Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Наша маленькая победа

Əli Novruzov Əli Novruzov
., Mövqe
05 İyun 2020

Telefonla çəkilmiş həvəskar videosu ən yaxşı antik yunan ənənəsinə uyğun şəkildə ortadan başlayır. Nəyin baş verdiyini anlatmaq üçün uzun-uzadı müqəddiməyə ehtiyac qalmır. Basabas metro vaqonunda maska taxmaq istəməyən vətəndaşlar polislə mübahisə edirlər. Vaqonu başına götürmüş xaotik səs-küydə bir “Söyüş söymə!” çağırışı aydın eşidilir, bir də İda dağından Troya müharibəsini izləyən Heranın modern reinkarnasiyası kürən saçlı ilahə ölümsüz tanrıların dilində “Ey insanlar! Hamınız dəstək olun! Biz qul deyilik!” hayqıraraq hər kəsi döyüşə ruhlandırır.

Hadisələr sürətlə cərəyan edir, çatdırıb diqqətlə izləyə bilmrsən. Heç qırx saniyə keçməmiş kulminasiya nöqtəsi yetişir. Daha əvvəlki kimi tabe olmaq istəməyən aşağılar daha əvvəlki kimi idarə edə bilməyən yuxarıları qamarlayıb vaqonun qapısından platformaya atırlar. Təqdir səsləri və kütlənin uğultusu fonunda qapılar bağlanır. Burada birdən görüntü bulanır, kadr arxasında qalan kürən saçlı ilahənin replikası ilə video bitir: наша маленькая победа!

Uca xalqımızı, ələlxüsus da xalqımızın həmin metro vaqonunda toplaşmış passionar qismini наша маленькая победа münasibəti ilə təbrik edirəm. Əgər o basabas vaqonda bircə nəfər asimptomatik koronavirus daşıyıcısı, ya da yeni yoluxmuş, amma virusun inkubasiya müddətini tam keçirməmiş COVID-19 xəstəsi olubsa, onda Azərbaycan səhiyyəsi yaxın iki həftə ərzində xoşbəxt pasientlərin növbəti dəstəsi ilə tanış olacaq.

Yeni növ koronavirus adından da göründüyü kimi köksüz, ənənəsiz, əxlaqsız məxluqdur, azadlıq fədailəri və tiranlar arasında fərq qoymur. O qaraqışqırıqda havada uçuşan tüpürcək zərrəcikləri isə mütləq hansısa maskasız sifətlərə qonmalıdır.

Azərbaycan maraqlı ölkədir. Burada bəzən ən bəsit həqiqətləri ən sadə dildə izah etmək lazım gəlir. Məsələn, Ay Yerin ətrafında dövr edir, Yer Günəşin ətrafında; Azərbaycan da kosmosdan baxanda Yer planetində balaca bir nöqtədir. Bu balaca nöqtədə öz varlıqlarını süründürən 10 milyon insanın bədəninə mikroçip yeritmək isə Bill Gates-in planlarına daxil deyil, çünki iqtisadi baxımdan səmərəsizdir.

Azərbaycan həm də ona görə maraqlı ölkədir ki, Azərbaycan hökuməti Almaniya, Danimarka, nə də Norveç hökuməti deyil. Əgər bir alman, daniyalı və sair şved-mved əllərini yuyanda bir dəfə sabunlayırsa, biz iki dəfə sabunlayıb yumalıyıq. Onlar iki metr sosial məsafə saxlayırsa, biz iki metr yarım sosial məsafə saxlamalıyıq. Berqamonu və Barselonanı viran qoyan koronavirus Bakının qara gözünə, qara qaşına aşiq olub bizə rəhmi gəlməyəcək.

Tibbi maska yoluxmaya qarşı mövcud olan ən sadə və ən ucuz vasitələrdən biridir, amma tibbi maskanın effektiv olması üçün onu mümkün qədər hamı taxmalıdır. Əgər mütləq əksəriyyət maska taxmırsa, cəbhə xəttində ən həlledici ön səngərləri əsgərsiz və müdafiəsiz qoymuş kimi oluruq. İnsanların kritik kütləsi maska taxmağa biganə yanaşacaqsa, onda bir ovuc maskalı adam yanan binanı söndürmək üçün dimdiyində su gətirən qaranquş kimi ümidsiz vaqiədən başqa bir şey deyil.

Növbəti səngərdə, yəni xəstəxanada nə baş verəcəyi isə sadəcə taleyin ümidinə qalır. Çünki yeni növ koronavirusun nə peyvəndi var, nə dərmanı var, nə də başqa bir sınanmış müalicə üsulu. Həkimlər sadəcə simptomlarla mübarizə aparmalı olurlar.

Mən yeniyetmə olanda azərbaycanlıların təxəyyülünü gecə-gündüz məşğul edən bir Yaponiya əfsanəsi var idi. Öz milli-mənəvi dəyərlərini qorumaqla inkişaf edib Qərbin səviyyəsinə çatan bir Şərq ölkəsi. Qərbin pis tərəflərini atıb, yaxşı tərəflərini götürən Şərq ölkəsi. Bəlkə bu əfsanə indi də yaşayır, xəbərim yoxdur. Bu əfsanənin həqiqətə nə qədər uyğun olduğunu da deyə bilmərəm, yaponşünas deyiləm. Lakin yaponlardan öyrənə biləcəyimiz bəzi şeylər həqiqətən də var.

Dünyada yaşlı əhali sayına görə ön sıralarda olan Yaponiyada niyə koronavirusun məhdud yayılması məsələsi bu gün bir çox zərərdidə ölkələrdə müzakirə edilir. Yapon təcrübəsini izah etmək üçün banal bəxt amilindən tutmuş sosial vərdişlərə qədər – yaponlar əllə salamlaşmır – bir xeyli cavablar sadalanır. Bu cavabların içərisində həmişə səslənən biri də var: Yaponiyada insanlar maska məsələsində intizamlı davranırlar, az qala hər kəs maska taxır. Əhali kütləvi şəkildə maskadan istifadə etdiyi üçün koronavirusun yayılması elə ilkin mərhələdə məhdudlaşır. Nə hikmətdirsə, sıravi yaponlar da öz samuray ləyaqətlərini əsas gətirib maska taxmaqdan imtina etmirlər.

İnsan ləyaqəti qəribə fenomendir, onun arxasında yatan mexanizmin iş prinsipləri bir az da sirri-xudadır. Bəzən ən ağır təhqirlər insan ləyaqətini oyada bilmir, bəzən isə ən mənasız qığılcım fağır insanı kükrəmiş şirə çevirə bilir. Bizim insanların maska taxmamağı şərəf və ləyaqət məsələsinə çevirməsi də təəccübdən başqa bir hiss doğurmur. Ayrı vaxtlarda və ayrı kontekstlərdə polisin kölgəsindən qorxan insanlar birdən-birə sadəcə maska üstündə polisə à la 1968 müqavimət göstərirlər.

Bilmirəm, bəlkə ona görə ki, biz əslində hamımız səmimi insanlarıq, ikiüzlü deyilik, maska taxmağı xoşlamırıq?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Redaktorun seçimi

Azərbaycan kinosu və yulaflı peçenye

450 milyon ədəd PlayStation

“Böyüt sat” prinsipi

Manafzadələrin musiqi dünyası

Çətindir

Iphone və kapitalizmin tənqidi

“Alma”-nı yenə oxumaq olacaq

Lars von Trier: “Ateistəm. Yaxşı insan olmalıyam”

İsanı Qolqofaya aparanlar

Qəribə çılpaqlıq və antiseks

Biz niyə haqlıyıq?

“Zibil etirazı” və polis

Nikasın azərbaycanlı ürəyi

Zahid Oruc baş ideoloq kimi

İdeal insan axtarışında

«İt ürəyi» – uğursuz təcrübənin tarixi

Mahiyyətə varmaq qabiliyyətsizliyi

Mənlik və bizlik olmayanlar

Uydurma talış problemi

Milli maraqlar və Realpolitik

Utanmağın faydaları barədə

Uşaq, fişəng və şair

Gözyaşı, yoxsa qayaların toqquşması? – Abbas Atilay təqdim edir

Proyeksiya (əvvəli)

Azərbaycanda qadın peşələri

Azərbaycanda futbol “qazancı”

Millətimin gic-gici gülüşü

Qaldığımız evlər

100 ilik işğal. Mif. Şarikov kompleksi

Kiçik ölkənin oğurlanması

Наша маленькая победа

Əli Novruzov Əli Novruzov
., Mövqe
05 İyun 2020

Telefonla çəkilmiş həvəskar videosu ən yaxşı antik yunan ənənəsinə uyğun şəkildə ortadan başlayır. Nəyin baş verdiyini anlatmaq üçün uzun-uzadı müqəddiməyə ehtiyac qalmır. Basabas metro vaqonunda maska taxmaq istəməyən vətəndaşlar polislə mübahisə edirlər. Vaqonu başına götürmüş xaotik səs-küydə bir “Söyüş söymə!” çağırışı aydın eşidilir, bir də İda dağından Troya müharibəsini izləyən Heranın modern reinkarnasiyası kürən saçlı ilahə ölümsüz tanrıların dilində “Ey insanlar! Hamınız dəstək olun! Biz qul deyilik!” hayqıraraq hər kəsi döyüşə ruhlandırır.

Hadisələr sürətlə cərəyan edir, çatdırıb diqqətlə izləyə bilmrsən. Heç qırx saniyə keçməmiş kulminasiya nöqtəsi yetişir. Daha əvvəlki kimi tabe olmaq istəməyən aşağılar daha əvvəlki kimi idarə edə bilməyən yuxarıları qamarlayıb vaqonun qapısından platformaya atırlar. Təqdir səsləri və kütlənin uğultusu fonunda qapılar bağlanır. Burada birdən görüntü bulanır, kadr arxasında qalan kürən saçlı ilahənin replikası ilə video bitir: наша маленькая победа!

Uca xalqımızı, ələlxüsus da xalqımızın həmin metro vaqonunda toplaşmış passionar qismini наша маленькая победа münasibəti ilə təbrik edirəm. Əgər o basabas vaqonda bircə nəfər asimptomatik koronavirus daşıyıcısı, ya da yeni yoluxmuş, amma virusun inkubasiya müddətini tam keçirməmiş COVID-19 xəstəsi olubsa, onda Azərbaycan səhiyyəsi yaxın iki həftə ərzində xoşbəxt pasientlərin növbəti dəstəsi ilə tanış olacaq.

Yeni növ koronavirus adından da göründüyü kimi köksüz, ənənəsiz, əxlaqsız məxluqdur, azadlıq fədailəri və tiranlar arasında fərq qoymur. O qaraqışqırıqda havada uçuşan tüpürcək zərrəcikləri isə mütləq hansısa maskasız sifətlərə qonmalıdır.

Azərbaycan maraqlı ölkədir. Burada bəzən ən bəsit həqiqətləri ən sadə dildə izah etmək lazım gəlir. Məsələn, Ay Yerin ətrafında dövr edir, Yer Günəşin ətrafında; Azərbaycan da kosmosdan baxanda Yer planetində balaca bir nöqtədir. Bu balaca nöqtədə öz varlıqlarını süründürən 10 milyon insanın bədəninə mikroçip yeritmək isə Bill Gates-in planlarına daxil deyil, çünki iqtisadi baxımdan səmərəsizdir.

Azərbaycan həm də ona görə maraqlı ölkədir ki, Azərbaycan hökuməti Almaniya, Danimarka, nə də Norveç hökuməti deyil. Əgər bir alman, daniyalı və sair şved-mved əllərini yuyanda bir dəfə sabunlayırsa, biz iki dəfə sabunlayıb yumalıyıq. Onlar iki metr sosial məsafə saxlayırsa, biz iki metr yarım sosial məsafə saxlamalıyıq. Berqamonu və Barselonanı viran qoyan koronavirus Bakının qara gözünə, qara qaşına aşiq olub bizə rəhmi gəlməyəcək.

Tibbi maska yoluxmaya qarşı mövcud olan ən sadə və ən ucuz vasitələrdən biridir, amma tibbi maskanın effektiv olması üçün onu mümkün qədər hamı taxmalıdır. Əgər mütləq əksəriyyət maska taxmırsa, cəbhə xəttində ən həlledici ön səngərləri əsgərsiz və müdafiəsiz qoymuş kimi oluruq. İnsanların kritik kütləsi maska taxmağa biganə yanaşacaqsa, onda bir ovuc maskalı adam yanan binanı söndürmək üçün dimdiyində su gətirən qaranquş kimi ümidsiz vaqiədən başqa bir şey deyil.

Növbəti səngərdə, yəni xəstəxanada nə baş verəcəyi isə sadəcə taleyin ümidinə qalır. Çünki yeni növ koronavirusun nə peyvəndi var, nə dərmanı var, nə də başqa bir sınanmış müalicə üsulu. Həkimlər sadəcə simptomlarla mübarizə aparmalı olurlar.

Mən yeniyetmə olanda azərbaycanlıların təxəyyülünü gecə-gündüz məşğul edən bir Yaponiya əfsanəsi var idi. Öz milli-mənəvi dəyərlərini qorumaqla inkişaf edib Qərbin səviyyəsinə çatan bir Şərq ölkəsi. Qərbin pis tərəflərini atıb, yaxşı tərəflərini götürən Şərq ölkəsi. Bəlkə bu əfsanə indi də yaşayır, xəbərim yoxdur. Bu əfsanənin həqiqətə nə qədər uyğun olduğunu da deyə bilmərəm, yaponşünas deyiləm. Lakin yaponlardan öyrənə biləcəyimiz bəzi şeylər həqiqətən də var.

Dünyada yaşlı əhali sayına görə ön sıralarda olan Yaponiyada niyə koronavirusun məhdud yayılması məsələsi bu gün bir çox zərərdidə ölkələrdə müzakirə edilir. Yapon təcrübəsini izah etmək üçün banal bəxt amilindən tutmuş sosial vərdişlərə qədər – yaponlar əllə salamlaşmır – bir xeyli cavablar sadalanır. Bu cavabların içərisində həmişə səslənən biri də var: Yaponiyada insanlar maska məsələsində intizamlı davranırlar, az qala hər kəs maska taxır. Əhali kütləvi şəkildə maskadan istifadə etdiyi üçün koronavirusun yayılması elə ilkin mərhələdə məhdudlaşır. Nə hikmətdirsə, sıravi yaponlar da öz samuray ləyaqətlərini əsas gətirib maska taxmaqdan imtina etmirlər.

İnsan ləyaqəti qəribə fenomendir, onun arxasında yatan mexanizmin iş prinsipləri bir az da sirri-xudadır. Bəzən ən ağır təhqirlər insan ləyaqətini oyada bilmir, bəzən isə ən mənasız qığılcım fağır insanı kükrəmiş şirə çevirə bilir. Bizim insanların maska taxmamağı şərəf və ləyaqət məsələsinə çevirməsi də təəccübdən başqa bir hiss doğurmur. Ayrı vaxtlarda və ayrı kontekstlərdə polisin kölgəsindən qorxan insanlar birdən-birə sadəcə maska üstündə polisə à la 1968 müqavimət göstərirlər.

Bilmirəm, bəlkə ona görə ki, biz əslində hamımız səmimi insanlarıq, ikiüzlü deyilik, maska taxmağı xoşlamırıq?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel