Azlogos
  • Qaydalar
  • Kimlər var

Yeni tarixi hekayə və yenidən özünüdərk Qoy işığı söndürüm Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi Bakı Jazz şəhəridirmi? Əsl dinin kitabı olmur Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

100 il öncəki qətllə bağlı suallar

Elnur Astanbəyli Elnur Astanbəyli
., Sərbəst
26 İyul 2020

İyulun 19-da Azərbaycan tarixinin müəmmallarla dolu qətllərindən birinin üstündən 100 il ötdü.

1920-ci ilin həmin günü Tiflisdə ilk Cümhuriyyətimizin önəmli simalarından biri Həsən bəy Ağayev qətlə yetirildi.

Aradan keçən yüz ildə Həsən bəyin nəyə qurban getdiyini təxmin etmək çətin olmasa da, bu cinayətlə bağlı bir sıra suallar cavabsız qalmağa davam edir, bir çox qaranlıq məqamlar aydınlığa qovuşmağı gözləyir.

***

Həsən bəy 1873-cü ildə Gəncədə doğulub.

Atası dini təhsil almasını və ruhaniliklə məşğul olmasını istəsə də, o, dünyəvi təhsilə üstünlük vermişdi. Öncə Gəncə klassik gimnaziyasını, ardınca Moskva Universitetinin tibb fakültəsini bitirmişdi.

Moskvada təhsil alarkən üzləşdiyi maddi çətinliklər səbəbindən neft milyonçusu Hacı Zeynalabdin Tağıyevdən kömək istəyir. Tağıyev bir şərtlə razılaşır: universiteti bitirdikdən sonra onun istədiyi yerdə işləməlidir ki, çəkilən xərci çıxara bilsin.

Həsən bəy razılaşır.

Elə ki Bakıya qayıdır, Hacı Zeynalabdinin toxuculuq fabriki ilə qız məktəbində həkimlik edir.

O öz peşəsinə ürəkdən bağlı idi və yəqin bu səbəbdəndir ki, Cümhuriyyət parlamentinin sədr müavinliyinə seçildikdən sonra belə həkimlikdən əl çəkmir.

***

Sözarası:

Bir çox qaynaqlarda Həsən bəyin universitet illəri ilə bağlı maraqlı bir hadisədən bəhs edilir. Belə ki, Moskva Universitetini bitirən tələbələr şəhərin kiçik bir restoranında universiteti bitirmələrini qeyd edən zaman bir qaraçı onların yanına gəlir və fallarına baxır. Həsən bəyin də falına baxdıqdan sonra heç nə demək istəmir, Həsən bəy israr edir. Qaraçı deyir: “Sən çox xoşbəxt ailə quracaqsan, üç qızın olacaq. Özün də böyük vəzifələrə yüksələcəksən. Ancaq…”

Bunu deyib qaraçı yenidən susur. Həsən bəy bu dəfə də israr edir ki, axıracan danışsın. Qaraçı bu dəfə də onun israrına dözməyib deyir: “45 yaşına çatanda sən öləcəksən. Özü də əcəlinlə ölməyəcəksən. Öldürəcəklər səni”.

Dostları bu sözlərə möhkəm gülürlər. Həsən bəy də onlara qoşulur.

***

Həsən bəy həkimliklə yanaşı, ictimai-siyasi fəaliyyətlə və publisistika ilə də məşğuldu.

“İrşad”, “Tərəqqi”, “Həqiqət” kimi dövrünün önəmli qəzetlərində yazdığı maarifçi ruhlu məqalələrdə xalqı düşdüyü bataqlıqdan yalnız savadlanmanın, bilginin çıxaracağına inamını ifadə edirdi.

Gəncədə mərkəzi xəstəxananın baş həkimi olan Xudadat bəy Rəfibəyli ilə ilk tibb cəmiyyətini qurmuş, “Difai” təşkilatının sıralarına qoşulmuş, Türk Ədəmi-Mərkəziyyət Partiyasının yaradılmasında yaxından iştirak etmişdi. Bu partiya Müsavatla birləşdikdən sonra isə Həsən bəy onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi.

1918-ci il mayın 28-də Tiflisdə, Azərbaycan Milli Şurasının iclasında müstəqilliyimiz haqqında İstiqlal bəyannaməsini ilk olaraq da məhz Həsən bəy imzalamışdı.

Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də, Bakıda təntənəli açılışından sonra sədr müavinliyinə seçilən Ağayev, parlament sədri Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin yanvarında uzunmüddətli xarici səfərə yollanması səbəbindən 2 fevral 1920-ci ilədək onun vəzifəsini də icra etmişdi.

***

Gələk yazımızın canına – Həsən bəyin qətli ilə bağlı müəmmalara…

Öncə onu deyək ki, Cümhuriyyət devrilərkən o, Bakıda deyildi, Tiflisdə səfərdə idi. Bu xəbəri ürək ağrısı ilə qarşılamışdı. Eyni zamanda bilirdi ki, artıq geri – Bakıya qayıda bilməz. Di gəl, könlü Azərbaycandan ayrı qalmağa da razı deyildi. Odur ki, Nəriman Nərimanova məktub yazaraq Bakıya dönmək və həkimliklə məşğul olmaq istədiyini bildirir.

Nərimanov etiraz edir, Həsən bəyi Bakıda gözləyən təhlükəyə işarə vurur, üstəlik, Tiflisdə qalmasını belə məsləhət bilmir.

Bundan sonra Ağayev oradan mühacirətə yollanmaq qərarına gəlir. Hətta səfər bileti də alınıbmış: iyulun 20-də Tiflisdən Batuma, oradan da gəmi ilə Türkiyəyə gedəcəkmiş…

Lakin maraqlıdır ki, məhz bundan bir gün əvvəl – 19 iyul 1920-ci ildə öldürülür. Bir sözlə, Moskvadakı qaraçının dedikləri gerçək olur…

Həsən bəyin qətli ilə bağlı bir neçə sual var: onun öldürülməsini Azərbaycan bolşeviklərindən Əliheydər Qarayevin sifariş etdiyi doğrudurmu? Cümhuriyyətimizin başqa bir önəmli simasının – ilk Baş nazirimiz Fətəli xan Xoyskinin qatili ilə Həsən bəyin qatili eyni adam(lar)dımı? Bu qətldə aktyor Mustafa Mərdanovun rolu nədən ibarətdir?

Həsən bəyin qətlində Ə.Qarayevin əli olmasından ilk duyuq düşənlərdən biri həyat yoldaşı Xədicə xanımdır.

Xədicə xanım 1920-ci ilin iyulunda Gəncədən Tiflisə, ərinin yanına getmək üçün sərhədə gəlir. Burada Azərbaycan SSR-nin o vaxtkı ədliyyə və əmək xalq komissarı Əliheydər Qarayevlıə qarşılaşır. Qarayev ona bildirir ki, Tiflisə getməsinə icazə verilib. Xədicə xanım o anda anlayır ki, Həsən bəy artıq həyatda deyil; əks halda, belə bir icazə çətin ki, veriləydi.

Xədicə xanımın ürəyinə damanlar gerçək çıxır: Tiflisdə əri ilə görüşmək əvəzinə, onun hüzr mərasimində iştirak etməli olur…

Sonradan Həsən bəyin qətl ssenarisində baş rol ifaçısının məhz Qarayev olduğuna dair başqaları da şübhələrini dilə gətiriblər.

Elə Rəsulzadə də çox sonralar Əliheydəri bir çox azərbaycanlının qanına bais olmaqda günahlandıracaqdı (məsələn, “Azərbaycanda “Aprel inqilabı”” məqaləsi, “Kafkasya” jurnalının 10-cu sayı, 1952-ci il). Cümhuriyyətin qurucusu bu ağır itihamı hər halda havadan irəli sürməmişdi…

Qətldə Mustafa Mərdanovun roluna gəlincə… Sovet hakimiyyəti tərəfindən çoxsaylı titullara layiq görülən, orden-medallarla təltif edilən bu aktyorla bağlı şübhələrin ortaya çıxmasının səbəbi onun cinayət baş verən gün axşam Həsən bəyin qaldığı evə gəlişi ilə bağlıdır. Mərdanov ona deyir ki, yaxın dostlarından bir neçəsi Tiflisdəki evlərdən birinə toplaşıb və Həsən bəylə görüşmək istəyirlər.

Ağayevin qaldığı evin sahibi olan gürcü dostu Həsən bəyi bu görüşdən çəkindirmək istəyir, getməməsi üçün dilə tutur. Hətta təklif edir ki, qoy onunla görüşmək istəyənlər bura gəlsinlər. Ancaq Ağayev heç nədən şübhələnmədiyi üçün, ən əsası da onun yolunu gözləyən şəxslərə hörmətsizlik olmasın deyə getməyə qərar verir.

Üstəlik, Mərdanov da qətiyyətli şəkildə bildirir ki, Həsən bəyin həyatına təhlükədən söhbət belə gedə bilməz, sağ gedib salamat qayıdacağına şübhə ola bilməz.

Bu söhbətdən saatlar sonra qətl gerçəkləşir və Mustafa Mərdanovun da əslində cinayətdən lap öncədən xəbərdar olduğu qənaəti formalaşır. Açığı, başqa cür düşünmək də xeyli çətindir.

***

Həsən bəylə eyni gündə, ancaq ondan bir qədər əvvəl Tiflis meydanlarından birində Fətəli xan Xoyski arxadan vurularaq öldürülmüşdü.

Bu qətlin iki erməni terrorçusu – “Daşnaksütyün”çular Aram Erkanyan və Misak Qriqoryan tərəfindən törədildiyi bildirilir.

Elə H.Ağayevi öldürənlərin də onlar olduğu ehtimalı böyükdür.

Bir başqa ehtimal Xoyskidən fərqli olaraq Ağayevin qətlinin bolşeviklərin əli ilə gerçəkləşdirilməsidir.

İstənilən halda Azərbaycan Cümhuriyyətinin iki önəmli simasının eyni gündə xaincəsinə qətlində daha çox insanın (sifarişçi və icraçı qiyafəsində!) əli olduğunu düşünməmək mümkün deyil. Çünki bu cinayətlərin hansısa özfəaliyyətin nəticəsi kimi meydana çıxdığını düşünmək üçün ağlını itirmək lazımdır.

Bir sözlə, tariximizin haqqında danışdığımız acı səhifəsinin daha dərindən araşdırılmasına, bütün qaranlıq məqamları ilə birgə tam işıqlandırılmasına ehtiyac var.

P.S. Həsən bəyin qızı Nəzakət xanım sonralar – 1946-cı ildə Tiflisə atasının qəbrini ziyarətə gedərkən məzarının dağıdıldığını görür.

Elə Xoyskinin də eyni məzarlıqdakı qəbrinin yerlə yeksan edildiyinə şahid olur.

Görünür, hər iki qurucu babamızı qətlə yetirməklə birilərinin ürəyi heç də soyumayıbmış. Bu səbəbdən onların qəbirlərinə həqarət eləməkdən də çəkinməyiblər.

Doğrudanmı, bu qədər gözüdönmüşlüyün, vandallığın yeganə səbəbi sadəcə ideoloji fikir ayrılığı idi? Yoxsa ortada başqa, hələ bizim bilmədiyimiz səbəb yaxud səbəblər də vardı?

Bəzən tarixdən layiqincə dərs çıxarmaq naminə ilk baxışda sadə görünən belə suallara da cavab tapmaq lazım gəlir…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022

Redaktorun seçimi

Nəriman Nərimanov – 151

Ovsun

450 milyon ədəd PlayStation

QKÇP – Son çırpınış

Seks intizarı haqqında

Wi-Fi 6 rəsmi olaraq istifadəyə verildi

Azərbaycanda ödənişsiz təhsil artımı hansı sahələri əhatə etməlidir?

Qaranlıq materiya və qaranlıq enerji nədir?

Qadınlar haqda 30 fakt

Qurdla quyruq yeyib, çobanla ağlamağın yolları haqqında

Bakı-Tiflis-Qars dəmiryolu kimə və nəyə lazımdır?

Jirayr Liparityan: Biz niyə məğlub olduq?

Mən olam bir də çıxam ruzi-qiyamət Qaladan

AzLogos-dan zəruri açıqlama. Qeybullayeva və havadarlarının nəzərinə

Bir daha ermənilər, bir daha Kim Kardaşyan məsələsi

Müasir dövrün Aqorası – alış-veriş mərkəzləri

Müasir memarlıqda ekstrim məkanlar – 2

Data jurnalistikası

 Fotoqrafiyanın kəşfi: texnologiyadan müasir incəsənətə qədər

Azadlığı azadsızlıqda tapanlar

“Qasım Süleymanov” barometri

Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın yeri və rolu

İsveçrə Səfirliyi “İlahi düzən”ə dəvət edir

Koronavirus – sərbəstliyə və qaydaları pozmağa öyrəşənlərin məğlubiyyəti

Laçının işğalı (1992)

Aydınlanma yollarında

Tesla-dan yeni, inqilabi ötürücü

Norveçdə yazıçı olmaq

Zamanı bitmiş mantralar

Xocalı qətliamı haqqında hər şey

100 il öncəki qətllə bağlı suallar

Elnur Astanbəyli Elnur Astanbəyli
., Sərbəst
26 İyul 2020

İyulun 19-da Azərbaycan tarixinin müəmmallarla dolu qətllərindən birinin üstündən 100 il ötdü.

1920-ci ilin həmin günü Tiflisdə ilk Cümhuriyyətimizin önəmli simalarından biri Həsən bəy Ağayev qətlə yetirildi.

Aradan keçən yüz ildə Həsən bəyin nəyə qurban getdiyini təxmin etmək çətin olmasa da, bu cinayətlə bağlı bir sıra suallar cavabsız qalmağa davam edir, bir çox qaranlıq məqamlar aydınlığa qovuşmağı gözləyir.

***

Həsən bəy 1873-cü ildə Gəncədə doğulub.

Atası dini təhsil almasını və ruhaniliklə məşğul olmasını istəsə də, o, dünyəvi təhsilə üstünlük vermişdi. Öncə Gəncə klassik gimnaziyasını, ardınca Moskva Universitetinin tibb fakültəsini bitirmişdi.

Moskvada təhsil alarkən üzləşdiyi maddi çətinliklər səbəbindən neft milyonçusu Hacı Zeynalabdin Tağıyevdən kömək istəyir. Tağıyev bir şərtlə razılaşır: universiteti bitirdikdən sonra onun istədiyi yerdə işləməlidir ki, çəkilən xərci çıxara bilsin.

Həsən bəy razılaşır.

Elə ki Bakıya qayıdır, Hacı Zeynalabdinin toxuculuq fabriki ilə qız məktəbində həkimlik edir.

O öz peşəsinə ürəkdən bağlı idi və yəqin bu səbəbdəndir ki, Cümhuriyyət parlamentinin sədr müavinliyinə seçildikdən sonra belə həkimlikdən əl çəkmir.

***

Sözarası:

Bir çox qaynaqlarda Həsən bəyin universitet illəri ilə bağlı maraqlı bir hadisədən bəhs edilir. Belə ki, Moskva Universitetini bitirən tələbələr şəhərin kiçik bir restoranında universiteti bitirmələrini qeyd edən zaman bir qaraçı onların yanına gəlir və fallarına baxır. Həsən bəyin də falına baxdıqdan sonra heç nə demək istəmir, Həsən bəy israr edir. Qaraçı deyir: “Sən çox xoşbəxt ailə quracaqsan, üç qızın olacaq. Özün də böyük vəzifələrə yüksələcəksən. Ancaq…”

Bunu deyib qaraçı yenidən susur. Həsən bəy bu dəfə də israr edir ki, axıracan danışsın. Qaraçı bu dəfə də onun israrına dözməyib deyir: “45 yaşına çatanda sən öləcəksən. Özü də əcəlinlə ölməyəcəksən. Öldürəcəklər səni”.

Dostları bu sözlərə möhkəm gülürlər. Həsən bəy də onlara qoşulur.

***

Həsən bəy həkimliklə yanaşı, ictimai-siyasi fəaliyyətlə və publisistika ilə də məşğuldu.

“İrşad”, “Tərəqqi”, “Həqiqət” kimi dövrünün önəmli qəzetlərində yazdığı maarifçi ruhlu məqalələrdə xalqı düşdüyü bataqlıqdan yalnız savadlanmanın, bilginin çıxaracağına inamını ifadə edirdi.

Gəncədə mərkəzi xəstəxananın baş həkimi olan Xudadat bəy Rəfibəyli ilə ilk tibb cəmiyyətini qurmuş, “Difai” təşkilatının sıralarına qoşulmuş, Türk Ədəmi-Mərkəziyyət Partiyasının yaradılmasında yaxından iştirak etmişdi. Bu partiya Müsavatla birləşdikdən sonra isə Həsən bəy onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi.

1918-ci il mayın 28-də Tiflisdə, Azərbaycan Milli Şurasının iclasında müstəqilliyimiz haqqında İstiqlal bəyannaməsini ilk olaraq da məhz Həsən bəy imzalamışdı.

Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də, Bakıda təntənəli açılışından sonra sədr müavinliyinə seçilən Ağayev, parlament sədri Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin yanvarında uzunmüddətli xarici səfərə yollanması səbəbindən 2 fevral 1920-ci ilədək onun vəzifəsini də icra etmişdi.

***

Gələk yazımızın canına – Həsən bəyin qətli ilə bağlı müəmmalara…

Öncə onu deyək ki, Cümhuriyyət devrilərkən o, Bakıda deyildi, Tiflisdə səfərdə idi. Bu xəbəri ürək ağrısı ilə qarşılamışdı. Eyni zamanda bilirdi ki, artıq geri – Bakıya qayıda bilməz. Di gəl, könlü Azərbaycandan ayrı qalmağa da razı deyildi. Odur ki, Nəriman Nərimanova məktub yazaraq Bakıya dönmək və həkimliklə məşğul olmaq istədiyini bildirir.

Nərimanov etiraz edir, Həsən bəyi Bakıda gözləyən təhlükəyə işarə vurur, üstəlik, Tiflisdə qalmasını belə məsləhət bilmir.

Bundan sonra Ağayev oradan mühacirətə yollanmaq qərarına gəlir. Hətta səfər bileti də alınıbmış: iyulun 20-də Tiflisdən Batuma, oradan da gəmi ilə Türkiyəyə gedəcəkmiş…

Lakin maraqlıdır ki, məhz bundan bir gün əvvəl – 19 iyul 1920-ci ildə öldürülür. Bir sözlə, Moskvadakı qaraçının dedikləri gerçək olur…

Həsən bəyin qətli ilə bağlı bir neçə sual var: onun öldürülməsini Azərbaycan bolşeviklərindən Əliheydər Qarayevin sifariş etdiyi doğrudurmu? Cümhuriyyətimizin başqa bir önəmli simasının – ilk Baş nazirimiz Fətəli xan Xoyskinin qatili ilə Həsən bəyin qatili eyni adam(lar)dımı? Bu qətldə aktyor Mustafa Mərdanovun rolu nədən ibarətdir?

Həsən bəyin qətlində Ə.Qarayevin əli olmasından ilk duyuq düşənlərdən biri həyat yoldaşı Xədicə xanımdır.

Xədicə xanım 1920-ci ilin iyulunda Gəncədən Tiflisə, ərinin yanına getmək üçün sərhədə gəlir. Burada Azərbaycan SSR-nin o vaxtkı ədliyyə və əmək xalq komissarı Əliheydər Qarayevlıə qarşılaşır. Qarayev ona bildirir ki, Tiflisə getməsinə icazə verilib. Xədicə xanım o anda anlayır ki, Həsən bəy artıq həyatda deyil; əks halda, belə bir icazə çətin ki, veriləydi.

Xədicə xanımın ürəyinə damanlar gerçək çıxır: Tiflisdə əri ilə görüşmək əvəzinə, onun hüzr mərasimində iştirak etməli olur…

Sonradan Həsən bəyin qətl ssenarisində baş rol ifaçısının məhz Qarayev olduğuna dair başqaları da şübhələrini dilə gətiriblər.

Elə Rəsulzadə də çox sonralar Əliheydəri bir çox azərbaycanlının qanına bais olmaqda günahlandıracaqdı (məsələn, “Azərbaycanda “Aprel inqilabı”” məqaləsi, “Kafkasya” jurnalının 10-cu sayı, 1952-ci il). Cümhuriyyətin qurucusu bu ağır itihamı hər halda havadan irəli sürməmişdi…

Qətldə Mustafa Mərdanovun roluna gəlincə… Sovet hakimiyyəti tərəfindən çoxsaylı titullara layiq görülən, orden-medallarla təltif edilən bu aktyorla bağlı şübhələrin ortaya çıxmasının səbəbi onun cinayət baş verən gün axşam Həsən bəyin qaldığı evə gəlişi ilə bağlıdır. Mərdanov ona deyir ki, yaxın dostlarından bir neçəsi Tiflisdəki evlərdən birinə toplaşıb və Həsən bəylə görüşmək istəyirlər.

Ağayevin qaldığı evin sahibi olan gürcü dostu Həsən bəyi bu görüşdən çəkindirmək istəyir, getməməsi üçün dilə tutur. Hətta təklif edir ki, qoy onunla görüşmək istəyənlər bura gəlsinlər. Ancaq Ağayev heç nədən şübhələnmədiyi üçün, ən əsası da onun yolunu gözləyən şəxslərə hörmətsizlik olmasın deyə getməyə qərar verir.

Üstəlik, Mərdanov da qətiyyətli şəkildə bildirir ki, Həsən bəyin həyatına təhlükədən söhbət belə gedə bilməz, sağ gedib salamat qayıdacağına şübhə ola bilməz.

Bu söhbətdən saatlar sonra qətl gerçəkləşir və Mustafa Mərdanovun da əslində cinayətdən lap öncədən xəbərdar olduğu qənaəti formalaşır. Açığı, başqa cür düşünmək də xeyli çətindir.

***

Həsən bəylə eyni gündə, ancaq ondan bir qədər əvvəl Tiflis meydanlarından birində Fətəli xan Xoyski arxadan vurularaq öldürülmüşdü.

Bu qətlin iki erməni terrorçusu – “Daşnaksütyün”çular Aram Erkanyan və Misak Qriqoryan tərəfindən törədildiyi bildirilir.

Elə H.Ağayevi öldürənlərin də onlar olduğu ehtimalı böyükdür.

Bir başqa ehtimal Xoyskidən fərqli olaraq Ağayevin qətlinin bolşeviklərin əli ilə gerçəkləşdirilməsidir.

İstənilən halda Azərbaycan Cümhuriyyətinin iki önəmli simasının eyni gündə xaincəsinə qətlində daha çox insanın (sifarişçi və icraçı qiyafəsində!) əli olduğunu düşünməmək mümkün deyil. Çünki bu cinayətlərin hansısa özfəaliyyətin nəticəsi kimi meydana çıxdığını düşünmək üçün ağlını itirmək lazımdır.

Bir sözlə, tariximizin haqqında danışdığımız acı səhifəsinin daha dərindən araşdırılmasına, bütün qaranlıq məqamları ilə birgə tam işıqlandırılmasına ehtiyac var.

P.S. Həsən bəyin qızı Nəzakət xanım sonralar – 1946-cı ildə Tiflisə atasının qəbrini ziyarətə gedərkən məzarının dağıdıldığını görür.

Elə Xoyskinin də eyni məzarlıqdakı qəbrinin yerlə yeksan edildiyinə şahid olur.

Görünür, hər iki qurucu babamızı qətlə yetirməklə birilərinin ürəyi heç də soyumayıbmış. Bu səbəbdən onların qəbirlərinə həqarət eləməkdən də çəkinməyiblər.

Doğrudanmı, bu qədər gözüdönmüşlüyün, vandallığın yeganə səbəbi sadəcə ideoloji fikir ayrılığı idi? Yoxsa ortada başqa, hələ bizim bilmədiyimiz səbəb yaxud səbəblər də vardı?

Bəzən tarixdən layiqincə dərs çıxarmaq naminə ilk baxışda sadə görünən belə suallara da cavab tapmaq lazım gəlir…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel