Azlogos
  • Kimlər var
  • Bizi tanı

Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ələkbər Vinterturda

Əli NovruzovƏli Novruzov
Mövqe
20 Mart 2019

A man’s destination is not his destiny,

Every country is home to one man

And exile to another. Where a man dies bravely

At one with his destiny, that soil is his.

Let his village remember.

T. S. Eliot

TƏSADÜFƏN BİR BUKİNİSTDƏN Stefan Sveyqin “Vicdan zorakılığa qarşı” kitabını – protestant ruhanisi Jan Kalvinin Cenevrədə bərqərar etdiyi diktatura hakimiyyətinə qarşı humanist alim Sebastian Kastellionun apardığı mübarizədən bəhs edən alovlu manifestini tapmışdım. 1988-ci ilin Moskva nəşri, titul vərəqində də Neftçala Mərkəzi Kitabxana Sisteminin möhürü. Şəklini çəkib Ələkbərə atdım.

Arığın qoruqda nə işi vardı ki, vurub qıçını da sındıralar?

[Müsəlmanın sonrakı ağlı: gərək bunu Ələkbərə yox, Seymura göndərərdim.]

Deyəcəkdim ki, Ələkbər, bir bax, nə tapmışam: 1988, “yenidənqurma” və “aşkarlıq” nəzarətdən çıxır; Qorbaçov və partiya cildinə girmiş mafiya öz niyyətlərini marksizm-leninizm nəzəriyyəsi altında gizlətməyi daha lazım bilmir; Baltikyanı respublikalarda separatizm açıq-aşkar meydan sulayır; Bakıda, Stepanakertdə, Yerevanda izdihamlı nümayişlər keçirilir; on minlərlə azərbaycanlı, qanunpərvər Sovet vətəndaşları öz doğma yurdlarından – Sovet Ermənistanından zorla deportasiya olunur; bir sözlə, ölkə dağılır, amma Sovet İttifaqının kitabxana sistemi Sveyqin “Vicdan zorakılığa qarşı” əsərini Moskvadan ucqar bir əyalətə – Neftçalaya göndərir. Sovetlər bu kitab, maarif işində xeyli idealist idi, yox?

Ələkbər sözümü ağzımda qoydu, bircə kəlmə də deməyə imkan vermədi, mənə tapşırdı ki, bu barədə geniş və ətraflı məqalə yazım, çünki bu kitab vacib mətnlərdəndir. Bir onu soruşmağa macal tapdım ki, Sveyqin yazdıqları hələ də aktual sayıla bilərmi?

“Yüz faiz. Sadəcə demokratiya və təbəssümlə pərdələnmiş.”

Bəzən fikirləşirəm ki, əgər kimsə Vinterturda qəfil peyda olub Ələkbər yaşayan ünvana getsə, Ələkbərin öz qapısının ağzında dar ağacı qurmağının şahidi olar. Sonuncu dəfə Seymuru Tbilisidə görəndə, yanında səkkiz dənə hərəsi pələng boyda vəhşi it gəzdirirdi. İnternetdə şəkilləri də var, axtaran rahat tapar. İndi Ələkbər öz qapısında niyə dar ağacı qurmasın?

Əslində bu dar ağacı söhbətinin tarixi kökləri var, yazı çox uzanmasa, bir qədər aşağıda bəlkə deyərəm. İndi isə İsveçrə haqqında bildiklərimi təcili yada salmalı idim – amma kitablardan əxz etdiyim təəssüratları yox, autentik və həqiqi olanları. İsveçrədə olmamışam, kitablar isə ömrü boyu öz nahiyəsindən kənara çıxmamış Emili Dikinsonun dediyi kimi yelkənli gəmi heç deyil; olsa-olsa, bəlkə Karvanqıran ulduzudur.Bu Karvanqıran ulduzunun ardınca gedən nə qədər insanın yelkənli gəmisi isə dəryada qərq olub.

LİNKOLN MƏRKƏZİNİN BALKONUNDA son gecikən tamaşaçılar öz yerlərini tuturlar. Operanın başlamasına beş dəqiqə qalır ya qalmır. Mənimlə tamaşaya baxmağa gələn yoldaş – yarı-rus, yarı-alman əsilli filoloq-germanist qəfildən sanki panikaya düşür. Panikanın səbəbi də bizdən arxadakı sırada oturan təxminən yeddi-səkkiz nəfərlik qrupdur. Üst-başlarından balkonu zəbt etmiş Nyu-York hipsterlərindən heç nə ilə fərqlənməyən bu gənclər amma əcaib-qəraib bir dildə danışırlar.

“Mən germanistəm, əksər alman dialektlərini bilirəm, bir holland dilini bilmirəm, bir də İsveçrənin bəzi ləhcələrini çətin anlayıram, amma bu adamlar tamam fərqli bir dildə danışırlar,” – həmsöhbətim həyəcanla deyir, – “Heç başa düşmürəm, alman dilidir, yoxsa alman dili deyil?”

Budur, dirijor orkestr çuxurunda peyda olur, alqışlar və ardınca üvertura səslənir, sonra səhnəyə ifritələr çıxır və qorxunc öncəgörmələrini bəyan edirlər, indi də Ledi Makbet cəhənnəmin bütün cinlərini köməyə çağırır. Lakin həmin cinlər mənim filoloq-germanist yoldaşımın bədəninə girib, bütün birinci pərdə boyu çıxmaq istəmirlər.

Nəhayət antraktda yaxınlaşıb soruşuruq (Schiudi, inferno, la bocca!) və məsələ aydınlaşır.

“Bilirsən, mən bir xeyli isveçrəlini danışan görmüşəm, amma belə şeyi ilk dəfə eşidirdim.”

Bəli, ilk baxışdan Nyu-York hipsterlərindən heç nə ilə fərqlənməyən bu gənclər öz arxaik dialektlərində danışırdılar. Hələ onların ulu babaları əllərində yaba, katolik keşişlərin təhriki ilə ifritə və bidətçi ovuna çıxanda bu dialektdə danışırdılar; hələ onların babaları əllərində yaba, vəcdə gəlmiş bidətçilərin təhriki ilə katolik keşişləri İsveçrə vadilərindən qovanda bu dialektdə danışırdılar; indi onlar əllərində smartfonlar, Linkoln Mərkəzinin balkonunda hələ də bu arxaik dialektdə danışırlar.

MÜHAFİZƏKAR CENEVRƏ NARAHATDIR, vaxtilə sığınacaq verdikləri Volter özünü yenə düz aparmır. Doğrudur, onu bir təhər şəhərin özündən mədəni şəkildə uzaqlaşdırıblar, amma bu başıbəla qonaq indi də düz Fransa sərhədində Ferneydə qərar tutub və açıq-aşkar pozucu fəaliyyətlə, hətta məişət pozğunluğu ilə məşğuldur – öz evində teatr təşkil etməyə davam edir!

Cenevrədə teatr qadağandır, adlı-sanlı cenevrəlilər isə axşamlar rahat karetalarına minib Volterin mülkünə gedir, tamaşaları izləyir və yenidən şəhərə qayıdırlar. Bəs din, bəs iman, bəs namus necə olsun? Buna görə də kilsənin təkidi ilə şəhərin rəhbər orqanları Volterin evində teatr tamaşalarına baxmağa gedənlərə dayanmadan sərt xəbərdarlıqlar edir, cenevrəliləri Volterin pozucu fəaliyyətlərindən uzaq tutmaq üçün ən yüksək səviyyədə tədbirlər görür.

Digər tərəfdən, kalvinist Cenevrəsində teatr tamaşası izləmək qanunsuz olmaqdan əlavə, həm də böyük lüksdür axı! Karetanı axşamüstü yola hazırlamaq, Cenevrədən təxminən 10 kilometr aralıda Ferneyə getmək, Volterin qonağı olmaq, sonra yenidən 10 kilometr geri, Cenevrəyə qayıtmaq, gecələr bağlanan şəhər darvazalarını rüşvət verib gizlicə açdırmaq və şəhərə daxil olmaq – bütün bunları etmək üçün sadəcə zəngin olmaq kifayət deyil, həm də müstəsna zəngin olmaq lazımdır.

Bu müstəsna zənginlər şəhərin rəhbər orqanlarında deyilsə, onda haradadır? Məgər gündüz teatr tamaşalarına qarşı ildırım saçanlar axşam Ferneydə həmin tamaşaları izləyənlərlə eyni adamlar deyilmi?

Mühafizəkar Cenevrə həm də çox riyakar şəhərdir, ən azı Volterin zamanında.

BAKI XARABA QALMIŞDI, birinci devalvasiya artıq baş vermişdi, qarşıdan ikincisinin gələcəyindən xəbərimiz yox idi. Mənim iş yerim olan küçədə dönərçidən başqa bütün dükanlar, kafe və restoranlar bağlanmışdı. Bir də bayırda amansız repressiyalar hökm sürürdü. Tutulan tutulmuşdu, qaçan qaçmışdı. 28 Mayda asfaltdakı çalalar bombardmandan sonra qalan voronkaları xatırladırdı. Vəziyyət elə gətirmişdi ki, axşam mən işdən çıxandan sonra, hər gün olmasa da, iki-üç gündən bir Elmir Mirzəyevlə görüşüb yeməyə və içməyə gedirdik. Əslində daha çox Elmir içirdi, çünki əsəbləri tarıma çəkilmişdi, depressiyada idi.

Bir dəfə söhbət Ələkbərdən düşdü. Ələkbər İsveçrəyə köçəndən sonra onunla əlaqəm itmişdi, deyəsən ona görə soruşdum ki, təzə nə xəbər var.

“Ələkbərdə orada faciədir. Alman dilini öyrənib, amma elə ki, bayıra çıxır, bir adamla söhbət edə bilmir,”– burada Elmir ağzını əydi, – “hamısı üüüüüü eləyir, heç kim normal almanca danışmır.”

Dəqiq xatirimdədir, Elmir “tragediya” demədi, “tragediya” Bakıda bir az qeyri-ciddi sözdür, təsvir olunan vəziyyətə adekvat deyildi. Elmir “faciə” dedi. Vulkanın partlaması kimi f, sonra lavanın axmasına bənzəyən uzun a, sonra da lavanın altında hər şeyin cızıldayaraq yanıb kül olması kimi ciə.

Məncə, məsələ təkcə İsveçrənin arxaik dialektlərində də deyildi.

Əminəm ki, digər günlərdən fərqlənməyən adi günlərin birində, İsveçrənin dağlarını qar örtəndə, Tbilisiyə boğanaq istilər çökəndə və ya Levangerdə qütb gecələri havadan asılıb qalanda Ələkbər də, Seymur da, Günel də, bir anlıq da olsa, yenidən Bakıda, Şirzadın kafesində və ya “Göyçay”da eyni masa arxasında köhnə dostlarla bir yerə yığışmaq üçün hər şeylərindən keçməyə hazırdırlar.

ƏLİMDƏ TUTDUĞUM ZƏRFLƏRİN hərəsi bir kitab qalınlığındadır. İçində seçki bülletenləri, anketlər, sorğular, siyasi partiyaların rəngli və cilalı kağızlarda təşviqat materialları, proqram sənədləri və seçki ilə bağlı bütün digər hər şey var. Sistem elə qurulub ki, hər seçki və referendum öncəsi poçtla bu zərfləri alan İsveçrə vətəndaşları evdən bayıra çıxmadan öz vətəndaşlıq vəzifələrini yenə də poçtla rahat icra edə bilsinlər.

Zərflərin içindəkiləri nəzərdən keçirdikcə İsveçrənin birbaşa demokratiya təcrübəsinin bax bu kağız parçaları üzərində bərqərar olmasına sadəcə heyrət edirəm. Seçki və referendum kimi mürəkkəb siyasi və həyati prosesləri poçta etibar etmək üçün görün bu poçt saat mexanizmi kimi necə dəqiq işləməlidir.

[Burada uzun illər İsveçrədə yaşamış Leninin niyə ilk olaraq məhz poçtu, telefonu və teleqrafı tutmağı tapşıran inqilabi təlimatları haqqında qısa, amma vurucu bir passaj yazmaq keçirdi könlümdən, amma təəssüf ki, həmin ifadə apokrifdir.]

Bu zərfləri bizə verən Bern şəhərindən Herr – soyadı yadımda qalmayıb, amma Herr Burger desəm çox bədiiləşdirmərəm – həm də İsveçrənin seçki təcrübəsini bizimlə paylaşmaq üçün Tbilisiyə tədbirə çağırılmışdı. Biz, üç Qafqaz ölkəsinin nümayəndələri guya orta məktəblər üçün seçkilərlə bağlı kurrikulum hazırlayırdıq. Azərbaycandan bir mən idim, bir də Təhsil Nazirliyindən orta yaşlı və orta mövqeli bir qocaman məmur. Seminarın ilk günü, hələ tədbir başlamamış məndən soruşduğu ilk suallardan biri Qərbi Azərbaycandan olub olmamağımla bağlı idi (oxu – yerazsan?). Elə bildim ki, yox cavabı alandan sonra hətta bir az pəjmürdə və rəncidə də oldu.

Tədbirin sonunda balaca kuryoz baş verdi – Cənubi Qafqaz ölkələrinin nümayəndələri yeni dərs ilinə dərhal inteqrasiya etmək üçün kurrikulumun mümkün qədər tez hazırlanmasını tələb edirdi, Herr Burger isə etirazında Kalvin kimi inadkarlıq göstərirdi: kurrikulumu tərtib edəcək həm özü işləyir, həm həyat yoldaşı, deməli bu işi görmək üçün onların yalnız filan ayların filan günlərində sərbəst vaxtları olacaq. Yekunda biz qafqazlılar, Cenevrə Kalvinə təslim olan kimi, çar-naçar Herr Burgerin inadına təslim olduq. Başqa çıxış yolumuz qalmamışdı.

Üstündən xeyli müddət keçəndən sonra günlərin birində – məhz Herr Burgerin dediyi vaxtda kurrikulum əlavə olunmuş məktub gəlib yetişdi. Bu kurrikulum məsələsi mənim yadımdan tamam çıxmışdı, Ələkbərlə söhbətdən sonra bir daha yadıma düşdü. Bəs görəsən Cənubi Qafqazın üç entuziast ölkəsi bu kurrikulumu dərs proqramına inteqrasiya edə bildimi? Daha vacib olan sual, görəsən 1918-də qurulmuş Zaqafqaziya Konfederasiyası dağılmasaydı, bu gün İsveçrənin heç olmazsa yarısı qədər ola bilərdimi?

STEFAN SVEYQ AZƏRBAYCANDA indi az qala Tolstoy və Dostoyevski səviyyəsində klassik hesab olunur. Əgər bizdə oxuyan təbəqənin Sveyqə verdiyi dəyər ilə Qərbdə Sveyqə verilən dəyərin müqayisəsini aparsaq, Sveyqin əslində Avstriya yazıçısı yox, Azərbaycan yazıçısı, Vyana yəhudisi yox, bəlkə də dağ yəhudisi olduğunu deyə bilərik. Bu mənada Sveyq ən sevilən Azərbaycan yazıçısıdır və Sveyqin bizdə bu dərəcədə populyarlıq qazanması və sevilməsinin kökü ilk baxışdan Sovetlər dövrünə qədər uzanır. Lakin bu sadə izah məsələni həll etmək əvəzinə, daha da qəlizləşdirir. Sveyqin Azərbaycanda ulduzunun parlaması Sovet ədəbi konyukturasının öz gücünü tamam itirdiyi post-sovet illərinə təsadüf edir axı!

Sovetlərin yorulmadan Sveyqi təbliğ etdiyi zamanlarda onu tərcümə etməyən və kütləvi oxumayan azərbaycanlılar Sveyqi birdən-birə niyə və necə kəşf etdi? Qərbdə artıq unudulmağa başlandığı və Sovet İttifaqı kimi təbliğatçısını itirdiyi məqamda Sveyq azərbaycanlıların ürəyinə necə yol tapdı? Bu sualın cavabını mən bilmirəm.

Cavabını bilmədiyim digər sual isə Sovetlərin Sveyqə müəmmalı sevirəm-sevmirəm münasibətidir. Sveyqin yaradıcılığı Sovet İttifaqında geniş təbliğ olunurdu, seçilmiş əsərləri və ayrıca kitabları buraxılırdı, amma Sveyq həm də Sovet İttifaqında ən çox senzuraya məruz qalmış yazıçılardan idi. Onun “Mariya Antuanetta” kimi əsərləri ümumiyyətlə görməzdən gəlinirdi. Sveyqin 50 səhifəlik kitabına necə, niyə və harada yanılması barədə 50 səhifəlik ön söz (əslində elmi monoqrafiya!) yazıb yenə də on, yüz min tirajlarla çap etməkdən çəkinmirdilər. Mən alman dilini bilmirəm, bəlkə Sveyqin mətnində də müvafiq düzəlişlər aparırdılar.

Titul səhifəsində Neftçala kitabxanasının möhürü olan kitab da bu qəbildəndir. Sveyqin yanılmaları haqqında 37 səhifəlik ön sözdən sonra gələn mətn başdan-ayağa […] işarələri ilə doludur. Deməli, dövr senzuranı hələ tam məğlub etməmişdi, amma ən azından oxucunu xəbərdar etməyə özündə güc tapa bilirdi və cəmi bir il sonra “Mariya Antuanetta” Sovet İttifaqında ilk dəfə nəşr olunacaqdı.

YAZIÇI VƏ MÜHACİRƏT mövzusunda cildlərlə monoqrafiya, manifest, memuar, məktub və məqalə qələmə almaq mümkündür, amma son sözü demək qətiyyən mümkün deyil. Bu mövzuya baxış bucağından asılı olaraq hər bir kəs ədəbiyyat tarixindən öz mövqeyini dəstəkləyən onlarla nümunə gətirə bilər. Mühacirətdə həm dünyəvi, həm də mənəvi baxımdan uğur qazanan yazıçılar da olub (Nabokov kimi), şəxsi həyatında uğursuz, amma yaradıcılığında uğurlu yazıçılar da olub (Dovlatov kimi), yaradıcılığında uğursuz, amma həyatda uğurlu yazıçılar da olub (Soljenitsın kimi).

Əsərlərini öz dövründə nəşr edib dünya şöhrəti qazananlar da var (Salman Rüşdi kimi), sağlığında siyirtmə üçün yazıb ölümündən sonra kult fiqura çevrilənlər də (Roberto Bolanyo kimi).

Yazıçı mühacirəti məğlub edir, yoxsa mühacirət yazıçını – bu döyüşün nəticəsi son nəhayətdə yazıçının şəxsiyyətindən asılı olur, çünki hər bir yazıçı ruhən daha çox fərddir, onun fərdiyyəti bəzən bütün dünyaya meydan oxuyur (“məndə sığar ikən cahan, mən bu cahana sığmazam”), ona görə hər bir yazıçının mühacirəti də fərdidir.

Doğrudur, belə deyirlər ki, yaradıcı insan üçün mühacirət həddən artıq ağrılı bir prosesdir. Məhz mühacirətin mənəvi iztirabları Sveyq kimi güclü şəxsiyyəti məhv etmədimi? Öz intiharından az öncə dostu Jül Romenə, başqa bir mühacir yazıçıya yazdığı məktubunda Sveyq vəziyyətini daha yaxşı təsvir edə bilməzdi: “Mənim daxili böhranım özümü pasportumdakı mənlə, sürgünə mənsubluğumla təsəvvür edə bilməməyimdən ibarətdir”. Jül Romen mühacirəti uğurla adlayacaq, 86 yaşında öz vətənində Fransız Akademiyasının üzvü kimi həyatını dinc başa vuracaqdı. Sveyq isə bu məktubu yazandan qısa müddət sonra həyat yoldaşı ilə birgə intihar edəcəkdi.

Sveyqin intiharı bu gün də onun pərəstişkarlarının təxəyyülündə fövqəladə bir hadisə kimi qalmaqdadır. Lakin intiharlardan danışırıqsa, etiraf edim ki, mən daha çox digər bir mühacir intellektualın, Valter Benyaminin intiharı qarşısında hər zaman tərksilah olmuşam.

PARİS AÇIQ ŞƏHƏR elan olunub, alman diviziyaları quzğun kimi tam sürətlə öz ovunun üzərinə şığıyır. Parisdə mühacirətdə yaşayan yəhudi əsilli alman filosofu Valter Benyamin son məqamda cənuba qaçaraq Gestaponun caynaqlarından qurtulur. Nəhayət çox çətinliklə ABŞ vizası və İspaniya üçün tranzit vizası alıb ayaqla fransız-ispan sərhədini keçir. Amma Franko hökuməti qərarsızdır, Hitler Almaniyasını qeyzləndirmək istəmir, ona görə də bütün tranzit vizalarını ləğv edərək qaçqınların növbəti gün Fransaya qaytarılacağını bəyan edir.

Bayırda isə 1940-cı ilin sentyabr ayıdır. Dünya hələ tam bilməsə də, bütün yəhudilər onları almanların əlində gözləyən aqibətdən çox yaxşı xəbərdardırlar. Elə həmin axşam Valter Benyamin gecələdiyi “Fransa” otelində morfi həblərini artıq dozada qəbul edərək intihar edir.

Növbəti gün, ispan hakimiyyəti qərarını dəyişir, heç bir deportasiya olmayacaq, tranzit vizasına sahib bütün qaçqınlar qaldıqları yerdən öz səfərlərinə davam edə bilərlər. Valter Benyamindən başqa.

Cəmi bir gecə, cəmi bircə gecə gözləsəydi Valter Benyamin.

Bəli, mühacirət yaradıcı insanlar üçün ağrılı proses ola bilər və burada Valter Benyaminin hər kəsə verdiyi dərs – tələsmək qətiyyən lazım deyil.

İNTERNETDƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏ şəxsi hesablarım yoxdur, daha nə Facebook, nə Twitter, nə də Instagram kimi xidmətlərdən istifadə etmirəm, amma aktiv sosial media istifadəçisi olduğum günlərdən Ələkbərin öz evlərinin eyvanından çəkdiyi bir şəkli tez-tez paylaşdığı yadıma gəlir.

Uzaqdan görünən nahamar dağların fonunda, əkin sahəsi və bağlara bənzəyən düzən ərazidə asimmetrik dayanan iki kənd evi bəzən qarla əhatələnmiş olurdu, bəzən də günəşin şüaları altında parlayırdı. Sözün açığı, şəkillərdəki həmin o asimmetriya məni həmişə narahat edirdi. Sanki bu şəkildə nəsə düz deyilmiş kimi təəssürat yaranırdı. Ələkbərin o asimmetrik idilliyada necə yaşadığını hələ də anlamış deyiləm.

Əlbəttə, maddi baxımdan nəzərdə tutmuram. Əminəm ki, Ələkbərin rifahı, işi, sığortası, məzuniyyəti hamısı yerli-yerindədir, özünə və ailəsinə hər cür şəraiti təmin edə bilir. Amma Ələkbər Əliyevdən başqa həm də yazıçı Əli Əkbər var axı.

Əli Əkbər sanki bir vampir kimi öz gücünü Azərbaycan cəmiyyətindən alırdı və bu cəmiyyətlə mütəmadi təmasları onu həmişə ictimai gündəlik barəsində ən məlumatlı adamlardan birinə çevirirdi. Yazdığı bədii əsərlər dövrün çağırışları ilə səsləşməklə yanaşı ən son təmayüllərlə də başabaş gedirdi. Meydan hərəkatı nostalgiyasının gücləndiyi bir vaxtda “93”; ya “Əli və Nino” isteriyası baş qaldıranda “Artuş və Zaur”; eləcə də ölkəni səhraya çevirəcək repressiyaları öncədən gördüyü “Sarı gəlin” – bütün bu kitablar Azərbaycan şərtləri çərçivəsində əsl bestsellerlər idi.

Bu gün Ələkbər Vinterturda çox rahatdır və hətta məhsuldardır. Təkcə AzLogos layihəsinin uğurunda onun böyük payı buna əyani sübutdur. Bəs görəsən yaradıcılığı Azərbaycan mühiti ilə sıx bağlı olan yazıçı Əli Əkbər necə?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Avropanın oğurlanması 2.0
.

Avropanın oğurlanması 2.0

21 Fevral 2021

Redaktorun seçimi

Transylvania: Built on Grass – Rəna Əfəndi təqdim edir

Flora Kərimovanın sidik terapiyası

«Bismillah»-dan 85 il sonra yaranan sual: ateizm cinayətdirmi?

Iphone və kapitalizmin tənqidi

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (III hissə)

İslam və elm

Gürcüstan ictimai yerlərdə İslam dininə aid qadın geyimlərini qadağan edir

Onlar niyə qışqırır?

Oxu vərdişlərimizi niyə dəyişməliyik?

Müasir incəsənət niyə belə anlaşılmazdır?

Mən facebook-da necə qətlə yetirildim?

Çörəyi dizində Ermənistan

İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya

Bakı erməniləri: Qarabağın qurbanları

Zemmelveys refleksi və ya əl yumağın inkarı

Dünya universitetləri: dünəndən bu günə

Mənfəətpərəstlikdən xoşbəxtliyə

Qadınlar kişilərdən güclü olsaydı…

Çenduda Gələcəyin Elm Şəhəri dizaynı

Ələkbər Vinterturda

Murou sənət meşəsi

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam”

Şərin banallığı

Aşura sonrası tarixi qeydlər

Milli Şura və Hitler səviyyəsi

3D siyasət

Dönər, muğam, “donos”

Nitsşenin “Güc Arzusu”, Dekadensiya, İmmoralizm və Nihilizm

Yazıçılıq romantikası

Bolşevik işğalı – 100

FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel