar və yuvarladılar. Amma bu rəqəm reallığı əks etdirmirdi. Bəs necə etsinlər?

Normalda nazirliklər nəsə tədqiqat və araşdırmalar keçirir və nəticəyə əsasən rəqəm haqqında mülahizə irəli sürürlər. Əgər bu barədə heç bir araşdırma aparmağa vaxt yoxdursa, o zaman sən sadəcə maliyyələşməni açırsan və nə qədər lazım olacaqsa, o qədər də pul ayırırsan (əlbəttə ki, ödəməni alanlara dair açıq və şəffaf meyarlar müəyyən etməklə). Amma bu qədər məhdudiyyət qoyandan sonra bunu edəcəkdilərmi? Əlbəttə ki, yox.

Aprelin 15-i mən, AzLogos-dakı məqaləmdə 544,3 min işsizin olduğunu yazdım. Daha doğrusu ən kobud hesablamalara görə təxmin etdim. Reallıqda fikrimcə ondan da çoxdur. Aprelin 17-si hökumət 600 min rəqəmini irəli sürdü. Nəyin əsasında? Bəlli deyil. Sadəcə birdən birə 10 gün sonra işsizlərin sayını 3 dəfə artırdılar (yeri gəlmişkən, rəsmi statistika bunu heç görmədi).

Nəticədə məlum oldu ki, hətta rəqəmlərin 3 dəfə artırılmasına baxmayaraq, kifayət qədər əhali kömək ala bilmədi. Niyə belə vəziyyət yarandı? Çox sadə, bütün qərarlar müzakirə olunmadan, qeyri-şəffaf şəraitdə və bəlli olmayan qaydalar əsasında verilir. Eyni zamanda hökumət də öz qarşısında əhalini təmin etmək məqsədi qoymayıb (əks halda bir ailəyə 190 manat təyin etməzdilər). Sadəcə formallıq xatirinə “nəsə etdim” kimi qalsın. Kiməsə dəstək olmaq və ya kömək etmək bu addımın qarşısında məqsəd kimi qoyulmamışdı. “190 manatın fəlsəfəsi” də məhz budur.

İstifadə olunmuş mənbələr

“Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanunu. 29.11.2019. URL: http://e-qanun.gov.az/framework/43847

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı. 27.04.2020. URL: http://sosial.gov.az/post/3400

Biz birlikdə güclüyük. İslahat İcmalı. Xüsusi buraxılış. Aprel 2020. URL: http://iqtisadiislahat.org/store//media/2020/Aprel/Biz%20Birlikde%20Gucluyuk.pdf

“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti qərarı. 07.04.2020. URL: https://cabmin.gov.az/az/document/4371/

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti qərarı. 04.04.2020. URL: https://cabmin.gov.az/az/document/4367/

Maşallı T. 190 manatlıq virus və real işsizlik. 15.04.2020. URL: https://azlogos.eu/190-manatliq-virus-v%c9%99-real-issizlik/

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunu. URL: http://www.e-qanun.az/framework/39846

Nazirlik 50 min şəxs üçün birdəfəlik ödənişi köçürdü. 26.04.2020. URL: http://sosial.gov.az/post/3399

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında iclas keçirib . 17.04.2020. URL: https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Amek_ve_Ahalinin_Sosial_Mudafiesi_ve_Iqtisadiyyat_nazirlerinin_istiraki_ile_videobaglanti_formatinda_iclas_kechirib___YENILANIB_VIDEO-1465443

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
56cd4e5182abec85b5aa65d94cca4f93
Bazar

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021

Redaktorun seçimi

“Şanxay-Bakı” – cəmiyyətə güzgü kimi

Siyasi gigiyena barədə

Azərbaycanda ödənişsiz təhsil artımı hansı sahələri əhatə etməlidir?

Göydələn mağaralar

Satanizm və sairə

Azərbaycan uşaqları

Dr. Vasif İsmayıl: “Kişilərin ən böyük dərdi penis ölçüsüdür”

333 il dəniz altında – Abbas Atilay təqdim edir

Ssenarilərimiz

İkinci Qarabağ müharibəsi – reallıqlar və tələblər

Qartal qanadı taxmış qarğa

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

Beş günlük müharibə

Yaza bilməməyin dözülməz yüngüllüyü

Rus imperiyası nədən bizi “tatar” adlandırıb?

Azərbaycanlı identifikasiyası: siyasi kimlik və milli ideya

Feminizmin liberal zərurəti

Mən facebook-da necə qətlə yetirildim?

Yaxın qonşunun uzaqlığı

“Azərbaycansayağı” siyahıyaalma

Pis xalq, yaxşı xalq

“Böyük sıfırlama” nə vaxt baş verəcək?

Azərbaycanlıların müəmmalı həmrəyliyi

Generalın ölümü

“Qarabağ boyda dərdimiz” travması

İndi biz kimə inanaq?

Posthumanizm dövründə sevgi

Geylərin daşlı protesti

Qarışıq yazı

Narsistlər. Kiçik dağları yaradanların dünyası

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel