Azlogos
  • Kimlər var
  • Bizi tanı

"Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik? “Mənəvi üstünlüyün” gorbagor olması TS-Eliot Qismət. Tomas Eliotun poetikası Dünyanın xərçəng xəritəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Əbədi məhbus?

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
07 Sentyabr 2020

Tofiq Yaqublunu ilk dəfə 3-4 il əvvəl, Elton Quliyevin xatirəsinə keçirilən futbol turnirində görmüşəm. Final oyununda baş verənlərə aşırı emosional reaksiyalar verən Tofiq bəy ilk görüşdə yadımda bu cəhətiylə qaldı.

İkinci görüşümüz Red Line Channel–də, “Özüm kimi” proqramının aparıcısı olanda baş tutdu. Adətən, qonaqlarla bağlı seçim edəndə redaktorun da təklifini nəzərə alırdım. Tofiq bəyi proqramın qəhrəmanı kimi görmək isə öz istəyim idi və bunun üçün bir neçə səbəbim vardı.

Tofiq bəy siyasətdə yeganə adamdır ki, onun ritorikasındakı 1988-ci illərə xas şüarçılıq, pafos, ötkəmlik, hətta köntöylük belə qıcıqlandırmır. Çünki səmimiyyəti şübhə doğurmur, sorğulamaq hissi təlqin eləmir, təbiətində falş yoxdur və əlbəttə ki, riyasızlıq, təbiilik və səmimilik insanların duyğularına toxunur. Ona olan kütləvi simpatiyanın kökündə də əsasən sözügedən keyfiyyəti dayanır.

Başqa məqam – Tofiq bəyin, doğmalarının daim gərgin, əsəbi bir ritmdə yaşaması və təklif olunmuş siyasi vəziyyətdə ən çox əziyyət çəkən ailələrdən biri olmasıydı. Onun şəxsi təcrübəsi – psixoloji-fiziki basqıya, çətinliyə necə dayana bilməsi, dayanıqlığının ona hansı mənəvi-psixoloji resurslar hesabına başa gəlməsi haqda söhbətləşmək istəyirdim.

Ümumiyyətlə, Tofiq bəyin hekayəsi bizim müasir siyasi tariximizdə unikaldır: ailəsindəki itkilər, gərgin ictimai-siyasi tempin özəl həyatının adi ritminə çevrilməsi, Qarabağ döyüşü, mövcud idbarlığın, fürsətçilliyin içində təmənnasız mübarizəsinin, idealistliyinin parıldaması…

Bununla belə, Tofiq bəyi peşəkar siyasətçi kimi heç zaman görməmişəm. Elmir Mirzəyevin fikrilə razıyam ki, “Tofiq Yaqublu siyasətdə hər zaman bir siyasətçi kimi yox, sırf mübarizə adamı, aksionist kimi tanınıb”. Yəni Tofiq bəyin mahiyyətcə siyasətçi yox, bu sözün hər iki mənasında döyüşən, özünü heç düşünmədən təhlükəyə atan cəngavər obrazı var. Və onun ritorikası səmimiyyətinə rəğmən siyasi cəhətdən köhnədir. Misal üçün, küçədə “Azadlıq” şüarı səsləndirmək, yaxud hakimiyyətə qarşı uyğun mübarizə vasitəsi kimi şüarçılıq konsepsiyasından gen-bol istifadə çoxdandır ki, effektli mübarizə üsulu deyil. Uzun illərdir, dəyişməyən mövcud gerçəklik bu effektsizliyin təsdiqidir.

Tofiq bəyin adətən sərt, tənqidi çıxışlarının doğru tərəfləri olsa da, yanaşması praktik deyil, praktik olmadığına görə də indiki reallıqda özünü doğrultmur, nəticə vermir.

Ümumən isə məsələ Tofiq bəydə deyil. Söhbət müxalifətin illərlə ikiəlli yapışdığı, kif basmış strateji düşüncəsindən, heç cürə yenilənməyən plakatçı tənqidçilik və ritorikadan, total qaramat üzərində qurulan baxışlar sistemindən, statik şüarçı mübarizəsinin seqmentlərindən gedir. Hansısa müxalifət liderinin meydan intonasiyasındakı “hakimiyyət korrupsionerdir, istefa verməlidir, getməlidir” kimi çağırışları bir vətəndaş kimi mənə maraqlı deyil və heç bir halda seçkilərdə səsimi həmin müxalifət liderinə qıymaram. Hə, bir də daha çox kuluarlarda səslənən – siyasi lider və partiyaların bioqrafiyasında ayrı-ayrı vaxtlarda hakimiyyətlə gizli danışıqlara gedilməsi, ideyalara xəyanət haqda bol hekayələr yer alır ki, bu da bir tərəfdən onların etibarlılığını şübhə altına alır.

Əgər ötən illər ərzində müxalifətin mübarizə metodu fayda verməyibsə, mübarizə ancaq hər kvartalda mitinq keçirməklə, aqressiv, çağırışçı, analizə, praqmatikliyə söykənməyən müsahibə, facebook statusları və qarşılıqlı ittihamlarla şərtlənirsə və bu, illərdir nəticəsiz, faydasız qalmaqla daxili siyasi vəziyyətə təsir göstərmirsə, demək, məntiq dəyişilmək zərurətini tələb edir. Amma təbii ki, metodlar dəyişilmir, faydalılıq əmsalını yaratmaq üçün yollar aranmır, praktik təklif və fəaliyyət yoxdur.

Funksional olmayan anlamsız radikallıq insanların həbsə atılmasının, həyatının bahasına başa gəlməməlidir. Onların sadəlövh, təmiz mübarizəsi hansısa siyasi liderlərin ambisiyalarına qurban getməməlidir.

Zamanı hiss etməyəndə, siyasi çeviklik, faydalı praqmatiklik, analitik qabiliyyət, kompetentlik olmayanda əlbəttə ki, iqtidara həbslərə fürsət verən kəskin şüarçılıq və siyasi mırt şou aktuallaşacaq.

…Heç bir alt niyyəti olmayan, siyasi məkrdən uzaq Tofiq Yaqublunun siyasətçiliyi ümumən hakimiyyətin təklif etdiyi qeyri-adekvat siyasətin nəticəsidir. Çünki normal, ədalətli şərtlərdə Tofiq bəy peşəkarı olduğu sahəylə məşğul olardı və siyasətə atılmaq məcburiyyətini duymazdı.

Fikir azadlığı hər kəsin ən təbii, müzakirə olunmayacaq haqqıdır. Bu fikrin ünvanı təkcə siyasi hakimiyyət yox, həm də əks mövqeyə, bəlkə hakimiyyətdən daha artıq dözümsüzlük nümayiş etdirən qaragüruh liberallardır.

Bir daha “fikir azadlığı hər kəsin ən təbii, müzakirə olunmayacaq haqqıdır”. Həmçinin və xüsusən Tofiq Yaqublunun.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021

Redaktorun seçimi

«Taxt-tac oyunları»na niyə baxırsan?

Cambridge Casus Toru və Kim Philby

Hadi – taledir

İtirilmiş cəhənnəm

Serena filminin təqdimi

“Əsrimizin Siyavuşu” və “Patriarxın payızı”

Üzeyir bəyin karikaturası

T. Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?”

“Mənəvi üstünlüyün” gorbagor olması

Teymurun duzlu-istiotlu ölkəsi

Pandemiya tədbirləri və psixi sağlamlıq

Rəsulzadənin Ərəblinski ilə ixtilafı?

İnsanın Yer üzündə qoyduğu ən böyük iz aşkarlanıb

Dövranın gərdişi və mikrofon barədə

Prof. Məsud Aşinanın müraciəti

Koqnitiv dissonans

107 il öncə Bakını sarsıdan qətl

Müharibə rəngi alan buqələmunlarımız

Yəhudi diasporası

Andre Morua: “Mənəvi dəyərlər – çürük əxlaqçıların mənasız uydurması deyil”

Müqayisəli kütlə haqda kiçik esse

Niyə alimlərin əksəriyyəti kişidir?

Müzakirə mədəniyyəti

Böyük suallara qısa cavablar

Nüvə silahının casus tarixçəsi

Koronavirusun yaşatdığı antropoloji şok

Müqəddəs Luis gəmisi xilas etmədi

Səidə Haqverdiyeva: “Qoxu gəlsə də burnunu tutmursan”

Stalinin 270 № – li əmri: Əsirləri güllələyin!

Saturn halqalarını itirir

Əbədi məhbus?

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
07 Sentyabr 2020

Tofiq Yaqublunu ilk dəfə 3-4 il əvvəl, Elton Quliyevin xatirəsinə keçirilən futbol turnirində görmüşəm. Final oyununda baş verənlərə aşırı emosional reaksiyalar verən Tofiq bəy ilk görüşdə yadımda bu cəhətiylə qaldı.

İkinci görüşümüz Red Line Channel–də, “Özüm kimi” proqramının aparıcısı olanda baş tutdu. Adətən, qonaqlarla bağlı seçim edəndə redaktorun da təklifini nəzərə alırdım. Tofiq bəyi proqramın qəhrəmanı kimi görmək isə öz istəyim idi və bunun üçün bir neçə səbəbim vardı.

Tofiq bəy siyasətdə yeganə adamdır ki, onun ritorikasındakı 1988-ci illərə xas şüarçılıq, pafos, ötkəmlik, hətta köntöylük belə qıcıqlandırmır. Çünki səmimiyyəti şübhə doğurmur, sorğulamaq hissi təlqin eləmir, təbiətində falş yoxdur və əlbəttə ki, riyasızlıq, təbiilik və səmimilik insanların duyğularına toxunur. Ona olan kütləvi simpatiyanın kökündə də əsasən sözügedən keyfiyyəti dayanır.

Başqa məqam – Tofiq bəyin, doğmalarının daim gərgin, əsəbi bir ritmdə yaşaması və təklif olunmuş siyasi vəziyyətdə ən çox əziyyət çəkən ailələrdən biri olmasıydı. Onun şəxsi təcrübəsi – psixoloji-fiziki basqıya, çətinliyə necə dayana bilməsi, dayanıqlığının ona hansı mənəvi-psixoloji resurslar hesabına başa gəlməsi haqda söhbətləşmək istəyirdim.

Ümumiyyətlə, Tofiq bəyin hekayəsi bizim müasir siyasi tariximizdə unikaldır: ailəsindəki itkilər, gərgin ictimai-siyasi tempin özəl həyatının adi ritminə çevrilməsi, Qarabağ döyüşü, mövcud idbarlığın, fürsətçilliyin içində təmənnasız mübarizəsinin, idealistliyinin parıldaması…

Bununla belə, Tofiq bəyi peşəkar siyasətçi kimi heç zaman görməmişəm. Elmir Mirzəyevin fikrilə razıyam ki, “Tofiq Yaqublu siyasətdə hər zaman bir siyasətçi kimi yox, sırf mübarizə adamı, aksionist kimi tanınıb”. Yəni Tofiq bəyin mahiyyətcə siyasətçi yox, bu sözün hər iki mənasında döyüşən, özünü heç düşünmədən təhlükəyə atan cəngavər obrazı var. Və onun ritorikası səmimiyyətinə rəğmən siyasi cəhətdən köhnədir. Misal üçün, küçədə “Azadlıq” şüarı səsləndirmək, yaxud hakimiyyətə qarşı uyğun mübarizə vasitəsi kimi şüarçılıq konsepsiyasından gen-bol istifadə çoxdandır ki, effektli mübarizə üsulu deyil. Uzun illərdir, dəyişməyən mövcud gerçəklik bu effektsizliyin təsdiqidir.

Tofiq bəyin adətən sərt, tənqidi çıxışlarının doğru tərəfləri olsa da, yanaşması praktik deyil, praktik olmadığına görə də indiki reallıqda özünü doğrultmur, nəticə vermir.

Ümumən isə məsələ Tofiq bəydə deyil. Söhbət müxalifətin illərlə ikiəlli yapışdığı, kif basmış strateji düşüncəsindən, heç cürə yenilənməyən plakatçı tənqidçilik və ritorikadan, total qaramat üzərində qurulan baxışlar sistemindən, statik şüarçı mübarizəsinin seqmentlərindən gedir. Hansısa müxalifət liderinin meydan intonasiyasındakı “hakimiyyət korrupsionerdir, istefa verməlidir, getməlidir” kimi çağırışları bir vətəndaş kimi mənə maraqlı deyil və heç bir halda seçkilərdə səsimi həmin müxalifət liderinə qıymaram. Hə, bir də daha çox kuluarlarda səslənən – siyasi lider və partiyaların bioqrafiyasında ayrı-ayrı vaxtlarda hakimiyyətlə gizli danışıqlara gedilməsi, ideyalara xəyanət haqda bol hekayələr yer alır ki, bu da bir tərəfdən onların etibarlılığını şübhə altına alır.

Əgər ötən illər ərzində müxalifətin mübarizə metodu fayda verməyibsə, mübarizə ancaq hər kvartalda mitinq keçirməklə, aqressiv, çağırışçı, analizə, praqmatikliyə söykənməyən müsahibə, facebook statusları və qarşılıqlı ittihamlarla şərtlənirsə və bu, illərdir nəticəsiz, faydasız qalmaqla daxili siyasi vəziyyətə təsir göstərmirsə, demək, məntiq dəyişilmək zərurətini tələb edir. Amma təbii ki, metodlar dəyişilmir, faydalılıq əmsalını yaratmaq üçün yollar aranmır, praktik təklif və fəaliyyət yoxdur.

Funksional olmayan anlamsız radikallıq insanların həbsə atılmasının, həyatının bahasına başa gəlməməlidir. Onların sadəlövh, təmiz mübarizəsi hansısa siyasi liderlərin ambisiyalarına qurban getməməlidir.

Zamanı hiss etməyəndə, siyasi çeviklik, faydalı praqmatiklik, analitik qabiliyyət, kompetentlik olmayanda əlbəttə ki, iqtidara həbslərə fürsət verən kəskin şüarçılıq və siyasi mırt şou aktuallaşacaq.

…Heç bir alt niyyəti olmayan, siyasi məkrdən uzaq Tofiq Yaqublunun siyasətçiliyi ümumən hakimiyyətin təklif etdiyi qeyri-adekvat siyasətin nəticəsidir. Çünki normal, ədalətli şərtlərdə Tofiq bəy peşəkarı olduğu sahəylə məşğul olardı və siyasətə atılmaq məcburiyyətini duymazdı.

Fikir azadlığı hər kəsin ən təbii, müzakirə olunmayacaq haqqıdır. Bu fikrin ünvanı təkcə siyasi hakimiyyət yox, həm də əks mövqeyə, bəlkə hakimiyyətdən daha artıq dözümsüzlük nümayiş etdirən qaragüruh liberallardır.

Bir daha “fikir azadlığı hər kəsin ən təbii, müzakirə olunmayacaq haqqıdır”. Həmçinin və xüsusən Tofiq Yaqublunun.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel