Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Ədəbiyyat və viruslar

Qismət Rüstəmov Qismət Rüstəmov
., Kültür
26 Mart 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Qismet
Paylaş

Karantin vaxtı gəldiyim qənaətlərdən birini ötən günlərdə sosial şəbəkələrdə paylaşmışdım, elə bilirəm, təkrarın ziyanı yoxdur: Pandemiya kimi fövqəladə hallarda cəmiyyətlərin hansı impulslara reaksiya verməsi, nəyə inanması özlüyündən gün üzünə çıxır. Bütün dünyada mübarizəni tibb işçiləri, alimlər, yəni elmin orbitindəki adamlar aparır, amma dünyanın hər yerində təhsilin və elmin yoxluğundan yaranmış boşluğu əsassız inanclar, konspirologiya və ucuz simvolika doldurur. İnsan anlamaq istəyir, amma bunu gerçəkləşdirmək üçün əlində elmin alətləri olmadığı üçün özündən “elm” uyduranlara inanır, içindəki boşluq iştahla, ağzı sulana-sulana “mənəvi qida” tələb etdikcə, günü-gündən şişən bu acıgöz boşluğu doyuzdura bilməyənlər keçmiş siyasi xadimlərin çıxışlarında, çağdaş jurnalların üz qabığında, Vanqanın, Nostradamusun sözlərində, cənub bölgəsindəki hər hansı mollanın xütbəsində, 30 il bundan qabaq çəkilmiş Hollivud filmində, çoxdan unudulmuş bir romanın təsadüfi bir paraqrafında özüyçün “yeməli şeylər” tapmağa məcbur qalır, bu “fast-food elm”lə, bu psevdo-həqiqətlə rahatlanır.

Bir azdan kimsə ötən ilin yerli xitlərdən olan “Bir ara səndən uzaqlaşmaq istədim” mahnısının sözlərini sosial məsafə saxlamaqla bağlı öncəgörlük kimi qələmə versə, qəti təəccüblənmərəm. Etiraf etməliyik, perspektiv yoxsuluyuq, başımıza gələn hər şeylə bağlı bu cür asan, arqumentsiz, “nənə babadan, nəvə nənədən yapışdı” janrında irsi tənbəllikdən gələn ərincək cavablar veririk. Görəsən bütöv bir ömrü “oxumaq üçün boş vaxtım yoxdur” deyərək keçirən həmvətənlərimiz neçəsi heç olmasa karantin rejimində bir kitabın üzünü açacaq? Görəsən dünyanın təzədən əl-üz yumağı öyrəndiyi bu günlərdə neçə dünya azərbaycanlısı indi boş vaxtı olsa da, xudmani bir kitabxanasının olmamağını görüb gələcək planlarının siyahısında kitaba da yer ayıracaq? Görəsən əsrdən-əsrə “çox oxuyan dəli olar” şəklində formullaşdırılıb ötürülən oxumağa, elmə qarşı olan hiddət karantin günlərində, az-maz da olsa, “oxumasam, dəli olaram” tərəfə dəyişərmi?

Epidemiya, virus, xəstəlik mövzusuna ədəbiyyatdan üç cür baxmaq olar: Birincisi, ədəbiyyatda tarixindəki məşhur müəlliflərin yoluxduğu viruslar, ikincisi virusun, xəstəliyin bədii əsərlərdə ifadəsi, üçüncüsü narrativ sənət kimi ədəbiyyatın terapevtik əhəmiyyəti.

Çağdaş dünyada multidisiplinar (təlimlərarası) araşdırmalar çox dəbdədir, tutalım, iqtisadiyyatdan ədəbiyyata, musiqidən fizikaya baxmaq. Bu günlərdə tibbdən ədəbiyyatda baxan maraqlı bir kitab oxudum: Con Ross – “Şekspirin titrəməsi, Oruelin öskürəyi”. Con Ross Kanadalıdır, infeksion xəstəliklər üzrə mütəxəssisdir, Harvard Tibb fakültəsində müəllimdir. Sözügedən kitabında müəllif ədəbiyyat tarixindəki məşhur yazıçıların xəstəliklərinə öz ixtisası üzrə yanaşıb, onların yoluxduğu xəstəkliklərlə əsərləri arasında maraqlı analogiyalar aparıb. Məsələn, Ross bu araşdırmasında Şekspirin əsərlərində sifilis xəstəliyinə edilmiş sonsuz eyhamın, işarənin izinə düşür. Belə ehtimal edilir ki, sifilisi Avropaya 1493-cu ildə Haitidən qayıdan Xristofor Kolumb gətirib. Amma Ross başqa bir maraqlı tarixçəni də yazır. 1494-cü ildə Fransa kralı VIII. Karl pullu əsgərlərdən ibarət qarışıq bir orduyla İtalyanı işğal edir. Fransızlar Napoliyə çatan qədər İtalyanın içində rahatca irəliləyirlər. Napoli şəhərinin ispaniyalı keçikçiləri İtaliyaya sifilis gətirmişdilər və iddia edilir ki, bundan bioloji silah kimi istifadə edirdilər. Deyilənə görə, ispanlar bu virusun daşıyıcısı olan gözəl fahişələri istehkamdan kənara, fransızların yanına göndəriblər. Fransızlar qadınlara heyran olub və qısa zamanda Karlın ordusu xəstələr toplusuna çevrilib. Karl biabırçı şəkildə məğlub olur və geri dönən xəstə ordu virusu Avropaya yayır. Karl üç il sonra ölüb, amma sifilisdən yox, tennis oyununa tələsərkən başını daş qapıya çırpıb, beyninə qan sızıb.

Ross yazır ki, sifilis cinsi əlaqə yolu ilə keçdiyi üçün dünyanın ən çox inkar edilən xəstəliklərindən biridir. Ruslar bunun günahını polyaklarda, polyaklar almanlarda görüblər. Almanlar ingilisləri, italyanları, fransızları baiskar görüblər, ona görə xəstəliyin məşhur adlarından biri də “frengi”dir, yəni fransız xəstəliyi. Fransızlar isə buna “Napolitan xəstəliyi” deyiblər və günahı italyanların üstünə atıblar. Yaponiyada, Hindistanda xəstəliyin səbəbkarı portuqaliyalılar idi, hollandlar, portuqallar, belçikalılar isə günahı mərakeşlilərdə, ispanlarda görüblər. Bu ittihamlarda seksin gizli tarixi var.

Sifilis termini XIX əsrə qədər İngiltərədə istifadə edilməyib. Şekspir əsərlərində bu xəstəliyi “fransız azarı”, “qoca cüzam”, “Vinçester qazı” kimi bənzətmələrlə ifadə edib. (Londonun pritonlar məhəlləsində bir vaxtlar fahişələrə sənəd düz-qoşan edən məşhur mamaroza Vinçester yepiskopunun himayəsi altındaymış. Burdakı fahişələrdən ən məşhurunun frengiylə eyniləşdirilən bir ləqəbi varmış: Vinçester qazı.)

Şekspirin vaxtında frenginin cinsi yolla keçdiyi bilinsə də, XIX əsrə qədər virus nəzəriyyəsi yox idi. Çünki mikroskop hələ kəşf olunmamışdı. Ona görə ortalıqda min cür əsassız nəzəriyyə fırlanırdı: virus gözəgörünməz varlıqlarla cinsi birləşmədən keçir, pis havadan, pis xasiyyətdən yaranır, yaxud bütün dövrlərdəki konservatorların, dindarların sevimli fikri olan insanların günahına görə tanrının göndərdiyi cəzadır. Con Ross sonetlərinə əsasən deyir ki, Şekspir frengi olmayıb, bu şeirlərdəki simptomlar daha çox qonoreyaya, el dilində desək, süzənəyə oxşayır.

Con Ross bu maraqlı, orjinal, insana yeni perspektivlər qazandıran kitabında Con Miltonun korlaşmasından, Conatan Sviftin xərifləməsindən, Bronte bacılarının tuberkulyoz olmasından, Herman Melvilin sayısız azarından, Ceyms Coysun zöhrəvi xəstəliklərindən, Corc Oruelin öskürək krizlərindən eyni dərəcədə oxunaqlı, bol informasiyalı şəkildə yazır.

Bədii ədəbiyyatda xəstəliyin, virusun necə işlənməsiylə bağlı ilk kitabı bəlkə də Suzan Sontaq yazıb. Kitablarını böyük zövqlə oxuduğum, heyran olduğum qadınlardan biri olan Suzan Sontaq döş xərçənginə yoluxduğunu öyrənəndə, öz şəxsi təcrübəsini də işin içinə qataraq, sonradan klassikləşən, kult kitablardan birinə çevrilən “Xəstəlik metafora kimi: QİÇS və onun metaforaları” adlı araşdırmasını yazdı. Sontaq bu kitabında Romantizmlə öz kuliminasiyasına çatan vərəm, xərçəng kimi xəstəliklərin metaforasını, yəni “ölümcül xəstəlik” obrazını dekonstruktiv metodla analiz edir. Müəllif yazır ki, kitabı yazdığım illərdə qərq ölkələrində xəstələrə xəstəliyi haqqında informasiya verməmək yazılmamış qanun halına gəlmişdi. Sontaq deyir ki, xəstəlik haqqında danışmamaq romantik ədəbiyyatdan bizə miras qalıb. Məsələn, Stendalın “Armans və ya Paris salonlarından bir neçə səhnə” adlı romanında ana oğlunda müşahidə etdiyi xəstəliyin əlamətlərindən dolayı yolla danışır, xəstəliyin adını çəkməkdən qorxur. Sontaq çox maraqlı bir sitat gətirir, ölümündən üç ay qabaq vərəmdən müalicə alan Kafka, sanatoriyadan dostuna yazdığı bir məktubda deyir ki, burda heç kim mənə vəziyyətim haqqında heç nə demir, hamı razılığa gəlmişcəsinə susur…

Sontaq yazır ki, bu gün xəstəyə və qohumlarına xəstəlik haqqında yalan demək vərdişi romantiklərin xəstəlikləri ilahiləşdirməsindən qalıb. Məsələn, romantik ingilis şairi Bayron 1828-ci ildə vərəmli bir dostuna bir yazır ki, mən də vərəmdən ölmək istəyirəm, cəsədimə baxan qadınların solğun çöhrəsi mənə cazibədar gəlir. Sontaq bir addım ataraq iddia edir ki, bu cür sapqın, anormal yanaşmalar bizim əsrdə “arıq qadın” obrazının estetik meyar kimi qəbul edilməsində də özünü göstərir.

Müəllifin fikrincə, XVIII-XIX əsrlərdə müasir həyata müxalif olmaq üçün istifadə edilən “ölümcül xəstəlik” obrazı, XX əsrdə ictimai-siyasi platformaya sıçrayıb. Bu ərəfədə artıq cinayətlə xəstəlik arasında bir analogiya quruldu. Məsələn, nasistlər yəhudi məsələsinə əvvəlcə “vərəm” dedilər, lap radikallaşandan sonra isə kəsilib atılmalı “xərçəng toxuması” adlandırdılar. Sontaq başqa bir misal çəkərək yazır ki, Trotski də stalinizmə “Marksizmin xərçəngi” demişdi. Müəllif etiraf edərək yazır ki, vaxtilə mən də Amerika-Vyetnam müharibəsində hədsiz ümidsizliyə qapılaraq bunu “bəşəriyyətin xərçəngi” adlandırmışdım. Bu dərin, düşüncə üçün geniş imkanlar yaradan kitabında Sontaq sonsuz sayıda belə nümunə gətirir və bizə demək istəyir ki, sənətdə xəstəliyin, virusun bu cür şüursuz, necə gəldi istifadəsi xəstələrə qarşı ayrı-seçkiliyi leqallaşdırır. Müəllifin fikrincə, “xəstəlik – xəstəlik kimi” ilə “xəstəlik – metafora kimi”ni ayırmağı bacarmalıyıq, yoxsa onsuz da canıyla əlləşən xəstələri bir yandan da biz qaralayır, dolayı yolla onları cəmiyyət üçün artıq, lazımsız elan edirik.

Amerikalı postmodernist romançı Con Bart sevdiyim kitablardan biri olan məşhur “Ximera” əsərində “Min bir gecə nağılları”nın təhkiyəçisi Şəhrizad, Meduzanı öldürən Persey və Ximeranı öldürən Bellarofonun əhvalatlarına yeni rakursdan baxır. Üç hissədən ibarət bu romanın mənə görə ən maraqlı hissəsi Şəhrizadla bağlı olandır. Çünki bu hissədə Con Bart Şəhrizad vasitəsilə bizə sənətin mahiyyətiylə bağlı yeni perspektivlər təklif edir. Müəllif yazır ki, Şəhrizad personajı vasitəsilə biz daha üstün insan olmaq, ölümdən qaçmaq, məcazi də olsa, ölümsüzlüyə çatmaq yolunda bir inam əldə edirik: “danışmasan, öləcəksən.”

Romanda Con Bart özünü Şəhrizad dövrünə cin kimi transfer edərək narrativlə, nəqletmə ilə cinsəllik arasında analogiyalar qurur: “Beləliklə, ənənəvi dramaturji strukturun proloq, düyün, kuliminasiya, nəticə hissələriylə cinsi əlaqənin oynaşma, birləşmə, orqazm və rahatlamadan ibarət hissələri arasında oxşarlığı izah edirdi. Sevgi mövzusu (və qaranlıq tərəfi savaş) buna görə bu qədər populyardır.”

Bokkaçonun “Dekameron”undan etibarən ölümcül epidemiyadan qaçaraq karantinə qapanan insan həyatın davam edəcəyinə olan inamını hekayələr danışmaqda və cinsəllikdə görüb. Həyatı mənalı edən, bizi ölümsüzlüyə yaxınlaşdıran, elmin, çağdaş tibbin ağlasığmaz nailiyyətləriylə yanaşı, hekayələr danışmaqdan, onlar vasitəsilə bir-birimizlə ünsiyyət qurmaqdan, özümüzü tanımaqdan keçir.

Bu Novruz bayramında, qədim ənənə olan tonqal başına yığışıb nağıllar, əhvalatlar danışmaqdan məhrum olsaq da, ümumi ovqat Seferisin unudulmaz misrasındakı kimi (“bir məndil üstündə bir damcı mürəkkəb ləkəsi çoxalmaqdadır sıxıntı”) olsa da, sosial şəbəkələrdəki virtual tonqallar ətrafında həyatın davam etdiyini, hər şeyin normal axarına qayıdacığını bizə xatırladan hekayələr, fikirlər bölüşməkdən geri durmamalıyıq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör