Azlogos
  • Kimlər var
  • Bizi tanı

"Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik? “Mənəvi üstünlüyün” gorbagor olması TS-Eliot Qismət. Tomas Eliotun poetikası Dünyanın xərçəng xəritəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Əkrəm Əylisli – «AYB-nin türkmənbaşısı Anara»

Əkrəm Əylisli Əkrəm Əylisli
Mövqe
15 Aprel 2019

Anarın Kulis.az-da bu günlərdə yayımlanan “Bir qalmaqala sözardı” yazısında mənə qarşı irəli sürülən ittihamlara bəlkə cavab verməmək də olardı. Ancaq onun çoxdan bəri dilindən düşməyən bir məsələ barəsində hökmən bir-iki kəlmə deməliyəm ki, hörmətli ədibimiz özünün növbəti gözəl yazılarında bunu, lazım bilsə, nəzərə alsın.

Söhbət mənim bir vaxt direktoru olduğum və Anarın ifadəsinə görə “kor qoyduğum” “Yazıçı” nəşriyyatından gedir. Mən həmin nəşriyyatda işləməyə başlayanda nəşriyyata dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artıq kəsilmişdi. Müəssisə özü özünü dolandırmalı idi. İndi AYB-nin müdrik türkmənbaşısı qoy mənə desin görüm, onun 31 il rəhbərlik elədiyi təşkilat dövlət büdcəsindən pul almasa neçə gün başını saxlaya bilər?

İkincisi, Anarın bilməyi lazımdır ki, həmin nəşriyyatın yerləşdiyi sahə heç vaxt nəşriyyata məxsus olmayıb. Keçmiş Bakı şəhər sovetinin daimi mülkiyyəti olub və burada nə satılıbsa hamısı Bakı şəhər sovetinin rəsmi qərarı ilə satılıb. Sonra mərhum prezident Heydər Əliyevin sərəncamı ilə nəşriyyat ləğv edilib və onun yerləşdiyi sahə açıq hərrac yolu ilə satışa çıxarılıb. Bunların hamısı rəsmi sənədlərdə öz qanuni əksini tapıb. Üçüncüsü, əgər “Yazıçı” nəşriyyatını şəxsən mən kor qoymuşamsa, bəs “Azərnəşr”i, “Gənclik” və “Maarif ” nəşriyyatlarını kim kor qoyub və həmin nəşriyyatların yerini kim kimə və neçəyə satıb?

Əkrəm Əylisli - «AYB-nin türkmənbaşısı Anara»

Anarın mənə qarşı dönə-dönə irəli sürdüyü başqa bir, yumşaq desəm, ittihama fikir verin: “31 il bundan əvvəl başqa rəhbərlərin əlinin altında işləyən məşhur yazıçı o vaxt nə bu təşkilatın işindən narazı idi, nə də yeri gəldi-gəlmədi dəyişiklərdən dəm vururdu.” Vəzifə hərisliyi insanı nə günə qoyarmış, İlahi?! Mənim Yazıçılar İttifaqı rəhbərliyi ilə illər boyu necə münasibətdə olmağım Anarın yadından nə tez çıxdı? Gəncliyində “Əkrəm bizim vicdanımızdır” deyən Anar indi bu qoca vaxtında məhz bu vicdan məsələsində niyə bu qədər təlatümlü hallar keçirir? Bəlkə, biz heç vaxt gənc olmamışıq?

Aman allah, “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsində mən doğrudanmı kiminsə əlinin altında işləmişəm? Bəlkə sənin “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı əttökən eşq fısqırığını da rəhbərlikdən icazə alıb çap eləmişəm? Yadında olmalıdır: dedim, səndən bu qədər düşük yazı gözləmirdim, sən bunu ucuz populyarlıq üçün yazmısan. Sən dedin ki, bəyənmirsən, çap eləmə. Çap eləyəcəyəm, dedim. Mən bura səni çap eləməmək üçün gəlməmişəm. Mən bu yazını elə bu gün mətbəəyə göndərəcəyəm və sən istədiyinə nail olacaqsan, əsərin əldən-ələ gəzəcək. Əsər operativcəsinə çap olundu və sən öz istəyinə nail oldun. Əsərin kütləvi şəkildə oxundu. Onun əsasında çəkilən film isə, necə deyərlər, əməllicə qan elədi. Ancaq ona görə yox ki, sən yaxşı əsər yazmışdın. Yox. Əsla yox! Ona görə ki, sən öz əsərini hansı auditoriya üçün yazdığını əvvəlcədən dəqiq hesablaya bilmişdin. Sənin kimi peşəkar mənsəb aşiqləri haqq-hesab məsələsində heç vaxt yanılmır.

Musa Yaqubun, Vaqif Bayatlının, yaxud uzaq, qərib məmləkətdə ömrünü artıq bitirməkdə olan Çingiz Hüseynovun qayğısını çəkmək sənlik məsələ deyil. Sənə şair- yazıçı yaşatmaq lazım deyil, 2 min üzüyola üzvü olan və saxta əzəməti ilə göz qamaşdıran “Yazıçılar Birliyi” adında Ədəbiyyat Nazirliyi lazımdır. Çoxdan və dördəlli yapışdığın vəzifədə sən Azərbaycan ədəbiyyatını bir qarış da irəli aparmamısan, onu bacardığın qədər geriyə – keçən əsrin 30-cu illərinin sonuna tərəf çəkməyə çalışmısan. Sifətinə mələk maskası taxıb iblisanə əməllər törədirsən. Bəlkə heç özün də bilmirsən ki, ədəbiyyatdan kimin və nəyin qisasını alırsan.

Sənin yaxın ətrafındakı adamlar hər qurultay qabağı milləti cani-dildən inandırmağa çalışır ki, Yazıçılar Birliyinin varlığı sənsiz mümkün deyil. Heç bir normal məntiqə sığışmayan və dünyada analoqu az tapılan bu əcayib-qərayib mifi də öz barəndə sən özün yaratmısan. Çünki öz boyuna biçdiyin vəzifədən getmək səndən ötrü məğlubiyyətdir. Burası xalis mistika deyilsə bəs nədir?…

“Bayrağımızı Yazıçılar Birliyinə sancacağıq!” – sən demə bu düşük deyimin “fitva verəni” də mənmişəm. Əgər mən Yazıçılar Birliyinin rəhbəri olmaq istəsəydim, mənə bundan ötrü çox yox, cəmi bir neçə ay “fərasətli” Anar ömrü yaşamaq bəs eləyərdi. Mən bütün mübarizələrimə həmişə tək getmişəm. Bunu Anar hamıdan yaxşı bilir və bunu hamıdan yaxşı bilən Anar neçə illərdən bəridir ki, hər dəfə əlinə fürsət düşəndə məndən özünə bənzər mütrüfanə bir obraz yaratmağa çalışır. İnsan özü olmayanda nə qədər eybəcər olurmuş, Pərvərdigara!

Məndən danışdığı məqamda Anar təbii ki, “Daş yuxular”ı yada salmağın şeytani həzzindən də vaz keçə bilmir. Köhnə dostum və məsləki özündən xəbərsiz yoxa çıxmış gənclik məsləkdaşım bu başıbəlalı yazıya görə xalqdan üzr istəməyi məndən bir daha təkidlə tələb edir.

Xalq kimdir, Anar??? O nədir ki, sən onu həmişə rahatca görə bilirsən, ancaq mən başı bəlalı heç vaxt görə bilmirəm. Xalqı həmişə görmək üçün bəlkə ona hökumət maşınının pəncərəsindən baxmaq lazımdır: evdən işə gedəndə, işdən evə qayıdanda. Həm də nə az, nə çox – 49 yaşdan 81 yaşacan!…

Yaddaşın yox olubsa, barı bir balaca insafın olsun. Bu dünyanın heç olmasa bir əylislik xalqını mən gözümü açandan həmişə görmüşəm. Onun nə əkib-nə biçdiyini, nə yeyib-nə içdiyini bilirəm. Ancaq bu ahıl yaşımacan mən heç vaxt heç yerdə xalqın adından danışmamışam. Adına xalq deyilən mifik, mücərrəd çoxluğun magik təsir gücünə arxalanıb özümü haqlı çıxarmağa çalışmamışam. Mən yalnız öz sözümü və şəxsən öz adımdan demişəm. Gəl xalqı özümüzə qohum çıxarmayaq, “köhnə dost”! Onu öz günahlarımıza bulaşdırmayaq.

Hələlik bu qədər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
Mövqe

Tənqid trendi

18 Yanvar 2021

Redaktorun seçimi

Azərbaycanda ispan qripinin izləri

Bəlğəmə həsrət küçələr

Əsl kommunizm necə olur?

Frankfurtda “Tarixdən əvvəl həyat” – Abbas Atilayın fotosessiyası

Bertran Rassel – “Asudə vaxtın mədhi”

Qaraguruha qarşı Psevdointellektual söhbət

“Taxt-tac oyunları”-nda seks və feministlər

Ruhun sintetik qidası

“Ustad və Marqarita”nın bütün ekranlaşdırma cəhdləri

Teatrımızın tarixini nə vaxtdan hesablayaq?

Sonuncu “Molla Nəsrəddin”çinin ABŞ yolu

Sabirin sabunları

Erməni qızın oyanışı və yanan kenqurular

Mirzə Ələkbər Sabirin qətli

«Yeni Müsavat» Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müsahibə

Şirkət və agentlik münasibətləri bu gün

Bakının “kapitalizm” yaddaşı

Bertrand Russell – Azad insanın ibadəti

Erməni anam-bacım

Putin Qərbin dostudur

Qırmızı xəttlərlərsiz toplumun qırmızı xəttli adamları

Virusun dözülməz statistikası

Stalinin 270 № – li əmri: Əsirləri güllələyin!

Tənqid

Nobel – Şnobelin özüdür!

Memarlıqda yeni era

Əzilən qadınlar diyarı

İnfarkt sizdən uzaq olsun

Natiq Cəfərlinin acizliyi

İxrac: 25 il əvvəl

Əkrəm Əylisli – «AYB-nin türkmənbaşısı Anara»

Əkrəm Əylisli Əkrəm Əylisli
Mövqe
15 Aprel 2019

Anarın Kulis.az-da bu günlərdə yayımlanan “Bir qalmaqala sözardı” yazısında mənə qarşı irəli sürülən ittihamlara bəlkə cavab verməmək də olardı. Ancaq onun çoxdan bəri dilindən düşməyən bir məsələ barəsində hökmən bir-iki kəlmə deməliyəm ki, hörmətli ədibimiz özünün növbəti gözəl yazılarında bunu, lazım bilsə, nəzərə alsın.

Söhbət mənim bir vaxt direktoru olduğum və Anarın ifadəsinə görə “kor qoyduğum” “Yazıçı” nəşriyyatından gedir. Mən həmin nəşriyyatda işləməyə başlayanda nəşriyyata dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artıq kəsilmişdi. Müəssisə özü özünü dolandırmalı idi. İndi AYB-nin müdrik türkmənbaşısı qoy mənə desin görüm, onun 31 il rəhbərlik elədiyi təşkilat dövlət büdcəsindən pul almasa neçə gün başını saxlaya bilər?

İkincisi, Anarın bilməyi lazımdır ki, həmin nəşriyyatın yerləşdiyi sahə heç vaxt nəşriyyata məxsus olmayıb. Keçmiş Bakı şəhər sovetinin daimi mülkiyyəti olub və burada nə satılıbsa hamısı Bakı şəhər sovetinin rəsmi qərarı ilə satılıb. Sonra mərhum prezident Heydər Əliyevin sərəncamı ilə nəşriyyat ləğv edilib və onun yerləşdiyi sahə açıq hərrac yolu ilə satışa çıxarılıb. Bunların hamısı rəsmi sənədlərdə öz qanuni əksini tapıb. Üçüncüsü, əgər “Yazıçı” nəşriyyatını şəxsən mən kor qoymuşamsa, bəs “Azərnəşr”i, “Gənclik” və “Maarif ” nəşriyyatlarını kim kor qoyub və həmin nəşriyyatların yerini kim kimə və neçəyə satıb?

Əkrəm Əylisli - «AYB-nin türkmənbaşısı Anara»

Anarın mənə qarşı dönə-dönə irəli sürdüyü başqa bir, yumşaq desəm, ittihama fikir verin: “31 il bundan əvvəl başqa rəhbərlərin əlinin altında işləyən məşhur yazıçı o vaxt nə bu təşkilatın işindən narazı idi, nə də yeri gəldi-gəlmədi dəyişiklərdən dəm vururdu.” Vəzifə hərisliyi insanı nə günə qoyarmış, İlahi?! Mənim Yazıçılar İttifaqı rəhbərliyi ilə illər boyu necə münasibətdə olmağım Anarın yadından nə tez çıxdı? Gəncliyində “Əkrəm bizim vicdanımızdır” deyən Anar indi bu qoca vaxtında məhz bu vicdan məsələsində niyə bu qədər təlatümlü hallar keçirir? Bəlkə, biz heç vaxt gənc olmamışıq?

Aman allah, “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsində mən doğrudanmı kiminsə əlinin altında işləmişəm? Bəlkə sənin “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı əttökən eşq fısqırığını da rəhbərlikdən icazə alıb çap eləmişəm? Yadında olmalıdır: dedim, səndən bu qədər düşük yazı gözləmirdim, sən bunu ucuz populyarlıq üçün yazmısan. Sən dedin ki, bəyənmirsən, çap eləmə. Çap eləyəcəyəm, dedim. Mən bura səni çap eləməmək üçün gəlməmişəm. Mən bu yazını elə bu gün mətbəəyə göndərəcəyəm və sən istədiyinə nail olacaqsan, əsərin əldən-ələ gəzəcək. Əsər operativcəsinə çap olundu və sən öz istəyinə nail oldun. Əsərin kütləvi şəkildə oxundu. Onun əsasında çəkilən film isə, necə deyərlər, əməllicə qan elədi. Ancaq ona görə yox ki, sən yaxşı əsər yazmışdın. Yox. Əsla yox! Ona görə ki, sən öz əsərini hansı auditoriya üçün yazdığını əvvəlcədən dəqiq hesablaya bilmişdin. Sənin kimi peşəkar mənsəb aşiqləri haqq-hesab məsələsində heç vaxt yanılmır.

Musa Yaqubun, Vaqif Bayatlının, yaxud uzaq, qərib məmləkətdə ömrünü artıq bitirməkdə olan Çingiz Hüseynovun qayğısını çəkmək sənlik məsələ deyil. Sənə şair- yazıçı yaşatmaq lazım deyil, 2 min üzüyola üzvü olan və saxta əzəməti ilə göz qamaşdıran “Yazıçılar Birliyi” adında Ədəbiyyat Nazirliyi lazımdır. Çoxdan və dördəlli yapışdığın vəzifədə sən Azərbaycan ədəbiyyatını bir qarış da irəli aparmamısan, onu bacardığın qədər geriyə – keçən əsrin 30-cu illərinin sonuna tərəf çəkməyə çalışmısan. Sifətinə mələk maskası taxıb iblisanə əməllər törədirsən. Bəlkə heç özün də bilmirsən ki, ədəbiyyatdan kimin və nəyin qisasını alırsan.

Əkrəm Əylisli - «AYB-nin türkmənbaşısı Anara»

Sənin yaxın ətrafındakı adamlar hər qurultay qabağı milləti cani-dildən inandırmağa çalışır ki, Yazıçılar Birliyinin varlığı sənsiz mümkün deyil. Heç bir normal məntiqə sığışmayan və dünyada analoqu az tapılan bu əcayib-qərayib mifi də öz barəndə sən özün yaratmısan. Çünki öz boyuna biçdiyin vəzifədən getmək səndən ötrü məğlubiyyətdir. Burası xalis mistika deyilsə bəs nədir?…

“Bayrağımızı Yazıçılar Birliyinə sancacağıq!” – sən demə bu düşük deyimin “fitva verəni” də mənmişəm. Əgər mən Yazıçılar Birliyinin rəhbəri olmaq istəsəydim, mənə bundan ötrü çox yox, cəmi bir neçə ay “fərasətli” Anar ömrü yaşamaq bəs eləyərdi. Mən bütün mübarizələrimə həmişə tək getmişəm. Bunu Anar hamıdan yaxşı bilir və bunu hamıdan yaxşı bilən Anar neçə illərdən bəridir ki, hər dəfə əlinə fürsət düşəndə məndən özünə bənzər mütrüfanə bir obraz yaratmağa çalışır. İnsan özü olmayanda nə qədər eybəcər olurmuş, Pərvərdigara!

Məndən danışdığı məqamda Anar təbii ki, “Daş yuxular”ı yada salmağın şeytani həzzindən də vaz keçə bilmir. Köhnə dostum və məsləki özündən xəbərsiz yoxa çıxmış gənclik məsləkdaşım bu başıbəlalı yazıya görə xalqdan üzr istəməyi məndən bir daha təkidlə tələb edir.

Əkrəm Əylisli - «AYB-nin türkmənbaşısı Anara»

Xalq kimdir, Anar??? O nədir ki, sən onu həmişə rahatca görə bilirsən, ancaq mən başı bəlalı heç vaxt görə bilmirəm. Xalqı həmişə görmək üçün bəlkə ona hökumət maşınının pəncərəsindən baxmaq lazımdır: evdən işə gedəndə, işdən evə qayıdanda. Həm də nə az, nə çox – 49 yaşdan 81 yaşacan!…

Yaddaşın yox olubsa, barı bir balaca insafın olsun. Bu dünyanın heç olmasa bir əylislik xalqını mən gözümü açandan həmişə görmüşəm. Onun nə əkib-nə biçdiyini, nə yeyib-nə içdiyini bilirəm. Ancaq bu ahıl yaşımacan mən heç vaxt heç yerdə xalqın adından danışmamışam. Adına xalq deyilən mifik, mücərrəd çoxluğun magik təsir gücünə arxalanıb özümü haqlı çıxarmağa çalışmamışam. Mən yalnız öz sözümü və şəxsən öz adımdan demişəm. Gəl xalqı özümüzə qohum çıxarmayaq, “köhnə dost”! Onu öz günahlarımıza bulaşdırmayaq.

Hələlik bu qədər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
Mövqe

Tənqid trendi

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel